ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   43   44   45   46   47   48   49   50   ...   88

 
181 
 
Sükanın  arxasına  keçib  bir  xeyli  özü  sürdü  və  qamışlıq 
sahəsinin  yanında  avtobusu  saxladı.  Kişilərin  hamısı  yerə 
düşdü. Səidi ortaya aldıq. 
Səid: 
–  Qafqazda  kişinin  sözü  hər  şeydən  üstündür.  Bura 
Rusiyadır,  gündə  beləsinin  yüzünü  öldürüb  meyidini  də 
zibilliyə tullayırlar. Mən söz verirəm ki, bu hadisə barəsində 
heç kimə bir söz deməyəcəyəm – papağıma və bığlarıma and 
içirəm. Siz də and için. 
–  Əşşi  arxayın  ol.  Tez  ol  işi  bitir.  Yolçu  yolunda  gərək, 
işimiz-gücümüz var. 
Kimi  Qurana,  kimi  Allaha,  kimisi  anasının  canına  and 
içdi. 
Səid: 
– Onda köməkləşib meyidi düşürün.   
Kişilərdən  daha  cəsarətli  olan  üç  nəfər  meyidi  düşür-
dülər. 
Səid qamışılığın düz kənarına gedib, – Bura gətirin, lap 
yaxına – dedi. 
Meyidi gətirdilər.  
Səid:  
–  Meyiddən hamı  yapışsın.  Bu  o  deməkdir  ki,  hamımız 
meyidi  görmüşük  və  eyni  məsuliyyəti  daşıyırıq.  Biri  bizi 
satsa, hamımız əlli-ayaqlı gedəcəyik. 
Hamı əlini meyidə sürtdü. Bayaqkı üç nəfər onu havada
–  “bir,  iki,  üç..!”  –  deyib  yellətdilər  və  gücləri  çatdığı  qədər 
uzağa –  bataqlığa tulladılar.  Fənərli  alışqanla xeyli  baxdıq  – 
meyid suyun üzündə hava qabarcıqları yaradaraq bataqlığın 
dibinə  soruldu.  Qurbağaların  qurultusu  bataqlığa  yenidən 
hakim  kəsildikdən  sonra  maşına  mindik.  Araq  şüşəsinin 


 
182 
 
dibində qalan arağı da birnəfəsə başıma çəkdim. Gözüm ar-
xa  oturacaqdakı  saqqallı  oğlanı  axtardı.  Amma  onun  haçan 
və harda düşdüyünü bilən olmadı. 
 Hamı  səssiz-səmirsiz  düşünür,  ya  da  pıçıltıyla  danışır-
dı.  Sükutu  maqnitafonun  səsi  pozdu  –  müğənni  Tatunun  –
“Не верь, не бойся, не проси” – mahnısı var gücüylə insan-
ların  gərilmiş  əsəblərini  yavaş-yavaş  öz  ağuşunda  soyutdu. 
Bir  kimsə  də  Səidə  demədi  ki,  –  “Al  bu  zəhrimara  qalmış 
musiqinin səsini!”. Birinin iti, pişiyi ölsəydi daha çox yanar-
dıq  –  bir  insan  ölümünə  belə  biganəliyi  isə  birinci  dəfəydi 
görürdüm...  
 
* * * 
 
Stolun  üstünə  düzülmüş  yeməklərə  gözüm  sataşdı,  ka-
babın  dadına  baxmaq  istədim  –  tamam  soyumuşdu.  Yemək 
gələndən    ağzımıza  hələ  bir  tikə  qoymamışdıq.  Dostumun 
şahidi olduğu, dedektivləri xatırladan bu acı hekayə məni də 
ofsunlamışdı. Ürəyini boşaldıb xeyli rahatlamışdı. Araq süz-
dü.  Məni  gözləmədən  birnəfəsə  başına  çəkdi.  Sonra  bir  də 
doldurdu. Bu dəfə məni də gözlədi: 
– Allah bizi belə ölümdən qorusun. İçək... 
Birlikdə  içdik.  Soruşdum,  –  “Bəs  sonra  bu  sirrin  üstü 
açılmadı?” 
– Yox. Amma mənə diqqətlə baxan bir göz görəndə ətim 
ürpənir –  elə bilirəm ki, bu saat mənim əllərimi qandallayıb 
qatil kimi dama basacaqlar. Gecələr qorxudan yuxu da yata 
bilmirəm. Dəqiqəbaşı gözümün önünə gəlir zavallı “13-cü”... 


 
183 
 
– Mənim də ağlıma min cür fikir gəlmişdi. Dedim yəqin 
səndə də xərçəng-zad tapıblar və qanın ona görə qaradır. Bəs 
o yazığı kim öldürmüşdü? 
–  Əmin  deyiləm...  Ancaq  mən,  arxa  oturacaqdakı  saq-
qalıdan şübhələnirəm. Birdə ki, onu hamımız öldürdük...” – 
dedi və məni gözləmədən növbəti qədəhi başına çəkdi. Söh-
bəti çevirmək istədim: 
– Əşşi, ölməli insan imiş, yaxşı olub öldürüblər... 
Dostum: 
–  Axı  o  insan  idi.  İnsan  niyə  belə  murdar  günə  qalma-
lıdır ki? Niyə hamı onun ölümünə göz yumdu? 
– Sən allah başqa şeydən danış. Şükür ki, salamat gedib 
qayıtdın.  De  görüm  Yessentukiyə  getməyinə  dəyərdimi? 
Müalicəsi, istirahəti normaldırmı? 
Dostum ilk dəfə qımışdı: 
–  Növbəti  günün  səhəri  “Viktoriya”  sanatoriyasına  çat-
dıq. Yüklərimizi otaqlarımızda yerbəyer edib aşağı düşdük. I 
korpusun  adminstratoru  İrina  Aleksandrovna  Burkova  adlı 
bir qədər yaşlı olsa da olduqca şux və gözəl qadın idi. Har-
dan  gəldiyimizi  öyrəndi,  ağrıyan  yerimizi,  şikayətlərimizi 
dinlədi: 
– Necə gəldiniz, yol sizi yormadı ki..? 
Nədənsə mənə elə gəldi ki, yoldakı hadisədən xəbərdar-
dır  və  o  həkim  deyil,  sadəcə  həkim  cildinə  girmiş  bir  polis 
əməliyyatçısıdır.  Dostlarım  hərəsi  öz  dərdlərini  danışdılar. 
Mən  isə,  –  “Heç  bir şikayətim  yoxdur,  sağlamam”  –  dedim. 
Amma  buna  baxmayaraq  mənə  də  özünün  məsləhət  bildiyi 
müalicə  prosedurlarını  yazdı.  Tibb  bacısı  bizi  müalicə  kor-
pusuna  aparıb  həkim  müayinəsindən  keçməyimizə  nəzarət 
edirdi. 


 
184 
 
Yessentukidə istirahətdə, müalicədə olanlar bilirlər. Növ-
bəylə 130 nömrəli otağa girib bağırsaqlarımızı yudular. Sonra 
da 135 nömrəli otaqda bir kişiyə yaraşmayan şəkildə başımıza 
(daha  doğrusu  başqa  yerimizə...)  çox  alçaq  oyunlar  açdılar. 
Burda bir tibb bacısının şahidi olduğu və danışdığı hadisənin 
qaxıncı  mənə  səbr  verməsəydi,  and  olsun  ki,  bu  yolçuluğun 
sonunda  özümün  qatili  olacaqdım.  Tibb  bacısı  mənim  xəca-
lətimi ört-basdır etmək üçün bir hadisəni danışdı:  
– Bir gün qoyun dərisindən keçə papaqlı, çuxalı, şələbığ 
biri  içəri  girib  müayinə  talonunu  mənə  uzatdı.  Dedim,  – 
“Şalvarınızı  aşağı  çəkin  və  çıxın  bu  taxtın  üstünə  və  çöm-
bəlin..”  Kişi  tüklü  papağını  ehtiramla  çıxarıb  sulun  üstünə 
qoydu,  şalvarını  çıxarıb  bax  bu taxta  çıxdı.  Sənin  başına  gə-
lən bu haqq-hesabı onun da başına gətirdim. Bağarsaqlarına 
baxıb  işimi  bitirdim.  Kişi  şalvarını  düymələdi,  talonu,  xəs-
təlik tarixi sənədlərini də götürüb qapıdan çıxanda, – “Əmi, 
papağınızı unutdunuz...” – deyə arxasınca səsləndim. O isə, 
–  “Daha  o papağı  başıma  qoya  bilmərəm,  məndə  kişilik de-
yən  şey  qalmadı.  50  il  namusla  yaşa,  özün  də  gəl  könüllü 
uzan bir qızın qabağına, o da sənin kişiliyini əlindən alsın... 
Səni  də  lənətə  gələsən,  sənin  sanatoriyanı  da!  Mən  papağı-
mın dalınca gəlməyəcəyəm! Onun-bunun dalını silməyə işlə-
dərsən!” – dedi və birdəfəlik Yessentukidən  çıxıb getdi. 
 
* * * 
 
Gülməkdən özümü saxlaya bilmirdim. Dostum  isə: 
–  Bax  belə...  Getdik  iç-içalatımızı  yudurdub  gəldik.  O 
boyda  yolu  istirahət  adıyla  gəl  bu  cəhənnəmin  cənnət  gu-
şəsinə,  yolda  qatil  kimi  meyid  izi  itir,  mətəyə  çatanda  da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə