ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   37   38   39   40   41   42   43   44   ...   88

 
157 
 
– Biqeyrət! Gözünün qabağında arvadına zır dəli desin-
lər,  sən  də  dur  mal  kimi  gözlərini  döy!  Ay  Allah  sən  niyə 
məni  öldürmürsən,  niyə  canımı  alıb  bu  qalınqabıqdan  xilas 
eləmirsən!  Camaatın  kişiləri  gələndə  arvadları  zağ-zağ  əsir-
lər, qorxularından siçan deşiyi axtarırlar gizlənməyə. Bizimki 
isə,  elə  bil  hamam  kisəçisidir.  Barmaqları  arvad  əlindən 
betərdir. 
 Möhsün: 
–  Aşa...,  –  Aşa  bir  anlıq  durub  ərinə  baxdı,  ərinin  dişi 
bağarsağını  gəmirirdi  –  Aşa  səni  lənətə  gələsən.  Aşa  Allah 
səni  öldürsün!  Heyif  mənim  bu  dəfəki  ömrümə,  çox  heyif... 
Gör neçə ildir ki, səhər-axşam sənin acı sözlərinlə zəhərləni-
rəm...  Allah  məni  bu  əzabdan  qurtar.  Ölməyə  razıyam  Al-
lahım, təki məni el içində xar olmağa qoyma, ya Rəbbim! 
–  Amin!  İnşallah  tez  ölərsən,  bəlkə  mən  də  bir  gün 
görəm... 
Möhsün yenə də ayağa qalxdı. Aşa bu saat ona endirilə-
cək  ağır  silləni  qarşılamaq  üçün  biləklərini  sifətinə  tutdu. 
Ancaq Möhsün havaya qaldırdığı əlini astaca endirdi, pencə-
yini  geyib  bayıra  çıxdı.  Amma  aradan  15  dəqiqə  keçməmiş 
iki nəfər polis işçisi ilə otağa daxil oldu. Polislərdən biri baş 
leytenant, digəri isə gizir idi. 
Baş leytenant: 
– Poliklinikadan xəbər veriblər ki, bu ünvanda işıq pulu 
yığanı döyüb yaralamısınız. 
Aşa: 
– İşıq pulu yığan yox, işıqkəsəni! 


 
158 
 
– İzahat almalıyıq. Möhsün müəllim sizi yaxşı insan ki-
mi  tanıyırıq,  amma  belə  bir  işin  sizin  kimi  bir  alicənab  ada-
mın evində baş verməsinə düzü çox məəttəl qalmışam. 
Möhsün: 
–  Allah  şeytana  lənət  eləsin,  bir  işdi  olub.  Yaralının  və-
ziyyəti necədir? 
–  Kəfkirin  tininə  düşüb  deyə  başına  yeddi  tikiş  qoyub-
lar. 
Aşa: 
– Kəfkir deyildi, çömçəydi! 
Möhsün  arvadına  çımxırdı,  –  “Çömçə  deyildi,  kəfkir 
idi!!! Keç o biri otağa!”. İncəvara Aşa ərini pərt eləmədi, ya-
taq otağına keçib qapını çırpdı.  
Möhsün hər şeyi öz boynuna götürüb, zərərçəkəni onun 
vurduğunu izahatında bildirib imzaladı. 
Baş leytenant: 
– İnciməyin, amma bizimlə bölməyə getməlisiniz. 
Möhsün: 
– Nə incimək, iti öldürənə sürütləyərlər, bir qələtdir elə-
mişik, özümüz də cəzamızı çəkməliyik. 
Polislər  Möhsünü maşına  mindirib  aparanda Aşa  yataq 
otağının pəncərəsindən pərdəni aralayıb xəlvəti baxırdı. Ar-
vadın  matı-qutu  qurumuşdu.  Əri  maşından  ona  sarı  boyla-
nanda, o pərdəni çəkib üzünü gizlədi. 
Aradan  bir  saat  keçməmişdi  ki,  böyük  oğlu  ilə  qızı  şə-
hərdən xalasıgildən qayıtdılar. Hər ikisinin halından məlum 
olurdu  ki,  səfərlərindən  razıdırlar.  Analarını  və  balaca  Ay-
xanı növbə ilə öpdülər. 


 
159 
 
Oğlu: 
– Ana, atam hanı? 
Aşa: 
– Neynirsən? 
– Yenə sinifdə məni uşaqların içində rüsvay elədi... 
– Necə yəni? 
– Axşam evdə xahiş elədim ki, hazırlıqlarımı çatdıra bil-
mirəm,  olar  sabah  məndən  dərs  soruşmayasan,  o  da  can-
dərdi  razılaşdı.  Amma  sinifə  girib  jurnalı  açan  kimi  məni 
qabağa  çağırdı,  –  “Abdullayev  Gülağa,  dərsini  bilirsən?”. 
Başımı  aşağı  dikib  dedim,  –  “Yox”.  “Çıx  qabağa!”  –  deyib 
məni yazı taxtasına çıxardı, məni dizləriüstə qoyub dərsboyu 
əlləriyuxarı saxladı. Məni o ki var uşaqlara güldürdü...   
– Oğul, səncə düz eləmirmi? Sənin nə geyim, nə yemək, 
nə kitab-dəftər dərdin var. Hər şeyi almışıq, bircə borcun var 
– o da oxumaq. Sənin yaşında, atan bir qoyun dərisini əlində 
gəzdirirdi, qoyun-quzu otaranda, kolxoza işləməyə gedəndə 
də vaxt tapıb arada o dərinin üstündə oturub dərslərini oxu-
yardı. Oxumaqdan adam yorulmaz... Məncə atan düz eləyib 
– birinci özününkünü cəzalandırmalıdır ki, özgəsinə dərs ol-
sun. O məktəbdə sənin müəllimin, evdə isə atandır. Onunsa 
istədiyi təkcə bir şey var – övladları oxuyub adam olsunlar. 
– Ana, bunları sən deyirsən? Sənə bir şey olmayıb ki, sən 
yaxşısan? Bəs hanı atam? 
– Polislər tutub apardılar... 
– Hara?! Niyə!? 
– Bir nəfəri mən döyüb yaralamışam, o da polisə şikayət 
edib. Atan da günahı öz boynuna götürdü... 


 
160 
 
– Zarafat edirsən!? 
– Məni zarafat edən görmüsən? 
–  Sən  axırda  bu  kişinin  başını  yeyəcəksən  ana!  Axı  nə 
istəyirsən  sən,  niyə  hər  şeyə  bir  mız  qoyursan,  heç  nəyi  bə-
yənmirsən axı?  
–  Bilmirəm  oğul.  Allah  şeytana  lənət  eləsin.  Elə  bilirəm 
ki, dilimi dinc saxlasam əlimdəki hər şey dağılacaq, hamınızı 
birdəfəlik itirəcəyəm. 
– Sən ağlını itirmisən ana..! 
– Bilirəm oğul... 
Aşa uşaqların yataq otağına keçib qapını arxadan kilid-
lədi. Çarpayıya sərilib hönkürtüsünü uşaqlar duymasın deyə 
ağzını yastığa dayayıb için-için zarıdı. 
 
* * * 
 
Polislərin  Möhsünü  aparmalarından  üç  saatadək  vaxt 
keçmişdi,  lakin  kişidən  xəbər-ətər  yox  idi.  “Yəqin  axşama 
yaxın evə buraxarlar” – deyə Aşa düşünürdü. İlk dəfəydi ki, 
ərinin  sifətinə  baxacaq  üzü  yox  idi.  Bu  “dır-dır”  davasında 
ilk dəfə alçaq vəziyyətə düşdüyünü anlamışdı. Elə bil qadını 
hal vurmuşdu – ərinin burnundan fitil-fitil gətirdiyi dəqiqə-
ləri  gözü  qabağına  gətirdikcə  xəcalət  onu  bürüyürdü.  “Bir-
dən onu həbs etsələr, təkbaşına uşaqlarıma necə baxaram?” – 
Möhsünsüzlüyün acısını aydınca anlamağa başlayırdı. Güla-
ğanı bölməyə göndərdi ki, bir xəbər öyrənsin. 
Gülağa polis bölməsindən axşamtərəfi qayıtdı: 
–  Sən  nə  eləmisən  ana!  Sənin  ağlın  tamam  çaşıb!  Niyə 
camaatın uşağını o kökə salmısan! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə