ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   36   37   38   39   40   41   42   43   ...   88

 
153 
 
–  Bah!  Sənin  kimi  fağır-dilsizin  hələ  gəlib  yataqda  ar-
vadının qucağına da girərlər! 
Möhsün onun qolundan tutub evə dartdı: 
– Yenə həyasızlıq eləmə Aşa, səni and verirəm balaları-
nın  canına,  məni  camaatın  içində  biabır  eləmə  yenə,  danı-
şığına fikir ver, əxlaqsız şeylər danışma... 
–  Mənəm  əxlaqsız!?  Günün  günorta  vaxtı  gəlib  işığını 
kəssinlər, sən də otur qoyun kimi gözlərini döy, elə..!? 
– İndi özüm məşğul olaram, sən keç içəri. İndi özüm ge-
dərəm işıq idarəsinə... 
– Get. Roman yazınca, bir az da bu oğraşların belə şərəf-
sizliklərindən yaz! Yaz və göndər birbaşa prezidentə. Qoy bu 
gicitkən, qaratikan kimi insanları dalayan bu gözəgörünməz 
milçəkləri, gənələri, ağcaqanadların hamısını tutub bassınlar 
dama! 
– Yaxşı, qışqırma, keç içəridə otur sakitləş, mən də indi 
gəlirəm. 
Möhsün  arından  büzüşmüşdü.  Gərək  axşam  Aşa  de-
yəndə lampanı söndürəydi. İndi bir ay o  çərənləməsin deyə 
gecələr yazmaqdan vaz keçməliydi. Yoxsa arvadın “dır-dırı” 
qonşuları  təngə  gətirəcəkdi.  İki  tin  o  yandakı  Mənzil  İstis-
marı  İdarəsinə  yollandı.  Oradan  işıq  idarəsinin  telefonunu 
öyrənib idarənin baş mühəndislə danışdı: 
–  Axı  belə  olmaz  qardaş.  Gəlin  deyin  ki,  –  “Bu  qədər 
borcunuz var, ödəməsəniz kəsəcəyik”. Biz də bir gün tez, bir 
gün  gec  pulu  ödəyək,  axı  bayram  günü  işığı kəsmək  zalım-
lıqdır,  insafsızlıqdır.  Nümayəndənizi  göndərin  pulu  ödəyək 
və işığı qoşsunlar. 
Ona  dedilər  ki,  uzağı  yarım  saata  yoxlayıcı  gələcək  və 
kabeli birləşdirəcəklər. 


 
154 
 
Möhsün  evə  qayıdanda  arvadı  mətbəxtdə  soğan  dağı 
bişirirdi.  Qızarmış  soğanın  başgicəlləndirən  qoxusu  bütün 
otağı ağzına almışdı. Möhsün iş paltarını dəyişib yemək sto-
lunun arxasına keçdi. Arvadı bir neçə dəfə zala keçdi. Ərinin 
yemək,  ya  da  çay  gözlədiyini  bildirən  baxışlarını  görsə  də  
mətbəxtdən Aşanın ancaq “qara kağızı” gəlirdi. Oturmaqdan 
bezib ehtiyatla dilləndi, –  “Yeməyə bir şey var?” 
–  Çor,  qarayara  istəyirsən  gətirim!  İşıq  səhər  ertədən 
sönüb! 
– Heç olmazsa çay gətir... 
– İşıq yansın sonra dəmləyərəm. 
Söz güləşdirməyin yeri deyildi. Möhsün qalxıb mətbəxə 
keçdi, özünə çay süzüb yazı makinası olan balaca otağa keç-
di.  Axşamdan  yazdıqlarına  göz  gəzdirib  karandaşla  xırda 
qeydlərini elədi. Birdən işıqlar qəfil yanıb söndü – deməli ka-
belləri qoşanlar gəliblər. Otaqdan çıxmamışdı ki, Aşa  əlində 
dəmir kəfkir güllə kimi giriş qapısını açıb çölə tullandı. 
–  Hansınız  kəsmişdiniz  bizim  işığı,  hansınız!  Tez  olun 
deyin,  yoxsa  ikinizi  də  bir-birinizə  qatacağam  –  Aşanın  səsi 
boş pilləkən qəfəsində gur-gur guruldayırdı. 
Kabeli izolentlə bağlayan cavan oğlan hürkmüş halda, – 
“Mən  kəsmişdim  xala...”  –  dedi.  Aşanın  kəfkirinin  göydə 
parıldamağıyla  zavallı  oğlanın  alnından  bıldır-bıldır  qanın 
süzülməyi  bir  oldu.  Sayğacın  çekini  bayaqdan  əlində  uzat-
mış digər oğlan, – “Ay arvad sən neylədin!?” – deyib Aşanın 
əlindəki kəfkiri almağa cəhd elədi. 
Aşanın canını almaq olardı, amma kəfkiri əsla! Möhsün 
və  digər  oğlan  –  əri  Aşanın  boynunu,  digəri  isə  qolunu  bu-
rub  kəfkiri  almaq  uğrunda  bütün  güclərini  toplamışdılar. 
Kəfkir axır ki Aşanın əlindən düşdü və metlaxın üstündə di-


 
155 
 
yirlənib pillələrə yuvarlandı. Səsə üst qonşu Hacı Adil çıxdı. 
O,  dalaşanlara  yaxınlaşıb  Aşanı  iki  kişidən  araladı,  qadının 
üstünə bağırdı: 
–  Əşşi  bəsdirin  da!  Sizin  səsinizdən  bu  binada  nə  ya-
şamaq olur, nə yatmaq! İt-pişik kimi bir-birinizi nə vaxtadək 
didəcəksiniz,  yaşınızdan-başınızdan  heç  utanmırsınız!  Yenə 
nəyi  bölüşdürə  bilmirsiniz!  Sənin  başın  niyə  yaralanıb?  – 
başından qan axar oğlanın əlini götürüb yaraya baxdı. 
Oğlan yazıq-yazıq: 
– Bu xala kəfkirlə vurdu... 
Hacı Adil Aşaya: 
– Sən ipə-sapa yatmayacaqsan?! Nə istəyirsən bu adam-
lardan, nədir içindəki bu xainlıq, paxıllıq! Niyə dinc durmur-
san, indi nə cavab verəcəksən, xalxın uşağının vurub beynini 
partlatmısan! 
Aşa dil boğaza qoymadı: 
–  Belə  vələdizinanı  əkib-döğanı  lənətə  gəlsin,  heç  bay-
ram vaxtı da işıq kəsərlər, bəs vicdanı sızlamırmı ki, bu yazıq 
camaat  bayram  gecəsi  qaranlıqda  hökumətə,  dövlətə  lənət 
yağdıracaq! 
Hacı Adil: 
– Sözün var, get hökumətə de, bu yazığın nə günahı var 
axı. 
Aşa: 
– Bu hökumət deyil bəs nədir! 
Oğlan qanlı əlini rəhmi gəlsin deyə Aşaya göstərib: 
– Ay xala, mənə deyirlər get kəs, mən də gəlib kəsirəm, 
mənim nə günahım var bunda? 
Aşa: 


 
156 
 
–  Gəl  denən  ki,  –  “Xala,  məni  göndəriblər  işığınızı  kəs-
məyə”, mən də gedim onu deyən kimdirsə, onu salım ayağı-
mın altına! Arvad kimi xəlvətcə gəlirsən, işığı kəsib qaçırsan. 
Hələ yaxşı ki, kabeli kəsəndə əlimə düşməmisən, yoxsa əlini 
kabelə yapışdırıb tokla öldürərdim səni. 
 Oğlan: 
– Bu zır dəliymiş ki... 
Möhsün: 
–  Ağzını  təmiz  saxla,  adam  özündən  böyüyə  belə  de-
məz. 
Möhsün,  bu  qahmarlığının  lap  yalnış  olduğunu  dərhal 
anladı – yetim kimi Aşanı süzdü. 
Aşa ərinə: 
–  Elə  bu...!  Daha  heç  nə  deməyəcəksən?  Salıb  ayağının 
altına  it  balası  kimi  tapdalamayacaqsan?  Arvadına  zır  dəli 
deyən bir südəmərdən namusunun qisasını almayacaqsan!? 
Möhsün: 
– Kəs səsini, gör uşağı nə kökə salmısan!  
Aşa: 
–  Onu  heç  böyüməsin,  elə  uşaqkən  gəbərsin!  Əcəb  elə-
mişəm, əlimin içindən gəlib! 
Aşa dartınıb oğlanın qan axan yaralı başına bir qapaz da 
ilişdirdi. Oğlan bu dəlixana yığnağının əlindən qaçmaqla ca-
nını güclə qurtardı – gəldiyi “Jiquli”yə minib getdi.  
Çek  yazan  oğlan  bir  xeyli  ər-arvada  “ağıl  verib”  o  da 
getdi. İndi Aşa mətbəxdən otağa, otaqdan mətbəxə keçir, ara 
vermədən Möhsünün qarasınca deyinirdi: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə