ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   35   36   37   38   39   40   41   42   ...   88

 
149 
 
–  sənə  xəyanət  etməmişəm,  şükr  Allaha,  dolanışığımızdan 
bir  korluq  çəkmirik,  geyim-kecimin  yerində,  gül  kimi  uşaq-
larımız... Axı nədi səni zəvzədən? 
–  Mətəyə  dəyən  kimi  məktəbdən  qayıdıb  yapışırsan  bu 
sınıq stula, axşamadək nəysə yazırsan. Uşaqlar da gələn kimi 
hərəsi bir tərəfə təzirlər. Axı mən də insanam! Qulağıbatmış 
kimi  oturmaqdan  bayquşa  dönmüşəm.  Məni  adam  yerinə 
qoyan yoxdur bu xaraba evdə.  
–  Bizim  60-a  yaxın  yaşımız  var  Aşa.  Bu  gündən  sonra 
uşaqlarımız üçün yaşamalıyıq. Bəlkə də haqlısan, sənlə söh-
bətə,  qayğıya  az  diqqət  yetirirəm.  Amma,  istəyirəm  ki  bilə-
sən,  başladığım  bu  yazı  mənimçün  olduqca  vacibdir.  Bitir-
məyincə də rahat ola bilməyəcəyəm. Mənə bir qədər də vaxt 
versən başım açılacaq. Onda sənin dizini qucaqlayıb gələcək 
nəvələrimiz  barədə  nə  qədər  desən  dərdləşərik.  Olarmı  gö-
zümün qarası..? 
–  Məni  çərlədib  öldürəndən  sonra  dizimi  yox  ey,  ayaq-
larımı  da  qucaqlasan  nə  xeyri  var ki?  Məni  sən  bu  hala  sal-
mısan! İnsanda nə qədər səbr olar axı. Sözü elə bil daşa de-
yirsən,  bir  soyuq  qara  daş  qucaqlayıb  yatmaq,  səninlə  yat-
maqdan minqat ləzzət verər mənə! 
Möhsün  dözmədi,  qalxmağıyla  şax  bir  silləni  arvadının 
qulağının dibinə ilişdirməyi bir oldu: 
–  Tünbətünün  qızı!  Varidatına  lənət  sənin!  Allaha  and 
olsun  uşaqlarım  olmasaydı,  səni  bircə  gün  saxlasaydım  na-
kişi olardım. 
–  Əlin  qurusun  heyvan  öküz!  Sən  onsuz  da  nakişidən 
nəylə fərqlənirsən ki...! 
– Əlimi qana bulama, get, rədd ol yat. 


 
150 
 
Aşa  əl  atıb  stolüstü  lampanı  söndürüdü,  ağlaya-ağlaya, 
mırıldana-mırıldana  qapını  çırpıb  yataq  otağına  keçdi.  Qa-
pının səsinə balaca Ayxan yuxudan durdu. Yataq otağından 
Aşanın bağırtısı gəlirdi: 
– Ömrü budanmış itin küçüyü, yat!  
Uşağın dalına vurduğu sillənin səsinə Möhsün gözlərini 
qırpdı. Astaca, – “Əllərin qurusun sənin!” – dedi. 
Ayxan ağlaya-ağlaya, – “Atama istiyiyəm” – deyib Möh-
sünün qucağına qaçdı. 
Uşağı  qucağına  alıb  tez  də  sakitləşdirdi.  Hirsi  soyuma-
mışdı: 
– Səni lənətə gələsən belə bəxt, belə tale. Axı nə günahın 
sahibiydim ki, qarşıma belə gəvəzə arvad düşdü. 
Yataq otağından Aşanın zil səsi eşidildi: 
– Nə çərənliyirsən orda, kötük!? Nə söyürsənsə, özünün-
külərə  getsin!  “Eşşəyim  ölüb,  başı  qızıldandır”  –  sənin  sa-
vadına da, yazdıqlarına da... 
–  Mənə  bir  çıxış  yolu  göstər  Allahım.  Səbrimi,  ağlımı 
alma əlimdən. Nolar mənə ucuz bir ölüm ver Allahım..! 
 
* * * 
 
Möhsün  xüsusi  əlamətilə  seçilənlərdən  deyildi  –  arıq 
cüssəli,  azca  dazlaşmış,  ortaboylu,  56  yaşında  bir  fizika 
müəllimiydi. Xasiyyəti mülayim, xeyir-şərdən qalmayan, qə-
səbədə və qonşuluqda xətir-hörməti olan adi insan idi. Vali-
deynlərin əlbirliyi ilə doğmaca dayısı qızıyla ailə qurmuşdu. 
Əslində  evliliyin  20  ilini  xoşbəxt  həyat  hesab  etmək  olardı. 
Di  gəl  ki,  müəllimliyin  gün-güzaranı,  ad-sanı    laxlayandan, 
hər  gədə-güdənin  əli  pulla  oynamağa  başlayandan  Aşanın 


 
151 
 
içinə  elə  bil  cin  girmişdi.  Qonum-qonşuda  bacarıqsız  birini 
maşın,  ev,  zinət  şeyləri  aldığını  eşidəndə  cin  atına  minirdi. 
Bütün  hirsini,  həsədini  ərinin  üstünə  tökürdü.  Baxanda  bu 
deyingənliyi  paxıllıqdan  da  yaranmırdı,  ona  elə  gəlirdi  ki, 
bacarıqda heç kimdən geri qalmayan əri baş qoşsaydı, hamı-
dan çox qazanardı. Di gəl ki, Möhsünün pir deyib yapışdığı 
müəllimliyi  onun  qanına  və  canına  hopduğundan  belə  qa-
zanc  yollarını  ağlının  ucundan  da  keçirmirdi.  Möhsün  çox 
səbrli adam idi, lakin bu səs-küyü qonşular eşidəndə utandı-
ğından  bilmirdi  ki  neyləsin.  Hətta,  bir  dəfə  arvadı  binanın 
girişində yavalıq edəndə, qonşusu Hacı Adilə öz “kişiliyini” 
göstərmək  üçün  arvadının  saçından tutub evədək  sürümüş-
dü. O gün evdə çox ciddi davaları olmuşdu və qərara almış-
dılar  ki,  valideynləri  rəhmətə  gedəndən  sonra  adam  balası 
kimi  ayrılsınlar.  Ancaq  valideynləri  öləndə,  ilk  uşaqlarının 
artıq  16  yaşı  vardı  deyə  bu  fikirlərindən  də  vaz  keçdilər,  – 
“Talehimiz belə gətirib, ömrümüzün sonuna nə qalıb ki...?” – 
deyib  tanrı  verən  ömür  payını  bilə-bilə  dava-dalaş  yelinə 
verirdilər. Qonşular həmişə deyirdilər ki, – “heyif belə abırlı 
kişidən ki, bəxtinə yava arvad düşüb”. Qarışqanı da tapdala-
maz,  xeyir-şərdən  qalmaz,  keçmiş  şagirdlərindən  biri  dara 
düşəndə  ona  ürək-dirək  verməkdən  yorulmazdı.  Dolanışıq-
ları  da  pis  deyildi  –  ailəni  namuslu  müəllim  maaşı  çərçivə-
sində dolandırırdı.  
Aşa isə olduqca qıvraq, əlli-ayaqlı qadınıydı. Yoxdan bir 
şeylər hazırlayıb uşaqlarının qarnını doyurmağı bacarırdı. Di 
gəl  ki,  dili  zəhrimara  qalmış,  qırmızı  acı  bibər  kimi  adamı 
sarsıtmaqdan  ötrü  yaranmışdı.  Möhsünü  istəyib  ərə  gəl-
mişdi,  amma  ərindən  nə  istədiyini  heç  özü  də  bilmirdi. 
Qısqanırdımı?  Yox,  ömürbillah  əri  başqasına  kəc  baxacaq 


 
152 
 
adam  deyildi.  Əri  çox  ürəyiyuxa  adamdı,  halallıq  tərəfda-
rıydı. Bircə, ildə instituta hazırladığı iki uşaqdan aldığı kiçi-
cik  pulu  çıxsaq,  başqa  haramda  işi  yox  idi  (repititorluğu  da 
Möhsün özü haram hesab edirdi). Aşa, sanki, dil ona danış-
maq  üçün  verildiyindən  danışırdı,  həm  də  adamı  “cinnən-
donnan”,  “məzhəbdən”  çıxaranadək  danışırdı.  Onun  başqa 
dərdi yox idi – o, sadəcə zəvzək idi. Allah adamı beləsindən 
qorusun! 
 
* * * 
 
Gecə, gündüzün ağ çarşabına ehmalca örpənəndə Möh-
sün yataqdan qalxdı. Bu gün birinci saat dərsi vardı, həm də 
ağır gün idi. Çayı özü qaynadıb dəmlədi – Aşa iki gün hələ 
mısmırığını sallayacaqdı. 
Günorta  evə  gələndə  isə  gördü  ki,  arvadı  yenə  həyətdə 
səsini başına atıb. 
–  Allah  evinizi  yıxsın,  görüm  çırağınız  sönsün,  işıqlı 
dünyaya  kor  baxasınız,  Yeni  İl  gecəsi  də  işıq  söndürərlər 
heç!? Siz heç müsəlman, insan deyilsinizmi! İnsaf, insanlıq nə 
demək olduğunu heçmi qanmırsınız ay bişərəflər! 
Möhsün  nə  olursa  olsun,  arvadının  kif  qoxan  səsini 
mümkün  qədər  tez  kəsmək,  camaat  içində  daha  da  biabır 
olmamaq üçün addımlarını yeyinlətdi. Arvadına çatıb qolun-
dan yapışdı: 
– Nə olub yenə! 
– Canına dərd olub, böyrünə də qara azzar! Sənə demə-
dim  ki,  işığı  az  yandır?  Borca  görə  işığı  kəsiblər,  özü  də 
xəlvəti kəsib, blomlayıb qaçıblar şərəfsizlər! 
– Bayram vaxtı belə iş eləməzlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə