ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   45   46   47   48   49   50   51   52   ...   88

 
189 
 
ağsaqqal,  gedə  bilərsiniz...”  –  dedisə  də,  kişi,  –  “Siz  necə 
polissiniz, bəs caninin kimliyini öyrənmək istəmirsiniz!? Mə-
nim polisim məni belə qoruyurmuş..!?”. 
Prokuror: 
– Kişi get, səninlə çənə döyməyə həvəsim yoxdur. Allah 
köməyin olsun, itini sənə çox görməsin, itinlə xoşbəxt yaşa... 
Adı nəyidi itin? 
– Dik. 
– Hə, Dikindən muğayat ol. Get.., itinə də buruntaq tax 
ki, camaatı qapmasın. 
– Tərbiyəsiz tüklü hərif! 
Prokuror kişinin üstünə yeridi: 
– Mənə deyirsən! 
Müstəntiq  şəhadət  barmağının  ucuyla  bakenbardına 
dirənib  “eşdi”,  yəni,  –  “başdanxarabdır,  fikir  verməyin”  – 
dedi. 
Prokuror müstəntiqə: 
– Rədd elə onu burdan! 
Müstəntiq  kişini  dartdıqca,  kişi  də  prokurora  tərəf  dar-
tınır və bağırırdı: 
–  Səndən  şikayət  etməsəm,  anamın  südü  mənə  haram 
olsun!  Sən  bir  qətl  hadisəsinin  üstünü  ört-basdır  edirsən. 
Şahidi dinləmirsən!  Onun  necə  öldüyünü məndən dəqiq  bi-
lən yoxdur... 
Prokuror  arxasını  ona  döndərib  meyidə  tərəf  çöməldi. 
Kişinin bağırtısına hamı diqqət kəsilmişdi, qıraqdan baxan  – 
elə bil ölən bu kişinin əziziydi və onu meyidə yaxın düşməyə 
zorla imkan vermirdilər: 
–  Dikin  atasında  olan  insaniyyətlik  səndə  olsaydı, 
insanlara  qarşı  it  kimi davranmazdın!  Ay  camaat  eşidin,  bu 


 
190 
 
itin  atası  çolaq  bir  çoban  iti  olub.  Günlərin  birində  sürüyə 
nəfsini salmış bir yalquzağa aşiq olub... 
Prokuror müstəntiqin üstünə bağırdı: 
–  Rədd  elə  bu  dəlini  burdan  dedim  sənə!  Qoymaz  ey 
işimizi görək! 
Kişi: 
–  Sənin  gördüyün  işin  içinə  mənim  itim  “kaka”  eləsin! 
Səndəki baş deyil, şlyapa qoymaq üçün asılqandır! 
Prokuror bu dəfə polis nəfərlərinə çımxırdı: 
– Nə gözünüzü döyürsünüz qoyun kimi, rədd eliyin bu 
axmağı burdan..! 
Polislər  kişiyə  yaxınlaşmaq  istəyəndə  kişi  müstəntiqin 
qolları  arasında  sallandı  –  deyəsən  hirsindən,  ya  da  qorxu-
sundan  bayılmaq  üzrəydi.  Polislər  onu  yaxınlıqdakı  skam-
yalardan  birində  oturdub  plastik  qabda  su  təklif  etdilər. 
Kişinin halı deyəsən əməlli-başlı pisləşmişdi. Polislərdən biri 
onun yanında qaldı: 
Polis nəfəri: 
– Adın nədir dayıcan. 
– Arizdir başına dönüm... 
–  Niyə  hirslənirsən  dayıcan,  fikir  verməginən,  proku-
rordur da. İki gündür gözünə yuxu getmir – gah o oğru, gah 
bu qatil, indi də bu qətl hadisəsi – qınama yorğunluqdandır. 
Ariz  kişi  qurumuş  dodaqlarını  yalayıb  yazıq-yazıq  po-
lisə döndü: 
– Ay başına dönüm, axı mən ona acı nə dedim ki, it kimi 
üstümə  hürür  camaatın  içində?  Qətli  məndən  başqa  burda 
görən yoxdur axı... Bu itim ki var ha... 
Polis nəfəri: 


 
191 
 
–  Danışın,  siz  itinizdən  mənə  danışın,  mən  də  itləri 
sevənəm. Di eşidirəm... 
Ariz: 
–  Bir  şotlandiya  şirkətində  işləyirdim.  Təhlükəsizlik 
şöbəsinin rəisi bir dostum vardı, adı Dik Marşall idi. 
– Hə orasını bayaq eşitdim. 
– Qulaq as..! İtin valideynlərini də tanıyırsan. 
– Hə. Atası qara çoban iti, anası isə yalquzaq olub. 
– Ay sağ ol. İtin atası çolaq olduğundan əvvəlki gücünü, 
gümrahlığını  itiribmiş.  Ancaq  o  qədər  irıxdın  imiş  ki, 
canavarlar  onun  vahiməli  zəhmindən  sürüyə  yaxın  dura 
bilmirmiş. Ancaq bir dişi yalquzaq hər gün bir addım yazıq-
yazıq,  ehtiyatla,  bir  gözü  itdə  olmaqla  sürüyə  yaxınlaşıb 
özünü  günə  verirmiş.  Yalquzaq  uzaqdan  o  qədər  nazla-
nırmış ki, axırda itin bu dişi canavara gözü düşür. Çoban bir 
gün qoyun kəsib içalatını itə tullayanda, it içalatı ağzına alıb 
yalquzağa  aparır.  Amma  canavar  itin  qorxusundan  durub 
uzaqlaşırmış.  Lakin,  it  ağzındakı  əti  canavarın  bayaq  uzan-
dığı  yerə  qoyub  geri  qayıtdıqdan  sonra,    canavar  gəlib  itin 
gətirdiyini  yeyir  və  daha  da  nazlanır,  hey  quyruq  bulayıb 
qəzilənir
30
.  Günbəgün canavar itə daha da yaxınlaşır. Axırda 
it gününün çoxunu sürüdən aralıda, çobanın gözündən uzaq 
yerdə bu nazlı canavarla gəzib əylənir, qaçdı-tutdu oynayır-
lar. Eşq, allahın bütün məxluqata göndərdiyi bir bəladır – itlə 
canavar  bir  könüldən-min  könülə  bir-birinə  aşiq  olurlar.  Və 
aralarında o şeytan vəsvəsəsi deyilən şey baş tutur. İndi it öz 
sevgilisinin  yelinləyən vaxtında  ona  gah  sürünün  arasından 
sığırçın,  dovşan  tutub  aparır,  gah  da  çobandan  aldığı  tula 
                                                           
30
 Nazlanmaq, göz-qaş süzdürmək 


 
192 
 
payının  hamısını  sevgilisinə  daşıyırmış.  “Eşqin  gözü  kor-
dur” – deyirlər, bir gün it həddini aşır və sürüdən bir qoyu-
nu boğub canavara aparır. İki sevgili qoyunu ləzzətlə yediyi 
yerdə çoban bunların üstünə çıxır. “Nə yemisən?” –“Turşulu 
şilə”  –  çoban  əlinə  tüpürüb  çomağı  alır  əlinə,  iti  o  ki  var 
döyür.  Yalquzaq  da  bu  acı  mənzərəyə  uzaqdan  baxıb 
hürkmüş halda ulayır, Allahdan kömək diləyirmiş. Çoban iti 
öldürüb meyidini ağacın budağından asır. Bu da kor zinanın 
cəzası... Yazıq it elə düşünürmüş ki, – “Bunca illər sahibimə 
sədaqətlə  qulluq  etmişəm,  yəqin  ki,  bir  xəstə  qoyuna  görə 
çoban  qardaş  sevgimiz  xatirinə  məni  bağışlayar”...  Axı  za-
vallı  hardan  bilsin  ki,  insanlar  it  kimi  düşünməyi  bacar-
mırlar!!!  –  bu  axırıncı  cümləni  prokuror  da  eşitsin  deyə  lap 
ucadan söylədi. 
 –  Hə...  Yazıq  canavar,  sürü  bu  yerlərdən  gedəndən 
sonra  kəsdirirmiş  sevgilisinin  meyidinin  yanını.  Axşamdan 
səhərədək – ta çoban buralara gələnədək iki gün yorulmadan 
ulayıb  dururmuş.  Axırda  sizin  bu  prokuror    xislətli  çoban 
məsələdən  agah  olur  və  itin  cəsədini  ağacdan  açıb  torpağa 
basdırır.  Sonrakı  günlər  də  çoban  yalquzağı  itin  məzarı 
başında  görüb  cin  atına  minir.  Və  günlərin  bir  günü  gəlib 
görür ki, məzarın üstündə üç canavar balası mışıl-mışıl uyu-
yur.  Həmin  vaxt  mənim  dostum  da  təsadüfən  buralardan 
keçirmiş.  Çoban  ona  hər  şeyi  danışanda,  dostum,  mənim  it 
sevən  olduğumu  xatırlayıb  küçüklərdən  birini  mənimçün 
gətirir. Ta o gündən bu faciəli sevginin canlı yadigarı mənim 
ən sevimli dostum və əzizimdir. Başqa itlər kimi hər yeməyi 
yemir  bu.  Gərək  əti  qaynadasan,  ya  da  xüsusi  it  yeməkləri 
verəsən.  Yoxsa  çiy  ət,  kababın  sümükləri  Diklik  deyil.  Elə 
kaprizləri var ki, saymaqla qurtaran deyil. Hər səhər onu bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə