ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   80   81   82   83   84   85   86   87   88

 
341 
 
– fikirli-fikirli geri qayıtdım. Həqiqətən də qaqauzların xris-
tian olduğunu bu vaxtadək bilmirdim. 
Zaxarı  dəli  bir  gülmək  tutdu.  Artıq  Kostya  da  əmin  idi 
ki, ölüm anları ən azından bir qədər ləngiyəcək. Zaxar Kost-
yanı  ayağa  qaldırıb  güclü  əliylə  onun  nazik  boynunu  sıxdı. 
Kostya ağrıdan büzüşüb yumağa dönmüşdü. Zaxarın telefo-
nu zəng çaldı – Roman idi. Kostyanı güllələnmədən qorudu-
ğum üçün sevinirdim. Kostyanın sönük gözlərindən minnət-
darlıq  işartılarını  duya  bilirdim.  Yenidən  maşına  qayıtdıq. 
Kostya maşına oturmaq istəmədi... 
Zaxar: 
– Niyə minmirsən! Yoxsa ölməyin gəlib? 
Kostya, sanki o biri dünyadan səslənirmiş kimi: 
– Şalvarımı batırmışam, maşın heyifdir... – dedi. 
Hamımızı  dəli  bir  gülmək  tutdu.  Məncə,  öləcəyini  qəti 
bilən  adamı  nə  qədər  tez  öldürsən,  bir  o  qədər  savabdır. 
Könülsüz də olsa, zavallı “kirvə”mizin ölümünü arzuladım. 
Həm  də  ona  görə  arzuladım  ki,  Zaxarın  maşınını  batırmaq-
dan xəcalət çəkməsin.  Onsuz da Kostyanın bütün paltarı hə-
lə də saunanın suyu ilə tam islaq idi. 
Zaxar: 
– Otur, eybi yoxdur. 
Kostya: 
– Yox, otura bilmərəm... 
– Sənə otur dedim! – Zaxar acıqlandı. 
– Yox Zaxar xahiş edirəm... 
Zaxar  yenidən  əlini  tapançasına  atıb,  Kostyaya  atəş 
açdı... 
Bir anda nurlu dünyama qaranlıq çökdü. Allah özü bilir 
ki həmin anda nəfəsim nə qədər içimdə qaldı. Bədənimin bü-


 
342 
 
tün  çıxıntılı  orqanları  qorxudan  büzüşüb  içimin  dərinliklə-
rində gizləndi. Büzüşdüm və xeyli sonra ehtiyatla gözlərimi 
açdım. Elə bu heynidə qoca günəş də gözlərini tam açdı – ət-
rafa  işığın  gur  saçaqları  yayıldı.  Kostya  yerə  sərilib  qapısı 
açıq maşının oturacağından yapışmışdı – bədəni hələ də ma-
şının altında büzüşməkdəydi. Qorxudan səsimizi elə kəsmiş-
dik  ki,  Zaxar  çətin  ki,  yaxınlıqda  bir  ins-cinsin  olduğundan 
xəbər tutaydı... Kostyaya tərəf boylandım, yazıq baldırını qu-
caqlayıb qıvrılırdı – güllə baldırından dəymişdi. Dayana bil-
mədim  –  yerə  düşüb  onun  biləyindən  yapışıb  ayağa  qaldır-
dım.  Son  nəfəsini  mərdliklə  vermək  qərarına  gəlmiş  kişilər 
kimi qəddini dikəltdi. Ancaq müqəssir sifətini Zaxara süzdü-
rüb  pencəyini  çıxardı. Pencəyi maşının  oturacağına  sərdi  və 
əvvəlcə özü oturdu, sonra da yaralı sağ ayağını əlləriylə ma-
şına soxdu. Lal-dinməz xeyli yol getdik, Yuri Şatunovun ret-
ro  mahnılarından  başqa  heç  nə  eşidilmirdi.  Zaxar,  atəşdən 
aldığı  adrenalinlə  maşının  sürətini  220-yə  qaldırmış,  musi-
qini fitlə müşaiyət edirdi. 
Nəhayət Romanın bizi gözlədiyi yerə çatdıq. Roman bizi 
mehriban  qarşıladı  –  sanki  sağ  qaldığımıza  o  da  sevinirdi. 
Zaxarın göztərişi kəsə və çox ciddi oldu: 
–  Qardaşlarımızı  düz  Kişinyova  çatdır.  Qayıdanda  bu 
zibilin  meyidini  –  Kostyanı  göstərdi  –  isə  “Fartuna”dan  gö-
türüb zibilliyə, ya da bataqlığa  atarsan.  
Zaxar bizimlə mehribancasına qucaqlaşıb vidalaşdı. 
–  İstədiyiniz  ölkənin  pasportunu  almaq,  öz  ölkənizdə 
narkotik  biznesinə  girişmək  istəsəniz  məni  –  qaqauz  Zaxarı 
axtararsınız. Geri qayıdanda xəbər edin, qalıb qonağım olar-
sınız. 


 
343 
 
Təşəkkürümüzü  bildirib  Romanın  maşınına  əyləşdik. 
Arxa pəncərənin şüşəsini endirib Zaxara əziz qardaşım kimi 
öyüd nəsihət vermək qərarına gəldim – həm də yaşda ondan 
böyük olduğuma əminiydim: 
– Qardaş, səninlə tanış olmağıma çox şad oldum. Özünü 
qoru.  Sən  türk igidi  kimi  hələ qaqauz  xalqına  çox  lazımsan. 
Səni heç vaxt unutmayacağıq. Qanla bu qədər oynama, yox-
sa bir gün özün öz qanında boğularsan... 
Zaxar: 
–  Mənə  mühazirə  oxuma!  Basın  bayıra,  narkotikimin 
vaxtıdır,  yoxsa  Kostya  Aşuryanın  güdazına  siz  də  gedərsi-
niz... 
Qorxumdan şüşəni qaldırdım , – “Xristian ki, xristian...” 
–  düşündüm.  Zaxar  qapını  döyəclədi,  –  “Amma  doğrudan 
da gülməlidir – xristian qaqauz türkü..!” 
–  Kostyanın  aqibəti  necə  olacaq?  –  cürət  edib  yenə  so-
ruşdum. 
– Xəyanətin yalnız bir cəzası var – ölüm! 
Maşınımız  yerindən  tərpəndi.  Zaxar  hələ  də  arxadan 
bizə əl eləyirdi. Zavallı Kostya isə yaralı baldırını qucaqlayıb 
ağrıdan  qabaq  oturacaqda  enib-qalxırdı.  Qan  çanağı  Tiras-
poldan – tanınmamış Dnestryanı Respublikasından ta Kişin-
yovadək gözümüz arxada qalmışdı – görəsən 23 yaşlı Zaxarı 
nə vaxt öldürəcəklər, bir dəliqanlı xristian qaqauz  türkünün 
aqibəti necə olacaq..? 
 
25.10 - 24.11.2010  
(Odessa-Kişinyov-Bakı) 
 
 
 


 
344 
 
 
 
 
 
 
 
Bəxti-xuda 
 
 
 
V
allah  məni  görsəniz  çoxunuz  tanıyarsınız...  Vaxtilə 
adım bir-iki dəfə televizorda qabaqcıl pambıqçı kimi çəkilib, 
bir  dəfə  də  özümü  lap  ekranda  göstəriblər  –  müsahibə  ver-
mişdim.  Özümü  sosializm  yarışlarına  o  qədər  qurban  ver-
dim  ki,  axırda  baxdım  ki,  bütün  yaxınlarım,  əzizlərim  dün-
yasını  dəyişib,  mənsə,  tək  və  43  yaşında  subay  qalmışam. 
Ümid  bəslədiyim  sovet  hökuməti  də  məni  atıb  dağıldı.  Ba-
şınızı  çox  ağrıtmayım,  onsuz  da  indi  dərisi  bir  qəpiyə  dəy-
məyənin biriyəm...  
Günlərin birində maddi sıxıntım həddini lap aşdı. Artıq 
7-ci ay idi ki, məvacib almırdım. Sanki sovet hökuməti döv-
ründə  əldə  etdiyim  nailiyyətlərimlə,  indiki  iş  adamlarının 
gözünə  çöp  soxurammış.  Haqq  üçünə  biznesmen  görəndə 
mən  də  bizim  o  vaxtkı  kitablarda  deyilən  əsl  kapitalistləri 
görürəm. O səbəbdən də bir qədər onlara qarşı acıdiləm, on-
lardan  iş  istəməyə  deyil,  sanki  haqqım  olanı  tələb  etməyə 
gedirəm. Elə bil ki, onun mütləq mənə ehtiyacı olmalıdır və 
məni  qeyd-şərtsiz  işə  götürməyə  borcludurlar.  Haqlı  oldu-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə