ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   70   71   72   73   74   75   76   77   ...   88

 
289 
 
icazə ver tibb bacısı kimi Selen sənə kömək eləsin. Nə deyir-
sən? 
Həkim  cavan  bir  oğlan  idi,  gözucu  Selenə  baxdı,  gözlə-
rindən  aydınca  oxunurdu,  –  “Nəsə,  fırıldağınız  var...”.  Sir-
sifətindən, iynə vurmaq və təzyiq ölçəməkdən başqa heç nə-
dən başı çıxana oxşamırdı. Tibb bacısı da yaşlı, kök bir qadın 
idi. Selen əl çantasından tələbə biletini çıxarıb  həkimə verdi, 
–  “Narahat  olmayın,  kardioloqam...”,  dedi  və  yük  çantasın-
dan  həkim  xalatını  və  papağını  çıxarıb  geydi.  Ambulans 
maşınından  əl  tibb  yeşiyini  götürdü.  Türbanın  üstündən  ağ 
həkim papağı necə yaraşırmış ilahi... 
Selen həkimə, – “Getdik” – dedi və Şəmşid kişini qabağa 
buraxdı. Selenin cəsarəti bizə güc verdi. Şəmşid kişi Namiqə, 
– “Səni çağıranadək tibb bacısının yanında qal” – dedi. Dar-
vazadan həyətə keçdik. Yaşlı bir qadın başının örpəyi ilə ağ-
zına  yaşmaq  vurdu.  Bizi  qarşıladı,  –  “Xoş  gəldiniz”  –  deyib 
qabağa düşdü. Xəstə ikinci mərtəbədə taxtda uzanmışdı. Ba-
şını  ağ  çalma  ilə  bağlamışdı.  Bizi  görən  kimi  yerində  dikəl-
məyə cəhd elədi.  
Selen: 
–  Narahat  olmayın,  uzanın,  –  deyib  çantanı  açdı.  Tono-
metri götürüb Vəzirin qan təzyiqini yoxladı. Deyəsən yuxarı 
idi.  Bir  həb  verdi,  –  “Bunu  sümürün,  sonra  udun”  –  dedi. 
Vəzir  dərmanı  udandan  sonra  Şəmşid  kişiylə mənə  baxıb, – 
“Sizi tanıya bilmədim axı...” – dedi. 
Şəmşid kişi: 
–  Kəndə  girirdik,  təcili  yardım  maşını  sizin  ünvanı 
bizdən soruşdu. Kənd uşaqlarından soruşa-soruşa həkimlərə 
bələdçilik etdik. Dedik bəlkə yardımımıza ehtiyacınız olar... 


 
290 
 
–  Allah  sizdən  razı  olsun.  Xoş  gəlmisiniz...  Arvad,  çay 
gətir! – arvadına səsləndi. 
Selen xəstənin təzyiqini bir də ölçdü, – “İndi necəsiniz?” 
– soruşdu. 
Xəstə: 
– Bir az yüngülləşdim, Allah köməyin olsun qızım. Mə-
nim oğlum da doxdurdur. Zalım balası oxuyub qurtarsaydı, 
sizin də məndən canınız qurtarardı... 
Selen xəstənin şəkərini də yoxladı – normadan bir qədər 
artıq olduğu üçün şprisi doldurub iynə vurdu. Həkim oğlan 
çaş-baş  qalıb  dillənmirdi.  Sanki  bu  komediyanın  nəylə  bitə-
cəyinə məəttəl qalmışdı. Selen xəstəyə, – “Sizin şəkəriniz var, 
pəhrizinizə, mualicənizə nəzarət lazımdır.” 
Vəzir: 
–  Bilirəm  ay  bala.  Nə  gəldi  yeyirik,  əsəb  də  imkan  ver-
mir ki sakit duram. 
Həkim: 
– Nəyə əsəbləşirsiniz belə? 
Xəstə: 
–  Hər  şeyə  –  toyuq-cücəyə,  arvada,  zəmanəyə,  cavanla-
ra, qocalara... 
– Ta desənə deyinməkdən özünü bu hala salırsanmış... 
–  Necə  deyinməyim  ay  oğul,  gözünün  ağı-qarası  bir 
oğlun ola, o da gözündən iraq bir məmləkətdə yaşaya. Hələ 
bu azmış kimi, gedib rusla da evlənə. 
Şəmşid kişi sözü burda əlinə aldı: 
– Rus adam deyil? 
Xəstə: 
–  Kim  deyir  ki,  adam  deyil.  Ancaq  özümüzünkülər  qı-
rılıb qurtarıb ki, gedib rusla evlənir? 


 
291 
 
–  Bax  bu tibb  bacısına –  rusdur,  amma  gör türban  necə 
yaraşır balamıza. Beləsini gəlinin olsun istəməzdinmi? 
Xəstə: 
– Deyirlər bizimki də öz istədiyinə namaz qıldırıb, oruc 
tutdurur. Amma bir müsəlmanın xristian olacağına inanma-
dığım kimi, tərsini də ağlıma gətirə bilmirəm. 
Selen  bayıra  çıxıb  əlində  çay  içəri  girdi.  Çayı  xəstənin 
yanındakı kətilin üstünə qoyub xəstənin biləyini əlinə aldı, – 
“Çay için” – dedi. Nəbzini sayandan sonra, yarırus, yarıazəri 
dilində,  –  “Namiqin  namaz  qılan,  oruc  tutan  nişanlısı  mə-
nəm.  Sizə  gəlin  olmağa  gəlmişəm. Məni  qovsanız  da  bu  ev-
dən çıxan deyiləm. Sizi atam, qaynanamı da anam bilib gəl-
mişəm” – dedi. Və bunları çəkinmədən, sıxılmadan elə dedi 
ki,  Şəmşid  kişinin  əli  ağzında  qaldı.  Selen  xəstənin  əlini 
dodaqlarına qoyub iki dəfə öpdü, – “Mənə qızım deyə bilər-
sinizmi?”. Xəstəni elə yerindən vurmuşdu ki, çətin ki “yox” 
deyəydi.  Vəzir  yerində  dikəlib,  –  “Bəs  Namiq  hanı?”  –  so-
ruşdu. 
Şəmşid kişi: 
–  Qorxundan  bayırda  qalıb,  sənin  halallığını,  icazəni 
gözləyir. 
Xəstə arvadını səslədi: 
– Sumaya... 
Sumaya içəri girdi. 
–  Get  Namiqi  çağır  gəlsin  içəri.  Tanış  ol,  bu  sənin  gə-
linindir. Adın nədir qızım? 
Şəmşid cəld araya girdi: 
– Selcan... 
Selen də qızarıb, – “Selcan” – təsdiq elədi. 


 
292 
 
Sumaya  gələcək  gəlininə,  Selen  də  qaynanasına  sarıldı. 
Vəzir kişi deyəsən qəhərlənmişdi, – “Gəl.., gəl mən də öpüm 
gəlinimi” – dedi. Selen Sumayadan aralanıb xəstənin boynu-
nu qucaqladı. 
Sumaya uşaq kimi bayıra qaçıb Namiqlə qol-boyun içəri 
girdilər. Namiq atasına, atası da oğluna sarıldılar.  
Namiq: 
–  Haqqını  halal  elə  ata,  bağışla  məni.  Bizi  qovmursan 
ki..? 
Vəzir: 
– Harda görünüb ki, ata, səbəbsiz yerə öz balasını evdən 
qova. Mənim nə haqqım var mənə iynə vurub dərman verən 
həkim  balamı  evdən  qovam.  Belə  hörmətli  insanların  ya-
nında tərbiyəsizlik etməyə nə haqqım var bala. Xoşbəxt olun. 
Get  qonaqlarımıza  yemək  hazırlat.  Düşün  həyətə,  mən  də 
üst-başımı dəyişib gəlirəm. 
Həkim oğlan: 
–  Daha  işləriniz  düzəldisə,  özünüzü  də  yaxşı  hiss 
edirsinizsə, mən gedim. Allah övladlarınızı xoşbəxt eləsin. 
Vəzir: 
– Hara gedirsən? Yoxsa, yalançı həkimsən sən də!? 
– Yox dayı. Həkimiydim, ancaq belə işdə birinci dəfəydi 
iştirak  edirdim.  Mən  çağırış  vərəqini  doldurub  gedim,  siz 
işinizdə olun. 
Həkim  öz  qeydlərini  aparıb  Namiqin  verdiyi  20  ma-
natlığı  da  cibinə  qoyub  getdi.  Vəzir  üst  evdən  həyətə  dü-
şəndə Sumaya Selenin hələ də boynunu qucaqlayıb sevincini 
gizlədə bilmir, qürurla oğluna baxırdı. 
Şəmşid kişi Vəziri pilləkənin ən alt pilləsində qarşıladı: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə