ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   80   81   82   83   84   85   86   87   88

 
333 
 
Zaxar: 
– Borcundan çıxaram... İndi isə əlimə düşüb... 
Aydın: 
– Bəs bunun axırı necə olacaq..? 
Zaxar: 
– Xainlərin axırı necə olur? Ya pulumu qaytaracaq, ya da 
it kimi gəbərdəcəyəm. 
Kostya: 
–  Sən  qeyrətli  adamsan,  bunu  eləməzsən.  Onsuz  da  iki 
dəfə  infarkt  keçirmişəm,  bu  gün-sabah  öləcəyəm,  əlini  niyə 
erməni qanına batırırsan? 
– Xəyanət cəzasız qalmasın deyə! 
Mən də könülsüz söhbətə qarışdım: 
– Qaytarmağa pulu varmı? 
– Deyir ki, varıdı. Məndən oğurladıqlarını İsveçrə bank-
larında  gizlədib.  Elə  ona  görə  Hollandiyaya  qaçmaq  istəyir-
miş  də...  –  “mavi”  qohumlarının  yanına...  Onu  da  yoxlaya-
cağıq,  pul  orda  da  olmasa,  batdı  sizin  kirvəniz...  Axı  bu  bi-
lirdi ki, Zaxarın əlindən hara getsə də xilas ola bilməz! – Za-
xar yerindən Kostyanın kəlləsinə bir yumruq ilişdirdi. Kost-
ya  ikiqat  əyilmişdi.  Bir  xeyli  tərpənmədən  ikiqat  qaldı  – 
“beyninə qan sızdı yəqin” – düşündük. 
Tiraspola girhagirdə Zaxar sürücüsünə göstəriş verdi: 
–  Mənim  maşınım  buralarda  olmalıdır.  Bizi  düşür  və 
məni Kişinyovda gözlə, mən bu “dığa”nın adamlarıyla görü-
şəcəyəm – dedi. 
Yolboyu  cıqqırı  da  çıxmayan  Roman  çevrilib  Zaxara 
baxdı, – “Bəs, qardaşları hara aparım?” – soruşdu. 
Zaxar: 
– Onlar da mənimlə gedəcəklər. 


 
334 
 
Mən: 
–  Zaxar,  bəlkə  Roman  bizi  Kişinyovun  girəcəyinədək 
aparsın? Sizin kriminala şahid olmasaydıq... 
Zaxar  ötkəm  tövrlə,  –  “Yox,  bu  gecə  mənim  qonağım-
sınız. Sabah isə özüm sizi Moldovaya çatdıraram” – dedi. 
Sözü  döndərməyin  yeri  yox  idi.  Aydın  da  mənə  göz 
elədi ki, – “Üz vurma, bu gecə burda qalaq”.  Bir xeyli də yol 
getdikdən  sonra  qamışlığın  yanında  dayanmış    “Mersedes” 
markalı  maşına  yan  alıb  dayandıq  –  bu,  Zaxarın  maşınıydı. 
Hamımız düşdük. Kostyanı indi daha aydın görə bildim. O, 
təxminən  50-52  yaşlarında,  gözlərinin  altı  torbalanmış, 
özünün  də  dediyi  kimi  şəkər  xəstəsiydi.  Beli  bükülmüşdü. 
Əynindəki  nimdaş  pencəyi  onu  daha  da  yazıq  göstərirdi. 
Erməni  olanda  nolar,  vallah  ona  yazığım  gəldi.  Həm  də  axı 
onlar  yazığa  gəlməyi  bacarırlar...  Roman  bizimlə  görüşüb 
maşına  oturub  getdi.  Zaxar  “Mersedes”in  açarını  cibindən 
çıxarıb,  heç  mühərriki  qızdırmadan,  bomba  qoyulub-qoyul-
madığını  yoxlamadan  yerində  şütüdü.  Tiraspolun  mərkəzi-
nədək maşının sürəti 200-dən aşağı düşmədi. Artıq tam ayıl-
mışdıq.  Müharibədən  yenicə  çıxmış  Tiraspol  qorxulu  ruh-
ların yaşadığı xarabalığı xatırladırdı. 
...Maşınımız “Ararat” adlı bir saunanın yanında saxladı. 
“Sauna” yazısını görəndə çiçəyimiz çırtladı.  Düşdük.  İki nə-
fər  maşına  yaxınlaşıb  bizimlə  əl  verib  görüşdü.  Zaxar  bizi 
onlardan birinə göstərib: 
– Həmyerlilərindir – dedi. 
Törəboy oğlan bizə yenidən əl verdi və bizim dildə: 
– Adım Fedyadır – dedi. 
Hərçənd ki, görüşdüyümüzə şad olmasaq da: 
– Lap yaxşı. Mən Kərəm, dostum isə Aydındır – dedim. 


 
335 
 
Bizi  içəri  dəvət  etdilər.  İçəridəki  barda  təkəmseyrək 
adam vardı, hamısı da qabaqlarına fıstıq tumları səpib məş-
hur  “Moldova”  konyakı  içirdilər.  Bizi  bir  kabinetə  dəvət  et-
dilər. Kabinetdə əsl erməni əyləşmişdi – piyli, sallaq göbəkli, 
daz  başının  arxası  düz,  iri  yağlı  burnu,  sallaq  buxaqlı,  ağ, 
yağlavça  sifətli  bir  erməni.  Qalxıb  Zaxarla  öpüşdülər  və  bi-
zimlə  əl  verib  görüşdü.  48-50  yaşlarında  olan  bu  erməninin 
adı Aşot idi. Aşot  Fedyaya göstəriş verdi: 
–  İçərini hazırlayın, bizə də konyak gətirin. 
İki dəqiqədən sonra gözəl bir qız içəri daxil oldu –  əlin-
də məcməyi, məcməyidə badələr və iki şüşə konyak. Astaca 
hər  şeyi  stolun  üstünə  düzüb  konyakları  süzdü  və  getdi. 
Aşot  Zaxarın  sağlığına  deyib  konyakı  başına  çəkdi.  Zaxarın 
sağlığına biz də içdik. Konyak boğazımızdan keçməsə də bu 
qərib  və  xatalı  yerdə  yeganə  pənahımız  göydə  Allah,  Tiras-
polda  isə  Zaxar  idi.  Konyak  şüşələrini  boşaltdıq.  Kostya  ye-
tim  kimi  hələ  də  divanda  büzüşüb  oturmuşdu,  onu  adam 
yerinə qoyan yox idi. Aşot qalxdı və biz də qeyri ixtiyari aya-
ğa  durduq  –  zəhmi  ağır  ermənilərdən  idi  Aşot  –  kinofilm-
lərdəki  mafiya  “baba”larından  heç  nə  ilə  fərqlənmirdi.  Ha-
mımız  saunaya  keçdik.  Saunaya  söz  ola  bilməzdi.  Həm  də 
içimdə sevinirdim ki, axır ki soyuqdəyməmi çıxarmaq üçün 
bir yer tapa bildim. Ağrıdan çiynimi qaldıra bilmirdim. Ma-
şının arxa oturacağında üç nəfərə yer darısqallıq etdiyindən, 
yolboyu  sağ  qolum  söykəncəyin  üstündə  gəlmişdim.  Aşot, 
Zaxar,  mən  və  Aydın  paltarlarımızı  soyunub  özümüzü  bu-
xar kamerasına – “parnoy”a saldıq. Başqa bir çılpaq qız ada-
ma bir soyuq pivə gətirdi. Saunanın yemək zalında isə digər 
iki  qız  bizim üçün  kabablar  və soyuq  yeməklər  düzürdülər. 
Yazıq  Kostya  elə  paltardaca,  –  kresloda  oturub  bir  gözüylə 


 
336 
 
bizə, bir gözüylə də stola düzülən yeməklərə baxırdı. Aşotla 
Zaxarın  söhbətlərinə  mane  olmamaq  üçün  iki  dost  kamera-
nın bir küncünə çəkildik. Pivələrimizi içir, – “Allah, sən bizi 
bu xətadan-bəladan sağ-salamat qurtar” – deyə qayğılı zara-
fatlaşırdıq.  Amma  qulaqlarımız  Aşotgilin  söhbətindəydi  – 
Kostyaya nə cəza verəcəklərini, pulu qaytarmaq, İsveçrə ban-
kından  məlumat  almaq  barədə  dərdləşirdilər.  Birdən  Aşot 
bizə səsləndi: 
– Uşaqlar, zəhmət olmazsa Kostyanı içəri çağırın. 
Mən  qapını  ehmalca  açıb  Kostyanı  gözümün  işərisilə 
içəri  dəvət  etdim.  Kostya  suda  islanmış  cücə  kimi  daha  da 
büzüşdü,  pencəyinin  düymələrini  bağlayıb  içəri  dürtüldü. 
Düz Aşotla Zaxarın qabağında müntəzir dayandı. 
Aşot: 
–  Yəni  aldatmırsan  ki,  İsveçrədə  pul  tapa  biləcəyikmi, 
yoxsa mənə də yalan danışırsan! 
Kostya: 
– Var, əmin ola bilərsən. Lap internetlə yoxlaya da bilər-
siniz, arvadımın adınadır... 
Aşot: 
– Sənin arvadını da, özünü də.., it oğlu it..!  – Aşot pən-
cəsiylə  Kostyanın  sinəsindən  elə  vurdu  ki,  bədbəxtin  balası 
düz ayaqlarımızın altına sərildi. 
Məsələnin qızışdığını görüb, daha da çox şeyə şahid ol-
mamaq üçün Zaxara: 
–  İcazə  versəydin  biz  sizə  mane  olmazdıq,  biz  bir  az 
yemək yeyərdik – dedim. 
Başının işarəsilə razılıq verdi. Cəld durub özümüzü süf-
rə arxasına verdik. Lal kimi Aydınla bir-birimizə baxırdıq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə