ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   31   32   33   34   35   36   37   38   ...   88

 
134 
 
run, oynayın, əylənin yallı gedin..!” – dedi. Hamı oturacaqlarını 
götürüb  “Örən”in  geniş  və  düz  yerində  dairəvi  düzdülər. 
Aşıqlar  gəlib  çatanadək  cavanlar  artıq  mərəkə  yerində  rəqs 
edirdilər. Xırnazlıların şənliyinə baxanda məni qəhər boğurdu. 
İçimdən  ancaq  bir  dilək  keçirdi,  –  “Ya  Rəbbim,  sən  bu  eli,  bu 
xırnazlıları  şeytandan,  şərdən-bəladan  uzaq  tut.  Gör  Xırnaza 
şənlik və şənliyə xırnazlı necə də yaraşır”. Bayaqkı xəcalətimi, 
tənbehdən  doğan  ayıbı  indi  sevinc  gözyaşları  əvəz  etməyə 
başlamışdı.  İsgəndər  kişi  birdən  nə  xatırladısa  bəyə  –  Turana 
çöndü,  –  “Get  mənim  zopamı  və  çuxamı  gətir!”  –  buyurdu. 
Turan sevincək qaçıb evlərindən zolaqlı, bəzədilmiş iki cüt yallı 
zopasını  gətirib  babasına  uzatdı.  Bu  İsgəndər  kişinin  bəzədiyi 
həmin  naxışlı  zoğal  çubuqlarıydı.  İsgəndər  kişi  çuxanı  əyninə 
geyib  çubuğun  dəstəyindən  tutdu,  nəticəsinin  baldırına  var 
gücüylə  birini  ilişdirdi.  Turan  baldırını  ovxalaya-ovxalaya 
camaatın içinə soxuldu. İsgəndərin səsi gurladı: 
–  Hə..!  Yağlı  zopa  buna  deyərlər.  Qəniş,  yallını  öyrət-
misənmi cavanlara? 
Qəniş ağa sevincək yerində dikəldi: 
– Bəli İsgəndər əmi, hələ bir-iki dəfə məşq də ediblər. 
– Onda özün düş qabağa görüm. Haydı igid xırnazlılar, 
günahlardan  təmizlənməyin,  qələtlərinizi  yeməyin  vaxtı 
çatdı. Düzülün görüm! 
Bu dağların yallısını birinci dəfəydi görürdüm. İndi başa 
düşürdüm bu xırnazlılara güc, birlik, ağsaqqala itaət, vətənə 
sevgini tərbiyə edən adət-ənənələrin əsl mənbəyini. Allahım, 
öldürməmişdən  qabaq  xırnazlıları  bir  daha  Xırnazda  gör-
məyi nəsib elə mənə... Yalvarıram sənə Allahım... 
Qadınlar  və  körpələrdən  başqa  bütün  kişilər  ortaya  ke-
çib  bir-birinin  arxasında  dairəvi  cərgəyə  düzüldülər.  Dəstə-


 
135 
 
nin  başında  İsgəndər  kişi  əlində    zopu  –  çubuq  durmuşdu. 
Üzünü zurnaçıya tutub, – “Adın nədi, hansı kənddənsən?” – 
soruşdu.  “Bəndalı,  Göyarabasdan”  –  dedi.  “Zurnaçı  Nifta-
lının oğlu deyilsənmi?” – soruşdu. “Bəli ağsaqqal...”. 
– Bəndalı qarazurnanı köklə! Elə çal ki, vətəndən bunca 
qürbətdə  qalan  İsgəndərin  göz  yaşları  Xırnaz  torpağını  su-
varsın!  Elə  çal  ki,  Zibeydənin  nakam  sevgisi  vüsala  çatsın, 
Cəmilin  parça-parça  olmuş  sümükləri  bitişsin!  Elə  çal  ki, 
zoğal,  tut  arağıyla  zəhərlənib  lodurlaşmış  xırnaz  cavanları-
nın zopadan sınan sümüklərinin şaqqıltısı dağlarda itsin! Elə 
çal  ki,  dağlar  yerindən  oynasın!  Elə  körüklə  ki,  atan  Nifta-
lının ruhu şad olsun! Çal aşıq, çal, xırnazlıların bu gün divan 
günüdür! 
İsgəndər  kişi  çuxasının  cibindən  üstündə  çar  Nikolayın 
şəkli olan qızıl onluq sikkə çıxarıb Bəndalının ovcuna basdı, 
– “Elə çal ki, qaçaq dostlarımın qisasını bu uca dağlardan ala 
bilim! O qisası ki, qardaşlarımı yağıdan qoruya bilmədi! Qoy 
bu dağlar utandığından başını yerə diksin, toz olub yerlə bir 
olsun!”... Bəndalını elə bil cin vurdu. Başının işarəsiylə nağa-
raçıya  və  züyçüyə  göz  vurdu.  Elə  bir  “Cəngi”  başladı  ki, 
yatmış  ruhları  oyadan  İsrafilin  suru  ancaq  belə  qüdrətli  ola 
bilərdi.  Dəstə,  asta-asta  yırğalandı,  ritmlə  gah  irəli,  gah  da 
dala ləngər vurub yallıya başladı. 
Sən  demə  bu  yallının  qaydası  beləymiş  ki,  “toybaşı”  – 
indiki halda İsgəndər kişi – əlində tutduğu şeyi və ya hansısa 
hərəkəti  dəstədəkilər  də  cəld  tapıb  ona  göstərməliydilər,  ya 
da  eyni  hərəkəti  təkrarlamalıydılar.  Əks  təqdirdə  yağlı  bir 
zopa  halal  xoşlarıymış.  İsgəndər  kişinin  çuxasının  cibi 
şişmişdi,  demək  axşamdan  yallı  üçün  hazırlaşırmış.  Dəstə, 
toybaşının  önündən  sırayla  keçib  gözüylə  İsgəndər  kişinin 


 
136 
 
cibdəki  əlini  izləyirdi,  –  “görəsən  nə  çıxaracaq”  deyə. 
Toybaşı cibindən yenə də qızıl onluq çixarıb havada göstər-
di.  Hamı  hövlənak  Bəndalının  cibinə  cumdu.  Bəndalı  isə 
cibini  elə  bərk  bükmələdi  ki,  qızılı  heç  Əzrayıl  də  ordan 
çıxara bilməzdi – qızıl onluğu götürmək heç kimə müyəssər 
olmadı.  İsgəndər  kişi  hər  önündən  keçənə  yağlı  bir  zopa 
ilişdirirdi.  Qıçını  qucaqlayan  kim,  göynərtidən  yerə  sərilən 
kim...  Qıraqdan  övladlarının,  ərlərinin,  qardaşlarının  halına 
acıyan qadınların naləsi səslənirdi, – “Əlin qurumasın!”, “Uf! 
Can  bala!”,  “Ay  insafsız  adamı  da  belə  vurarlar  heç!”... 
Amma İsgəndər kişi halından çox məmnun idi. Heç kimin də 
dəsətəni pozmağa ixtiyarı yox idi. Heç kim də qaçmağa meyl 
eləmirdi – bu qorxaqlıq, darqursaqlıq sayılardı. “Ah-vay” da 
ayıb  idi  –  kənardan  gəlin,  arvad-uşaq,  sevdiyi  qız  baxırdı 
axı... Mənim zopa payım çatanda İsgəndər kişi mənim payı-
mı  elə  artıq  elədi  ki,  –  “Qoluna  qüvvət..!”  –  deyib  yanan 
baldırımı qucaqladım. “Bu cavanlarımızı zibillə zəhərlədiyin 
üçün!” – dedi. İkincisi isə dalıma – yumşaq yerimə dəydi, – 
“Bu  isə  qızılı  tapmadığın  üçün!”  –  dedi.  Tab  gətirməkdən 
başqa  əlacım  yox  idi  –  axı  mən  də  xırnazlı  olmağı  könüllü 
seçmişdim.  Ən  güclü  zopanı  isə  haqq  üçünə  bəyə  –  Turana 
vururdu.  Sıra  zopa  payını  alandan  sonra  toybaşı  cibindən 
baş  yaylığı  çıxardı.  Hamı  güllə  kimi  ana-bacısına  cumdu. 
Qadınlar  ikicə  dəqiqənin  içində  yaylıqsız,  ləçəksiz  qaldılar. 
Abırını  qoruyub  yaşmağını  övladına  verməyənin  balasının 
payı  isə  yenidən  yağlı  zopa  oldu.  İsgəndərin  “tikanlı”  dili 
susmurdu, yaylıqsız, yaşmaqsız qalan qadınlara dönüb: 
–  Əzizinizin  bir  çubuq  ağrısına  dözməyib  yaşmağını 
açan  xırnazlı  analara  ayıb  olsun!  –  hər  dəfə  zopanı  endirib 
qarşısında inildəyənin gözlərindəki ağrıya sevinclə baxanda, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə