ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   77   78   79   80   81   82   83   84   ...   88

 
317 
 
növbəti  buraxılışında  ölənin  Şəmşid  kişi  olduğunu  görüb 
yerimdə  qurudum,  əlim  ağzımda  qaldı,  dünyam  qaraldı. 
Nömrəni  götürüb  televiziyanı  yığdım,  –  “Hardadır  mərhu-
mun  meyidi?”  –  soruşdum,  –  “Ucar  rayon  mərkəzi  xəstəxa-
nasının morqunda” – dedilər. Tez paltarımı dəyişib yola dü-
zəldim.  Ucarın  xəstəxanasında  Şəmşid  kişinin  donmuş  me-
yidinə  baxanda  tüklərim  biz-biz  oldu.  Mən  onun  mehriban  
gülüşü əvəzinə tam yad sifət – gülüşün yorulub qajımış şək-
lini  gördüm. Bu sifət  əsl  dahilərə  məxsus  tam  ciddi  bir sifət 
idi. Mənə doğma olan bir insanın cansız meyidi ilə dar, can-
sıxıcı morqda tək qalmışdım.  
Sağ olsunlar, təcili tibbi yardım maşını verdilər. Meyidi 
götürüb  Ağdaşa  yollandım.  Soraqlaşa-soraqlaşa  Qumlaq 
kəndini  tapdıq.  Sən  demə  lap  magistral  yolun  kənarınday-
mış. Qumlağın girəcəyindəki arxın (burda belə arxa “keşkal” 
deyirlər)  lilli  suyu  diyirlənə-diyirlənə  axırdı,  sanki  su  öz 
məcrasında yumalanırdı. Fatmanı soruşduq, kənddə iki Fat-
ma  varmış.  Birincidən,  –  “Şəmşid  adlı  qardaşın  varmı?”  – 
deyə soruşduq, – “Yox” – dedi. İkincisi isə eyni cavaba, göz 
yaşı  tökdü,  –  “Yoxsa  maşında  onu  gətirmisiniz..!?  Qar-
daş..!!!”  – deyib  maşına  cumdu.  Fatma  ortası şalla  dolanmış 
48-50  yaşlarında  arıq  bir  qadındı.  Səsinə  evdəkilər  çölə  qaç-
dılar.  Fatma  qardaşının  meyidinə sarılıb hönkür-hönkür  ağ-
layırdı. Səsə bütün kənd tökülüb gəldi. 
Kəndin  mollası  üsuluyla  Quranını  oxudu,  kəfənləyib 
Şəmşid  kişini  dəfn  etməyə  tələsdirdi  –  çünki  meyid  göyər-
məkdən çıxıb qoxumağa başlamışdı. Şəmşidi kənd qəbristan-
lığında dəfn etdik. Fatmadan başqa hamı yalandan ağlayırdı. 
Niyə  də  ağlasınlar,  onu  heç  tanımırdılar  axı...  Dişim  bağar-
sağımı  doğrayırdı,  –  “Axı  necə  ola  bilər  ki,  belə  bir  nurani 


 
318 
 
kişi Ucarın çöllüyündə – kimsəsiz bir yerdə canını tapşırsın. 
Bəs  avtobusdakı  camaat  yoxa  çıxıbmı?  Axı  Şəmşid  kişi 
Ağdaşa getməliydi, Ucarda onun nə işi vardı..?”. Ərinmədim 
–  düz  Ağdaş  avtovağzalına  yollandım.  O  gün  Bakı-Ağdaş 
reysini sürən sürücü bu gecə yenə Bakıdan qayıdasıydı. Sü-
rücünün adını öyrəndim – Səfər idi, ağdaşlıydı. Mehmanxa-
nada yata bilmədim – tezliklə bu müəmmanı çözmək istəyir-
dim.  Gecə  bir  də  geri  qayıdıb  Səfəri  baqajları  boşaldarkən 
yaxaladım. 
– İki gün öncə Bakıdan sizin avtobusla Ağdaşa bir nəfər 
qoca kişini yola salmışdım. O Ucarda düşüb... 
Şəmşid kişini bir qədər də təsvir edəndən sonra deyəsən 
xatırladı: 
–  Hə..,  çamadanını  da  avtobusda  unudub.  Ağsaqqal, 
nurani kişiydi... 
– Hə. Onu niyə Ucarda düşürmüsünüz?! 
– Nəysə olub? 
– Kimsəsiz bir yerdə can verib, dünyasını dəyişib. 
– Nə danışırsınız!? Sən bir işə bax ey, lənət şeytana! 
– Niyə düşüb?! 
–  Vallah  yolboyu  elə  şən,  elə  söhbətcil  idi...  Sərnişinlər 
onun  söhbətinə  qulaq  asmaq  üçün  başına  toplaşmışdılar.  Ya-
man  oxumuş  adama  oxşayırdı.  Kürdəmirdə  yeməyə  düşəndə 
özünü  narahat  hiss  eləməyə  başladı.  Deyəsən  ürəyiydi.  Nə 
qədər  axtarsaq  da  dərmanı  olan  adam  tapa  bilmədik.  “Əşşi, 
birtəhər  çataram”  –  deyib  avtobusa  mindisə  də  ağrıları  onu 
rahat buraxmırdı. Karrar kəndinə çatanda dedi ki, – “Bala saxla 
bir  az  hava  alım”.  Saxladım.  10-15  dəqiqə  gözlədik.  Avtobus-
dakı cavanlardan bir neçəsi üstümə çımxırdı ki, – “Əşşi, sür da, 
işimiz-gücümüz  var  axı!”.  Düzü  heç  əllərindən  iş  gələn  zibilə 


 
319 
 
də  oxşamırdılar.  Amma  məni  düzgün  başa  düşün,  camaatı 
yolda  saxlaya  bilməzdim  axı.  Soruşdum  ki,  –  “Dayı  indi  ne-
cəsən?”, dedi ki, – “Siz gedin bala, mənim burda bir qohumum 
var,  onlara dəyib sonra  yol maşınıyla özüm  gələrəm. Həm də 
namazımın vaxtıdır, qoyun rahat namazımı qılım”. “İstəyirsən 
bir az da gözləyim..”. Amma arxada biri yenə bağırdı, – “Nəyi 
gözləyirsən  a  kişi,  nə  vaxt  çatdıracaqsan  bizi  xarabamıza!?”. 
Qoca  da  dedi  ki,  –  “Yox  bala  sür  get,  camaatın  haqqına  gir-
məyim, narahat olma, sür. Siz yolunuzdan qalmayın”. Mən də 
sürüb  getdim.  Amma  indi  deyirsən,  it  peşimanı  olmuşam, 
gərək gözləyəydim. 
–  İstəsən  də  gözləməzdin!  Bu  millətin  cibkəsəniylə,  bi-
ganəsi  heç  vaxt  əskik  olmayıb.  Biz  insanlığın  nə  olduğunu 
qananadək  dünyada  insanlıq  deyilən  şey  yerlə  bir  olacaq. 
Səni lənətə gələsən, kaş biləydin biganəliyinizin qurbanı olan 
o kişi kimdir. 
Səfər büzüşmüş halda soruşdu, – “Kim idi ki?” 
Gözlərim dolmuşdu: 
–  İllərcə  vətəndən  didərgin  salınmış,  uzun  ayrılıqdan 
sonra bacısına qovuşmaq, övladlarına bir az yaxın olmaq eş-
qiylə  yanan  dəyərli  bir  yazıçı  idi.  Axirətdə  yaxandan  ikiəlli 
yapışanda,  səndən  haqq-hesab soranda  özün verərsən  cava-
bını, lənətə gəlmiş məlun! 
– Düz deyirsən qardaş, nə desən haqlısan... 
– Tfu sənə də, gətirdiyin o insansuratlı murdar sərnişin 
leşlərinə də, lənətə gəlmişlər! 
Artıq Səfərə deyəcək bir sözüm yox idi... 
 
* * * 
 


 
320 
 
...Şəmşid  kişinin  məzarı  başında  bacısı  Fatma,  Şəmşid 
kişinin  doğma  balaları,  nəvələri  və  bir  də  mən  idim.  Qəbris-
tanlıqdan qayıtdıqdan sonra Fatmagilin evinə toplandıq. Şəm-
şid  kişiylə  tanışlığımızdan,  ölümünədək  hər  şeyi  onlara  da-
nışdım. Mərhumun pencəyinin cibindən götürdüyüm şəkilləri 
qızı Gülşənə verəndə, qızı göz yaşlarını saxlaya bilmədi. 
–  Hələ  indiyədək  yazıb  çap  etdirmədiyi  bütün  əsərləri-
nin diski də məndə durur, gələn dəfə qırxına gələndə özüm-
lə götürərəm – dedim. 
Şəmşid  kişinin  həyat  yoldaşı  bu  sözümdən  heç  xoşhal 
olmadı, –  “Hamısını oxumuşam, tulla getsin!” – dedi. 
 
* * * 
 
Lap sonralar təsadüfən Namiqlə görüşdüm. Şəmşid kişi-
nin  öldüyünü  eşidəndə  çox  pis  oldu.  Ruhuna  dua  oxudu, 
mən  də,  o  ki  var,  “amin”  dedim.  Çünki,  ömrümün  sonuna-
dək Şəmşid kişiyə borcluyam. İndi onun çörəyini yedirdirəm 
balalarıma. Şəmşid kişinin arvadı, dediyim kimi yazılara ye-
yə  durmadı.  Qızı  da  dolayısı  ilə  anlatdı  ki,  –  “Onsuz  da  bu 
yazıları  nəşr  etdirəcək  imkanımız  da  yoxdur,  qoyun  sizdə 
qalsın”.  Mən  də  Şəmşid  kişinin  yazılarının  müəlliflik  hüqu-
quna  özünün  halallığı  ilə  sahib  çıxıb  imkan  düşdükcə  çap 
etdirdim – həm də razılaşdığımız kimi Valid Şəmşid adıyla. 
Şəmşid kişinin ölümündə mənim də əlim vardı – başını o qə-
dər  söhbətə  qatdım  ki,  avtovağzalda  dərman  almağı  da 
unutmuşduq. İlk cilddəcə Şəmşid kişiylə tanışlığımızı, onun 
verdiyi disklər, yazmaq üçün dəyərli öyüd-nəsihətlərini, Na-
miq  və  Selenlə  tanışlığımızı  ön  söz  əvəzinə  yazdım.  Nəticə 
mən gözlədiyimdən də səmərəli olmuşdu. Kitab evləri kitab-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə