ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   63   64   65   66   67   68   69   70   ...   88

 
261 
 
Göz yaşlarımı saxlaya bilməyib ağladım. Xiyabanda otu-
rub  orucluq  aclığından  əldən  düşmüş  qocalardan  bir  neçəsi 
söhbətlərini kəsib bu kədərli vüsala heyrətlə tamaşa elədilər. 
Vallah içlərində ağlayanlarını da görəndə bağrım yarıldı. 
 İçəri keçdik. Şəhriyarın yerdəki məzarını öpüb, hacının 
dualarına doyunca “Amin!” dedik, Nizami Gəncəvinin qapı 
ağzında qoyulmuş balaca heykəlini bağrımıza basdıq. 
Deyirəm, büdpərəstlik nə qədər günah olsa da, içində ki, 
bu qədər təsəlli, ümid, inam var, təqdir olunmalı bir dinmiş. 
Əlimi Şəhriyarın sinə daşına sürtdükcə, sankı ulu Heydərba-
banın  daranmamış  saçlarını  sığallayırdım,  məzarını  öpdük-
cə, sanki Bakı həsrətiylə çuxura düşmüş yorğun gözlərindən 
öpürdüm. 
Məqbərəni, xiyabanı xeyli gəzdik. Həmin günü Təbrizin 
bütün gəzməli-görməli yerlərində olduq. Gecə otelimizə yor-
ğun  çatanda  otelin  adminstratoru  olan  hacı  Ələmdar  bizi 
qarşıladı: 
– Sizi iki nəfər soruşur, içəridə zalda oturub 3 saatdır ki, 
sizi gözləyirlər. 
Fikirləşdim, – “Kim olar bu, ay Allah?”. Hacı, – “İt uşa-
ğı,  yenə  xəbərləyiblər!  Batdıq!”  –  deyə  elə  hey  mırıldanırdı. 
Zala girdik. Bizi görcək Sədatla Ənvər ayağa durub bizi ba-
ğırlarına elə basdılar ki, sanki əlli il idi ki bir-birimizdən ayrı 
düşmüşdük. 
–  Bayaqdan  sizi  gözləyirik.  Otelə  qalxmayın,  gedirik 
bizə! 
–  Eləmə-etmə  ay  Sədat,  niyə  narahat  olursunuz.  Artıq 
gecdir, hava qaralıb, bu vaxt gedib neyliyəcəyik? 


 
262 
 
–  Yox!  Bizimkilər  hazırdırlar,  sizi  “frutqartda
37
”  gözlə-
yirlər. Hamımız oturub sizə qulaq asmaq istəyirik. 
Çox  israr  elədim,  Sədatı  inadından  döndərə  bilmədim. 
Naələc qalıb getməyə razılıq verdik. Ənvərin maşınına minib 
Sədatgilə yollandıq. Anam-bacım olsun – yoldaşı, qızı, o qə-
dər  mələkqəlbli  insanlardır  ki,  sanki  bacımın  evinə  qonaq 
gəlmişdim. Vallah deyirlər Azərbaycan qonaqpərvərdir, am-
ma  bizdə  –  Bakıda  üçkilidli  dəmir  qapımızın  gözlüyündən 
görəndə  ki,  gələn  əmim  oğlunun  dayısı  nəvəsidir,  az  qala 
içəridən  qışqırırıq  ki,  –  “evdə  heç  kim  yoxdur!”.  Ancaq,  ta-
nımaza-bilməzə insana bu qədər mehribanlıq göstərmək, qo-
nağa  ürəyini  açmağın  Təbrizdəki  səmimiliyini  dünyaya  də-
yişmərəm.  Yüngülvari yeməyimizi  yeyib qurtarandan  sonra 
otelimizə yollanmaq üçün icazə istədim. Amma Sədatın tele-
fonuna  bayaqdan  edilən  zənglər  və  Sədatın  –  “Yarım  saata 
gəlirik” – deməsinin, sən demə bir fırıldağı varmış. 
Sədat: 
– Hara gedirsən! Bütün nəslimiz parkda bizi gözləyirlər. 
Narahat  olma,  oturub  çay  içəcəyik  və  sən  Bakıdan  danışa-
caqsan, bizsə qulaq asacağıq. 
Yenə  əlim-qolum  bağlandı.  Maşına  minib  xeyli  yol  get-
dik  və  Təbrizin  ən  gözəl  parklarından  birinə  –  “Frutqat 
bağı”na  çatdıq. Üstümüzə gələn insan dəstəsinin sayını mən 
50 deyim, siz 80 bilin. Allaha and olsun ki, qoca, qadın, uşaq 
demədən hamı bir-bir Bakıdan gələn bir insan əlini sıxmağın 
şərəfinə  nail  olmaq  üçün  az  qala  sıraya  düzülmüşdülər. 
Kişilər məni bağrına basmaqdan xaşılımı çıxarmışdılar.  Qa-
dınlar oğlum Nihadın üzünü yalam-yalam elədilər. Hacıdan 
                                                           
37
 Təbrizdə hava limanının yaxınlığında gözəl bir bağdır 


 
263 
 
bir az çəkinsələr də (axı onun hacılara məxsus saqqalı vardı) 
ona  sonsuz  ehtiram  göstərirdilər.  Sən  demə  bu  qədər  adam 
Sədatın  bacıları  və  onların  ailələri,  onların  uşaqları,  atası, 
qardaşı  uşaqlarıymış  –  Allah  hamısını  xoşbəxt  eləsin.  Eni  4 
m-dək  olan  daş  səkinin  təqribən  3  metrini  xalça-palazla  ör-
tüb tutmuşdular. Sədat evdə başımızı çayla aldatmışdı. Am-
ma  nə  çay!  Aş  qazanı  bir  tərəfdə,  kabab  manqalı  bir  yanda, 
iri simavər bir tərəfdə... Mütəkkələrə söykənib yerdən bardaş 
qurub  oturduq.  Vəsfimdən,  qoxlanmaqdan  utanıb  yerə 
girirdim. Qızlar, gəlinlər, analar, cavan oğlanlar sanki qəfəs-
də nadir heyvanı izləyirdilər. Mənə zillənmiş gözlərdən giz-
lənə  bilmirdim.  İlk  dəfəydi  ki,  adam  yerinə  qoyulub  bu  qə-
dər sevildiyimdən qəhərlənmişdim.  
– Bakıdan gətirdiyin ayağının tozuna qurban olum. “Ba-
kı  qoxan  gül  üzünə  qurban  olum.  Bəxtiyardan,  Süleyman-
dan
38
  Şəhriyara  salam  gətirən  dilinə  qurban.  Bizə  Bakıdan 
danış, Qarabağdan, Naxçıvandan danış... 
İnsana  nə  qədər  alqış  eliyərmişlər  qardaş!  Xoşəllənib
39
 
su kimi axırdım. 
Cavanlar bizə çay payladı, kababın ardı-arası kəsilmirdi. 
Dovğa,  ayran,  sanki  bulaqdan  şlanqla  çəkmişdilər,  bitmək 
bilmirdi.  İnanın  inandığınıza  ki,  aşı  düz  sübh  saat  4-də  süf-
rəyə  verdilər.  Yeməkdən  partlayırdım.  Təbrizin  gecə  mehi 
məni  üşütmürdü.  Şala  bürünüb  işıqlı  Bakı  gecələrini,  ala-
toran  işıqlandırılmış  Təbriz  gecələriylə  müqayisə  edirdim. 
Bayıl yaylasındakı teleqüllədən ətrafa rəngli işıq saçan lazer-
lərdən  danışanda,  –  “Baba,  lazer  nə  mənədi?!...”  –  deyib 
                                                           
38
 Süleyman-Süleyman Rüstəm 
39
 X
oşhal olmaq
 


 
264 
 
gözlərini  bərəldən  cavanlar,  həmin  teleqülləni  öz  gözlərilə 
görmək ehtirasıyla yanıb-yaxılırdılar. 
Elə  birlikdə  sahuru  bağlayıb  günün  orucuna  niyyət 
edəndə,  bu  gün  telefonunu  götürdüyüm  taksi  sürücüsünə 
zəng  elədim.  Bakıya  qayıtmaq  istəyimi  biləndə  məni  yanla-
dılar.  O  dedi,  –  “Bizə  gedəcəyik”,  bu  birisi  dedi,  –  “Yox 
buraxmaram, bizə gedəcəyik!”. Qollarımdan o qədər o yana, 
bu  yana  dartmışdılar  ki,  əmin  idim  ki,  həmin  saatlarda  qo-
lum ən azı yarım metr uzanmışdı. Qəti sözümü bildirdim: 
– Nə olursa olsun indicə Bakıya çıxmalıyam. İşlərim tö-
külüb  qalıb.  Həm  də  bir  gün  də  qalsam  sizin  bu  mehriban-
çılığınızdan, qonaqpərvərliyinizdən quduraram. 
–  Onda  söz  ver  ki,  gedib  ailəni  də  götürüb  dərhal  geri 
qayıdacaqsan... – dedilər. 
–    Yaxşı,  söz  verirəm  ki,  ən  qısa  vaxtda  sizləri  bir  daha 
görmək üçün doğma Təbrizimə geri dönəcəyəm – dedim. 
Aradan bir saat keçməmiş məni Biləsuvara aparacaq taksı 
sürücüsü  zəng  vurdu,  –  “Ağa,  mən  sizi  görürəm,  xiyaban-
dayam”.  Ayağa  durub  hamıyla  sağollaşdım,  hər  bir  ailəylə 
ayrıca şəkil çəkdirdim. Sonsuz təşəkkürlərimi bildirib maşına 
oturmaq istəyəndə Sədatın yaşlı atası qolumdan tutdu. 
– Deyirsən Bakıda daha şurəvi, KQB qalmayıb..? 
– Yox əmican, şurəvi də, sən deyən KQB də çoxdan tarix 
olub gedib. 
–  Yəni  deyirsən,  indi  azadca  Bakıya,  Gəncəyə,  Naxçı-
vana, Qarabağa gedib-gələ bilərəm? 
–  Qarabağa  yox,  çünki  ermənilərdədir,  ancaq  o  birisi-
lərinə lap Qəzvinə getdiyin kimi sərbəst gedə bilərsən. Ürə-
yin  nə  vaxt  istəsə  Sədata  de,  mənə  bir  gün  əvvəldən  xəbər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə