ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   51   52   53   54   55   56   57   58   ...   88

 
214 
 
...Hər  gün  gəhər  ertədən  acqarına  2  nömrəli  bulağın 
suyundan  içməliydim.  Qıflı  stəkanımı  da  götürüb  otaqdan 
çıxanda, qonşu ermənini qapıda gördüm. Salam verdi.  Əlin-
dəki kağız paketi mənə uzatdı, – “Biz bu gün burdan gedirik
başqa  sanatoriyaya  yerləşəcəyik.  Mən  gedəndən  sonra  bu 
məktubu  oxuyarsan...  Salamat  qal”  –  dedi  və  qapını  üzümə 
çırpdı. Paketi açdım – içində səliqə ilə, lakin əzik-üzük rusca 
(rus  dilini  yaxşı  bilmədiyi  aydınca  bilinirdi)  otelin  emblemi 
olan vərəqlərdə nəysə yazmışdı. Hər iki üzü yazılmış səkkiz 
çap  vərəqi  həcmində  yazını  oxuyacaq  hövsələm  yox  idi  – 
istədim  həyətdəki  zibil  qabına  atım,  ancaq  bulaqdan  qayıt-
dıqdan sonra oxumağı qərara aldım – kağızları qatlayıb arxa 
cibimə qoydum. 
Mən otağa qayıdanda, uşaqlar hələ də mışıl-mışıl yatır-
dılar. Ehmalca yerimə uzanıb erməninin mənə verdiyi mək-
tubu oxumağa başladım: 
 
Adım,  yəqin  ki  səninçün  vacib  deyil  –  sən,  sadəcə  “erməni” 
adlandırarsan...  Yerevandakı  ali  məktəblərin  birində  müəllim  işlə-
yirəm. Bizə nə qədər nifrət etdiyini kifayət qədər hiss etdirə bildin. 
Bizdə  də  türklərə  nifrət  etməyi  öyrədirlər.  Ancaq  sən,  deyəsən 
türklərin  ən  hirslisi,  əsl  erməni  düşmənisən.  Bu  məktubu  mənə 
yazmağa vadar edən başqa bir hissdir. Mənə olduqca  maraqlı gələn 
odur  ki,  bizim  övladlarımız  bir-birinin  dillərini  anlamadığı  halda 
necə ola bilər ki, bu dərəcədə bir-birinə isinişə – bağlana bildilər?  
Mən Sairmədən səndən qorxduğum üçün getmirəm. Siranuş-
la  sənin  qızının  dostluğunun  daha  böyük  fəsadlara  yol  aça  biləcə-
yindən qorxub gedirəm. 
Övladlarımızın  bir-birilərinə  olan  bu  sevgisinin  yalnız  bir 
sirri  var.  Bu  sirri  məndən,  arvadımdan,  bir  də,  digər  iki  nəfərdən 


 
215 
 
başqa heç kim bilmirdi. Onsuz da burdan gedirəm. İndi səni də bu 
sirrdən agah etməyin heç bir qorxusu yoxdur. Bizim övladlarımız, 
bu  qorxulu  sirrin  üstünü  az  qalsın  özləri  açırdılar.  Yaradanın 
möcüzəsilə  bir  gün  bütün  sirlərin  üstü  mütləq  açılacaqdır.  Sənin 
nifrət  dolu  gözlərin  bəzi  şeyləri  sezməmiş  burdan  getməyimiz 
məsləhətdir. Siranuşun, mənim qızım olmamışdan əvvəlki həyatını 
sənə anladacağam. Vicdanın sakitliyindən qiymətli bir şey tanımı-
ram – qoy vicdanım rahatlıq tapsın. İndi isə dinlə... 
Səkkiz  il  ailəli  olsaq  da,  övladımız  olmurdu.  Heç  bir  müali-
cənin  köməyi  olmadı.  Arvadımla  ayrılmaq  istəmirdik.  Bir  gün  bi-
zim kimi övladsızlıq dərdi yaşayan dostum  mənə dedi ki,  – “Mən 
Qarabağ  döyüşlərində  valideynlərini  itirmiş  bir  oğlan  uşağını 
övladlığa  götürmüşəm.  Əgər  sən  də  istəsən,  Qarabağda  valideyn 
himayəsinə  ehtiyacı  olan  yetim  uşaqlardan  birini  götürüb  saxlaya 
bilərsən”. Arvadıma bu təklifi edəndə, çox inad etmədi. Və, – “An-
caq  qız  uşağını  övladlığa  götürəcəyik”  –  şərtilə  razılıq  verdi.  Çox 
vaxt itirmədik –  dostumun verdiyi ünvana – Mardakertə (siz Ağ-
dərə  deyirsiniz)  yollandıq.  Axtardığımız  uşaqlar  ya  oğlan  uşağı 
çıxdı, ya da qız uşaqlarını arvadım bəyənmədi – əliboş Stepanakertə 
(siz Xankəndi deyirsiniz) qayıdarkən, kəndlərin birində hamilə bir 
gəlin qarşımıza çıxdı – əlində vedrə, yolun qırağındakı bulaqdan su 
doldurmağa gedirdi. 
Arvadım gəlinə işarə edib: 
–  Hamiləlik  gör  qadına  necə  yaraşır?  Axı  niyə  mən  hamilə 
qala bilmirəm, niyə öz övladımı özüm doğa bilmirəm? – deyib mənə 
qısıldı. Yol məni yorub, həm də susamışam, gəl düşüb su içək, həm 
də bir az gəzişək, ayaqlarımın keyi açılsın – dedi. 
Maşını  saxladım.  Bayaqkı  gəlin  bulaqdan  su  götürürdü.  Bu-
lağa  yaxınlaşıb  salam  verdik.  Gəlin  olduqca  gözəl  idi.  Arvadımın 


 
216 
 
gözü bu qadında, donun altından qabaran hamilə qarnında və  dolu 
döşlərində qalmışdı. Arvadım ondan soruşdu, – “İlk uşağınızdı?” 
Gəlin bir az acıqla: 
–Yox, beşinci olacaq, – dedi. 
Arvadım  yenə  köks  ötürdü,  –  “Amma  mənim  heç  biri  də 
olmur...”  –  deyəndə  gəlin  mənə  baxdı,  –  “Ərindəndir,  yoxsa  sən-
dən?” – arvadımdan soruşdu. Düzü gəlinin bu sualı məni bir qə-
dər onun gözəlliyindən soyutdu. Qadında iyrənc bir sırtıqlıq duy-
dum. 
Arvadım: 
– Məndəndir – dedi. 
Gəlin: 
–  Əgər  etiraz  etməsən,  gələn  dəfə  sənin  ərindən  səninçün  də 
bir  uşaq  doğa  bilərəm,  – deyib  üzümə  irişdi. Qadının  gözəlliyi  bu 
dəfə lap gözümdən düşdü. 
Arvadım: 
– Axı sən fahişəyə oxşamırsan... Sənin ərin buna nə deyər?  – 
arvadım olduqca ciddiyə almışdı. 
Çaşıb  qalmışdım,  –  “Doğrudanmı  mənim  arvadım  başqa 
qadından  uşağım  olmağına  razılıq  verə  bilər”  –  təəccüblə  ona 
baxırdım. Gəlin elə bil ki, arvadımı ovsunlamışdı – arvadım imdad 
dolu  gözlərini  gəlinə  elə  zilləmişdi  ki,  elə  bil  bu  saat  onun  ayaq-
larına döşənib yalvaracaqdı. 
Gəlin: 
– Bütün kənd erməniləri və hər bu kəndə qonaq gələn erməni 
kişilər  mənim  ərimdir.  Bir  türk  qızını  zorlamağın  ləzzətini  yəqin 
ki, sənin ərin də qaçırmaz... 
Məni  vahimə  götürdü  –  bu  qız  nə  qədər  həyasız  şeylər  da-
nışırdı... Bayaqkı gözəllikdən indi iyrənirdim.  
Arvadım: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə