ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   80   81   82   83   84   85   86   87   88

 
337 
 
–  Bu  it  oğlunu  öldürəcəklər,  biz  də  zibilə  düşəcəyik...  – 
dedim. 
– Əşşi, cəhənnəmə öldürsünlər, erməninin biri də azalar, 
yeməyini ye... 
Bizim Fedya içəri girdi: 
– Uşaqlar ürəyiniz bir şey istəyir – narkotik, qızlar..? 
Aydın: 
– Hə, Fecırt (öz millətimizdən olan “baştutan”a nifrətini 
belə bildirdi), bizə içki və qızları göndər... 
– Sən hara, Tiraspol hara? – “Fecırt”dan soruşdum. 
– Moldovada oxumuşam, burda evlənib qalmışam. İndi 
də Aşotla işləyirəm. 
–  Başqasını  tapa  bilmədin,  elə  gərək  erməni  mafiyasına 
qulluq edəydin..? – soruşdum. 
–  Xahiş  edirəm  ki,  təhqirə  keçməyəsiniz.  Dediyiniz  “er-
məni-müsəlman davası” ancaq sizin beyninizdə qalıb. Bura-
larda  belə  söhbətlər  edib  özünüzü  güldürməyin.  Nəyiniz 
artıq düşüb, doğrudanmı torpaq uğrunda bu qədər qan tök-
məyə dəyər? Allahın verdiyi bol torpaq, biz qafqazlılar üçün 
yəni  bu  qədər  candan əzizdir?  Bəs siz  nə  vaxt  yaşamağa  da 
vaxt  ayıracaqsınız,  elə  ömrünüz  Babək,  Koroğlu,  Nəbi,  nə 
bilim  kimlər  kimi  torpaq  uğrunda  vuruşmalarda  keçəcək? 
Elə biz müsəlmanların alnına yazılıb çürüyüb qarışacağımız 
torpaq  uğrunda  mənasız  müharibələrdə  ağcaqanad  kimi 
qırılmaq!? Sizi bilmirəm, amma qardaşlar, mən yaşamaq istə-
yirəm. 
Aydın acı dilini dinc saxlamadı: 
– Fecırt, sən həm də biqeyrətsənmiş ki... 
Fedya: 
– Biqeyrət sənin atandır, köpəyoğlu köpək! 


 
338 
 
Bir  andaca  ara  qarışdı-məshəb  itdi.  İkisi  də  döyüşməyə 
hazır  hinduşka  kimi  sinələriylə  gah  toqquşur,  gah  da  yum-
ruqlarını düyünləyib bir-birinə qıcanırdılar... 
Mən onları aralamaq istədim: 
–  Əşşi  qurtarın  düşüklüyü,  erməninin  yanında  milləti 
rəzil  etməkmi  istəyirsiniz!  Hərənin  bir  fikri  var,  kim  necə 
istəyir elə də qoy yaşasın da..! Sənin nə dərdinə qalıb Fedya 
biqeyrətdi, ya qeyrət ağacıdır... 
Fedya mənə də dil uzatdı: 
–  Sən  də  tikanlı  sözlərini  yığışdır,  baxmaram  həmyerli 
olduğumuza,  sizi  bu  Tiraspolun  küçə  itlərinə  yem  edərəm. 
Əsəblərimlə oynayıb məni zibilə salmayın, tərinizi töküb vız-
qırdın burdan! – dedi. 
Bu  heynidə  Kostya  alnından  bıldır-bıldır  tər  süzülə  sü-
zülə buxar kamerasından çıxdı. Bütün paltarı suyun içindəy-
di.  Yəqin  ki,  canında  soyuqdəymə  deyilən  şey  qalmamışdı. 
Yaxşı  oldu  ki,  elə  gəldi  də,  yoxsa,  erməninin  yanında  üzü-
qara  olacağdıq.  Yazıq  Kostya  başını  yelləyə-yelləyə,  –  “Nə 
zibilə düşdük...” – deyib yanımızda əyləşdi: 
– Uşaqlar olar mən də bir “əlli” vurum? 
Mən: 
–  Əlbəttə,  vur  getsin,  dünya  atıb-aldatdım  dünyasıdır, 
heç vecinə də alma (ürəyimizdəki bu rəhm kaş yerli-dibli ol-
mayaydı)... 
Kostyaya  iri  bir  stəkanda  konyak  süzüb  qabağına  itələ-
dim.  Zavallı  Kostya,  sarımsaq  tutmasından  bir  dilim  götü-
rüb,  konyakı  birnəfəsə  başına  çəkdi.  İkincini  doldurdum, 
toqquşdurub içdik. 
Fedya: 


 
339 
 
– Bayaqdan mənə qeyrətdən dərs verirsiniz, nə oldu, bi-
qeyrət “atanşik”lə rumka toqquşdurursunuz...? 
Aydın Fedyaya: 
– Kostya səndən min dəfə qeyrətlidir! 
Fedya: 
–  Heç  mən  də  Aşotu  sənin  kimi  100  müsəlmana  dəyiş-
mərəm! 
Yenə  dartışma  başladı,  nə  başladı...  Aydının  yumruğu 
elə havadaydı ki, Aşotla Zaxar buxar kamerasından çıxdı. 
Aşot bizə: 
– Hə dostlar, əziz kirvələr, necə istirahət edirsiniz? 
Kostya  əlindəki  növbəti  badəni  tələm-tələsik  yerə  qo-
yanda konyak stolun üstünə dağıldı. 
Zaxar bizə: 
– Deyəsən tanışlığınız davayla başlayıb..? 
Kostya: 
– Erməni-müsəlman davası gedir burda... 
Mən bu xəbərçiliyə dözməyib yağlı bir silləni Kostyanın 
tüklənməkdə olan tərli sifətinə ilişdirdim. 
Aşot mənə acıqlandı: 
– Sənə kim ixtiyar verib ki, mənim qonağımı vurursan?! 
Zaxar əda ilə: 
– Mən..! – dedi. İnanın ki, dərimin bütün tükləri Zaxarın 
bu  qahmarından  biz-biz  durdu.  Bu  sözünə  görə  Zaxara  elə 
minnətdar oldum ki, bunu anlada bilmərəm... 
Aşot sakitcə: 
– Sənə bütün Tiraspol qurbandır Zaxar... – dedi. 
Ara  sakitləşdi,  Kostya  və  Fedya  otağı  tərk  etdilər.  Biz 
dörd  nəfər  isə  süfrə  arxasına  keçdik.  Gecə saatlarınadək  ye-


 
340 
 
yib  içib  “şelləndik”  –  Odessadakı  sauna  yanğımızın  əvəzini 
artıqlamasıyla çıxdıq.  
...Səhər  saat  4-ə  qalmış  ayrılmaq  vaxtının  gəldiyini  hiss 
etdirdik.  Zaxar  getmək  istədiyimizi  anladı,  sürücüsü  Roma-
na  zəng  vurub  bəzi  tapşırıqlar  verdi.  Saat  5-də  Zaxarın  ma-
şınına  oturduq.  Aşotun  israrlarına  baxmayaraq  Zaxar  Kost-
yanı da özüylə götürdü. 
...Yer kürəsinin digər tərəfindən yol gələn günəş, yarım-
kürənin bəridəki səmasına ilk şəfəqlərini salanda maşınımız 
böyük bir əkin sahəsinin ortasında dayandı. Zaxar maşından 
düşüb  Kostyanın pencəyinin  boyunluğundan yapışdı,  sonra 
da  maşından  çəkib  çıxararaq  onu  yerlə  sürüdü.  Qorxudan 
quruyub  maşında  qalmışdıq.  Zaxar  Kostyanı  bir  xeyli  sürü-
dükdən  sonra dizüstə oturdub  əlini  kəmərinin  arxasına  tax-
dığı tapançaya atdı. Silahı çıxarıb zavallı Kostyanın kəlləsinə 
dirədi.  Uşaqlıqdan  qandan  qorxanam.  Üzümü  yana  çevirib 
gözlərimi  yumdum,  əllərimlə qulaqlarımı qapadım.  Zaxarın 
yeddimərtəbəli, əndrabadi söyüşlərindən qulağımın pası tər-
pəndi.  Ürəyim  durmadı,  maşından  düşüb  ölüm  səhnəsinin 
düz yanına qaçdım. Zaxarın əlindən yapışıb: 
– Xahiş edirəm Zaxar, rəhm elə, onsuz da bu yazığı Al-
lah vurub. Əlini köməksiz adamın qanına bulama, Allahdan 
qorx, axı sən müsəlmansan... – yalvardım. 
Zaxarın üzü güldü: 
– Qardaş.., mən müsəlman deyiləm, xristianam. 
– Axı qaqauzlar türklərdir..! 
– Amma xristian türkləridir... 
–  Siz  lap  bədbəxt  gündəymişsiniz  ki..!  –  lap  yersiz  olsa 
da, söz dilimdən çıxmışdı. “Bu necə ola bilər – xristian türk?..” 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə