ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   71   72   73   74   75   76   77   78   ...   88

 
293 
 
–  Vəzir  kişi,  əgər  Selcan  balamızı  gəlinin  kimi  qəbul 
etməyə razılıq verdinsə, biz də yolumuzdan qalmayaq... 
Vəzir: 
–  Nə  danışırsan  ağsaqqal,  inan  inandıqlarımıza  səni  bu 
gecə  yuxuda  görmüşdüm.  Səni  görəndə  ilk  olaraq  anışdıra 
bilmədim.  Ancaq  yuxuda  səni  yağmalayan  quldurlara  gül-
məyin yadıma düşəndə nurani sifətindən dərhal xatırladım. 
Şəmşid kişi Namiqə çöndü: 
–  Atan  əməlli-başlı  vergiliymiş  ki..,  çamadanımı  oğur-
layan uşağı da röyada görüb. 
Vəzir: 
–  Sizi  buraxsam  böyük  günaha  bataram.  Bu  gün  qona-
ğımsınız,  bir  də  döndərsəniz  inciyərəm.  Sabah  isə,  Allah 
Kərimdir,  istəsəniz  gedərsiniz,  istəsəniz  də  qonağım  olub 
bizə şərəf verərsiniz.  
 
* * * 
 
...Qoy  mətləbi  uzatmayım,  Vəzir  kişi  bizə  olmazın  ehti-
ram  göstərdi  –  qoyun  kəsdi,  yaxındakı  bütün  qonum-qon-
şunu topladı, həyətdəcə yaxşı yemək-içmək verdi bizim şərə-
fimizə. Vəzir Selendən gözünü çəkə bilmirdi. Hələ gəlininin 
arvadıyla  yanaşı  namaza  oturmasını,  səcdəsini  görəndə,  – 
“Allahım,  sənin  qədərinə  şükürlər  olsun!  Gör  sən  nələrə 
qadirmişsən” – deyib kövrəldi. “Allah qoysa, gələn ayın 15-i 
Namiqin  toyuna  mütləq  gələrsiniz”  –  deyəndə,  sevincdən 
yaşarmış  gözlərini  ha  gizlətsə  də  bunu  mən  də,  Şəmşid  kişi 
də aydın sezdik və qürurla bir-birimizə baxıb gülümsündük 
–  baxma,  bir  sərt  “palıdı  sındırmışdıq”.  Gecə  Selen  gələcək 
qaynanasıyla,  mən,  Şəmşid  kişi  və  Namiq  isə  bir  otaqda  – 


 
294 
 
döşəmədə  yer  salıb  yatası  olduq.  İlk  dəfə  Şəmşid  kişidən 
onun özü barəsində soruşdum: 
–  Şəmşid  əmi,  hansı  rüzgar  səni  Ukraynaya  atıb,  gizli 
deyilsə  bir  az  söhbət  edərdik.  Onsuz  da  o  qədər  yemişik, 
çətin ki gözümüzə yuxu getsin... 
Şəmşid: 
– Dərd orasıdır ki, quzu əti yemişik, Sumqayıtdakı oğru 
da imkan vermədi ki, təzyiq dərmanı alam. Qorxuram axşam 
yuxunuzu qaçıram. 
Namiq yan otağa keçib, anasına, – “İlıq suya diri limon 
sıx  gətir”  –  dedi.  Qapı  döyüləndə  stəkanı  anasından  aldı, 
Şəmşid  kişinin  çarpayısının  yanına  qoyub  dedi:  –  “İndi 
rahatca danışın. Qorxma, yanında iki həkim var. Deyəsən siz 
də atam kimi xəstəlikdən qorxansınız...” 
Şəmşid kişi: 
–  Yəqin  ki,  üçüncü  infarkta  bu  ürəyim  dözməz  bala. 
Meyidimin sizin evdən götürülməsini istəmirəm ağrın alım. 
Bu  evə  sevinc,  toy-düyün  elə  yaraşır  ki,  buranın  şadlığını, 
bərəkətini,  hüzurunu  pozmaq  istəmirəm.  Nəysə,  başınızı 
ağrıtmayım dərdlərimlə...  
Limonlu sudan bir qurtum içib, – “Danış deyirsiniz, da-
nışım...” – dedi. Yerində azca qurcuxub başına gələnləri da-
nışmağa başladı: 
– Mən yazıçıyam... Xudavəndi aləm məni bir az kövrək 
yaradıb.  Haqsızlığa, nadanlığa,  ədalətsizliyə  dözə  bilmirəm. 
Ətrafdakı  pisliklər  məni  hamıdan  uzaqlaşdırır,  dar  bir  çər-
çivəyə dürtürdü. Özümə ayrı bir dünya axtarmaqdan başqa 
çarəm  qalmadı.  Gündüzlər  hamıdan  qaçır,  gecələr  isə  öz 
dünyamın  azadlığında  səhərədək  xoşbəxt  yuxular  yaşayır-
dım.  Həmişə  gecə  səssizliyində  tapmışam  öz  xoşbəxtliyimi. 


 
295 
 
Səssizliyin səsi, sevdiyim ən şirin musiqiydi mənimçün. Yu-
xularımdan,  səssiz  dünyamın,  xəyallarımın  qəhrəmanların-
dan yazmağa başladım. Elə bil ki mənə vəhy gəlmişdi, vergi 
verilmişdi.  Dayanmadan  yazdım  və  öz  dünyamın  kitabını 
əlimə  alanda  sevincimdən  az  qala  ən  xoşbəxt  insan  olduğu-
mu bağırmaq istədim.  
Mən: 
–  Mən  də  deyirəm,  niyə  mənim  broşürlərimə  heç  bax-
madınız. 
– Broşüründə maraqlı nə vardı ki, mən də baxam – gün-
də  gördüyümüz  adi  şəkillər,  bir  də  qısa,  mənasız  altyazılar. 
Bunları hər gün televiziyadan onsuz da izləyirik... 
–  Sizə  verilən  vəhydən  mənə  verilməyib  hələ  Şəmşid 
əmi. Yoxsa, mən də filologiyanı bitirmişəm – mən də yazmaq 
istərdim. Bir də ki, indiki zamanədə yazmağa nə verirlər ki, 
kimdir kiminsə kitabını oxuyan... 
– Heç bədii bir şey yazmamısan indiyədək? 
– Şeirəbənzər bir neçə cızmaqaram var ... 
– Demək qığılcımın var, qalır tonqalı qalamaq... 
–  Allah  kəssin  o  cür  qığılcımı  –  özüm  utanıram  onları 
vərəqləyəndə.  Əsas  yazmaq  deyil,  məsələ  necə  yazmaqdır. 
Minlərlə  əsərlər  var  ki,  öz  vaxtında  bobma  kimi  partlayış 
yaradıblar.  Ancaq  bir  müddət  sonra  unudulub  gediblər. 
Kitab  çıxarmaq,  müxtəlif  dillərə  tərcümə  olunmaq  da  əsas 
şərt  deyil.  Əsas  odur  ki,  kitab  uzunömürlü  olsun.  Bax  onda 
əsər  ədəbiyyatda  daim  qalır.  Mən  isə  bu  qabiliyyət  sahibi 
deyiləm. 
–  Burasıyla  mən  də  razıyam  –  xısın-xısın  gülümsündü. 
Altyazıların  belə,  sönük  və  qurudur.  Yazıçı  gərək  sözün 
üstündə  yarpaq  kimi  əssin,  sözün  qədrini-qiymətini  bilsin, 


 
296 
 
oxucunu  inandırmağı  bacarsın.  Xəstəlikdir  yazmaq...  Təcrü-
bən,  müşahidən  güclü  olmalıdır  ki,  sözləri  cilalamağa  baca-
rasan  –  lap  rəssamlar,  heykəltaraşlar,  zərgərlər  kimi...  Ya-
ratdığın bir obraz uzun müddət yadda qalarsa, demək bu işi 
bacarmısan.  Şekspirin  “Otellosu”,  İsmayıl  Şıxlının  “Cahan-
dar  ağası”,  Leonardo  Da  Vinçinin  “Cakondası”,  Viktor  Hü-
qonun  “Jan  Valjan”ı  kimi...  Ədəbiyyatda  ölümsüzlük  buna 
deyirlər. Sən isə istedadını yalnış səmtdə korlayırsan. 
Namiq müdaxilə etdi: 
– Az qala bütün xalq bu səmtdədir babacan... 
–  Heç  kim  bilmir  ki,  sabah  nə  olacaq.  Bu  gün  yazdığın 
sabah necə qiymətləndiriləcək. Mən isə külfətimi ac qoyma-
maq  üçün  vurnuxuram  əmican,  sabahı  düşünməyə  vaxtım 
yoxdur – dedim. 
–  Gələcəyin  sənin  haqqında  nə  deyəcəyini  sən  elə  gə-
ləcəyin özünə burax. Bu gün üçün və bu gündən yaz. Hökmü 
verən  və  əsl  hökmdar  zamandır.  Sabahın  hökmündən  heç 
vaxt  qorxma.  Hər  şey  gəldi-gedərdir,  qalan  bircə  dahiyanə 
sözdür. Sən adi bir broşürdə də dahilik göstərə bilərsən. 
– Deyirsən yəni məndə nəysə alına bilər?.. 
– Səndəki enerjini, həvəsi və üstünü kül basmış bacarığı 
görməsəydim  özümə  əziyyət  verib  bunları  danışmazdım. 
Sənin 5-3 manata əl uzadan zaman çəkdiklərini gözümün qa-
bağına gətirəndə həm acığım gəlir, həm də halına acıyıram. 
– Vallah məni həvəsə gətirirsiniz ha... 
–  Sən  bir  Şekspiri,  Dostoyevskini,  Tolstoyu,  Hüqonu,  
Servantesi, Hemenqueyi oxu, onda  yazmağnı nə qədər asan 
olduğunu özün dərk edəcəksən. Onda nə yazmalı olduğunu, 
necə yazmalı olduğunu anlayacaqsan – ən yaxşısını yazmağı 
məqsəd seçib yazacaqsan. Sənin üstünlüyün ondadır ki, səy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə