ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   61   62   63   64   65   66   67   68   ...   88

 
253 
 
–  Həm  də  səfərdə  dünəniydin.  Bu  gün  ki,  yolda  deyil-
sən? Mən yerli-dibli tutub-qılan deyiləm, sən ki, saqqalından 
utanmalısan. 
–  Sən  Allah  sən  də  şeyx  kimi  abrımızı  bükmə  görək. 
Ayda-ildə  bir  namaz,  onu  da  sərbaz  qoymaz.  Heç  rama-
zanda İrana gəldiyim olmamışdı.  
–  Mən  ölüm  düzünü  de,  ürəkdən  tutub-qılırsan,  yoxsa 
şeyx Nəsrullah kimi lotuluq eliyirsən? 
–  Cəhənnəm  ol  sən  də...  Bir  düşün  görək  bunların  əlin-
dən  necə  qurtarırıq.  Oğlunun  gözləri  qarşısında  şallaqla-
nanda ağlın başına gələr. 
Oğluma  baxdım,  uşağın  rəngi  qaçmışdı,  zavallı  balam 
bizim güdazımıza keçmişdi. 
– Mənə şallaq vuranın ürəyini deşib qanını içərəm, ana-
sını ağlar qoyaram! – belə dedim ki, oğlum qorxmasın. 
Bunu elə dedim ki, türk sərbaz geri çönüb üzümə baxdı. 
Amma oğlumun gözləri qarşısında şalvarımı aşağı çəkib da-
lıma şallaq vuracaqlarını ağlıma gətirəndə ətim ürpəndi. Dü-
zü qorxdum da. Bunlardan nə desən gözləmək olar... Səsimi 
içimə salıb türk qardaşıma səsləndim. 
– Qardaş, bizi hara aparırsınız, neyniyəcəksiniz bizlə? 
– Qaydaları pozmusunuz, izahat işi aparacağıq və yün-
gül cəza, ya da cəriməylə azad edəcəyik – dedi. 
–  Biz  müstəqil  Azərbaycanın  vətəndaşlarıyıq  və  heç 
kimin bizi cəzalandırmağa ixtiyarı yoxdur. Şikayət edəcəyəm 
sizi. 
– Keçməz burda! 
– Bəs vicdan? 
– Burda şəriət vicdandan üstündür. 
– ...Şallaq da olacaq? 


 
254 
 
– Yəqin ki yox... 
Hacının qulağına pıçıldadım: 
–  Birdən  bu  zırramalar  bizi  edam-zad  edərlər  ey..!  Sən 
bunların qaydasını bilirsən, bizim əmələ görə sizin qanunda 
edam nəzərdə tutulub? 
Hacı: 
– Nə desən edərlər bu kütbeyin mollalar!.. Dilin ağzında 
qurusun, lap ödüm ağzıma gəldi... Bu nə zibildi düşdük... 
– Bəs bayaqdan deyirdin ki, kainatın xilası İrandadır? 
– Kəss səsini, çatdıq deyəsən... 
Bizi  polis  idarəsinin  həyətinə  gətirdilər.  Nihada  həyət-
dəki  skamyalardan  birində  oturmağı  tapşırıb  içəri  keçdik. 
Türk olan bir zabitin kabinetinə girdik. Bizi gətirən fars sər-
baz  zabitə  rəsmi  salam  verib  günahımızı  izah  elədi,  –  “Kü-
çədə  nümayişkaranə  siqara  çəkirdilər”.  Zabit  sərbazı  dinlə-
yib, onu otaqdan çıxardı. Sonra ayağa qalxıb ikimizin də əli-
ni sıxdı: 
–  Bakıdan  gələn  qədəmləriniz  mübarək,  Təbrizə  xoş 
gəlmisiniz – hiss etdim ki, bizi bağrına basmaqdan çəkinir. 
Ürəyim  açıldı.  Fars  şovinizminin  kolluqlarında  boy  ve-
rən bir qızılgül gördüyümə qəhərləndim: 
– Xoş günün olsun canım qardaşım. Bağışlayın, isminizi 
bilmək olarmı? 
– Salman Təbrizi. 
–  Mən  Yaqubəli,  dostum  isə  hacı  Şahsuvardır.  Oğlumu 
dühdürə  göstərməyə  gəlmişdik,  ramazanda  siqaret  çəkmə-
yin yasaq olduğunu unudub tutulduq. 
– Nə edək, bizdə də belə qayda-qanun qoyulub, sizi cə-
zalandırmaq zorunda olduğum üçün çox pərişanam. 


 
255 
 
–  Səni  sevməyənlər  pərişan  olsun  qardaş.  Hansı  cəza 
münasibdirsə,  çəkinmə  ver  gəlsin,  amma  şallaq  olmasaydı 
daha yaxşı olardı. Cəza olaraq pul ödəmək lazımdırsa, daha 
yaxşı... 
–  Yox,  indi  zəng  vurmuşdular  ki,  iki  nəfər  ölüb,  onlar 
üçün qəbir qazılmalıdır. Böyük rəisim farsdır, sizi tutan fars 
sərbaz  da  onun  qohumudur,  birinci  ona  sizin  barədə  mə-
lumat verib. Siz Allah, məni bağışlayın... 
– Sənin bu səmimi ürəyin mənə beş məzar qazmağa güc 
verər qardaşım, təki o qəbirə qoyulan azəri balası olmayaydı. 
– Təəssüf ki, təbrizli azəridir hər ikisi də... 
–  Onda,  daha  bir  savab  işdə  iştirak  etmiş  olarıq.  Düz 
deyilmi hacı? 
Hacı,  onun  da  əvəzindən  belə  canfəşanlıq  etdiyimdən 
heç də razı olana oxşamırdı. Quruca, – “Elədir” – dedi. 
Salman  düyməni  basıb  sərbazı  çağırdı,  bir  daha  əlimizi 
hüznlə  sıxıb,  –  “Kaş  sizinlə  Bakı,  Qarabağ  haqqında  danış-
maq  fürsətim  olaydı...  Mənim  babalarım  Naxçıvandandır,  
Naxçıvanı görmək üçün ölürəm...” – deyib bizi aparmalarını 
əmr etdi. 
Sərbaz  bizi  dəhlizdə  qoyub  hansısa  hakimin  otağına 
keçdi ki, cəzamızı rəsmiləşdirsin. Mən də gözləməkdən zəh-
ləm getdiyindən məhkəmə iclası keçirilən zalın açıq qapısın-
dan  başımı  içəri  dürtdüm.  Əslində  bunun  heç  nəyə  dəxli 
olmasa da deməsəm ölərəm – azca da olsa güldürüm səni.  
Sən  demə  içəridə  bir  zina  şikayətinə  baxılırmış.  Qadın 
onun  “ismətini”  korlamış  kişini  “tora  salmaq”  məqsədilə 
şikayət  edibmiş.  Qadının  sifətindən  məlum  idi  nə  yuvanın 
quşu olduğu. 
Hakim üzünü “zərərçəkənə” tutub soruşdu: 


 
256 
 
–  Ey  zərərçəkən!  Zərərverən  öz  zinayi  əsbabi-şərifini 
sizin  zəkki-zükkünüzə  həkk  edən  zaman  heç  burcutdunuz-
mu? 
“Zərərçəkən”: 
– Yox... 
– Niyə yox!? 
–  Gözüm  onun  zinayi  əsbabındaydı  deyə  burcutmağı 
unutdum... – hələ bir arsız-arsız irişdi də. 
– Bəs onda niyə şikayətçisən? 
–  O  məni  incidib,  el  içində  rüsvay  edib!  Məni  almasa 
edam tələb edirəm! 
– Neçənci dəfədir sənin el içində rüsvay olduğun? 
“Zərərçəkən”: 
–  Bunların  birini  verin  mənə  ərə  gedim,  ondan  sonra 
görün sizin qapınıza gəlirəm ya, yox... 
 Daha  bundan  gerisini  dinləməyə  vaxtım  olmadı.  Nə 
gizlədim, çox maraqlı və gülməli məhkəmə prosesi idi – im-
kanım  olsaydı  axıradək  qalıb  dinləyərdim.  Sərbazlar  bizim 
cəza sənədlərimizi doldurub, yenidən polis maşınına mindir-
dilər.  Nihat  bizsiz  sarısını  udmuşdu,  yazıq  uşağın  rəngi  sa-
ralmışdı küçədə.  
Bizi Təbrizin hündür təpələrindən birində salınmış qəb-
ristanlığa gətirdilər. Qəbristanlığın işçiləri Şahsuvar və mənə 
qazmaq üçün bel uzadıb dallarınca gəlməyimizi əmr etdilər. 
Günahkar  adamlar  kimi  bunların  dalına  düşüb  təpənin  dö-
şünədək  xeyli  piyada  getdik.  Qəbirlər  yer  hündürlüyündə 
idi.  Dikələn  bircə  baş  daşları  idi.  Bizim  dəbdəbəli  məzar-
lıqları  göz  qabağına  gətirdim  –  rəngli  və  bahalı  mərmərlər-
dən  sinə,  baş  daşları,  məzar  üstündə  qurulmuş  bəzəkli  tal-
varları ağlımdan keçirdim. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə