ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   22   23   24   25   26   27   28   29   ...   88

 
101 
 
başdan-ayağacan oxumaq olur, onun fikirləri bəsit idi. Lakin 
bu  xasiyyəti  həddini  aşmışdı.  O,  bu  aşiq-məşuq  münasi-
bətlərindən zövq almaq əvəzinə, sevginin qulu olmuşdu – bu 
yükün ağırlığından inildəyirdi. Fərqanə də onu əsirinə çevirə 
bilibsə, demək yetərincə bacarıqlı qadındır.  
İsmil gözlərini tavana zilləyib susmuşdu. Ona gülməyim 
tuturdu – sevgidən anlamayan bir uşağa eşq-məhəbbət dərsi 
vermək məcburiyyətindəydim. 
–  İsmil,  oğlum,  bil  ki  18  yaşıma  qayıtmaq  üçün  hər  şe-
yimi qurban verərdim. Bu elə bir dövrdür ki, qanın qaynayıb 
coşur,  enerjin  aşıb-daşır.  Səni  ilk  məhəbbət  yaxalayanda  isə 
gecən-gündüzün  zəhərə  dönür  və  sən  bu  zəhər  badəsini  iç-
məkdən sonsuz zövq alırsan. Həyatın təbii axarı öz əhəmiy-
yətini  itirir.  Yenidən  azadlığa  qovuşmaq  imkanın  olduğu 
halda,  özünü  məngənədəymiş  kimi  hiss  etsən  də,  bu  dərd-
dən qurtarmaq istəmirsən. Ondan ötrü bu dünyanın heç bir 
marağı qalmır. Sevdiyini itirməkdən başqa qorxusu olmur. 
– Hər şeyi cavanlığın üstünə atmaq gözəl bəhanədir... 
– Mən səni o qıza, adı nəydi onun..? 
– Fərqanə. 
– Mən səni Fərqanəyə qısqanıram. Sən bu dağlarda bitən 
bir  xırnazlı  gözəl  laləni  dərməyə  layiqsən.  Sən  bu  dağların 
havası, suyu, adamları kimi tərtəmiz və safsan. Sənin qəlbin 
və beynin ağappaq kağız kimidir. Hər kəs o vərəqə istədiyini 
yazıb  oxuya  bilər.  Ancaq  bu  vərəqlərə  elə  şey  yazdırmağa 
icazə  verməlisən  ki,  gələcəkdə  bu  kitabı  vərəqləyəndə  utan-
mayasan. Unutma ki, qadın kişini, öz cazibəsini işə salmaqla 
əldə edir, onun işvə-nazıyla oynamaqla isə yanında saxlayır.  
Sən təmiz sevginin deyil, işvə-nazın əsirisən. Bir fərqli baxış 
səni ayıldacaqdır. 


 
102 
 
–  Axı  niyə  Allah  bu  ürəyi  yaradır,  sonra  da  qəlbə  haki-
miyyəti  şeytana  verir?  Niyə  şirin  sevginin  astar  üzü  həmişə 
əzab  olmalıdır.  Onun  yatağında,  ağuşunda  olmağın  necə  bir 
ilahi hiss olduğunu kaş biləydiniz. Hələ onu öpərkən ehtirasla 
titrəyən qapalı gözlərinə baxmaqdan heç doya bilmirəm...  
– Gəl lap həmyaşıd kimi danışaq – məni sən buna məc-
bur  etdin.  Deyirlər  ki,  “sevişmək  eşqi  yaratmağın  ən  yaxşı 
yoludur. Opüşmək, içini dolduran başgicəlləndirici şəhvətin 
ağızdan  sevdiyinə  keçməsi  üçündür.  Sevən  adam  özünə 
hakimiyyəti itirir, şeytanla təkbaşına qalır”. Ağzımı açdırma, 
biz  o  qucaqların  çoxunda  yatmışıq!  Yataq  əlbəttə  yaxşı  yer-
dir,  lakin  ondan  başqa  daha  da  yaxşı  əyləncə  yerləri  var. 
Hələ  aqillərdən  biri  belə  deyib,  –  “Qadınlar  bir  yataqda,  bir 
də  tabutda  sevimli  olurlar”.  Gəncliyin  gəncliyə  can  atması 
təbii  bir  şeydir,  ancaq  sizin  münasibətlərinizdə  saxtalıq,  bir 
anormallıq  var.  Sən  onun  gözlərindəki  soyuq  parıltını  duy-
mağa  çalış,  qəlbinə  hakim  olub  şeytanın  hakimiyyətinə  son 
qoy.  Görəsən  bu  kişi  tayfası  niyə  bu  qədər  kütbeyin  olur 
ilahi...  Biz  kişilər  öz  axmaq  vərdişlərimizin  quluyuq,  bu  da 
qadınlara  qulp  kimi  istifadə  etməyə  çox  yarıyır.  Sən  çılpaq 
bir  qadın  görəndə  heyrətlənən,  utandığından  üz  döndərən 
yaşdasan.  Gənclik  ehtirasını  söndürdükdən  sonra,  sadəcə  o 
qoca  bədənə  baxmaqdan  ikrah  oyanacaq  səndə.  O  isə  Allah 
bilir neçə kişini yoldan çıxarmış təcrübəli şeytandır. 
–  Sən  onu  tanımırsan,  tanısaydın  onun  haqqında  belə 
alçaldıcı şəkildə danışmazdın. 
–  Əlbəttə,  insanı  dinləmədən  onu  ittiham  etmək  və 
cəzalandırmaq ədalətsizlikdir. Məcbur olsam, yəqin ki, gün-
lərin birində onu da dinləyəcəyəm. Amma unutma, qadının 
nəyə qadir olduğunu ancaq başqa bir qadın tam anlaya bilər. 


 
103 
 
Biz kişilər üçün qadın, yalnız qorxmalı olduğumuz bir məx-
luqdur. İnsan yırtıcıdırsa, qadın  öz ehtirası uğrunda dişi as-
landan  da  qorxulu,  inadkar  və  hiyləgərdir.  Məəttəl  qalmı-
şam, axı niyə ilk cəhddə onu özündən itələmədin? 
–  18  yaşım  olacaqdı,  istədim  bunun  necə  olduğunu 
özüm üçün yoxlayım... 
– Yoxladın və dimdiyindən tələyə düşdün hə..? 
İsmil az da olsa gülümsündü. Sözlərimin sirayət etdiyi-
nə inandım. Amma o: 
–  Elə  deyil,  vallah  elə  deyil.  Məhəbbət  bilirsən  nədir? 
Ağrı və əzab, həya, heyrət, əsəb, izaholunmaz kədər, azadlıq 
və köləlik, rahatlıq və həyəcan, sükut və yuxusuzluq, dinclik 
və cəhənnəm əzabı – hamısı da birlikdə... 
–  Mən  də  sənə  həmin  diaqnozu  qoymamışdımmı?  Aşiq 
olmağın tipik əlamətləridir. Bu əzabdan ləzzət alırsan. Ancaq 
sənə  əzab  verən  sevdiyin  sənlə  yaşıd  olsaydı  səni  bağrıma 
basıb  təsəlli  verərdim,  ancaq  indiki  halda  hələki  tənbehdən 
başqa  bir  şey  əlimdən  gəlmir.  Gənc,  güclü,  həyatsevər,  yara-
şıqlı,  ürəyinin  qapıları  taybatay  açıq,  sütül  bir  gəncin  hisslə-
riylə oynamaq, o yaşda normal insana başucalığı gətirməz. O, 
sənin saf sevginlə oynamalı deyildi, səni dəlicəsinə aşiq olacaq 
həddə gətirməməliydi. Demək sənə əzab verməkdən də ləzzət 
alır...  Sən,  mənim  balamı,  Xırnazın  gələcəyini  əlimizdən  al-
maq  istəyənə  bir  bax,  qulağının  dibini  görərsən!  Namussuz-
luq  və  fahişəlikdir  bu  –  başqa  ad  vermək  mümükün  deyil 
buna. Belələrini cəzalandırmaq lazımdır. 
– Mən ümid edirdim ki, mənə rəhmin gələcək... 
–  Təəssüflənmə.  O  səni  istəyirdi,  sən  də  özünü  ona  sat-
dın. İstədiyi keyfi də neçə ildir ki çəkir. Satışa çıxarılmağında 
tək sən yox, həm də mən günahkaram. Sənə inanıb, gündəlik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə