178
– Susun bir az, qoyun cəhənnəm olsun goruna!
Hamı itaətkarcasına susdu. O isə sakitcə öz yerinə keçib
bundan sonra da deyilənləri peysərinə atdı – gözlərini həmi-
şəki nöqtəyə zilləyib protezlərini “çeynədi”.
Nə başını ağrıdım qardaş, yolda maşının təkəri partladı
– üç saat da təkərlə əlləşməli olduq. Axşam yeməyini Geor-
kovski qəsəbəsindəki balaca və yöndəmsiz bir yeməkxanada
yedik. Bütün yeməkxana işçiləri Səidi yaxından tanıyana
oxşayırdılar, bəlkə də müştəri gətirdiyinə görə haqq da
verirdilər. Axşam yeməyimizi yeyib avtobusa minəndə “13-
cü” şirin yuxudaydı. Səid yemək vaxtı bir neçə qədəh vur-
duğundan avtobusu şəriki idarə edirdi. Sürücü gecə qaran-
lığında axır ki, maqnitafona kasset qoyanda biri Səidə, –
“Allah
evini tiksin, maqnitafonun varmış, bəs niyə indiyədək
qoşmurdun!?”.
Səid:
– Bu yevrey dediyiniz heç gözümüzü açmağa, kefimizi
yerinə gəlməyə qoyur ki... – sonra “13-cü”nün ünvanına
səsləndi – “Kişi, fikir verirəm, sən bütün yol boyu heç kimlə
bir kəlmə də kəsmədin ha... Adın nədir sənin?”. “13-cü”dən
cavab gəlmədi.
Qabaq sırada oturan ağzıdualı qadın, – “Yəqin dərin
yatıb – dərin yatmış!”. Qonşu sıradakı cavan oğlan onun
çiynini dümsüklədi, – “A kişi, gecə kim yatacaq sənin
əvəzinə, Səid səninlədir...”. O səssiz idi. Qonşusu onun əlinə
toxunub oyatmaq istədi, – “Bunun əli buz kimidir ki...”.
Sonra onun çiynini silkələdi, yanağına, əlinə toxundu, –
“Səid, bu deyəsən ölüb..!”.
Ağzıdualı qadın:
– Allah ağzından eşitsin!
180
– Səid...
– Hə. Buraları Səid daha yaxşı tanıyır. Səid, sən nə
deyirsən?
Səid son dəfə onun boyun arteriyasını əliylə yoxlayıb
zabitəli səslə hamıya tribunadan çıxış edən siyasətçilər kimi
hökmlə buyurdu:
– Hamınız yerinizdə oturun!
Oturduq və qulaqlarımızı Səidə şəklədik.
Səid:
– Kim öldürüb bunu!?
– Biz hardan bilək!
– Heç kim görməyib?
– Yox.
– Mənim bir təklifim var... Amma bu təklifə hamınız
razılaşacaqsınızsa, mən nə etmək lazım olduğunu bilirəm...
– Sözünü de, ağıllı məsləhət olsa, əlbəttə razılaşarıq.
Səid:
– Əgər bu hadisəni sirr kimi saxlamağa söz verirsinizsə,
qabaqda bir bataqlıq var, mən meyidi qamışlığa atmağı
təklif
edirəm. Təxminən beş kilometr qabaqdadır, orda izi itirə
bilərik. Aranızda rəhmətliyi tanıyan varmı?
– Yox.
Ağzıdualı qadın:
– Lənətlikdir o, ona rəhmət düşmür! Qurban olum
Allaha, gör nə gözəl Allahımız var bizim... Ya Rəbb sənə
inanmayan kafirdir. Kafirin cəzasını özün verdin! Qüdrətinə
şükürlər olsun ya Rəbbəna!
Səid:
– Ay arvad kəs səsini, burda insan ölüb, sənsə başlamı-
san ölüyə lənət duası oxumağa!