ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   76   77   78   79   80   81   82   83   ...   88

 
313 
 
–  Şəmşid  əmi,  xəcalət  verirsiniz  mənə.  Məndə  o  qədər 
pul  hardadır  ki,  kitab  çap  etdirim.  Hələ  vicdanım  da  yol 
verməz ki, başqasının əsərinə öz adımı yapışdırıb ondan pul 
da qazanım. 
–  Bunu  xahiş,  əmr,  ya  vəsiyyətim  kimi  qəbul  et.  Lap, 
Namiq və Selenə etdiyin yaxşılığın əvəzi olaraq mükafat ki-
mi  qəbul  elə.  Yazılarım  sənin  olsun,  mən  öldükdən  sonra 
oxuyacağın  duaların  isə  mənim  –  əlini  saqqalına  çəkib  gü-
lümsündü.  
Aman allah, onun saqqalı gözlərinin nuruna işıq saçırdı. 
Duyurdum ki, bu təklifi sidq ürəkdən edir və imtina etsəm, 
qəlbini qırmış  olaram. Odur  ki,  razılaşdım,  – “Əvvəlcə  oxu-
yaram,  görüm  necə  yazıçısınız.  Sonra  isə  elə  öz  adınızdan 
nəşriyyata verərəm” – dedim.   
–  Mən  onsuz  da  el  içində  yetərincə  biabır  olmuşam. 
Əgər  vətənə  döndüyümü  bilsələr,  qorxuram  yenə  də  məni 
rahat  buraxmasınlar.  Öz  adından  və  halallıqla  dərc  etdir. 
Köhnə maşının var deyirsən, onu sat və ilk kitabını onun pu-
luyla buraxdır. Sonra özünə daha yaxşısını alarsan.  
–  Yaxşı,  burasını  qəbul  edirəm.  Ancaq,  bir  sualıma  sə-
mimi  cavab  istəyirəm,  –  “Həqiqətənmi,  məndə  yaza  biləcək 
bir istedad işartısı gürürsünüz?”. 
–  Qətiyyətlə  deyirəm,  –  “Hə!”.  –  Deyirlər  ki,  insanın 
sifəti onun qəlbinin aynasıdır. Çörək dalınca qaçmaq, bu yol-
da  yorulmağın,  hər  yola  əl  atmağın  belə  sənin  ürəyindəki 
mərhəməti  ram  edə  bilməyib.  Sən  insaniyyəti  hiss  edə 
bilirsən,  sən  romantiksən  və  elə  həyatının  ağırlığı  yazmağa 
başlaman üçün ilk təkandır. 


 
314 
 
–  Quran  haqqı  yazacağam,  söz  verirəm!  Elə  ilk  yazımı 
da  götürüb  sizin  yanınıza  qaçacağam  –  tənqid  etməyiniz 
üçün. 
– Tənqidi vecə aldınsa, batdın! Ernest Hemenqueyin da-
hiliyi  onun  sadəliyindədir,  zərgər  dəqiqliyindədir,  lakin, 
yazılarındakı  tələyə  düşməkdən  qorxan  tənqidçilər  ona  ya-
xın dura bilmirlər. Canavar sürüsü kimi Hemenqueyin əsər-
lərinin başına fırlanan tənqidçilərə baxmaqdan zövq alıram.  
Sənə  verdiyim  bu  disklər  hələ  hər  şey  demək  deyil. 
Unutma ki, gerçəklik və şəxsi təcrübəyə söykənməyən yazıçı 
iflasa  məhkumdur.  Elə  əsərləri  oxumalısan  ki,  səni  ədə-
biyyata bağlasın. Bax sənə bir misal deyim.., uşaq vaxtın söh-
bətidir,  kənddəki  ayaqyolumuzda  vərəqləri  saralmış  bir  ki-
tab  vardı  –  ayıb  olmasın  bu  kitabın  vərəqlərilə  dalımızı 
silərdik.  Lakin  mən  hər  dəfə  ayaqyolunda  oturanda  dəqi-
qələrlə  qapını  arxadan  kilidləyib  bu  vərəqləri  oxuyardım. 
Kimsə vərəqi ortadan – növbəsiz cıranda və həmin itkin və-
rəqi  oxumadığım  üçün  itə  dönürdüm.  Kitabın  üz  qabığı 
olmadığından  müəllifini  bilmirəm  kimdir,  ancaq  əsərin  adı 
“İncə  Məmməd”  idi.  Avdı  bəyin  əlindən  sevdiyini  qaçıran 
oğlan dalda mağaraların birində vüsalına yetişib o böyük işi 
görür.  İndiyədək  yadımdan çıxmayıb  –  kitabın  64  ya  da  84-
cü  səhifəsində  bu  səhnə  bir  sətirlə  təsvir  olunmuşdu,  – 
“Zəhra artıq qadın olmuşdu...”. Burdakı hadisə o qədər təbii 
təsvir  olunmuşdu  ki,  məktəbi  bitirənədək  o  vərəqi  şəkil 
albomumun  arasında  saxlayırdım.  Sonralar  yazılarımda 
intim səhnələrdəki ehtirası nə qədər çalışsam da, belə təsirli 
kəlmə  ilə  ifadə  edə  biləcək  söz  düşünə  bilmirdim.  Ancaq 
bütün intim parçalarımın mənbəyi bax elə bu sətirdən gəlir. 
Heyif ki, bu kitabı sonralar tapıb bütöv oxuya bilmədim. Bax 


 
315 
 
tələ  buna  deyirlər  –  kefinin  və  arzunun  üst-üstə  düşdüyü 
anda  səni  elə  bir  söz  tilsimləyir  ki,  təsirindən  illərlə  yaxa 
qurtara bilmirsən. Birdən düşük bir şeirdə, yazıda elə bir də-
yərli sözlə qarşılaşırsan ki, bu sözün ucundan tutub irihəcmli 
gözəl bir roman yazırsan. Buna görə həmin şeiri yazan ada-
ma borclu deyilsən ki... Sözü Allah yaradıb və bu nemət tü-
kənəndir.  Lakin  yerində  deyilən  söz  misilsizdir.  Mən  nəsə 
bir  yenilik  demirəm.  Çünki  mümkün  olan  bütün  sözlər  de-
yilib, qalır deyilənləri cilalamaq, bəzəyib-düzəmək. Yeni söz 
icad  edəsi  deyilik,  sözlər  artıq  deyilib...  Amma  baxır  həmin 
sözü sən necə deyəcəksən. Bax budur əsas olan! 
–  Arxayın  olun.  Elə  evə  gedən  kimi  bunların  hamısını 
bir-bir  oxuyacağam. Hələ  maraqlı  bir  məqalə də  yazacağam 
haqqınızda.  Bayaqdan  danışdıqlarımızdan  yadımda  qalan-
ları  da  qələmə  almağa  çalışacağam.  Deyəsən  adamlar  avto-
busa minirlər,  ayrılmaq vaxtıdır. 
– Gözüm üstə yerin var Valid. Yetər ki, məni tək qoyma. 
Yoxsa  doğma  vətənimdə  darıxmağın  ayıbını  yaşasam  arım-
dan  ölərəm.  Bəlkə..,  sən  demişkən,  köməyinə  də  ehtiyacım 
oldu.  Unutma,  bu  dünyada  hər  kəsin  başqa  birinə  ehtiyacı 
var. Di salamat qal. Neçə gündür evdən aralısan, yəqin nara-
hatdırlar, get sən də. Sağ ol. Tanış olduğumuza görə çox şa-
dam, yolunu mütləq gözləyəcəyəm. 
Avtobus  mühərriki  işə  salmışdı.  Qapının  ağzında  bir-
birimizə  sarıldıq.  Kefini  qaldırmaq  üçün,  –  “Söz  verirəm  ki, 
sizin  yazılarınızın  hesabına  şöhrət  qazanan  kimi  sizi  ziyarət 
üçün mütləq Ağdaşa gələcəyəm, – gərək gəlib sizi də yaxın-
larınızla, ailənizlə barışdırım – bu işdə pərgarlaşmışıq axı... 
Güldü  və,  –  “Şöhrət  əhliləşməmiş  at  kimidir.  Mindinsə 
səni  hara  gəldi  götürüb  qaçacaq.  Gücün  çatsa onu  ram  edə-


 
316 
 
cəksən, yoxsa səni uçurumların birindən aşağı tullayacaq” – 
dedi. 
–  Yəqin  əminsiniz  ki,  yazdıqlarınız  məni  şöhrətə  çatdı-
racaq? 
–  Söz  ver  ki,  şöhrətli  biri  olsan  soyadından  “Qılınclı”nı 
götürüb  və Valid Şəmşid olacaqsan. 
– Söz verirəm! 
– Di salamat qal. Gözləyəcəyəm ha...  
Şəmşid kişiylə qucaqlaşdım. Ona avtobusa minməyə kö-
mək elədim. Yerinə keçdi və pəncərədən mənə əl elədi. Onun 
nurlu  çöhrəsindəki  sevinci  gözlərimin  bütün  toxumalarına 
həkk  etdim.  Avtobus  yerindən  tərpəndi.  Onun  gülümsəyən 
üzünün nuruna əl edirdim... –  “Yazıq qoca, görəsən əzizlərin 
səni görməyə sevinəcəklərmi?” Bu qoca ilə ayrıldığıma üzül-
düm  –  “Gərək  onunla gedəydim”...  Cəmi  iki  gün  tanış  oldu-
ğum bu insana elə bağlanmışdım ki, sanki, əmim və ya dayım 
kimi əzizimə uzun ayrılıqdan sonra qovuşmuşdum.  
Evə  gələndə  halımdan  və  bu  dəfəki  səyahətimdən  çox 
məmnun idim.  
 
* * * 
 
Aradan iki gün ötmüşdü. Adətim üzrə divana yayxanıb 
televizora baxırdım – evdə ən sevimli məşğuliyyətim televi-
zorun  pultunu  əlimə  alıb  kanalları  mənasız  yerə  dayanma-
dan  aşağı-yuxarı  çevirməkdir.  Ani  ötürdüyüm  kanalda  gör-
düyüm şəkil mənə tanış gəldi – geri qaytardım. Diktorun son 
sözlərini  eşitdim,  –  “Meyidi  tanıyanlardan  xahiş  edirik  ki, 
ekranda gördüyünüz telefonlara zəng vurasınız...”. Meyidin 
kimliyini  əvvəlcə  anışdıra  bilmədim.  Ancaq  xəbərlərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə