ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   78   79   80   81   82   83   84   85   ...   88

 
321 
 
larımı indi havadaca qapırlar. İndi Valid Şəmşid adıyla şöh-
rətin pillələrini qalxmaqdayam. 
Kitabın birinci tiraj buraxılışı ilə Şəmşid kişinin qəbrinin 
üstünü götürdüm. Namiqgildə xatirə üçün birlikdə çəkdirdi-
yimiz  şəkildəki  (bu  şəkli  Selen  öz  fotoapparatıyla  çəkmişdi)  
gülər üzünü qara mərmərə Bakıda döydürdüm. İndi hər də-
fə Ağdaş tərəfə yolum düşəndə əzablı günlərimə son qoyan 
o  ağsaqqal  nuraninin  baş  daşından  gülümsəyən  üzünə  bax-
maqdan doymuram, – “Bu riyakar dünyada ovladlarıma ata 
ola  bilmədiyim,  onları  taleyin  hökmünə  buraxdığım  üçün 
çox  peşimanam”  –  deyirdin,  artıq  mən  və  mənim  balalarım 
da sənin övladlarınıq. Ruhun şad olsun gözəl insan, haqqını 
halal  elə.  Keç  bizim  günahımızdan,  səni  qoruya  bilmədik, 
qədrini bilmədik. Allah sənə min rəhmət eləsin Şəmşid kişi... 
 
24-30 aprel 2011 
 
 


 
322 
 
 
 
 
 
 
Mutant 
 
      
 
 
 
K
ərəm, sən allah tez dur bura gəl... Tez ol, tələs! 
Yuxudan  oyansam  da,  hələ  də  isti  yorğanımın  altından 
qalxmaq fikrim yox idi. Saata baxdım – 7.30-u görsədirdi. 
– Nədi ki! 
– Tez ol dedim!.. 
Elə  alt  paltardaca  otelin  balkonuna  çıxdım.  Narın  çis, 
havanı  bulanıq  pərdəyə  bürəmişdi.  Ətrafa  boylandım, 
maraqlı bir şey sezə bilmədim. 
– Di hı! Nə olub? – soruşdum. 
– Yolun o tərəfindəki adamlara bax, gör neyləyəcəklər... 
5-6  nəfər  adam  səhər-səhər  işə  gedirlər,  10-15  nəfər  isə 
yolun kənarında dayanıblar. Maraqlı bir şey yenə seçmədim. 
– Axı nə olsun..! 
– Səbr elə, gör yolu necə keçirlər... 
Adamlar yolboyu uzun məsafə qət edib piyadaların ke-
çidi  üçün  xəttlənmiş  yerə  çatıb  dayandılar.  Yolda  bir  maşın 
da  gözə  dəymirdi.  Lakin,  adamlar  işıqforun  yaşıl  işığı  yan-
mayınca yolu keçmirdilər. 
– Hə, nə olsun! – soruşdum. 


 
323 
 
–  Canına  dərd,  boyuna  ağ  kəfən  olsun!  İribuynuzlusan 
ki,  iribuynuzlu!  Heç  belə  intizamlı  millətin  vətəndaşı  olmaq  
istəməzdin? 
–  Yox!  Düşükdürlər  də!  1-2  qriven
41
  cərimənin  qor-
xusundan  gör  nə  qədər  yolu  piyada  gedirlər.  Bizimkilər 
olsaydı  indi  yolu  kəsdirmə  basıb  keçmişdilər.  Hələ  bir,  onu 
az  qala  vurub  əzən  sürücülərin  üstünə  də,  –  “Əşşi  korsan, 
mən boyda adamı görmürsən!” – deyə bağırmışdılar. Sən də 
bu dəymədüşərlərin tayısan! 
 
* * * 
 
Həftənin  5-ci  günüdür.  “Uliss”  otelində  qalırıq.  Dünən 
təyyarə  ilə  Odessaya  gəlmişik  –  mən  və  iş  yoldaşım  Aydın. 
Aydın  Xarkovda  ali  təhsilini  bitirdiyindən  Ukraynanı  əl  içi 
kimi  tanıyırdı.  Gəlişimizin  məqsədi,  “Ecoroads”  kimyəvi 
qatqılarının Bakıda ekskluziv satışını təşkil etmək, yol-tikinti 
işlərini  yarıbayarı  ucuzlaşdıra  biləcək  bu  mayenin  tətbiq 
sahələrini, istifadə qaydalarını araşdırmaqdır.  
Yuyunub, əyin başımızı geyib otelin birinci mərtəbəsin-
dəki  bara  düşdük.  Otel  puluna  səhər  yeməyi  də  daxil  idi. 
Axşamkı  diskoteka  ziyafətində  o  qədər  siqaret  çəkmişdilər 
ki,  tütünün  kəsif  qoxusu  adamın  beynini  çatladırdı.  Səhər 
yeməyimizi  sifariş  verdik.  Çox  tərsi-məshəb  və  səbrli  mil-
lətmişlər –  əvvəlcə adama yarımlitrlik çaynik gətirdilər. Son-
ra çörəyi, qaşıq və bıçaqları. Daha sonra isə qaynadılmış yu-
murta  və  yağ-pendiri.  Ən  axırda  isə  şəkər  tozunu.  Hər 
birinin də arasında ən azı 15-20 dəqiqəlik fasilələrlə. Sanki, –  
                                                           
41
 Ukraynanın pul vahidi 


 
324 
 
“elə  elə  ki,  canavar  qoyunu,  qoyunsa  otu  yeməsin”  tap-
macasındakı  kimi  bir  məzəli  sual  hazırlayırdılar  bizə.  Əli-
mizi çayniklərə atanda, çay artıq buz kimi soyumuşdu.  
–  Bax  bizdə  ofisiant  bunları  iki  dəqiqə  gec  gətirsəydi, 
indi səsimiz barı başına götürmüşdü. Sən də bunların intiza-
mından  danışırsan  –  dostumun  bayaqkı  dediklərinə  işarə 
vurdum. 
Donquldana-donquldana  yeməyimizi  yeyib  küçəyə  çıx-
dıq.  Ukraynalı  tərəf  müqabillərimizlə  günorta  görüşməliy-
dik.  Odur  ki,  fotoapparatlarımızı  da  götürüb  Odessa  şəhə-
rinin gəzməli-görməli yerlərinə baxmağa çıxdıq.  
Gözəl  şəhərmiş  Odessa.  Lap  20-25  il  bundan  əvvəlki 
Bakımızı  xatırladır.  Qara  və  münbit  torpağına  söz  ola  bil-
məz.  İnsanları  sevgi  dolu,  şən  və  mehribandırlar.  Bütün 
günü  Aydınla  bakılıları  və  odessalıları  bir-biriylə  müqayisə 
edə-edə xeyli boğuşduq. Mən öz adətlərimizin, o isə buranın 
tərəfini  tuturdu.  Bizi  gözləyənlərlə  görüşə  çatanda  az  qala 
küsülüydük. Vladimir Qayevski “Stucco&construction mate-
rials Inc.” şirkətinin rəhbəridir. O, bizə təklif olunan qatqının 
kimyəvi  xassələri,  tətbiq  sahələri,  qarışdırılma  normaları  və 
sair  xüsusiyyətləri  barədə  geniş  məlumat  verdi.  Lazımı  sə-
nədlər  və  təlimatlar,  maye  nümunəsini  də  verdikdən  sonra 
günorta  yeməyi  üçün  həmvətənlərimizin  yenicə  açdıqları 
“Bakı gecələri” restoranına yollandıq. Birgünlük ayrı düşdü-
yümüz  milli  xörəklərimizdən  gözüdolu  yeyib  toqqamızı 
bərkitdik. Yerli sayıldığımız üçün yeməyin hesabını özümüz 
ödədik. Yeməkdən sonra kimyəvi qatqının artıq tətbiq olun-
duğu yolun strukturuna da baxış keçirib işimizi bitirdik. 
Aydın: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə