ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   69   70   71   72   73   74   75   76   ...   88

 
285 
 
Şəmşid kişi: 
–  Namiq  balam,  bir  söz  soruşum  səndən.  Bəlkə  atanı 
yola gətirməyə mən özüm bir cəhd edim..? 
Namiq sevincək: 
–  Baba,  Allaha  and  olsun  ki,  sizi  görəndən  ancaq  bunu 
fikirləşirdim. Ancaq sizi yoldan etməmək üçün bilmirdim si-
zə  bu  təklifi  necə deyim.  Atam  nə  qədər  sərt olsa  da,  özün-
dən böyüyü, həm də sizin kimi nurani ağsaqqalı mütləq din-
ləyər. 
– Onda mən də sizə qonaq gedirəm! 
Namiq  söhbəti  Selenə  tərcümə  edəndə,  qız  sevindiyin-
dən qocanın boynuna sarıldı. Rusca, – “Babacan, bizi təkbaşı-
na  buraxma,  yalvarıram  sizə.  Qoyma  bizi  bir-birimizdən 
ayırsınlar!” 
Mən də durub bu mənzərəyə tamaşa etdim. 
Şəmşid kişi qızın alnından öpüb, – “Azərbaycanda sizin 
sevginizin  qabağına  keçəcək  kişi,  ancaq  mənim  meyidimin 
üstündən  keçə  bilər.  Beləsi  tapılsa,  həmin  gündən  mənim 
dost-doğmaca  balamsınız  –  mənimlə  qalacaqsınız.  Allahın 
lənəti, sevənləri ayıranların kürəyindədir”. Sonra mənə doğ-
ru  çönüb,  –  “Hə,  Valid  əmisi,  qələmini  sazla,  Namiqin  ata-
sıyla döyüşə gedirik!”. Şəstlə, – “Əmrin başım üstünə baba-
can!”  –  dedim.  Ayaqlarımı  cütləyib  elə  “farağat”  vəziyyəti 
aldım  ki,  bu  hərəkətimə  hamımız  güldük.  Namiqlə  Selenin 
həyacanı ötüb keçmişdi, bu işi bacaracağımıza tam əmin gö-
rünürdülər.  
Uzun sözün gödəyi, nə Zabratda, nə də Goradildə düş-
məyə  səbrimiz  çatmadı,  qatar  Sumqayıtda  dayananda  Şəm-
şid  kişi  bizi  tələsdirdi,  –  “Gəlin  burda  düşək,  qalanını  ma-
şınla gedərik. Oturmaqdan baldırlarım şişib...”. Etiraz etmə-


 
286 
 
dik,  yüklərimizi  də  götürüb  stansiyada  düşdük.  Ayaqları-
mızın  keyini  açmaq  üçün  baqajı  bir  yerə  toplayıb  o  yan-bu 
yana  xeyli  yeridik.  Şəmşid  yaxındakı  apteki  görüb,  –  “Siz 
burda  durun,  dərmanım  qurtarıb,  dərman  alıb  indi  gəli-
rəm...”,    –  dedi  və  nimdaş  çamadanını  da  əlinə  alıb  aptekə 
yaxınlaşdı.  Düymələri  basanda  çamadanın  kilid  dilləri  şak-
kıltı  ilə  açıldı.  Bankomatını  çıxarıb  pulu  satıcıya  uzatdı,  – 
“Bala,  bir  kaptopril  ver”  –  demişdi  ki,  hardansa  canıyanmış 
bir oğlan uşağı çıxdı və çamadanı necə qapıb aradan çıxdısa 
əlimiz  ağzımızda  qaldı.  Şəmşid  kişi  əlində  pul  quruyub 
qalmışdı.  Bircə,  –  “Ədə  neynirsən,  qaytar  çamadanımı!”  – 
qışqıra  bildi.  Mən  və  Namiq  oğrunun  dalınca ha  qaçsaq  da, 
ona çata bilmədik. Oğru qaltuq cibindən selafan torpa çıxarıb 
elə  qaça-qaça  çamadanı  həmin  torbaya  boşaltdı  və  köhnə 
çamadanı  yolun  kənarına  fırladıb  gözdən  itdi.  Öz  nəfsimə 
acığım  gəlirdi,  sanki mənim  bədnəzərim  bu  çamadanın  axı-
rına  çıxmışdı.  “Hardan  yadıma  düşdü  axı  bu  Möhübbətın 
dəllək  çamadanı..!”.  Boş  çamadanı  da  götürüb  peşiman-pe-
şiman Şəmşid kişiyə yaxınlaşdıq. 
– İçindəkiləri oğurlayıb quru çamadanı atdı zalım balası 
– dedim. 
Şəmşid kişi: 
–  Canınız  sağ  olsun.  Onun  qismətiymiş.  İçində  sən 
deyən qiymətli şey yox idi. Bir termosum idi, bir də bacımın 
nəvələri üçün şirniyyat və köynək-zad... 
 Çamadanın  qapağını  açdı.  Üst  qapağın  ipək  astarının 
cırılmış  yerinə  əlini  saldı.  Bir  kompakt  disk  və  iki-üç  şəkil 
çıxarıb qoltuq cibinə qoydu. 
–  Onsuz  da  çox  köhnəlib  bu  çamadan.  Desəm  ki,  bunu 
tələbə  vaxtından  özümlə  gəzdirirəm,  inanarsınızmı?  Demək 


 
287 
 
ayrılmaq vaxtı bu günəymiş, – çamadanı zibil yeşiyinin içinə 
atmaq  istəyəndə  biləyindən  yapışdım,  –  “Tələsmə,  dostla 
belə asanlıqla ayrılmazlar...”. Nurlu üzü güldü: 
– Deyirsən boş çamadanı dəli kimi özümlə gəzdirim? Nə 
deyirəm,  elə  olsun.  Bakıda  içini  konfet-şokaladla  doldura-
ram. Keyfinizi pozmayın, vallah qiymətli şey yox idi içində, 
konfetlər  də  halal-xoşu  olsun.  Di,  mısmırığınızı  sallamayın, 
xeyir iş üstündəyik. Getdik, yoxsa özümüzü də oğurlayarlar 
burda. 
Mən: 
– Gör vələdüzinadakı fərasətə bax ey, zalım oğlu elə bil 
qırğıydı, çamadanı necə qapıb qaçdı... 
Şəmşid kişi: 
– Unut Valid əmisi! Bura Azərbaycandır. “Bacarana baş 
qurban” qanunuyla yaşayanların məmləkətidir bura. Bax əl-
lisini mədhiyyə yazanda, birini də belə şeylərdən yaz. 
– Belə şeylərdən min kitab yazsan da kökü kəsilməz bu 
vəldüzinaların. 
Şəmşid kişi: 
–  Ay  qoydular  ha  yazasan..!  –  bu dəfə  lap çəpəki  baxdı 
mənə.  İndi  anladım  ki,  “dayımın”  deyəsən  hökumətlə  arası 
bir  az  sərindir.  Dinməzcə  bir  taksiyə  əyləşib,  –  “Fatmaiyə 
sür” – dedik. 
Uzun  yolu  qısa  edib  kəndə  burulan  yola  çathaçatda  bir 
təcili tibbi yardım maşını bizi saxlatdı. Sürücü başını pəncə-
rədən çıxarıb bizdən soruşdu, – “Burda yaşayansınız?” 
Namiq də arxa pəncərədən cavab verdi: 
– Bəli. Kimi axtarırsınız? 
Ambulans sürücüsü: 
– Qasımov Vəzirin evin göstərərsiniz? 


 
288 
 
Namiq həyəcanla soruşdu: 
– Nə olub ki!? 
Sürücü: 
– Təzyiqi qalxıb, şəkər xəstəsidir. 
Namiq: 
– Arxamızca sürün!, –  deyib başını içəri saldı. 
“Tanrım neylər, gözəl eylər!”. Sən demə Qasımov Vəzir 
elə  Namiqin  dost-doğmaca  atasıymış.  Vallah,  adam  belə  tə-
sadüfdən lap çaşıb qalır. Namiq elə də təlaşlı deyildi. Demə-
yinə görə atasının bir balaca ölümdən qorxaqlığı var, – “Ba-
laca  nasazlayan  kimi  təcili  yardıma  zəng  vurdurandır”  – 
dedi. Şəmşid kişi qabaq oturacaqdan bizə tərəf çönüb gülər-
üzlə məndən soruşdu. 
– Valid əmisi, nə etmək lazım olduğunu indi bildin? 
Düzü,  başa  düşmədim,  sualdan  da  çaşıb  qaldım.  Sonra 
Namiqdən soruşdu, – “Atan Seleni görsə tanımaz ki...?”. Na-
miq, – “Yox. İnanmıram” – dedi. 
– Onda qapınıza çatanda həkimə deyəcəyəm tibb bacısı 
kimi Seleni yanına alsın. 
Deyəsən  kişini  anlamağa  başladım.  Namiqlə  bir-birimi-
zə baxdıq. Amma Selen planı dərhal anladı. 
Namiqgilin  evləri  kəndin  ortasında  alçaq  hasarlı  bir 
məhlədə  yerləşən  ikimərtəbəli  evdən  ibarət  idi.  Taksinin 
pulunu verib yola saldıq. Şəmşid kişi, mən və Namiq maşın-
dan düşən kimi həkimi yanladıq.  
Şəmşid kişi: 
– Bu cavan oğlan sizi çağıran xəstənin oğludur, bu gözəl 
balamız  isə  onun  nişanlısıdır,  ikisi  də  Ukraynada  həkimlik 
oxuyurlar. Kişi gələcək gəlinini hələ görməyib. Əsl girəvədir, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə