ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   15   16   17   18   19   20   21   22   ...   88

 
73 
 
– Bu yaşdan sonra gec deyilmi? 
– Sevginin geci, tezimi olur? Buna cəhd eləməyə çalışın. 
Amma o vədəyədək, itridiklərinizdən qalan yeganə nişanə – 
məzarları ziyarət etməyə can atın ki, ürəyinizi göynədən dər-
di az da olsa yüngülləşdirə biləsiniz. 
–  Sən  axı  hardan  bilirsən  ki,  sevgi  nədir?  Bayaqdan  ca-
van oğlanlar kimi dil-dil ötürsən. 
İsmilin  al  yanaqları  bir  az  da  allandı.  Aramızdakı  pər-
dəni aralamağa isə özüm də utandım. Amma: 
–  Heç  sevmisənmi,  indi  sevdiyin  biri  varmı?  –  soruşa 
bildim. 
İsmil: 
–... Zoopark çox uzaqdadır, piyada çox gedəcəyik..? 
Dostumu yaman yerdə haxlamışdım. Demək bu barədə 
danışmaq istəmirmiş. 
– Nədi yoruldun? 
– O boyda dağda-daşda böyümüş biri bu asfalt yollarda 
yorulsun  deyirsiniz,  sadəcə  heyvanları  tez  görmək  istəyi-
rəm... 
–  Amma  bilirsənmi  ki,  dağ  adamları  asfalt  yolda  daha 
tez  yorulurlar?  Sən  kənddə  qoyub  gəldiyin  qız  üçün  darı-
xırsan, heyvanlar üçün yox... 
– Kənddə deyil, rayondadır... 
– Ay bərəkallah! Demək vurulmusan hə..? 
–  Həm  də  necə!  Heç  bilmirəm  imtahanları  verə  bilə-
cəyəmmi. Kitabı açıram, gözlərim qarşısına o gəlir. 
– O da səni sevirmi? 
– Hə.., həm də çox. 
– Görüşürsünüz? 


 
74 
 
– Hə... Amma xahiş edirəm bunu heç kim bilməsin. Bir 
daha bu barədə məndən hələ ki heç nə soruşmayın. 
– Olar. 
– Xətrinizə dəyməsin... Əsas imtahandır, qəbul olmasam 
kəndə qayıtmaqdansa, ölüm yaxşıdır. 
– Girəcəksən, buna mən tam arxayınam. 
– Qəniş ağa demişkən, – “Allaha təvəkkül!” 
– İnşallah hər şey biz istəyən kimi olacaqdır. 
 
 
* * * 
 
İsmil  qəbul  imtahanlarını  yüksək  qiymətlərlə  verdi. 
Sevincimizin  həddi-hüdudu  yox  idi.  Xırnazın  ilk  ali  təhsilli 
ziyalısı  olacaq  cavanı,  qanadlanıb  bu  şad  xəbəri  kəndlərinə, 
sevdiyi  qıza  çatdırmaq  üçün  yerə-göyə  sığmırdı.  Avtovağ-
zala  bilet  almağa  yollandıq.  Evə  tələsməli  olduğuna  bax-
mayaraq  söz  verdiyimi  xatırlayıb  mənim  doğulduğum  ra-
yona  israrla  iki  bilet  aldırdı.  Razılaşdım  –  özüm  də  getmək 
istəyirdim.  Yolboyu  ucsuz-bucaqsız  çöllərdə  salınmış  obala-
rı, kəndləri seyr etməkdən doymur, hər dəfə də öz kəndləri-
nin gözəl təbiətiylə qürur duyurdu. 
Axşamüstü Xaldana çatdıq. Dayımın nəvəsigildə gecələ-
dik. Sübh tezdən İsmili oyatmadan qəbristanlığa yollandım. 
Qəbristanlığın  girəcəyində  dizlərim  əsdi.  Bu saat,  –  “Üç  ildi 
hardasan  ay  vəfasız!”  –  deyib  göz  yaşı  axıdacaq  ömür-gün 
yoldaşımın sinəmi yumruqlayacağını, üstümə, – “Ata!”– de-
yib  cuman  oğlumu  gözlərim  önünə  gətirdim  və  dizlərim 
əsdi.  Ucuz  əhəngdaşının  ortasında  mərmər  şəkli  döyülmüş 
arvadımın  gözlərilə  nəzərlərim  toqquşanda  göz  yaşımı  sax-


 
75 
 
laya bilmədim. Gözlərim elə arvadımın baxışlarındaca, oğlu-
mun yanaşı başdaşını sinəmə sıxıb hönkür-hönkür ağladım. 
Çoxdandı  içimi,  ürəyimi  göynədən  ağrıdan  hələ  tam  azad 
olmamışdım.  Dizlərimi  yerə  qoyub  öz-özümə  danışır,  həm 
də sinə daşına dırmaşan çayırları qoparırdım. Öz dərdli dün-
yamdaydım və İsmilin çiynimə ehmalca təmasına gözlərimin 
yaşını biləyimlə silib dikəldim. Nəmli gözlərimi ondan gizlə-
dirdim. İsmil hər iki başdaşını öpüb mənə sarıldı. 
–  Ağla,  ürəyin  istəyən  qədər  ağla.  Az  da  olsa  rahatlaş. 
İndi rahatsanmı? 
– Hə.., – dedim. 
– Söz  verirəm, hər Bakıdan kəndimizə qayıdanda sənin 
əzizlərini mütləq ziyarət edəcəyəm. Bilirsinizmi, mən yalnız 
sizin  sayənizdə  oxudum,  instituta  girdim.  Bu  dünyada  siz-
dən yaxın dostum, etibar edib güvənəcəyim ikinci adam yo-
xumdu. Mən sizə ömrümün axırınadək minnətdar olacağam. 
Bax  bu  məzarda  yatanlara  and  içirəm  ki,  bir  sözünüzü  iki 
etməyəcəyəm, sizi böyük qardaşım, əmim, dayım kimi sevə-
cəyəm. Qoy ruhları şad olsun. Mən onlara da söz verirəm ki, 
sizi  dərd  çəkməyə  qoymayacağam,  üzünüzün  ürəkdən  gül-
məsi üçün lap təlxəklik də olsa edəcəyən... 
İsmil də kövrəlmişdi. Bir dağ kişisi üçün belə səmimi eti-
rafın,  sevgi  etirafından  da  çətin  olduğunu  bilirdim.  Onu  
sinəmə  sıxıb  saçını  öpdüm,  telini  qoxladım.  İsmil  hələ  də 
dərk eləmirdi ki, mən öz ata mehrimi çoxdan ona salmışdım. 
İndi bu dünyada mənə ən məlhəm insan idi o. Bütün xırnaz 
bacı-qardaşım,  xalam-bibim,  dayı-əmim  idisə,  İsmili  doğma 
oğlum kimi sevirdim. 
Qəbristanlıqdan  tez  çıxmaq  istəyirdim.  Son  dəfə  məzar 
daşlarından  mənə  həsrətlə  boylanan  iki  cüt  gözlərə  günah-


 
76 
 
karcasına baxıb qolumla İsmilin çiyninə söykəndim. Qəbris-
tanlıqdan  çıxanda  İsmil  nə  fikirləşdisə  geri  – məzarların  ya-
nına  döndü.  İki  məzarın  arasından  torpağı  ovuclayıb  ciblə-
rini  doldurdu.  Gəlib  əlini  belimə  doladı,  –  “Lazım  olacaq.., 
yəqin  ki,  yenə  darıxacaqsan.  Qoy  onların  da  torpağı  Xırna-
zınkına  qarışsın.  Həyətində  bu  torpağa  gül  əkəcəyəm...”. 
İsmilin belə duyğusal olması mənim ona olan ehtiramımı da-
ha  da  artırırdı.  Bığ  yeri  yenicə  tərləməyə  başlayan  bu  cava-
nın qəlbi ayna kimi tər-təmiziydi.  
Avtobusları  dəyişə-dəyişə  Qarabağın  bərəkətli  və  əsra-
rəngiz  rayonlarını  bir-bir  keçərək  Xırnaza  doğru  yol  aldıq. 
Rayon  mərkəzinə  gecə  çatdıq.  Rayonun  uçuq-sökük  meh-
manxanasında  otaq  tutub  çayxanaya  düşdük.  Rayona  gi-
rəndən yerində qurcuxurdu.  
O: 
–  Məni  üzürlü  hesab  etsəydin,  şad  xəbəri  gözləyənimə 
çatdırmağa gedərdim. 
–  Əlbəttə,  get.  Mən  bir  qədər  gəzişib  mehmanxanaya 
qayıdacağam. 
–  Amma  məni  gözləməyin.  Gecə  gəlməyəcəyəm.  Sabah 
sübh tezdən sizi yuxudan mən oyadacağam. 
– Dəli olmusan, çöldə yatacaqsan? 
– Narahat olmayın, yerim cənnət kimi isti olacaq. 
Heç nə anlamadım. O isə heç bir izahat vermədən, növ-
bəti sualımdan qorxurmuş kimi qaçıb getdi. “Yəqin sinif yol-
daşlarından  birinin  evində  qalacaq.  Gedib  sevdiyi  qızgildə 
gecələyəsi deyil ki!” – düşündüm. Yol yorğunuydum, çayımı 
içib mehmanxanaya qayıtdım. 
Sübh tezdən çantalarımı yır-yığış edirdim ki, İsmil içəri 
girdi.  Kefi  “fıştırıq  çalırdı”.  Üz-gözündən  təsviredilməz  se-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə