ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   41   42   43   44   45   46   47   48   ...   88

 
173 
 
aralanmırdıq, çünki hər an acıqlı Səidin, – “Minin getdik, tez 
olun!”  –  bağırtısı  qopa  bilərdi.  Axır  ki,  “13-cü”nün  də  bal-
dırları keyidiyindən aşağı düşdü. Düşdü və avtobusun arxa-
sına keçdi. Səid növbəti alarm səsləndirib sərnişinləri bir-bir 
içəri  buraxırdı.  “13-cü”  qayıdıb  avtobusun  qapısına  çatma-
mış,  onun  sidiyi  ilan  kimi  burula-burula  Səidin  ayağının 
altında qıvrılıb ötdü. Adamlar onlara bulaşmasın deyə ayaq-
larını qaldırıb “ilanı” ötürürdülər. Bəxti bu gün heç gətirmə-
yən “13-cü” adamlara çatanda Səid asfaltın üzərində hələ də 
şütüyən  sidik  “ilanını”  ona  göstərib  soruşdu,  –  “Sənin  çi-
şindi?” 
“13-cü”: 
– ...Hə, deyəsən mənimkidir. Siz allah bağışlayın... 
Səid: 
– Keç yerinə, eybi yoxdur!. 
O,  avtobusun  pilləkənindən  geridəkilərə  –  yerdə  qa-
lanlara döndü, – “Xahiş edirəm bağışlayın...” 
İnandırım  ki,  çoxları  həmin  anda  onun  tezdənki  hərə-
kətini  bağışladı  –  biri  elə  mən  özüm...  İnsanlarda  bir  mər-
həmət  hissi  yaranmışdı  “13-cü”yə  qarşı.  Kişinin  sifətini  bir 
anda  xəcalət  pərdəsi  bürümüşdü.  Bəlkə  də  ona,  bu  səhərki 
hərəkətini  bir  qədər  izah  etmək  şansı  verilsəydi,  onun  tə-
rəfinə  keçənlər  də  olardı.  Ancaq  bu  qaradinməz  “kölgə”  öz 
qaraqabaqlığıyla hələ çoxlarının nifrət obyekti idi.. 
Neytral zonanı da keçib Rusiya tərəfdə avtobusun “rent-
gen”dən  keçməsini  daha  üç  saat  gözləyəsi  olduq.  Anadan 
əmdiyim  burnumdan  fitil-fitil  gəldi  qardaş...  Yaxşı  ki,  bu 
arada  avtobusdakı  qadınlar  da  ayaqyolu  ehtiyaclarını  ra-
hatca təmin edə bildilər.  


 
174 
 
Artıq  hava  qaranlıq  idi.  Sərnişinlərin  çoxu  yuxudaydı. 
Mənim  sərhəddə  aldığım  “qoz  arağı”m  isə  hələ  yarıyadək 
doluydu.  İki  dostumdan  Fəzaillə  yanaşı  oturmuşduq,  digər 
dostumuz Yaqubəli isə o biri sıranın yanaşı oturacağının biz 
tərəf  olan  yerində  oturmuşdu.  Yanaşı  olduğumuzdan  üçü-
müz  də  rahatca  dərdləşə  bilirdik.  İt  əzabımıza,  bu  qədər 
əziyyətə  görə  onların  xəsisliklərini  lağa  qoyub  gülür,  qayı-
darkən  onların  analarından  əmdiyi  südü  burunlarından 
gətirəcəyimə  and  içirdim.  Bizim  “13-cü”  isə  tək-tənha  otur-
muş,    heç  kimlə  danışmır,  gözünü  bir  nöqtəyə  zilləməkdən 
yorulmuş və axırda yuxuya getmişdi. 
Sabah  işıqlaşanda  biz  artıq  Budyonovskdaydıq.  İndi 
avtobusu  Səidin  köməkçisi  sürürdü.  Sürücü  maşını  bir 
yeməkxananın  qabağında  saxlayanda  Səid  yuxudan  ayıldı 
və bağırdı, – “Bir saat vaxtınız var – səhər yeməyi yeyəcəyik, 
düşün!”. Hamı qırışığını açmaq üçün yerə düşdü. Kimi ayaq-
yoluna cumur, kimi dolları rubla çevirir, kimi yolun kənarın-
dakı  ağaclıqda  eşələnir,  kimi  də  şirin  çaylarını  qarışdırıb 
səhər  yeməyini  yeyirdi.  Biz  də  yeməyimizi  yeyib  ətrafda 
gəzişməyə başladıq. Zəhlətökən, uzun və gərgin yolçuluq bi-
zi  lap  əldən  salmışdı.  Avtobusun  kondensioneri  olmadığın-
dan,  gecə  yolboyu  pəncərələri  açıq  saxlamışdıq  və  nəticədə 
əməlli  başlı  soyuqlamışdıq  –  şəxsən  mənim  boynum  və 
çiyinlərim qurumuşdu. 
Avtobusa  minəndə  təhna  “13-cü”  yaxasına  tökülmüş 
çörək  qırıntılarını  toplayır,  yediyi  soyutma  yumurtanın 
qabıqlarını  qəzetə  bükürdü.  Artıq  Rusiya  ərazisində  özü-
müzü bir qədər başqa atmosferdə hiss edirdik. Rusiya bizim 
ölkəylə müqayisədə çox geri qalıbmış – bərbad yolları, əkinə 
yararlı  sahibsiz  çölləri,  zövqsüz  kənd  və  qəsəbələri  bizim-


 
175 
 
kilərə  “min  rəhmət  oxutdururdu”.  Səhər  yeməyi  və  rus 
havası  kefimizi  xeyli  açmışdı.  Şirin  lətifələr  danışan    cavan 
bir  oğlanın  bariton  səsi  avtobusa  hakim  kəsilmişdi.  Artıq 
“13-cü”nün  də  hərdən  eyni  açılır,  lətifələrə  pıqqıldayıb 
gülməyi  isə  bir  çoxunda  qıcıq  yaradırdı.  Rusiyanın  kələ-
kötür yollarından söz düşəndə isə, bayaqkı oğlanın danışdığı 
lətifə bizim kefimizi lap əməlli-başlı açdı – artıq yol yorğun-
luğunu  tamam  unutmuşduq.  Oğlan  danışırdı  ki,  –  “Bir  gün 
su-kanalizasiya  idarəsinin  müdiri  Bakının  merinə  zəng 
vurub deyir ki, – “Hacıbala müəllim, Mətbuat prospektində 
yolun asfalt işini başa çatdırmısınızsa, biz işimizə başlayaq”. 
Mer soruşur ki, – “O nə işidir elə!?”. Cavab verirlər ki, – “Bəs 
yolu  qazıb  binaların  su  və  kanalizasiya  borularını  digər 
tərəfdəki  kollektora  birləşdirməliyik”...  Özümüzünkülərin 
bu  eybəcər  ənənəsinə  o  ki  var  döşəyib  güldük.  Vallah  do-
ğrudan  da  gülməli  işdir  –  yolu  çək,  sonra  da  qaz  ki,  nədi-
nədi burdan boru keçməliymiş, yaddan çıxıb. Sonra yenidən 
asfaltla.  Amma  “varlığa  nə  darlıq”,  “pul  bizdə,  bir  də 
ingilisdə”... 
“13-cü”  qırmızıyanaq  bir  şaftalı  çıxarıb  gəmirməyə 
başlayanadək hər şey bax beləcə şən keçirdi. Ancaq 3-4 yaş-
larında bir qız uşağı anasına dinclik vermədən hey qışqırıb-
bağırır, öz ciy-ciy səsiylə avtobusun başına əcəl suyu səpirdi. 
Axırda  dünənki  ağzıdualı  nurani  qadın  uşağın  anasından 
soruşdu, – “Uşaq niyə ağlayır, ağrıyan yeri var?” 
Uşağın anası: 
– Yox, şaftalı istəyir... Mən indi şaftalını hardan tapım? 
Hamının  gözü,  “13-cü”nün  əlindəki  son  birdişləmlik 
şaftalıya  zilləndi.  “13-cü”  ilə  ilk  dəfə  təmasa  girişdim,    – 


 
176 
 
“Dayıcan,  uşaq  sizin  şaftalını  görüb  ağlayır,  varınızdırsa 
birini də ona verin baş-beynimiz bir az dincəlsin...” 
Axırıncı dişləm şaftalını udqunub mədəsinə sindirəndən 
sonra  çox  ehtiramla,  –  “Vallah  yoxdur,  uşaqlar  elə  bircə 
dənəsini  qoyublarmış...”  –  dedi.  Ağlayan  körpənin  anası 
çönüb  üzünü  mənə  bozartdı,  –  “Onun  əlindən  şaftalı  nədi, 
heç  dərman  olsa  da  almaram!”  –  deyib  nifrətlə  “13-cü”yə 
baxdı  və  uşağının  yanına  yağlı  bir  sillə  ilişdirdi,  –  “Öl  səni 
elə,  siləfsin  küçük!”.  Gəlinin  sözləri  və  hərəkəti  sönməkdə 
olan  ocağın  üstünə  elə  bil  benzin  tökdü.  Bayaqdan  zavallı 
yolçunu unutmuş sərnişinlər yenidən mövzunu onun üstünə 
gətirib  xısınlaşmağa  başladılar.  Altdan-altdan  bir  gözləri 
“13-cü”yə baxırdı. O, mənə elə gəlir ki, “göz qaytarmaq”, ya 
da “nə düşündüyünüz heç vecimə də deyil” mənasında bo-
ğaz  dolusu  hayxırdı  və  ağzını  seliklə  doldurub  öz  oturaca-
ğının  altına  əyildi.  Bu heynidə  ona  zillənmiş gözlər  cütləşdi 
və bərəldi. Hayxırtıya, az qala sərnişinlərin yarısı ona doğru 
boylanmışdı. Görünür etikanı xatırladı – pəncərənin  şüşəsi-
ni  geri  çəkib  ağzındakını  var  gücüylə  çölə  tüpürdü.  Çoxu-
muz  ağız-burnumuzu  büzdük  –  çox  iyrənc  bir  hərəkət  idi. 
Ümumiyyətlə  burun  dartan,  küçədə  aramsız  hayxırıb  tüpü-
rən, burnunu fınxıran adamlara nifrət edirəm. Düzdür, siqa-
ret  çəkən  olduğumdan  mən  də  küçədə  hərdən  tüpürürəm, 
ancaq  əvvəlcə  tüpürdüyümü  görən  adam  yoxdursa  bunu 
edirəm. Amma görünür iyrənən tək mən  deyilmişəm... 
Səidin  öz-özünə  əsəbi  mırıltısı  sərnişinlərin  diqqətini 
başqa səmtə yönəltdi, – “Nə var ey, bayaqdan işığı yandırıb-
söndürürsən,  di  gəl  keç!”  Amma  qara  rəngli  bir  “S-class” 
avtobusun qabağında yolu kəsib dayandı. Səid də avtobusu 
tormozladı.  Cavan,  olduqca  şıx  geymiş  bir  oğlan  avtobusa 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə