ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   72   73   74   75   76   77   78   79   ...   88

 
297 
 
yah kimi xalqın arasındasan. Müşahidə etmək, qeydlər apar-
maq  şansın  çoxdur.  Mahir  söz  ustalarının  çoxunda  heç  belə 
imkan olmayıb.  
–  Deyirsiniz  yəni  zəmanəmizin  ən  mükəmməl  əsərini 
yazmaq mənim qismətimdədir? 
– İnsan ən mükəmməl əsəri yaratmaq iqtidarında deyil. 
Amma sənin söz sərrafı olmaq şansın var. 
Namiq: 
– Mən, yazıçı olmağı bir insan faciəsi kimi duyuram. Nə 
qədər  kövrək  və  duyğulu  olmalısan  ki,  hisslərin  içinə  gir-
məli, onları yaşamalı və üstəlik, həqiqət kimi oxucuya sirayət 
etdirməyi bacarmalısan. Buna insan ürəyi tab gətirməz.  
Şəmşid: 
–  Haqlısan.  Ancaq  yazmağın  gözəlliyi  də  elə  bundadır. 
Yazıçı  dediyin,  bir  sözün  üstündə  əsim-əsim  əsənlərə  de-
yirlər.  Arı min bir gülü ələk-vələk edib bir damla şirə çəkən 
kimi, yazıçı da  düzgün sözü yerində seçməyi, işlətməyi  ba-
caranlardır.  Sözlə  əlləşib-vuruşanlar,  onunla  “haqq-hesab 
çəkmək”dən  zövq  alanlardır.  Bu  zövq  mənimçün  hər  ali 
hissdən  üstündür.  Sənin  dilənçi,  mikrob,  qarışqa,  ölkə  baş-
çısı,  oğru,  qəhrəman  olmaq,  başqa  planetə  getmək  imkanın 
var  və  sən  bu  səyahətdən  zövq  alırsan.  Uşaq  vaxtı  məcara 
kitablarını oxuduqca, mən də özümü insan ayağı dəyməyən 
adada hiss edirdim, piratlarla vuruşub xəzinələr tapırdım... 
–  Şəmşid dayı, ədəbiyyat elə budursa, onda yazmağına 
dəyər – məni düz yola çəkmək üçün məlhəm canfəşanlığına 
görə ona xeyli qanım qaynayırdı. 
–  Sən  yazmağa  məhkumsan!  –  səsinin  tonunu  qaldırdı. 
Gündə minyol rastlaşdığın haqsızlığa, şərəfsizliyə göz yum-
maq  haqqın  yoxdur.  Sən  ziyalısan,  bu  vətənin  övladısan, 


 
298 
 
haqsız  yerə  incidilən  isə  sənin  həmvətənlərin  –  qardaş-bacı-
larındır. 
Yatağımda dirsəkləndim: 
– Vallah yazacağam. De, nədən başlayım? 
– Lap elə siftə olaraq Selen balamızı gəlini kimi qəbul et-
məyən  yaşlıların  dirənib  qaldığı  ürf-adətimizin  ziyanlı  tərə-
findən  başla.  Sonra,  çamadanımı  oğurlayan  uşağın,  onu 
oğurluğa məcbur edən həyatından yaz. Mənim yol yoldaşım 
olan Cavidin, Əsgərın və üçüncünün adı nəyidi – yadımdan 
çıxdı – bax onların yad bir qıza olan səmimi qardaş hisslərini 
işıqlandır.  Namiqin  atasının  qonaqpərvərliyini  göstər.  Öz 
dolaşıq həyatını yaz. 
– Oxuyanlar da oxuyub tullasınlar... 
– Yazdığını oxuyan adam darıxıb kitabı yana tullayırsa, 
demək hələ bacarmamısan. Düzdür, “pis oxucu” deyilən bir 
məvhum da var. Elə mən özüm pis oxucuyam.  Amma Vik-
tor Hüqonu oxuya-oxuya bu əsərdən düz beş hekayə yazma-
ğa  girişmişəm  –  “Səfilləri”  bəlkə  də  on  dəfə  oxumuşam. 
Amma öz hekayələrimi yazmaq, Hüqonun özündən də yaxşı 
yazmaq  məqsədilə  oxumuşam.  Ancaq  hər  dəfə  təkrar  oxu-
yanda  mənim  “səfillərim”  Hüqonun  kölgəsində  itib-batıb. 
Belə qaralamaları işığa həsrət qoymuşam. Ancaq birdən Hü-
qodan da güclü bir şey yazdığıma inanaraq günlərcə xoşbəxt 
olmuşam.  Ta  ki,  növbəti  Hüqo  kimi  nəhəng  “qayalarla” 
rastlaşanadək...  
– Vallah bir məktəbsiniz siz. Keçmişdə “usta yanına ge-
dən  şəyird”  qaydalarımız  yaşasaydı,  məmnuniyyətlə  sizin 
şəyirdiniz  olardım.  Gündə  bir  hekayə,  novella  yazanlar  da 
var, amma nə olsun – adları it dəftərində də yoxdur. Yazdıq-
ları  bir  qara  qəpiyə  dəyməz.  Hələ  gör  mən  neçə  il  yazma-


 
299 
 
lıyam  ki,  alababat  bir  yazıyla  ortaya  çıxa  bilim.  Bu  yaşdan 
sonra... 
– Latın Amerikası yazıçısı var – Qabriel Qarsia Markes, 
deyir  ki,  –  “əgər  hekayə  yazıramsa,  gündə  bir  sətirlə  kifa-
yətlənirəm,  roman  yazıramsa,  bir  səhifə  ilə”.  Düzdür,  məh-
suldar  yazıçı  deyil,  ancaq  yazdığına  söz  ola  bilməz.  Başa 
düşürsənmi? Yazmaq xatirinə yazmaq, mənasız işdir. Mənim 
də  yazdıqlarımın  içində  tələsik  yazdığım  –  heç  oxumadıq-
larım var. Ancaq eləsi var ki, sözlə açıq meydanda tək qalıb 
vuruşmuşam – beləsi də var. Onsuz da sonda söz qalib gəlir, 
ancaq  bu  çarpışmadan  böyük  əsərlər  yarana  bilir.  Gərək  tə-
ləsmədən,  hansısa  pul,  mükafat  və  ya  qalib  gəlmək  xatirinə 
yazmayasan. 
– Onda niyə yazım ki? Dolanışıqdır ey əsas dərd Şəmşid 
əmi,  dolanışıq...  Yenə  Namiq  deyənə  gəlirsiniz,  –  yazmaqla 
dolana  bilməyəcəyəmsə,  niyə  ömrümü  el  yolunda  köz  eli-
yim?  Ailəm,  övladlarım  qarşısında  atalıq  borcum  var,  əsas 
vəzifəm  budur.  Ailəmin  yolunda  kiminsə  cibinə  girməkdən 
belə çəkinmirəmsə, bu yalnız... 
– Çarəsizlikdən, acizlikdən və xətrinə dəyməsin – yaşda 
səndən şox böyüyəm – alçaqlıqdandır! – kişi hirslənirdi. Ger-
çəkliyi,  düşünülmüş  qərəzli  ideologiya  naminə  dəyişənlər 
ədəbiyyat tarixinin zibilliyində çürüyəcəklər və daim lənətlə 
anılacaqlar.  Yaxın  tarixin  yazıçılarının  aqibətini  görmürsən-
mi – hanı “Kapital”, “Xam torpaqlar”, nə bilim nələr? 
– İncimirəm. Bunları bəlkə də yüz dəfə başqasından, yüz 
min dəfə də vicdanımla təkbaşına qalanda öz dilimdən eşit-
mişəm. Filoloq olsam da, mən ədəbiyyat deyilən elmdən heç 
nə qanmıram və bu barədə heç vaxt fikir yürütmürəm. Onu 
bilirəm  ki,  ədəbiyyat  olmasaydı  dünyaya  heç  nə  olmazdı. 


 
300 
 
Ancaq  ədəbiyyat  dünyanı  daha  da  gözəlləşdirir,  insanlığı 
cilalayır. Hərdən fikirləşirəm ki, jurnalist yox, bağban olsay-
dım,  daha  faydalı  biri  olardım.  Müxbirliyim,  qorxaqlığım-
dandır, çarəsizlikdəndir, ümumi axında üzmək məcburiyyə-
tindəndir... 
– Mən də yazıçıların çoxu kimi cəsarətsizliyimdən yazıçı 
olmuşam,  qorxudan  ədəbiyyat  cəngəlliyində  gizlənmişəm. 
Çünki,  “hər  günahı  üzə  deyən  də  abırsızdır”.  Mən  gördü-
yüm  günahları  kitabın  dəri  üzlüyü  altında  gizləməyə  çalış-
mışam.  
–  Yoxsa,  gündə  minlərlə  insanın  doğulub  öldüyü  bir 
dünyada nə qədər istəsən mövzu var yazmağa.  
Namiq: 
– Bir az da reallığı bədii dillə bəzəmək, şişirtmək, təbliğ 
etmək qabiliyyətin olsa, olursan əsl yazıçı.  
Şəmşid: 
– Məsələ də burasındadır ki, pisin gətirdiyi pisliyi şişir-
dib  elə  murdar  göstərmək,  gözə  elə  soxmaq  lazımdır  ki,  in-
san  ondan  uzaq  dursun.  Yaxşını  elə  bəzəmək,  elə  cilalayıb 
parlatmaq  lazımdır  ki,  hamı  yaxşılığa  –  işığa  can  atsın.  Ya-
zıçının  əsas  vəzifəsi  budur.  Yoxsa,  bəzən  reallığı  yalnış 
yöndə  –  məddahcasına  şərh  edəndə  isə  həmin  yazıçı  tənha 
qalır,  azadlığı, açıq  fikri  bir  az  da  məhv  edir, sözün  gözünə 
kül üfürür – sözü boğur.  
Namiq: 
– İndiyədək yazanlarımız bizi Qafqazın və ya Şərqin bir 
hissəsi  kimi  deyil,  həm  də  dünyanın  bir  parçası  kimi  gös-
tərsəydilər, dünyanın da bizdən xəbəri olardı, bundan ən çox 
özümüz qazanardıq. Qayda-qanun tanımayan cavanlar kimi, 
indiki dünya da əmindir ki, xırda dövlətlər mütləq dünyanın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə