ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   75   76   77   78   79   80   81   82   ...   88

 
309 
 
Selen: 
–  Mən  Sumaya  anamın  dilini,  adətlərini  bir  aya  öyrə-
nəcəyəm inşallah. 
Şəmşid kişi: 
–  Ay  bərəkallah  qızım.  Allah  sizi  Namiqlə  xoşbəxt  elə-
sin.  Vəzir  kişi  sizi  də  yarıyanlardan,  nəvə-nəticə  sahibi  ola-
sınız! 
–  Sağ  ol  ağsaqqal.  Düzü  sizə  necə  təşəkkür  edəcəyimi 
heç  özüm  də  bilmirəm.  Bəlkə  də  siz  olmasaydınız  şeytan 
təkəbbürümü əlimə verib övladımın günahına soxardı məni. 
Allah  sizdən  razı  olsun.  Bura  öz  evinizdir,  nə  vaxt  yolunuz 
düşsə, sizi and verirəm Allaha, yan keçməyin, mütləq bir bi-
zə baş çəkin. Sən Namiqin babası, Valid müəllim də bu gün-
dən  əmisi  sayılırsınız.  Toyda  onsuz  da  görüşəcəyik.  Ancaq 
arada-bərədə tez-tez gəlin. 
Yeməyimizi yedik, sağollaşıb getməyə izn istədik. Vəzir 
kişinin  səmimi  qonaqpərvərliyi  bizim  əhvalımızı  xeyli  kö-
kəltmişdi.  Kənddən  bir  maşın  tutub  bizi  şəhərədək  yola 
saldılar. Şəmşid kişini avtovağzaladək gətirdim. Tələsik işim 
olmadığından  yol  yoldaşımı  tək  qoymağı  arıma  sığışdırma-
dım.  Avtobusun  çıxmağına  hələ  bir  saatdan  da  çox  vaxt 
qalırdı.  Bazarlıq  edib  Şəmşid  kişinin  çamadanını  yarıyadək 
konfet-şokalad,  küncüt-qoğalla  doldurduq.  Çay  sifariş  verib 
stol  arxasında  əyləşdik.  Şəmşid  kişi  hələ  də  mənimçün  tam 
açılmamış  bir  sirr  olaraq  qalırdı.  Axşamkı  söhbətimizdən 
sonra qəti qərara gəlmişdim ki, köşə yazarlığına başlayım  – 
heç  olmazsa,  ədəbiyyat  saytlarında,  qəzetlərdə  kiçikhəcmli 
yazılarımla  gücümü  sınayım.  Burda  ki,  kifayət  qədər  dost-
tanışım vardı... 


 
310 
 
–  Bundan  sonra  nə  edəcəksiniz?  Ukraynaya  qayıda-
caqsınızmı?  Kimsə  yaxınınız  qalıbmı  Ukraynada?  –  soruş-
dum. 
Nimdaş  çamadanını  gülümsəyərək  ayaqlarının  arasına 
aldı  və  dizləriylə  sıxdı,  –  “Yenə  oğurlasalar,  ta  günah  özü-
müzdədir”  –  dedi.  O  baxır,  məni  unudub-unutmadıqlarına. 
Əgər  gəldiyimdən  xəbər  tutsalar,  yəqin  ki,  yenə  də  məni 
qurcalayacaqlar.  Yox,  unutmuş  olsalar,  Fatma  bacımın  ya-
nında  bir  müddət  dinc  yaşamaq  istəyirəm.    Düzdü,  Ağdaş 
bir  o  qədər  də  ürəkaçan  təbiət  guşəsi  deyil,  ancaq  bacımın 
yanında olmaq hər halda cənnətdən də yaxşıdır. Ukraynaya 
qayıtmaq istəmirəm. Qalanını da ömür vəfasız çıxmasa, son-
ra  baxarıq...  Bəs  sən  neyləyəcəksən,    onun-bunun  şəkillərini 
satmaqla nə vaxtadək belə dolanacaqsan? 
–  Vallah  özüm  də  bilmirəm  neyləyim  Şəmşid  dayı... 
Əlimdən  başqa  bir  iş  gəlsəydi,  vallah  bu  gün  tullayardım 
jurnalistliyi. Ancaq axşamkı söhbətimizdən sonra qəti qərara 
gəlmişəm  ki,  qapı-qapı  sülənməyi  tərgizim.  Artıq  qəzet  və 
ədəbiyyat saytlarında künc yazıları yazacağam. Görüm, sizin 
məndə gördüyünüz o “istedadı” özüm də tapa biləcəyəmmi? 
–  Əhsən!  Axı  sən  heç  jurnalistlik  də  etmirdin?  Publisis-
tika,  sənin  öhdəsindən  gələcəyin  ən  yaxşı  yoldur.  Bax  sənə 
hörmətim artdı, daha çox sevdim səni.  
–  Bilirəm.  Jurnalisti,  publisisti  guya  ürəyi  istədiyi  kimi 
yazmağa qoyurlar ki... 
– Amma mənə nədənsə elə gəlir ki, sən yaxşı hekayələr, 
romanlar da yaza bilərsən. 
–  Sağ  olmuş,  hardan  başlayıb,  harda  qurtarmağın  qay-
dasını bilsəydim yazardım da bu vaxtadək. 


 
311 
 
– Hələ Selen və Namiqin hekayəsini yaz bir... Kitab-zad 
oxumursanmı heç? 
–  Vaxt  var  ki...  Amma  sizin  kitabınızı  məmnuniyyətlə 
oxuyardım. Birini mənə verə bilərsinizmi? 
– Oğru hər şeyimlə birlikdə, vətənə gətirdiyim üç cildlik 
kitablarımı da oğurladı... Amma dur bir.., – əlini pencəyinin 
qoltuq cibinə salıb  iki  ədəd diski  çıxaranda  iki  nimdaş  şəkil 
yerə  düşdü.  Əyilib  şəkilləri  götürdüm.  Gözucu  baxdım. 
Şəmşid  kişinin  cavan  vaxtları  ailəsiylə  birlikdə  çəkdirdiyi 
şəkli, bir də təkcə cavan bir qızıydı. Soruşdum: 
–  Bağışla,  amma  soruşacağam,  ailəndən  xəbərin  varmı? 
Bu şəkildəki qız nəyindir? 
– Qızımdır. İndi ərdədir. Deyilənə görə qızımdan üç, oğ-
lumdan isə iki nəvəm var... Ancaq heç birinin üzünü də gör-
məmişəm. Allah pis qədərin üzünü qara eləsin. Həm özümü, 
həm  də  ailəmi  el  içində  biabır  elədim,  özümü  yaman  günə 
qoydum...  Bəlkə  bacımın  əliylə  qızımı,  oğlumu,  nəvələrimi 
görəm...  Onları  görsəm,  daha  heç  bir  dərdim  qalmaz,  rahat 
ölərəm. 
Diskləri  bir-iki  dəfə  çamadana  vurub  taqqıldatdıqca 
nəysə  düşünür  və  dodaqlarını  çeynəyirdi.  Birdən  diskləri 
mənə uzatdı: 
–  Götür  bunları!  Bütün  yazılarım  burdadır  –  çap 
olunanlar da, olunmayanlar da. Artıq bundan sonra  çətin ki 
bir  də  yazam.  Oxu  və  səhvlərimi  tap,  həm  də  yazmağa  bir 
çırağın olsun deyə qaydalara bax. 
–  Yazmağın  qaydasını  bilsəm,  həvəsim  var,  yazaram  – 
dedim və diskləri aldım. 
–  Çətini  ilk  sətirdir. Bu  sətir  bütün  yazına  ruh  və  üslub 
verəcəkdir.  Başladınsa,  vaxtın,  günün  necə  keçdiyindən  xə-


 
312 
 
bərin olmayacaq. Sonrakı yazdığın mütləq əvvəlkindən yaxşı 
olacaq,  təcrübə  toplayacaqsan.  Və  sonda  Allah  nəsib  eləsə, 
yazıçı kimi ortaya çıxacaqsan. Sonra sənətkarlıq vərdişlərinə 
və  yazı  texnikasına  yeyələnəcəksən,  öz  səhvlərini  özün 
tapacaqsan.  Əsərlərinin  ən  yaxşı  tənqidçisi  özün  olacaqsan. 
Dahilərin  əsərləri  suda  üzən  iri  aysberqə  bənzəyir.  Buz  qa-
yasının  əsas  hissəsi  suyun  altındadır  və  aysberqi  suda  sax-
layan  da  məhz  bu  hissədir.  Tənqidçilər  isə  aysberqin  görü-
nən  hissəsini  tənqid  edirlər.  Odur  ki,  yazıçının  hələ  nələr 
yazacağı müəmma olaraq qalmalıdır. Ən yaxşını ortaya çıxa-
randa hamı təslim olacaq, – “Bəli. Valid dahi yazıcıdır, dahi 
insandır...” – deyəcəklər və sənin keçmişdə “zəif” hesab edi-
lən  yazılarını  da  yenidən  gözlərinə  təpib  dönə-dönə  oxu-
yacaqlar. Çünki dahinin cılız sözü də dahi sözüdür axı...  
– Şirəyə çəkirsiniz ha məni... 
–  Bax.  Açıq  danışacağam  səninlə.  Axşamkı  söhbəti  elə-
belə,  boş-boşuna  açmamışdım.  Məqsədim  əsla  sənə  ədəbiy-
yat  dərsi  keçmək  deyildi.  Vətənə  ayaq  basandan  bəri  məni 
ancaq bir fikir üzürdü, – “İllərdir, min əziyyətlə ərsəyə gətir-
diyim  yazılarımı  neyləyim?”  –  deyə  onları  tullamağa  əlim 
gəlmirdi. Oğru oğurlaya bilmədi. Sənin isə yazı-pozu adamı 
olmağın  allahın  bir  qisməti  olmalıdır.  Bundan  sonra  dəbdə-
bəli  həyat  yaşayası  deyiləm.  Yazdıqlarımdan  gördüyümü, 
yetərincə  görmüşəm.  Bu  diskləri  sənə  təkcə  əmanət  vermi-
rəm, həm də çörək ağacı olaraq hədiyyə edirəm. Oxuyarsan, 
ora-burasına  əl  gəzdirib  öz  adından  çap  etdirərsən  –  çoxu 
işıq  üzü  görməmiş  yazılardır.  Bu  əməlindən  xəcalət  çək-
məməlisən  –  çünki  bunu  özüm  istəyirəm,  ana  südü  kimi 
halal xoşun olsun. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə