ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   12   13   14   15   16   17   18   19   ...   88

 
62 
 
riya,  təcrübələr  yox  idi.  İsmilin  elmə  sonsuz  sevgisi  yaran-
mışdı. Heyif ki, ətraf kənddəki məktəb uzaqdaydı və yönlü-
başlı  dərs  keçən  müəllim  də  yox  idi.  Amma,  Qəniş  ağanın 
köməyinə  bel  bağlaya  bilərdim.  Bir  gecə  İsmilı  də  götürüb 
Qəniş  ağagilə  getdim.  Çay-çörəkdən  sonra  birbaş  mətləbə 
keçdim: 
–  Ağa,  bu  boyda  kənddə  bircə  nəfər  də  olsun  təhsilli 
adam  yoxdur.  İstəyirəm  ki,  İsmili  oxudaq.  Göyarabas  mək-
təbində bilirsən ki, düz-əməlli dərs keçmirlər. İstəyirəm onu 
rayon  mərkəzindəki  məktəblərdən  birinə  göndərək.  Rayon-
da bir ev kirayəliyərik. Rayona ayağımız düşəndə də gecələ-
məyə yerimiz olar. Lap yığdığımız göy-göyərtini də özümüz 
aparıb  İsmilə  verərik  –  dərsdən  sonra  özü  satar,  yoxsa  Fəy-
yazın qəpik-quruşuna qalsaq, gərək bütün meşəni yolub ona 
verək ki, bir addım irəli gedək. Nə deyirsən..? 
Qəniş ağa bir xeyli fikrə getdikdən sonra: 
– Vallah, söhbət təhsil almaqdan gedirsə, nəyin bahasına 
olursa-olsun  buna  çox  yaxşı  baxıram.  Evin  kirayəsini  ödə-
mək  də  asan  məsələdir.  O  ki  qaldı,  Fəyyazı  aradan  çıxarıb 
özümüzün  alverə  girişməyimizə,  bu  nəysə  ağlıma  batmır. 
Birincisi, illərlə qurulmuş qaydanı pozmaqla, qorxuram “Əli 
aşından  da  olaq,  Vəli  aşından  da”.  Çünki,  biz  alveri 
bacarmarıq, alverçilik yaxşı şey deyil oğul. Adam sırtılır, üzü 
üzlər  görüb  həyasızlaşır.  Bu  camaat  alverə  qurşansa,  bu 
kənddə  bir  kimsə  qalmayacaq,  aşağılardakı  dəbdəbəyə  al-
danıb  evlərini  atıb  gedəcəklər.  Qorxuram  İsmil  balamız  da 
rayona gedəndən sonra bizi bəyənməsin, ordan da biryolluq 
Bakıya  üz  tutsun.  İllərdir  ki,  içimi  yeyirəm  ki,  axı  niyə  bir 
oxumuş adamımız yoxdur ki, bizə bir yol göstərsin. Bax sən 
oxumuş  adamsan,  sənlə  danışmaq  asandır,  amma  elminlə 


 
63 
 
gətirdiyin  hər  bir  xeyirxahlığında  adətlərimizi,  dinc  həyatı-
mızı  pozan  xırda  qüsurlar  da  var.  Lakin,  qüsurların  ziyanı 
xeyirindən  qat-qat  az  olduğu  üçün  səsimi  çıxarmağa  utanı-
ram. Amma elmin  əleyhinə çıxsam, Allah mənə qənim olar. 
Çünki  hamını  məğlub  edəcək  bir  güc  varsa,  o  da  elmdir. 
Mənə  iki  gün  vaxt  ver,  bir  düşünüm,  həm  də  Fədaillə  bir 
məsləhətləşim. Deyirsən yəni İsmildən adam olar..? 
–  İsmil  elmə  hədsiz  maraq  göstərir  ağa.  Əminəm  ki, 
ümidlərimizin  və  çəkdiyimiz  zəhmətin  bəhrəsini  görəcəyik. 
Bu  il  özünə  sitəm  edib  oxusa,  gələn  il  də  məktəbi  bitirəcək. 
Sonra sənədlərini versin Bakıdakı ali məktəblərin birinə. O ki 
qaldı  evin  kirayəsinə,  bunu  mən  öz  üzərimə  götürərəm. 
Camaatın  yığdıqlarını  mən  özüm  rayona  aparıb  satacağam, 
İsmil  isə dərsdən  sonra  gəlib  mənə  kömək  edər.  Qınamayın 
məni,  biz  tərəfdə  göy-göyərti  alveri  dəbdədir  –  hələ  bala-
caykən  bazarda  o  qədər  ispanaq,  kələm-pomidor  satmışam 
ki...  Qalır  bircə  Fədail  dayının  razılığını  almaq,  ona  da  siz 
dedikdən sonra etiraz etməz. 
–  Əgər  belə  qərara  gəlmisənsə,  Fədail  qələt  eləyir.  Sa-
bahdan düş bu işin dalınca. Biz də əlimizdən gələn nə varsa 
edərik. Hər həftə pay-püşünü göndərərik. Təki İsmil balamız 
oxuyub adam olsun və kəndinə savadlı biri kimi dönüb elmə 
açdığı  cığırla  başqa  balalarımızı  da  aparsın.  Allah  özü  sizə 
yar  olsun  Dostu  balam  (ağam  həmişə  mənə  “Dostu  balam” 
deyə çağırır).  
Sağollaşıb bizə gəldik. Onsuz da İsmil çox vaxt mənimlə 
birgə  gecələyirdi.  Gecəyarısınadək  İsmilin  ali  təhsil  xəyalla-
rıyla  düzəltmədiyimiz  planlar  qalmadı.  Mənim  institut  illə-
rimdəki  xatirələrimə  elə  diqqətlə qulaq  asırdı ki,  az  qala se-
vindiyindən uçacaqdı. 


 
64 
 
Səhər açılan kimi İsmilin metirkasını götürüb rayon mər-
kəzinə endim. Ən yaxşı orta məktəbin direktorunun qəbuluna 
düşdüm. İsmil barədə, tədqiqatlarımız barədə xeyli danışdım. 
Direktor  İsmili  məktəbə  qəbul  etməyə  etiraz  etmədi  və  hətta 
Göyarabas məktəbinə rəsmi tələbnamə də yazıb verdi. Tələb-
naməni  də  götürüb  dərhal  bazara  yollandım.  Fəyyazı  axtar-
dım, amma onu tapa bilmədim. Bizim mərəvzələri, qulançar-
ları qabağına qoyub satan yaşlı bir qadına yaxınlaşdım: 
–  Allah  bazar  versin  xalacan.  Qulançarın  qomunu  ne-
çəyə verirsən? 
–  Bir  manata  oğul.  Qulançar  deyil  ey,  cənnət  bağından 
dərilmiş güldür, gül. Xırnaz qulançarı... 
– Neçəyə alırsınız ay xala bu qulançarı? 
–  Qurana  and  olsun  80  qəpiyə  özümüz  alırıq,  biz  də 
üstünə 20 qəpik qoyuruq. 
– Fəyyaz kişidən alırsınız bu malları? 
– Hə... Tanıyırsan onu? 
–  Bəs  Fəyyazın  gətirdiklərini  mən  sizə  daha  ucuz  qiy-
mətə gətirsəm alarsanmı? 
– Alaram, niyə almıram. Amma gərək həmişə gətirəsən. 
Yoxsa  yenidən  o  imansız  Fəyyaza  möhtac  olacağamsa,  gə-
tirməsən yaxşıdır... 
–  Bax  sənin  bu  qulançarlarını  mən  öz  əlimlə  yığmışam. 
Sənə isə qomunu 80 qəpiyə yox 50 qəpiyə satacağam, ilboyu 
da  özüm  ertədən  gətirəcəyəm,  razısan?  Fəyyazla  isə  özüm 
məsələni yoluna qoyacağam. 
–  Elə  olsa,  onda  mən  də  ucuz  sataram.  Amma  söz  ve-
rəcəksən ki, malları məndən başqa heç kimə satmayacaqsan. 
Hər  səhər  malı  gətirib,  dünən  verdiklərinin  pulunu  alacaq-
san, razılaşdıq? 


 
65 
 
–  Hə.  Mən  3  gündən  sonra  malları  gətirməyə  başlaya-
cağam. 
– Olsun, gözləyəcəyəm. 
Digər  göy-göyərti,  meyvə-giləmeyvələrin  də  qiymətini 
razılaşdıq  və  sağollaşıb  ayrıldıq.  Mal  bazarına  yollandım, 
özümə  50  ədəd  hinduşka  yumurtası  alıb  maşın  bazarına 
döndüm.  Budkalı  “Moskviç  İj”i  yaman  gözüm  tutmuşdu. 
Qiymətini  o  ki  var  öldürdüm  –  800  manata  razılaşdım,  am-
ma  yanacaq  bakını  ağzınacan  doldurmağı  da  satıcının  boy-
nuna  qoydum.  Sabah  pulu  gətirib  maşını  aparacağıma  söz 
verdim.  Günün  ikinci  yarısı  Göyarabas  məktəbinə  yollan-
dım.  Tələbnaməni  verib  İsmilin  şəxsi  qovluğunu  və  göndə-
rişi  aldım.  Evə  döndüm.  İsmilə  və  Qəniş  ağaya  bu  günkü 
görüşlərim,  gördüklərim  barədə  danışanda  sevinclərini  giz-
lədə  bilmədilər.  İsmilin  xəyalları  başqa  yerdəydi.  Qəniş  ağa 
isə,  –  “Vay  sənin  zatına  lənət  Fəyyaz,  gör  bizi  nə  yerinə 
qoyurmuş! Bizdən 20 qəpiyə al, apar 80 qəpiyə sat hə..! Mən 
sənə göstərərəm, haramzada!”. 
 Tapşırdım  ki,  camaat  hər  axşam  evbə-ev  yığdıqlarını  
siyahı ilə mənə təhvil versinlər. Axşam malları qəbul edəcək, 
sübh  ertədən  at  arabasıyla  yükü  bir  nəfərlə  maşınadək  – 
“Mollaburan  dərəsi”nə  aparmağa  kömək  edəcək,  ondan  qa-
lanını isə öz boynuma götürürdüm. Kəndin kişiləri məsləhət 
elədilər ki, təcili traktor tapıb kəndin qalan 3 km yolunu da 
qaydaya salsınlar ki, maşınla kəndə gələ bilim. 
Sabah  İsmillə  rayona  getdik.  Onu  məktəbə  düzəldib, 
kirayə  ev  axtarmağa  yollandıq.  Bizim  göy-göyərtini  satacaq 
Qəmər  xala  burada  da  dadımıza  yetdi  –  öz  qonşuluğunda 
tənha  bir  qarının  həyətindəki  balaca  otağı  İsmilə  düzəltdi  – 
ayı  15  manata  –  çox  sərfəli  qiymət  idi.  Otaqda  qaz  sobası, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə