ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   46   47   48   49   50   51   52   53   ...   88

 
193 
 
parka  gəzdirməyə  çıxarmasam,  qapını  cırmaqlayıb  durur. 
Dik  mənim  qardaşımdan  da  əzizdir  mənə.  Bu  dünyada  tək 
olanım  bu  itdir.  Sən  bilmirsən,  ingilis  dilində  “dik”  nə  de-
məkdir? 
– Vallah ingilis dilindən-filandan başım çıxan deyil, bir-
cə  rusca  az-maz  qırıldadıram.  Amma  itləri  sevidiyimə  söz 
ola  bilməz.  Bizdə  polisdə  bir  kinoloq  vardı,  itləri  əhliləşdir-
məklə məşğul idi... 
– Rejissor idi? 
– Yox ey, kinoloq – itə baxana kinoloq deyirlər. 
–  Hə..!  Birinci  dəfədir  eşidirəm.  Bu  ingilis  dili  lap  çayır 
kimi  alıb  ağzına  bu  məmləkəti.  Bir  yönlü  də  dil  ola...  Bircə 
bilirəm ki, “bəd” sözü onlarda da, bizdə də elə bəddir – pis 
deməkdir. 
–  Hə,  qoy  bir  az  da  həmin  o  kinoloq  dostumdan 
danışım.  Adı  Bədirxan  idi.  Bir  gün  yuxarıdan  göstəriş  gəldi 
ki, küçələrdəki kimsəsiz itləri öldürmək lazımdır – quduzluq 
yayırlar.  Rəisimiz  hamını  yığıb  hərəyə  bir  tüfəng  verdi,  – 
“Küçədə  nə  qədər  it  görsəniz  hamısını  güllələyib  dalda  bir 
yerdə  yığıb  yandırın!”. Bədirxanın  da  günü  itlərlə  keçdiyin-
dən, silahı rəisə geri verib dedi, – “Cənab mayor, mən qardaş 
qanına  əlimi  batıra  bilmərəm.  İtlər  insanın  ən  yaxın  dostu-
dur,  qoy  sanitar-gigiyena  idarəsi  xəstə  iti  tapıb  müalicə  elə-
sin. Əgər bir itdə quduzluq varsa, daha niyə yüzlərlə günah-
sız itin canını almalıyıq ki? Deyirsiniz indi şəhərin küçələrin-
də  qardaş  qırğını  düşsün...!”.  Amma  itləri  qırdıq.  Bədirxan 
itlərin meyidinə baxanda hönkürtüylə bağırdı, – “Allah sizin 
ölümünüzə fərman verənin balasını sizin gününüzə salsın!”. 
İtlərə  bir  ağu  deyirdi  ki,  heç  yaxın  bir  əzizi  ölsəydi  belə  ağ-
lamazdı.  Bizim  hamımızı  qatil  kimi  görürdü.  Axırda  bizə 


 
194 
 
nifrətdən  daxili  işlər  orqanlarından  öz  ərizəsiylə  təxris 
olundu.  Bax  belə...  İndi  görürəm  ki,  siz  də  maşallah  it  hə-
vəskarısınız... 
Ariz: 
– Gör sən allah, nə insan adamıymış... Biri birinin halını 
soruşanda  deyir  ki,  –  “İt  kimiyəm!”,  –    heyif  deyil  it  kimi 
olmaq..?  İtlərin  qətlinə  fərman  verənlər  yaxşıdır,  yoxsa 
günahsız qurban gedən itlər? Məncə itlər min dəfə yaxşıdır. 
Mən  yüz  belə  prokuroru  mənim  Dikimin  bir  dırnağına  da 
dəyişmərəm – yenə səsini ucaltdı. 
–  Nə  yapışmısan  ey  prokurordan,  burax  getsin.  Amma, 
dayıcan, dedilər qətli ilk görən sən olmusan, bu doğrudur? 
–  Hə.  Qoydu  ki,  ağzımı  açım  sənin  bu  hind  toyuğuna 
oxşayan prokurorun! 
Prokuror  çevrilib  acıqla  Arizə  baxdı,  –  “Sən  hələ  get-
məmisən!  İşin-gücün  yoxdur  sənin!?”  –  kişinin  üstünə  çım-
xırdı. 
Ariz: 
– Parkı bəlkə atan tikdirib! Sən meyidini qurcala! – sonra 
üzünü polisə çevirib söhbətinə davam etdi,– hə bala, bu gün 
də  iti  gəzdirməyə  çıxarmışdım.  Parkı  iki  dəfə  gəzib  bir  az 
dincimi  almaq  istəyirdim.  Oturdum  bax  bu  skamyada.  Bu 
heynidə  Əlfəddin  gəlib  çıxdı.  Hər  dəfə  ordan-burdan  şirin 
söhbət  edərdik.  Ancaq  bu  dəfə  məndən  soruşdu  ki,  –  “Çox 
təmizkar  itiniz  var,  lap  canavara  oxşayır”.  Mən  də  itin  sənə 
danışdığım  bütün  tarixçəsini  Əlfəddinə  danışdım.  Soruşdu 
ki, – “İtin adı nədir?”. Dedim ki, – “Dik”. Kişi uğunub getdi, 
elə bil başına birdən-birə hava gəldi, ya da kişini cin vurdu. 
Matım-qutum  qurumuşdu.  Özünə  gələndə  soruşdu  ki,  – 
“Qonşu, bu nə addır qoymusan zavallıya!”.  


 
195 
 
– Nədi ki..? 
–  Ay  qonşu,  sən  allah  hardan  ağlına  gəlib  bu  adı  itə 
qoymaq, bir yönlü ad tapa bilmirdin? 
Dostum Dik Marşalldan da söhbət elədim. Lap uğundu 
getdi.  Bilirsən  mənə  nə  dedi?  Dedi  ki,  –  “Sən  bilirsənmi  ki, 
ingilis  dilində  “dik”,  biz  kişilərin  cinsi  orqanının  adıdır?”. 
Cin təpəmə vurdu. 
–  Yekə  kişisən,  ziyalı  adamsan,  danışığını  bil.  Səhər-
səhər içmisən yoxsa..! 
– Quran haqqı düz sözümdür. 
–  Zayıllama!  Baxmaram  aramızdakı  haqq-salama  səni 
rüsvay edərəm. Məni təhqir etmək hardan ağlına gəlib səhər-
səhər! 
– İnanmırsan, kimdən istəyirsənsə soruş... – yenidən əli-
ni əlinə vurub qəşş elədi. Zavallı itim sanki başa düşmüşdü 
təhqir  olunduğunu  –  yazıq-yazıq  gözlərini  mənə  zilləyib 
baxdı.  Elə  bil,  –  “Qoyun  kimi  nə  gözlərini  döyürsən,  necə 
namusun götürür mənim – dostunun rəzul günə qalmağına, 
təhqir  edilməyinə!”  –  deyirdi.  Gülməkdən  qarnını  qucaqla-
yıb  əyilib-qalxanda  sifətinə  yağlı  bir  sillə  çəkdim.  Yanağını 
tutub yerində qurudu.  
–  Xətrinə  dəydimsə  bağışlayın  qonşu,  amma  həqiqətən 
ingiliscə “dik” kişi cinsiyyət orqanına deyirlər. 
– İt oğlu it, – deyib ikinci silləni də dartdım həmin yana-
ğına. Kişi də ayağa durub döyüşkən hind toyuğu kimi döyüş 
vəziyyəti aldı: 
–  Siz  deyəsən  ağlınızı  itirirsiniz  ha..!  Bir  itdən  ötrü  bu 
qədər irəli getməyə gərək varmı? 
– Tez ol itdən üzr istə! – dedim. 
– Nə!! 


 
196 
 
– Üzr istə itimdən! 
– Səni deyəsən it dişləyib ha! Get işinin dalınca a kişi! 
Nə  başını  ağrıdım,  o  dedi,  mən  dedim,  axırda  əlbəyaxa 
olduq. İtin xaltasını kişinin boynuna dolayıb sıxdıqca sıxdım. 
Özümə gələndə bir də gördüm ki, kişi keçinib. 
Polis devikmiş halda ucadan: 
– Siz nə danışırsınız, onu siz öldürmüsünüz..! 
Söhbətin bu hissəsinə prokuror da eşidib qulaq kəsildi. 
Ariz: 
– Hə. Mən öldürmüşəm... 
Prokuror onlara yaxınlaşıb soruşdu: 
– Bizimlə məzələnirsən? 
Ariz: 
– Sən haranın tulasısan ki, səninlə məzələnim! 
Prokuror: 
–  İndi  sən  qotur  bir  itin  adını  “dik”  adlandıracaqsan, 
kimsə sənə bunun tərcüməsini başa saldığına görə boğub öl-
dürəcəksən!? 
– Qotur sənin atandır! Bu it gündə iki dəfə çimir. Sən isə 
görürəm  son  bir  ayda  su  üzü  görməmisən  –  küçə  itlərinin 
iyini verirsən! 
Prokuror  yaxındakı  polis  nəfərlərinə  çımxırdı,  –  “Nə 
gözlərinizi  döyürsünüz  ədə,  basın  bunu  maşına!”.  Polislər 
Ariz  kişinin  qollarına  girib  maşınlarına  basanda  zavallı  Dik 
məlul-məlul  sahibini  izləyirdi.  Ariz  itinə,  –  “Hə  Dik,  gəmir 
bu it balasını!” – dedisə də, it bir prokurora, bir də sahibinə 
boylanıb  durmuşdu.  Prokuror  meyidi  əhatəyə  almış  adam-
lardan soruşdu: 
– Bu Dikin sahibini tanıyan varmı aranızda? 
– Mən qapıbir qonşusuyam, – bir ahıl qadın qabağa çıxdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə