ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   19   20   21   22   23   24   25   26   ...   88

 
89 
 
Sənin  kimi  köməkçiyə  və  qulaq  yoldaşına  ehtiyacım  var. 
Mənə kirayə pulu da lazım deyil, özümü dolandırmağa aylıq 
pulum var. Hətta sənin təhsilinə də yardım edə bilərəm. Elə 
bil ki, darda qalmış bir əzizinə yardım etmiş olursan. 
–  Vallah  bilmirəm  nə  deyim...  –  həqiqətən  bu  təklifdən 
çaşıb qalmışdım. 
– Səni birinci dəfə görəndə xasiyyətin çox xoşuma gəldi. 
İndi  hər  adama  etibar  eləmək  olmur,  birini  evinə  buraxsan, 
bir də gördün evini yarıb qaçıb – o çox səmimi idi. 
– Bəs həyət yoldaşınız, ya başqa qohumunuz... 
– Yoldaşım il yarımdır ki rəhmətə gedib, burda isə başqa 
qohumum yoxdur. Mən bu rayona gəlin gəlmişəm. 
– Onda qoyun evdəkilərlə məsləhətləşim, – dedim. Məq-
sədim  səninlə  bunu  müzakirə  etmək  idi.  Lakin,  kirayə  pu-
lumu  göndərən  həmkəndlilərimi  bu  əzabdan  qurtarmaq 
üçün ürəyimdə bu təklifi göydəndüşmə hesab elədim. “Qoy 
bir-iki gün fikirləşim”, – dedim. O mənə 3 kilo çirişin pulunu 
da  verib  sabah  bazardan  alıb  onlara  aparmağımı  xahiş  edib 
getdi. Sabah sən malları təhvil verib getdikdən sonra çirişi də 
götürüb  Fərqanəgilə  yollandım.  Onun  uşağı  o  qədər  şirindi 
ki,  adam  ayrıla  bilmir.  Ayaqlarıyla  adamı  elə  təpikliyir  ki.., 
oynamağı  yaman  sevir,  hər  məni  görəndə  şirin-şirin  qığıl-
dayır. Mən balacanı yaman sevdim – mən umumiyyətlə kör-
pələri çox sevirəm, ancaq Vəsilənin bir başqa şirinliyi vardı. 
Bu münvanla hər iki gündən bir Fərqanəgilə çiriş, mərəvzə, 
quşəppəyi və sair gətirib Vəsiləylə doyunca oynayırdım. Bir 
gün  Fərqanə  mənim  biləyimdən  tutub  otaqlardan  birinə 
çəkdi.  Qapını  açıb  içərini  göstərdi,  –  “Bura  sənin  şəxsi 
otağındır, səninçün hazırlamışam. Sən burda yatıb dərslərini 
sakitcə hazırlaya bilərsən”. Otaq çox geniş, işıqlı və yaraşıq-


 
90 
 
lıydı,  pəncərələri  bağa  açılırdı  –  rayon  yerində  belə  məhləli 
evlər  çox  bahalı  hesab  olunur.  İri  çarpayım,  krallara  layiq 
ikinəfərlik  yataq  idi.  Evə  qayıtdım.  Toyuq  hini  kimi  balaca 
daxmam  gözümdən  düşmüşdü.  Bütün  gecəni  Fərqanənin 
mənə  hazırladığı  otaq  gözümün  qabağından  getmədi,  axı 
bundan  qabaqkı  qış  bu  daxmada  çox  üşümüşdüm...  Səhər 
açılan  kimi  Fərqanəgilə  yollandım  və,  –  “Bura  köçməyə 
razıyam” – dedim. Çox sevindi. Axşama köçməyi razılaşdıq. 
Yükümü  təzə  yerimə  köçürüb  qurtaranda  mənim  gəlişimə 
gözəl  bir  axşam  süfrəsi  bəzəmişdi.  Bizim  qoyun-quzuların 
bəyənmədiyi  bu  çiriş,  yemilik,  çaşırdan  nə  gözəl  yeməklər 
çıxırmış...  Adam  yedikdən  sonra  barmaqlarını  yalayır.  Fər-
qanə misilsiz yemək hazırlayır. 
Hər  səhər  məni  yemək  otağında  qarşılayıb  əllə  görü-
şəndə  hiss  edirdim  ki,  əli  tərlidir.  Stola  əyləşib  yemək  ye-
yəndə isə gözlərini mənə zilləyib heç nəyə əl vurmazdı. 
– Siz niyə yemirsiniz? – bir dəfə ondan soruşdum. 
– Yeməyi vərdiş eləməmişəm. Mən bu vərdişi tərgizmi-
şəm.  Mən  dadlı  xörəklər  hazırlamağı  sevirəm.  Biri,  bişir-
diyimi ləzzətlə yeyəndə isə özüm də doyuram” – dedi.  
–  Mən  isə  daşdan  yumuşaq  nə  varsa  əvdirib  həzmi-
rabedən keçirirəm. Ancaq sizin bişirdiklərinizin dadına çatan 
xörək görməmişəm, əla hazırlayırsınız. 
– Sən hələ uşaqsan, sağlamsan, sənin yeyən vaxtlarındır. 
Nuş  olsun,  istədiyin  qədər  ye.  Mən  də  bacardığım  qədər 
dadlı yeməklər hazırlayaram sənə. O qədər tənha qalmışam 
ki, yemək mənimçün mənasızlaşıb. Xörək hazırlamaq isə ən 
sevdiyim  məşğuliyyətimdir.  Qadına  ən  çox  nüfuz  gətirən 
məşğuliyyət  yemək  bişirməkdir.  Unutma,  kişisinin  qarnını 
doyurmayan qadın, onu əlində heç zaman saxlaya bilməz. 


 
91 
 
Onun  bir  qədər  rəsmi  danışığı  məni  sıxırdı.  Ancaq  mə-
nimlə  danışdıqca  mavi  gözlərin  par-par  yanması  məni  özünə 
çəkirdi.  Hər  dəfə  məni  tərifləməkdən  zövq  alırdı  –  bilirdi  ki, 
bunları  eşitmək  mənə  də  xoşdur.  Utancaqlığı  onu  çox  cazibə-
dar  edirdi.  Çox  da  yaraşıqlı  demək  olmazdı,  amma  zərif  do-
daqları və incə dişləri onun gözəl çöhrəsini tamamlayırdı. Dal-
ğavari saçları eyzan səliqəli daranmış olardı. O öz gözəlliyinin 
qədrini  hamıdan  yaxşı  bilirdi  və  bilirdi  ki,  bu  gözəlliyi  əbədi 
deyil və solmağına az qalıb. Bu gözəlliyinin heyranı olacaq bir 
seyrçiyə  ehtiyacı  olduğu  aydınca  sezilirdi  və  o  öz  seyircisini 
məndə  tapmışdı.  Mən  də  onu  seyr  etməkdən  zövq  alırdım. 
Ağlımın kəsdiyi qədər onun ovu olduğumu anlayırdım, amma 
bununla özüm də razılaşırdım, ona təslim olurdum... 
 
* * * 
 
Fərqanə İsmilin cazibədar gözlərinə baxa-baxa özlüyün-
də  düşünürdü,  –  “Görəsən,  İsmil  məndən  bir  şey  istəsəydi, 
onu əsirgəyərdimmi? Yox, canımı da verərdim. Əzələli boy-
nuna,  şabalıdı–sığallı  saçlarına,  yaraşıqlı  çöhrəsinə  baxanda 
az  qalır  ürəyim  köksümdə  əriyə,  heyranlıqdan  dizlərim 
əsim-əsim  titrəyir.  Amma  o,  mənim  nə  düşündüklərimi  heç 
ağlının ucundan da keçirmir. Əlbəttə, onun xoşuna gəlirəm, 
o,  mənimlə  qürrələnir  də.  Lakin  bir  qadın  kimi  onu  cəlb 
eləmirəm. Gərək ilk gündən münasibətləri başqa cür quray-
dım. İndi bir-birimizi o qədər yaxından tanıyırıq ki, nəticədə, 
onun  yatağına  girmək  fürsətimi  əldən  vermişəm...”  Müna-
sibətləri  çətin  ki,  başqa  məcraya  yönələ  bilsin.  İsmilin  ana-
balaya  mərhəmlik  hissi  o  qədər  böyük  idi  ki,  çətin  ondan 
Fərqanəyə məşuq olsun.  


 
92 
 
Fərqanə İsmilin doğum gününə bahalı bir kostyum alıb 
hədiyyə  etdi.  İsmil  isə  əvəzində  qızı  bu  israfçılığa  görə  çox 
tənbehlədi: 
–  Nəyə  lazımdır  bu  qədər  pulu  boş  bir  şey  üçün  xərc-
ləmək? Bir də belə şey eləmə, məni utandırırsan. 
– Axı səndən və Vəsilədən başqa kimim var ki... Kiməsə 
hədiyyə  etməyi  çox  sevirəm,  ancaq  bunu  Vəsiləyə  etməyin 
bir mənası varmı? Səni özümünkü hesab edirəm və bundan 
heç vaxt sıxılma, sağlıqla gey. 
Kostyum  elə  bil  İsmilin  əyninə  biçilmişdi.  Balağını 
qarsdırıb  hər  gün  məktəbə  geyinirdi.  Dərsdən  qayıdanda 
Fərqanə  bu  yaraşıqlı,  mərmərdən  yonulmuş  kişi  duruşlu, 
yaraşıqlı  gənci  bağrına  basmaqdan  özünü  güclə  saxlayırdı. 
İsmil da Fərqanəni əliboş qoymadı – sən demə xəlvətcə qızın 
ad  gününü  öyrənibmiş.  Qıza  ad  gününə  kəndlərində  ağbir-
çəklərin  toxuduğu  iki  cüt  yun  corab  hədiyyə  verdi.  Bir 
toxunma sərf isə Vəsiləyə gətirmişdi. İsmil dükanlardan hə-
diyyəyə  pul  xərcləməyə  xəsislik  etmişdi.  Amma  ona  xəsis 
demək  olmazdı,  sadəcə,  hesabını  bilən  adamıydı.  İsmilin 
yığcamlığını  çox  bəyənirdi,  o,  pulu  sağa-sola  səpməyi  xoş-
lamırdı. Onu özündən çıxarmaq elə də asan şey deyildi. An-
caq onun hədiyyə almaq məramı Fərqanəyə ən böyük hədiy-
yə  idi.  İsmil  öz  otağından  paltarını  dəyişib  zala  keçəndə 
Fərqanə əllərində corablar, göz yaşlarını saxlaya bilmirdi. 
– Ağlayırsan? – İsmil soruşdu. 
–  Sən  məni  ağlatdın  dəli!  Şeytan!  Cəhənnəm  olsun  hər 
şey,  bacarmıram,  ağlayacağam!  –    Fərqanə  dəsmal  götürüb 
gözlərinin yaşını sildi.  
– Niyə ağlayırsan? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə