ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   30   31   32   33   34   35   36   37   ...   88

 
130 
 
Yolda,  –  “Fərqanəylə  işlərin  nə  yerdədir,  İsgəndər  ba-
banın  təklifiylə  ürəkdən  razılaşdın,  ya,  candərdi  razılıq  ver-
din?” – soruşdum. 
– İsgəndər babaya sən bir şey deməmişdin ki?  
– Nə barədə? 
– Fərqanə ilə münasibətlərimiz barədə. 
– Dəlisən sən? Bunu hardan çıxardın? 
– Bəs niyə belə qəfil qərar verdi? 
– Mən hardan bilim?  
– Fərqanə daha məndən soyuyub. Ondan başqasını çətin 
ki  bir  də  sevə  biləm.  Mənimçün  artıq  arvadımın  kimliyinin 
heç  bir  fərqi  yoxdur.  İsgəndər  babanın  təklifi  isə  elə  göy-
dəndüşmə  oldu.  Sən  düz  deyirdin,  –  “Bir  xırnazlı,  Xırnazın 
qaydalarıyla yaşamalıdır...”. 
Bu mövzuya bir də qayıtmadıq. Yükü Qəmər xalaya təh-
vil verib, hərbi komissarlığa yollandıq. Çağırışçılar avtobus-
lara minib yola düşənədək gözlədim. Yaxşı yol diləyib İsmil-
lə ayrıldıq. 
Kəndə  qayıdanda  artıq  İsgəndər  kişi  “Zibeydənin  dədə 
yurdu”na  yaxın  bir  yerdə  özü  üçün  binə  yeri  seçmişdi. 
Camaat  evin  divaraltı  bünövrəsini  qazırdılar.  Evdən  bel 
götürüb mən də işləyənlərə qoşuldum. İsgəndər kişi sevdiyi 
iri daşın üstündə oturub işləyənlərə lağ edirdi, sanki quldar 
öz qullarının necə işlədiyinə nəzarət edirdi. Cib bıçağıyla şiv 
bir  zoğal  budağını  dairəvi  zolaqlarla  bəzəyirdi.  Xırnazlılar 
isə  ağsaqqalın  gözünə  girmək,  töhmət  almamaq  üçün  canı 
dildən çalışırdılar. Məni görcək: 
– Yola saldınmı İsmili? 
– Bəli, – dedim 


 
131 
 
–  De  görüm  mənim  təzə  evimə  işıq,  istilik,  radio  və 
telefon çəkmək üçün nə qədər xərc çəkməliyəm? 
– Heç bir xərc. Lazımi şeyləri rayondan özüm alacağam. 
–  Alarsan  və  nə  qədər  xərc  çəkdiyini  də  deyərsən.  De 
görüm yük daşıdığın maşını dəyişməyə ehtiyac yoxdur ki? 
– Yox. Hələki kara gəlir. 
–  Axşam  da  sənin  evində  qalacağam.  Kəndə  nə  lazım-
dırsa,  məsləhətləşərik.  Qəniş,  sən  də  gələrsən  birlikdə  söh-
bətləşərik. 
Qəniş ağa: 
– Baş üstə İsgəndər əmi. 
İsgəndər  kişi  nəyisə  xatırlayıb  Qəniş  ağaya  gözünü 
qıydı: 
–  Qəniş,  kəndimizdə  “zopu  yallısı”nın  adətlərini  saxla-
mısınızmı? 
Qəniş ağa güldü: 
– İndiki cavanlarda hardadı o həvəs ağsaqqal... 
–  Onda  Turanımın  toyunda  bu  cavanlara  bir  toy  tutum 
ki, 70 ildə yığdıqları piy əriyib bir gecədəjə yox olsun. Qəniş, 
sən  cavanlara  zopunun  qaydalarını  öyrədərsən.  Bir  ayın 
tamamında isə yallını özüm çəkəcəyəm. 
–  Baş  üstə  ağsaqqal,  əllərinə  qurban,  Xırnazlıların  zo-
paya çoxdan ehtiyacı var, – Qəniş ağa yenə sevinclə gülüm-
sündü. Cavanlar bir-birinə təccüblə baxır, yaşlılar isə bic-bic 
gülüb  zarafatlaşırdılar.  Elə  bil  ki,  beyinlərinin  hansısa  kün-
cündə  toz  basmış  şirin  toy  adətlərini  xatırladıqlarına,  bir 
aydan sonra elliklə yallı gedəcəklərinə sevinirdilər. 
– Sən beli qoy bir tərəfə, get yarğanda əhəng bişirənlərə 
kömək elə, – İsgəndər kişi mənə göstəriş verdi. 


 
132 
 
–  Baş  üstə  baba,  –  deyib  meşəyə  yollandım.  Yolboyu 
belə bir idarəetmənin fəsad və ya xeyirini düşündüm. Sonda, 
Xırnaz  mühitində  bir  əldən  idarə  olunmağın  faydalı  oldu-
ğuna  qərar  verdim.  Bir  xırnazlı  kimi  İsgəndər  kişiyə  boyun 
əyməyi özümə şərəf bildim. 
Burada  yarğan  boyunca  iri  bir  quyu  qazılmış,  çırpı, 
üstündən  də  iri  qaya  parçalarını  növbə  ilə  yığıb  yarğanın 
dibindəki  dəlikdən  çırpıya  od  vururdular.  Yarğanın  ağzını 
isə  yarımçıq  örtüb  ocağın  alovlanmasının  qarşısını  alırdılar. 
Bir  nəfər  gün  ərzində  növbə  ilə  əhəng  quyusunun  ocağına 
keşik çəkirdi. Yanmış daşlar sonradan əzilir, üyüdülür, suyla 
qarışdırılaraq hörgü üçün  istifadə olunurdu. 
 
 
* * * 
 
Bu  arada  İsgəndər  kişi  nəticəsi  üçün  seçdiyi  qızı  təyin 
etdi  –  bu  kəndin  “qırmızıyanaq  alması”  Həmayıl  oldu.  Hə-
mayıl Turandan üç yaş kiçik idi. Turan da qızı görüb bəyən-
mişdi.  On  iki  günə  İsgəndər  kişinin  ikiotaqlı evi tikilib  başa 
çatdı.  Otaqları  bəzədildi,  bəy  otağı  hazırlandı,  qab-qacaq 
alındı. 
Və  nəhayət  hamının  səbirsizliklə  gözlədiyi  toy  günü 
yetişdi.  Səhər  ertədən  süzən  leysan  yağış  bir  müddət  bizi 
dilxor  elədi.  Adamlar  ayaqlarını  çırmayıb,  başlarını  karton 
kağızı,  salafan,  vedrəylə  örtüb  o  yana-bu  yana,  kimisi  də 
mal-qara dalınca qaçışırdılar. Çətir kimi istifadə edilən dəmir  
vedrəyə  dəyən  şıdırığı  yağışın  damlaları  əməlli-başlı  “dan-
qıltı” çıxarırdı. Günortaya yaxın yağış kəsdi və qızmar günəş 
torpağın  buğunu  çıxaranda  adamlar  toyun  təşkilinə  daha 


 
133 
 
şövqlə  girişdilər.  İsgəndər  kişinin  sevincinin  həddi  hüdudu 
yox  idi.  Üzünü  göydə  şölə  saçan  göyğurşağından  çəkib  ca-
maata tutdu, – “Düz 3 gün, 3 gecə toy qurulacaq. Bu 3 gündə 
bütün xırnaz deyib-gülüb əylənəcəkdir. Bütün xərcləri özüm 
ödəyəcəyəm!” – dedi.  
“Örən”  düzü  hələ  belə  ziyafət  görməmişdi.  Hamı  süfrə 
arxasında  bir  ailə  kimi  oturub  deyib-gülüşür,  zarafatlaşır, 
kəndin  bərəkətindən  yeyib-içirdilər.  Cavanlar  özlərini  bir-iki 
dəfə  mənim  evimə  verib  çıxanda  yanaqlarının  qızartıları 
İsgəndər  kişinin  gözündən  yayınmadı.  Məni  barmağının 
ucuyla  yanına  cağırdı.  Yanına  gəlib  günahkarlar  kimi  başımı 
aşağı  dikdim.  Heç  kimin  eşitmədiyi  tərzdə,  –  “Get  o  zibil 
şüşələrini  tök  çölə,  cavanların  beynini  zəhərləməyi  sənə  qəti 
qadağan  edirəm!”  –  dedi.  Suyum  süzülə-süzülə  otağa  girib 
üçkiloluq  şüşələrdəki  zoğal  araqlarını  arxa  pəncərədən  eşiyə 
tökdüm. Stol başına qayıdanda çəkmə arağın qoxusunun ətrafa 
yayıldığını  hiss  etdim.  Utandığımdan  yerə  girmək  istəyirdim. 
Cavanlardan bir-ikisi öz növbəsini dadmaq üçün otağa girəndə 
əliboş bayıra çıxıb mat-məəttəl çiyinlərini çəkdi – bayaqkı dolu 
şüşələri kimin içib boşaltdığını bilmək istəyirdilər. İsgəndər kişi 
onların  bu  halından  məmnunca  gülümsünüb  mənə  boylandı. 
Mən  isə  girməyə  yerdə  siçan  dəliyi  axtarırdım  hələ.  Yemək-
içməyin  şirin  yerində  kəndin  ayağından  zurnanın  zil  səsi 
dağları  yerindən  tərpətdi.  Nağaraya  vurulan  çubuğun  səsi 
dağlarda  əks  olunurdu.  Fərzalı  zurnaçıların  qabağına  düşüb 
kəndə girə-girə qol götürüb oynayır və aralıdan ziyafətdəkilərə 
qışqırırdı,  –  “Xırnazın  yaraşığı  qarazurna  gəlir  ay  camaat..!” 
İsgəndər kişi yerindəcə ayağa durub zurnanın səsinə uyğun elə 
ləngər  vurdu  ki,  deyərdin  bəs  gər  ağacının  yarpaqları  sərin 
mehlə səsləşir. Oynaya-oynaya, – “Oynamağa bir meydan qu-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə