202
yəvi qatqı var ki, qurd ona yaxın durmayıb. Bu işdə qurd in-
sandan ağıllıdır. Bax genidəyişdirilmiş meyvələr də öz gözəl-
liyilə adamı yoldan çıxarır. İnsana görk olsun deyə qurda
göz və ağız dadı verib yaradan Allah, şeytan vəsvəsəsi kimi
insanları zahiri gözəlliklə yoldan çıxaranlardan bir gün müt-
ləq haqq-hesab soracaqdır. İblis əslində insanın iradəsini ida-
rə edə bilmir, yalnız bir şeyi gözəl göstərməklə insanı düz
yoldan sapdırır. Gerisini öz mükalimənizə buraxıram Elçin
müəllim.
Quba almasının dadı qaçıb, Qızıləhmədi almasının rəngi
gündən-günə gözəlləşsə də, artıq oduncaq dadı verir. Selek-
siya qanunları başqa şeydir, gen transplantasiyası isə tamam
başqa bir şey. Baxın, həkim analara, öz uşaqlarına vitamin
kimi təbii meyvə şirələri çəkib verməyi tövsiyyə edir. Zavallı
ana da bazarda ən yaraşıqlı və bahalı meyvələri alıb şirəsini
canından da əziz övladına verir. Gecənin bir yarısı, körpə,
yuxudan qarnını doğrayan sancıyla yerindən dəli kimi dik
atılır və qusub rahatlanmadıqca yuxuya getmir. Həkimlər
bildiyimiz diaqnozu qoyur, – “Zəhərlənib!”, ya da ən yaxşı
halda – “qarnı pozulub”. Kimyəvi dərmanlarla, gen dəyiş-
məklə alınan meyvələr insana çox ziyanlıdır – insanın nəslini
kəsmək üçün düşünülmüş bir silahdır. Mən də meyvələrin
“həkim”iyəm, mən də alma ağacına nə yedirmək lazım oldu-
ğunu təyin edirəm. Bilirəm, kiminsə bostanına daş atıram,
ancaq paketlənmiş şirələrdənsə, yaşadığınız arealın təbii şə-
raitində bitən meyvələrdən istifadə edin.
* * *
203
...Nəysə, başınıza dönüm. Bura qədər bəsdi, gerisi alim
araşdırmaları və tövsiyyələrindən başqa bir şey deyildi. Bü-
tün kollektiv, Feyzi müəllimi alqışlayır, sevincimizdən atılıb
düşürdük – “Əhsən İbişov” bağırırdıq. Əslində kişi hamı-
mızın adından nə lazımdısa, hər şeyi dedi, bir şeyi unutma-
dı. Tibb elmlər namizədi, dosent Rəşid Məmmədov cindar-
lar, falçılar, ekstrasenslərlə mübarizədə necə ad çıxarmışdısa,
əmin idik ki, İbişov da bu gündən “halal və haram tele-
savaşının ən yaxşı hakimi” olacaqdır. İşçilər öz iş yerlərinə
təzəcə dağılışmışdılar ki, telefon zəng çaldı. Sevinclə dəstəyi
götürdüm. “Yəqin alim dostlarımdan Feyzulla İbişovu ta-
nıyanlar verilişə baxıb məni təbrik etmək istəyir...”
– Alo, buyurun eşidirəm – demişdim ki, telefonun o biri
ucunda yonulmamış bir səs az qala cöngə kimi böyürdü –
“Sən kimsən!?...”
– Mən.., meyvəçilik institutunun bioloji tədqiqatlar la-
boratoriyasının müdiri, biologiya elmlər namizədi, dosent
Əkbər Vəliyev...
– Əyə, donqili! O qaloşu sən çıxartmısan televizora?!
– Nə olub ki..?
– Ə o bambılıya deynən ki, gözünün yaşını damla-dam-
la toplayıb eksporta göndərərəm. Ətini donuz piyinə qatıb
“halal” kolbasası düzəldərəm! Bir də murdar qaşıq kimi özü-
nüzü gözə dürtməyin, eşitdin!
– Bağışlayın, kimnən danışıram?
– Adamın qanını damla-damla içməkdən zövq alan bi-
riylə! Deyəsən dediklərim sənə yaxşı çatmadı... Dilinizi so-
204
xun dinməzinizə, bir də çıxartmayın. Qandın!? Yenotabənzər
tısbağa, genidəyişdirilmiş porsuq, tüklü heyvərə!
– ....
– Düt.., düt, düt....
Dəstəyi peşiman-peşiman yerinə qoydum. Ayaqüstə
quruyub qalmışdım. Bayaqkı sevincimdən zərrə qədər də
əsər-əlamət qalmamışdı.
Ürəyimi tutub stula oturdum. Axı İbişov neyləmişdi ki?
Bir vicdanlı alim kimi ürəyindən gələn, haqlı və səmimi elmi
izahatdan başqa heç bir günah söz işlətməmişdi. Niyə vicdan
və haqq söz də kiminsə monopoliyasına tabe etdirilməlidir?
Maddiyyət üstündə çarpışanlar barədə çox eşitmişəm, ancaq
bu yolda alimin təhqir edilməsini heç ağlıma da gətirməzdim.
Allah sənə rəhmət eləsin Sultan Səlim. Deyirlər Səlimin
dövründə vətənə hücum olardısa, sultan əmr edərmiş ki, –
“İlk növbədə ölkənin alimlərini təhlükəsiz yerə çıxarın”. Son-
ra öz ailəsini xilas edər və qoşunun qabağında yağı üstünə ge-
dərmiş. “Vətəni müvəqqəti itirmək də olar, ancaq alimin eti-
barını bir saniyə də olsa itirmək ağır günahdır”. Dernəyin da-
ğılsın nadan insan! Səni görüm yer üzünə gəlməz olaydın!
Yeri, Allah qatında Şəhidlərlə bir tutulan alimlərin daş-qalaq
olunan, dərbədər salınan vaxtıdır! Günahlarda yıxanan yur-
dum, sən allah acgöz, hiyləgərlər, yaltaqlar, nadanlar, ikiüzlü-
lər vətəninə çevrilmə! Halallıq, haqq söz deyən alim də səndə
təhqir olunacaqsa, artıq buranı tərk etməyin vaxtıdır demək!
Qeyri ixtiyari əlimə qələm aldım, ağ vərəq götürüb yaz-
dım:
205
...institutun direktoruna
Ərizə
Xahiş edirəm məni səhhətimlə əlaqədar olaraq işdən azad
edəsiniz.
İmza: b.e.n. Vəliyev Əkbər Vəli oğlu
Ərizəni də götürüb direktorun yanına qalxdım və ərizə-
ni stolun üstünə qoyub tam ciddi şəkildə işdən azad olunma-
ğımı israrla xahiş etdim. Çox çək-çevirdən sonra kişini bez-
dirdim və inandırdım ki, mütləq işdən azad olunmalıyam.
Allah köməyi olmuş, sonda razılaşdı. İşdən azad olundum
və birbaşa evə gəldim.
* * *
...Qaynımın “Sədərək” ticarət mərkəzində iri bir dükanı
var. Ali təhsil almağına mən səbəb olmuşam, onu mən evlən-
dirib adam eləmişəm. İndi onun yanında anbardar işləyirəm.
İşim çox rahatdır, ancaq vicdanım hələ də yaralıdır. Kaş
mənə o acı sözləri deyən adamı bir gün mənə göstərəydilər.
Təhqir olunmuş vicdanıma and olsun ki, dəmirdən, qurğu-
şundan tökülmüş olsa belə, onu dişlərimlə, caynaqlarımla
parça-parça edərəm.
Xaricdən gələn iş təkliflərinin bir neçəsini artıq götür-
qoy etmişəm. Mənə anamdan da əziz, məni böyüdüb boya-
başa çatdıran Vətənimi – doğma Azərbaycanımı “uf” demə-
dən tərk edəcəyim günü səbirsizliklə gözləyirəm. Bazardakı
tanışlarım tez-tez soruşurlar, – “Niyə işindən, rahat dolanışı-
ğından imtina etdin?”. Həmişə də eyni cavabı verirəm, –
Dostları ilə paylaş: |