ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   44   45   46   47   48   49   50   51   ...   88

 
185 
 
müayinə adıyla abrın əlindən getsin. Yessuntukiyə istirahətə 
gedənin ağlı yoxdur. Allah versin  öz “İstisu”yumuza, “Naf-
talan”ımıza  –  camış  kimi  uzanırsan  vannanın  içinə,  bütün 
bit-birən, gənən tökülüb gedir... 
–  Dərd  eləmə  a  kişi,  yaxşı  ki,  “13-cü”nün  yerində  sən 
oturmamısan. Yoxsa, nəhsə gələn sən olardın. 
– Yazıq kişi... Məncə “13-cü”nün bəxti gətirməmişdi hə-
min gün. Biz elə bilirdik ki, o, ölməmək üçün müalicəyə ge-
dir, ancaq sən demə lənət dolu xurcunuyla ölümü qarşılama-
ğa gedirmiş. Hərdən, indi də özümü, ölümə doğru üz tutan 
ağzıdolu avtobusda hiss edirəm
– Di süz görək, araq da soyudu. Allah səni güldürsün...  
 
10 - 24 avqust 2011 
 
 
 
 
 
 
 
 
 


 
186 
 
 
 
 
 
 
Dik 
 
 
 
Bu  hekayə,  IV  Nəsimi  Milli  Ədəbiyyat 
Müsabiqəsinin “Ən yaxşı hekayə” nominasiya-
sı üzrə III yerin qalibi seçilmişdir. 
 
İ
stirahət parkının yolkənarı hündür kolluğunun arxası-
na səhər saat səkkizdən xeyli adam toplaşmışdı. Hamı yerdə 
üzüstə  uzanmış  meyidin  kimliyini  bilmək  üçün  polisin  gə-
lişini  gözləyir,  kimsə  meyidi  arxası  üstə  çöndərməyə  cürət 
etmirdi. Bir qədər sonra təcili yardım və polis maşını hadisə 
yerinə  çatdı.  Meyidin  həndəvəri  qadağan  lentiylə  əhatəyə 
alındı,  müstəntiq  və  ekspertlər  hadisə  yerinin  müayinəsinə 
başladı. Polislər meyidi çöndərəndə məlum oldu ki, mərhum 
hər gün bu parkda səhər qaçışlarıyla müntəzəm məşğul olan 
ingilis  dili  müəllimidir.  Onu  tanıyanları  bir  sual  düşün-
dürürdü,  –  “Heç  kimsəylə  işi  olmayan,  kimsənin  toyuğuna 
“kiş”  deməyən  bu  adamı  kim  öldürə  bilər  görəsən?”.  Mər-
hum  boğularaq  öldürülmüşdü  –  boğazında  kəndirin  izi 
aydınca  sezilirdi.  Hal  şahidləri  ayırd  edildi,  hadisə  barədə 
versiyalar  düşünüldü  və  yerindəcə  şahidlərin  ilkin  dindiril-
məsi  aparıldı.  Şahidlərin  hamısı,  –  “Biz  meyidi  elə  sizin  


 
187 
 
gördüyünüz  şəkildə  tapmışıq  və  dərhal  polisə  xəbər  ver-
mişik”  –  deyirdilər.  Prokuror,  –  “Canini  tapmaq  çox  qəliz 
olacaq...”  qənaətindəydi.  Onsuz  da  son  iki  cinayətin  –  biri 
oğurluq,  biri  isə  hədə-qorxu  gələrək  soyğunçuluq  hadisələ-
rinin  üstü  hələ  də  açılmadığına  görə  şəhər  meri  tərəfindən 
kifayət  qədər  təzyiq  altındaydı.  “Bu  da  üçüncüsü..!”  –  deyə 
öz-özünə mızıldanırdı. Bu arada müstəntiq yaxınlaşdı: 
–  Cənab  prokuror,  bir  nəfər  hadisəni  uzun-uzadı  təsvir 
edib  durur.  Ağıldankəmə  oxşayır.  Adamın  heç  səbri  də 
çatmır  ki,  qulaq  assın  –  çənəsinin  altına  salmağa  adam 
axtarır. Amma israr edir ki, meyidi ilk görən o olub. 
Prokuror: 
– Gətir bura... 
Müstəntiq, 58-60 yaşlı bir kişinin qolundan tutub proku-
rora  tərəf  dartırdı.  Başında  idman  papağı,  əynində    idman 
şalvarı  vardı.  Malamut  cinsindən  olan  itin  xaltasını  əlində 
tutmuşdu.    Devikmişdi.  Elə  hey  üyüdüb  tökürdü,  –  “Mənə 
tərcüməçi olub köpəyoğlu! Mən bu iti canım qədər istəyirəm. 
Onu körpəliyindən böyütmüşəm! Gör bir danışdığı sözə bax 
sən..!” 
Prokuror: 
– A kişi niyə hirslənmisən belə, bir hövsələni bas görək... 
–  Sən  ağıllı  adama  oxşayırsan,  de  görüm  ingilis  dilində 
“dik” nə deməkdir? 
– Mən hardan bilim a kişi, tərcüməçi zadam..! 
– Bax bilmirsən, dilini sənin kimi soxsun qarnına! 
–  Bura  bax  hey,  bir  az  mərifətli  danış,  sən  prokurorla 
danışırsan! De görüm ölən adamı tanıyırdın? 
– Onu burda tanımayan var ki! Əlfəddin müəllimdir da. 
– Onu ilk görən sən olmusan deyirlər... 


 
188 
 
– Hə. Hələ xeyli söhbət də etmişik bu səhər... 
– Di danış görək, ancaq qısa və konkret elə. 
– Eliyim də... Mən hər səhər bu parkda itimi gəzdirirəm. 
Bu elə-belə it deyil ha..! Bu cinsə alyaska malamutu deyirlər. 
Bu  itin  anası  canavar  olub.  Hələ  bunu  körpəykən  mənə 
gətirəndə zavallının gözləri  təzəcə açılmışdı. Ona düz üç ay 
mən əmziklə süd vermişəm. Öz balam qədər sevirəm bu iti. 
Adını Dik qoymuşam – mənimlə bir şirkətdə işləyən şotlan-
diyalı  Dik  Marşalın  adını.  İndi  Dikin  altı  yaşı  var.  Bu  itlər 
azadlığa  çox  həris  heyvanlardır.  Adam  kimi  dil  bilirlər.  Di 
gəl  üstünə  acıqlandın  var  ha,  bir  həftə  səni  dindirməyə-
cəkdir. 
Prokuror: 
– A kişi... 
–  Qulaq  as,  mərifətin-qanacağın  olsun,  adam  prokuror 
olanda  nə  olar...  Hə,  bu  küçüyü  mənə  gətirən  dostum  
danışırdı ki, bu itin atası bir çoban iti olub. Təsəvvür edirsən 
heç, atası çoban iti, anası isə yalquzaq olub bunun..! Atasının 
rəngi  qara  olduğundan  sahibinin  arvadı  bir  gün,  –  “Hər 
səhər  qabağıma  çıxır  bu  bəduğur  qara  köpək.  Qabağıma  da 
çıxdısa,  həmin  gün  işlərim  düz  gətirmir”  –  deyib  təpiklə 
vurub  qıçını  sındırıb  zavallı  itin.  Yaxşı  cins  it  olduğundan 
məhlədə  axsayan  bu  iti  bir  çoban  görür  və  onu  sahibindən 
istəyir.  Arvad  heç  kişisinin  razılığını  da  gözləmədən  iti 
çobana peşkəş edir. Çoban da iti götürüb özüylə aparır... 
– A kişi, mərhumun üstünə gəl... 
– Mərhumun atasına lənət! Sən gerisinə qulaq as... 
Prokuror  müstəntiqə  bozarıb  dilinin  altında  onun  qula-
ğına pıçıldadı, – “Rədd elə bu çərənçini burdan, bu zır dəliy-
miş  ki...”.  Müstəntiq  kişinin  qoluna  girdi,  –  “Daha  bəsdir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə