ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   26   27   28   29   30   31   32   33   ...   88

 
116 
 
İşimizi bitirib Səbuhigili yola saldıq. Başım işdən açılan-
da İsmili soruşdum. “Səhər ertədən “Qazel”i yükləyib rayo-
na  getdi”  –  dedilər.  Xırnazlıların  bir  biədəb  misalı  var,  – 
“Qızmış kələ öhdə yoxdur” – demək yenə də çatını qırıb qaç-
dı bizim Xırnaz kəli... 
 
* * * 
 
Bir  xeyli  müddət  kəndimizdə  həyat  öz  adi  axarıyla  da-
vam  etdi.  İsmilin  Fərqanəyə  marağı  doğrudan  da  azalana 
bənzəyirdi. Çünki, bir-iki dəfə mənim, – “Rayona gedirsən?” 
–  sualıma,  –  “Yox”  demişdi.  Semestrlərin  sonunda  Bakıya 
gedib imtahanlarını verib qayıtmış, hərbi xidmətə çağırış və-
rəqini almışdı. 
Amma  günlərin  bir  günü  aldığımız  xəbər  bütün  kənddə 
bomba  kimi  partladı  –  “Qaçaq  İsgəndər  sağdır,  Türkiyədən 
kəndimizə qonaq gəlir”. Həmdulla kişi dabaq tutmuş inək kimi 
səndirləyə-səndirləyə  gəzirdi.  Uzun  illərdən  sonra  bu  xəbər 
onu  həm  sevindirmiş,  həm  də  sanki  keyləşdirmişdi.  Yolu-irzi 
tanıyan adam kimi mənim yaxamdan asılıb qalmışdı: 
– Kişini necə qarşılayaq, harda qarşılayaq? Türkiyəyəmi 
gedək,  yoxsa  özümü  gələcək..?  Necə  xəbər  tutaq,  nə  vaxt 
gələcək, bəlkə özümüz Bakıya gedək? 
Amma nə etməli olduğumuzu özüm də bilmirdim – əli-
mizi  əlimizin  üstünə  qoyub  oturub  gözləməkdən  savayı  bir 
şey etmirdik. 
 
* * * 
 


 
117 
 
Nəhayət  İsmili  hərbi  xidmətə  yola  salmağa  bütün  kənd 
toplaşmışdı.  Ertədən  İsmilgilin  məhləsində  yolasalma  ziya-
fəti təşkil  olunmuşdu.  Sabah  İsmil  hərbi  xidmətə  yollanırdı. 
Həmdulla  kişidən  başqa  hamı  deyib-gülür,  İsmillə  zarafat-
laşır, yeyib-içirdilər.  
Qəniş  ağa  müharibədəki  gülməli  xatirələrini  danışıb 
hamını  şənləndirirdi.  Bircə  günün  içində  əlli  yaş  cavanlaşıb 
İsmillə tay-tuş olmuşdu: 
–  Hitler  müharibəsində  kəndimizdən  bir  Məhiş  kişi  də 
vardı.  Almanlarla  döyüşdə  səngərdən  başını  qaldırıb  bax-
maq istəyir ki, görsün hücum eliyən-zad yoxdur ki..? Birdən 
qulağının  dibindən  bir  güllə  vızıltıyla  ötüb  keçir.  Başını  tez 
gizlədib yanındakı dostuna deyir, – “Köpəyoğlunun nemesi, 
qanıb-qandırmır ey, güllə adamın başına-gözünə dəyər. Çox 
zarafatcıl  kişiydi  rəhmətlik.  Yaxşı  goplamağı  vardı.  Bir  gün 
danışırdı ki, – “nemeslərə əsir düşdük. Məni Hitlerin yanına 
apardılar.  Hitler  dedi  ki,  –  “Yekə  kişisən,  özün  də  azərbay-
canlısan,  utanmırsan  bizə  güllə  atırsan?”.  Deyir  dedim  ki,  – 
“Vallah tüfəngimiz hara baxırsa o tərəfə də güllə atırıq – bizə 
dəxli yoxdur qabaqdakı kimdir”. Deyir, yanındakına dedi ki, 
–  “Əyə  Borman,  bunları  öldürmə,  amma  tüfənglərinin  səm-
tini  tuşla  Stalin  tərəfə”.  Deyir,  –  “Dalımıza  damğa  vurub 
göndərdilər  cəbhəyə  –  ruslara  qarşı  döyüşə.  Bu  dəfə  də 
ruslara  əsir  düşdük.  Bizi  apardılar  Stalinin  yanına.  Stalin 
hərəmizə  bir  sillə  çəkib  qəlyanının  külünü  başımıza  töküb 
dedi  ki,  –  “Satqınlar,  utanmırsınız  vətənə  xəyanət 
edirsiniz?”.  Deyir,  –  “Stalinin  bu  hərəkəti  elə  xətrimə  dəydi 
ki...”.    Deyir,  dedim  ki,  –  “Yoldaş  Stalin,  biz  Hitlerdən  çox 
şey  öyrənmişik.  Gəl  bizi  öldürtmə,  kəşfiyyata  göndər  bizi, 
Hitlerlə  aramız  yaxşıdır,  sizə  yaxşı  kəşfiyyat  məlumatları 


 
118 
 
gətirərik”.  Deyir,  –  “Stalin  qəlyanını  odluyub  Beriyaya 
göstəriş  verdi  ki,  –  “Göndər  bunları  kəşfiyyata!”.  Deyir,  – 
“Nəysə,  uzun  zaman  çarpışmadan  sonra  yenə  nemeslərin 
əlinə  əsir  düşdük.  Yenə  apardılar  Hitlerin  yanına.  Hitler 
məni  görən  kimi  hirslənib  qələmi  stolun  üstünə  çırpdı  ki,  –  
“Ay  Məhiş,  sən  də  bir  qərar  ver  –  bizimləsən,  yoxsa  Sta-
linlə!”.  Mən  də  dedim  ki,  –  “Ay  cənab  Hitler,  bu  zəhri-
maraqalmış  dava  mənlik  deyil.  Burax  çıxım  gedim  evimə-
eşiyimə. Sən də Stalinlə nə davan varsa, özün elə – ta mənə 
arxayın  olub  hücum  eləmə  ruslara.  Sənə  tərəf  bir  də  güllə 
atsam atama lənət!”. Deyir, – “Kişi bığını əlləşdirib Bormana 
təzədən  göstəriş  verdi  ki,  –  “Məhişi  İrana  yola  sal,  getsin 
vətəninə”.  Deyir,  –  “Bax  o  vaxtdan  Stalinlə  Hitlerin  əlindən 
gəlib  sığındım  bu  Xırnaza”.  Bax  indi  şükür  Allahın  kərə-
minə,  nə  müharibə  var,  nə  də  dava.  İndi  nə  var  ki  əsgərlik 
çəkməyə? Öz vətənini qorumağa gedirsən. Rus da yoxdur ki
deyəsən  ki,  dillərini  bilmirsən.  Papağını  yellədəcəksən,  bir 
də gördün ki iki il gəldi çatdı. 
İsmil: 
– Ağa, indi iki il deyil, bir il altı ay eliyiblər əsgərliyi... 
– Daha yaxşı. Gələn kimi də inşallah toyunu edib səni də 
salarıq  kişilər  siyahısına.  Köməkləşib  bir  ev də  tikərik,  olar-
san Xırnazın 37-ci evi. 
Yerbəyerdən, – “İnşallah!” sədalarını, kəndə girən “Qaz-
69”-un  siqnalı  kəsdi.  Hamı  maşına  tərəf  boylandı.  Yan 
oturacaqdan bir cavan oğlan düşüb tələsik arxa qapını açdı. 
Maşından  ağ,  sinəsinədək  uzanmış  saqqalı  olan  nurani  bir 
kişi düşdü. Ağsaqqal, çəliyinə dirənib dağlara, meşələrə həs-
rətlə  göz  gəzdirdi.  Üzüstə  yerə sərilib torpağı az  qala  gəmi-
rirdi. Kişinin uşaq kimi hönkürtüsünə hayıl-mayıl qalmışdıq. 


 
119 
 
Hamının  dili  ağzında  qurumuşdu.  Gələn,  qaçaq  İsgən-
dər idi. Həmdulla kişi uşaq kimi yerindən qalxıb qucaqlarını 
açdı  və  düz  əmisinədək  olan  200  metrədək  məsafəni  yü-
yürdü,  –  “Əmi..!”.  Hamı  durdu.  Ziyafət  stolunun  ətrafında 
bir nəfər də qalmadı. 
Bir-birinə  sarmaşıq  kimi  sarılmış  əmi-qardaşoğlu  öz 
dünyalarındaydı, heç kim onların göz yaşlarının kəsilməyini 
istəmirdi. Bir-birindən aralanıb yenidən sarılırdılar. İsgəndər 
kişi  bulud  kimi  dolub  yağış  kimi  yağırdı.  Qurban  olum 
Allahın  qədərinə,  belə  bir  vüsalı  təsvir  etmək  heç  mümkün 
deyil.  İnanının  ki,  bu  sətirləri  yazarkən  o  səhnə  yenidən 
gözümün  qabağına  gəlir.  Hönkür-hönkür  ağlaşan  analar, 
yaşlı  kişilər,  hürkmüş  uşaqlar,  susub  mat-məəttəl  baxan 
cavanları  düşündükcə  gözümün  yaşını  indi  də  saxlaya  bil-
mirəm. Kaş yazıçı olub bu hissləri anlada biləydim. 
 Hamı  bir-bir  yaxınlaşıb  qədim  xırnazlı  İsgəndəri  bağ-
rına  basır,  ulu  babasının,  atasının  adını  deyərək  özünü  təq-
dim edir, ağ saqqalından və nəticəsinin (onunla gələn cavan 
oğlan  İsgəndərin  nəticəsiymiş,  adı  da  Turan  idi)  üzündən 
öpürdülər.  Növbə  mənə  çatanda,  qaçaq  İsgəndər  dedi,  – 
“Hə,  səni  tanıyıram  Dostəli  balam,  səni  videoda  görmü-
şəm...”.  Məni  elə  səmimi  bağrına  basdı  ki,  sanki,  Xırnazın 
halallığını  məhz  indi  alıb  burda  yaşamağa  izn  alırdım. 
Axırıncı dəfə qısıldığım belə məlhəm sinə xatırlamıram. 
İsgəndər  kişinin  qollarından  tutub  Həmdullagilin  məh-
ləsinə  gətirdik.  Ziyafət  stolunun  üstünə  çoxdan  sərçələr  da-
rışmışdı. Qəniş ağanın ötkəm səsi gurladı, – “A gədə, Örən-
də yekə bir stol açın!”. Qəniş ağa indi İsgəndərin yanında əl-
ayaq verən cavanlar kimi görünürdü.  İsmilgilin həyətindəki 
stol-stullar  “Örən”ə  daşındı.  Kəndin  bütün  cavanları  bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə