ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   8   9   10   11   12   13   14   15   ...   88

 
47 
 
– Kimə deyirsən ay qız! 
– Lap sənin gözlərinin içinə! 
– Mənə ha..!! 
Saçlaşma düşdü, nə düşdü... 
Simavərin cingiltili şivəni üzümlüyü başına götürdü: 
– Ay camaat qoymayın, bu dəliləri aralayın..! 
Elə  bil  balış  yırtılıb,  toyuğun  da  tükləri  göydə  yellənə-
yellənə  aşağı  tökülür.  Səs-küyə  hamımız  dava  yerinə  tökü-
lüşdük.  Onları  ayıranda  hər  ikisinin  yanaqlarından  qan 
axırdı.  Söyüşün  biri  bir  qəpik.  Yazmalı  da  deyil  ki,  vərəqə 
yazasan.. 
Axşam  barışıb  televizora  birlikdə  baxacaqdılar,  sabah 
səhər yenə bir yerdə işə çıxacaqdılar, üzüm yığacaqdılar. Hələ 
bir:  –  “Ağız,  a  qancıq,  dünən  niyə  üz-gözümə  əl  atırdın,  de-
məmişəm dalaşanda sifətimi cırmaqlama?” – deyəndə, cavabı 
da  bu  olacaqdı  ki,  –  “Ölənlərimi  qəbirdən  çıxarıb  yuyub  sə-
rəndə bilmirdin payını qanınla ödəyəssən”... O da deyəcəkdi 
ki,  –  “Neynim,  onların  iylənmiş  cəsədlərini,  sür-sümüyün 
çıxardıb qabağına tökməyəndə hirsim soyumur dayna”. 
Hələlik  isə  acıqların,  hirs-hikkələrin  bir-birinin  üstünə 
töküb  yüngülləşirdilər.  Bu  yerlərdə  küsü  saxlamaq  sadəcə 
mümkünsüz  idi,  hamının  işi,  sözü  bir-birindən  keçirdi.  Bir 
də,  kənd  yerində  küsüb-barışmaqdan  başqa  maraqlı  nə 
vardı ki... 
 
17-22 noyabr 2011 
 
 
 


 
48 
 
 
 
 
 
 
Yarımçıq qalan gündəlik 
 
 
 
S
izə  ucqar  bir  dağ  rayonunun  ünyetməz  dağ  kəndin-
dən, onun insanlarından, dərdindən-sərindən və aqibətindən 
söhbət  açacağam.  Bu  kənd    hər    ədibin,  ya  rəssamın  təsvir 
edə bilməyəcəyi ən ideal bir təbiət qucağıdır. Suyu, havası o 
qədər  təmizdir  ki,  insanların  yanaqlarındakı  qan  damarları 
az qalır ki, dəridən pırtlayıb çıxsın – “yanaqları qan damır” – 
bax  buna  deyərlər.  Yanaqları  qıp-qırmızı,  nurlu  çöhrələr, 
gur-gur  gurlayan  ağsaqqal  sədası,  örpənən  ağbirçəklər,  dağ 
laləsi  kimi  alyanaq  və  bənövşə  kimi  böynubükük,  ürkək 
baxışlı, kəklik yerişli dağ qızlarının, əli cadarlı, dağı yerindən 
oynadan igid gənclərın məskənidir bu kənd<  
Hər kəsin məhləsində gərmə sahəsi, ot və təzək tayaları 
mütləq  olmalıydı.  Arı  ailəsi  kimi  yorulmadan,  bezmədən 
tezdənnən  ta,  axşamadək  ordan-bura,  burdan-ora  qaynaşıb 
iş  görərlər.  Bu  kəndin  bir  nəfər  də  olsun  tənbəli  yoxdur. 
Aman Allah, insan nə qədər əziyyətə qatlaşarmış< Siz 12-15 
yaşlı bir oğlan uşağının dalına şəllədiyi ot bağlarını görsəniz 
gözləriniz  heyrətdən  hədəqəsindən  çıxar.  Qabağına  hinduş-
ka  sürüsünü  qatıb  keçiçıxmaz  qayalarda  asudə  gəzən  qız 


 
49 
 
uşaqlarını  görsəniz  ürəyiniz  yerindən  qopar.  Neyləsinlər, 
işləməsələr 7 ay şaxta-sazaqda acından ölərdilər.  
Burda elə qəribə adlara rast gələrdin ki, “bişmiş toyuğun 
da  gülməyi  gələrdi”.  Adı  necə  tələffüz  etsəydilər,  doğum 
haqqında  şəhadətnaməyə  də  eləcə  yazdırardılar.  Məsələn, 
Rəhimi  İrəhim,  Səmayəni  Samaya,  İbrahimi  İrvahım  və  s. 
İrana  xalaya  izah  edəndə  ki,  –  “Sənin  adın  İrana  yox,  Rəna 
olmalıydı”,  deyirdi  ki,  –  “Rəna  əzik-üzük  qız  adıdır,  İrana 
daha  yaxşıdır”.    Allah  köməyi  olmuş  sovet  sədri  Mütəllimin 
də  savadı  o  qədər  deyildi  ki,  bu  orfoqrafik  səhfləri  düzəldə 
bilsin. İndi başa düşürəm və razılaşıram ki, düz sözüymüş, – 
“Kamçatka  Gəmiçatdı  deməkdir  və  Amerika,  Əmirxan 
kişinin,  Alp  dağlarının  adı  da  Alpı  dərəsinin  adından  məhz 
bu  şəkildə  dəyişilərək  ortaya  çıxıbmış”.  Digər  bir  ənənə  də 
vardı. Kimin hansı nəslə aid olduğunu adından bilmək olurdu 
– eyni ailə üzvlərinin “həmqafiyə” adları tükənmək bilmirdi. 
Samaya–Gülaya–Sumaya...  bir  ailənin  qızlarının  adıydı. 
Xanoğlan–Güloğlan–Kamran–İmran–Osman  da  bir  ailənin 
kişi  xeylaqlarının  adıydı.  Birinin  adı  Firzəddin,  Kəmaləddin, 
Bahəddin,  Səfalətdin  idisə,  demək  bunlar  Firəddin  kişinin 
ailəsinə məxsus idi. Ən maraqlısı isə o idi ki, bir ailə başqa bir 
ailənin  “ad  mülkiyyətinə”  müdaxilə  etməzdi  –  heç  vaxt 
Qoşunalı kişinin ailəsindən olan bir uşağa   Məhəmməd adını 
qoymazdılar, oğlandırsa, ən azı Həsənalı, qız uşağıdırsa, evin 
ağbirçəyi Süsənbərin “şəninə” Gülənbər omalıydı. 
Burda hava çox təmiz olduğundan nə tütün, nə pambıq, 
nə  taxıl  əkməzlər,  çünki  deyilənə  görə  oksigen  çatışmazlı-
ğından burda hər bitki tab gətirmir. Odur ki, “dövri qədim-
dən”  burda  kolxoz  da  olmayıb  –  eləcə,  kəndin  adını  “xala, 
xətrin qalmasın” ən yaxın (12 kilometrdə yerləşir) Göyarabas 


 
50 
 
kolxozuna  daxil  ediblər.  O  da,  ayda-ildə  bir dəfə  arayış-zad 
verməkdən  başqa  bir  şeyə  yaramır.  Camaat  heyvandarlıqla 
məşğuldur, bir də meşələrin səxavətindən nə toplasalar yığıb 
saxlayar,  həftədə  3  gün  kəndə  gələn  Fəyyazın  maşınını  bu 
nemətlərlə doldurar, onun insafı ilə ödədiyi puldan-paradan 
öz  alış-verişlərini  edərdilər.  Ya  da,  topladıqlarını  qəndə, 
konfetə, kartofa, şəkər tozuna dəyişərdilər. 
Bu  kəndin  dağ  yolu  iri  bir  cığırdan  ibarət  idi.  Maşın 
kəndin ancaq üç kilometrinədək gələ bilirdi, qalan yolu payi-
piyada əli belində dırmanmalıydın. O qədər dırmanmışdılar 
ki,  düzəngahda  yeriyəndə  də  əllərini  belində  cütləyib 
şöhtüyə-şöhtüyə,  az  qala  tullana-tullana  yeriyirdilər.  Rayon 
mərkəzində  xırnazlıları  yerişindən  əlbəhəl  tanıyardılar.  Kü-
çədə  yanbayan  yeriməzdilər,  qarışqa  sırası  kimi  bir-birinin 
dalınca  şöhtüyərdilər  –  cığırlarda  yeriməyin  verdiyi  vərdi-
şiydi  bu.  Qadınları,  bellərinə  doladıqları  allı-güllü  şalların-
dan,  kişilərinin  isə  rezin  qaloş  və  ya  sapoqlarından  xırnazlı 
olduqları bəlli olardı. Arvadlar da qaloş geyərlər, həm də bu 
qaloşlar eyzən peyin bulaşıqlı olardı.  
Payızın  ayazı  düşən  kimi  xırnazlıların  əllərinin  üstü 
cadar-cadar cırılardı. Cadarlar elə qaşınırdı ki, qaşıdıqca qan 
çıxardı.  Odur  ki,  qışda  rayon  yerində  xırnazlılar  əllərini  şal 
altında, ya da ciblərində gizlətməyə çalışardılar. Utanardılar 
köntöy,  kobud  cadarlı  əllərindən.  İsti  su,  kisələmək,  heç 
nəyin xeyiri olmazdı – əllərin cadarlamasının qarşısını almaq 
mümkün deyildi. İlk baxışdan deyərdin ki, – “Bunlar əllərini 
bir aydır yumurlar”, ancaq Allaha and olsun ki, hər gün əllə-
rini  bəlkə  də  yüz  dəfə  isti  suyla  sabunlasalar,  vazelinləsələr 
də,  qara  “kir”  ləkələrini,  cadarları  itirmək  mümkün  deyildi. 
Görünür bu da dağ havasının ziyanlı təsirindən biri idi. Öz-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə