ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   6   7   8   9   10   11   12   13   ...   88

 
39 
 
sədrə baxdı. Arıq, çəlimsiz və qaytan kimi əyri bədəninə abır 
və  yazıqlıq  çökmüşdü.  Oynamağa  utanırdı.  Dursun  isə,  – 
“Oyna  əyə!”  –  deyib  onun  üstünə  çımxırdı.  Amma  özü  də 
dayana bilmədi – yerində dövrə vura-vura üzügöyə ağır-ağır 
fırlanır,  musiqinin  ritmini  çiyinləriylə  tuturdu.  Oynayanlar 
bir-birinə  qarışmışdılar.  Üzümlüyün  qırağında  bir  vur-
çatlasın vardı ki, gəl görəsən. Üzümlükdə adam qalmamışdı 
– hamı mərəkəyə toplaşmışdı. Üzüm dolu səbətlər, vedrələr 
yerdə tullanıb ağzıgünə qalmışdı.  
Amma,  “mərdimazar  axtarmaqnan  deyil  ki”...  Qəfildən 
arvadlardan  birinin  bağırtısı  oynayanların  bədənindən  ildı-
rım kimi keçdi, – “İraykom!!!”. Əllər göydə qurudu, ayaqlar 
yerə  mıxlandı.  Gələn  “UAZ”  mühərriki  söndürməyilə  Dur-
sunun  qıyya  çəkməyi  bir  oldu,  –  “İş  başına,  beqommm!!!”. 
Sədr  maşına doğru  qaçdı.  Maşından  düşən  katibin  qarşısın-
da  ikiqat  əyilib  onun  könülsüz  uzanmış  əlini  böyük  şərəflə 
sıxdı. 
Hamı raykomun qorxusundan özünü verdi üzümlüyə, – 
yığan da, yığmayan da. 
– Xoş gəlmisiniz yoldaş Səlimov. Buyurun. Necəsiniz? 
Katib: 
– Toy eliyirsən Gülcamalov? 
–  Yox  yoldaş  katib,  prokuror  yoldan  tutub  göndərib 
bura, kolxozçuların zadın bir az qaldırmaq üçün...  
– Ə zayıllama yenə, ədəbli danış. Sən öl bu dəfə də səni 
iş üstündə görməsəydim, səhər partbiletini əlindən alıb dalı-
na da bir təpik vurub qovacıqdım sədrlikdən. 
–  Sizi  verənə  şükür!  Vallah  ürəyiyuxa  adamsınız,  qıy-
mazsınız mənə. 
– Xoroşo... Kak dela Gülcamalov? 


 
40 
 
–  Hər  şey  normalno  yoldaş  sekretar.  Üzüm  sobirayem, 
əgər dojd ne budet, onda üzüm mnoqo budem sobirat... 
– Səndə harda boş sahə qalıb? 
– Nə üçün yoldaş katib? 
–Yuxarıdan  göstəriş  veriblər  ki,  pustoy  mestalarda  qoz, 
gavalı ağacları əkilsin. Sonra..., kəndinizdə hamam var? 
– Yoox... 
– Tikmək lazım olacaq, Sekanın göstərişidir. 
– Başım üstünə. Neçəsini tikməliyik? 
– 3-4 dənə xvatit. 
–  Zavtra  tikərik.  Kakraz,  Qoşəllə  inşaat  texnikumunu 
bitirib, onu ayıraram tikintiyə özü rəhbərlik edər. 
–  Dövlət  əhəmiyyətli  işləri  uşaq-muşağa  həvalə  eləmə, 
özün  üstündə  dur.  Bu  musiqiçilər  bir  şey  bacarırlar?  –  kati-
bin gözü bir əlində vedrə, o birində alətlərini tutub yerbəyer 
eləmək istəyən musiqiçilərə sataşdı. 
– Hələ şeyləri... – vedrələri indi əllərinə vermişik. 
–  Ə,  üzüm  yığmağı  demirəm,  bir  şey  çala  bilirlər,  onu 
soruşuram. Başımız gecə-gündüz qarışıb işə-gücə, nə vaxtdı 
qulağımız xoş səs də eşitmir. 
– Hə... Pis deyillər. Camaatın şeyini qaldırmaq üçün bir-
iki dəfə çaldırdım – babatdırlar. 
–  De  bir  şığal
20
  yaxşı  şey  çalsınlar,  yolboyu  qulağım 
batıb UAZın səsindən. Sürücüm – avaranın oğlu elə sürür ki, 
elə bil lafetlə peyin daşıyır.  
Dursun  yüyürək  musiqiçilərə  yanaşdı,  –  “Ədə  tez  ol, 
bayaqkından  birini  də  əndər  gəlsin.  Ə  Canbaxış,  sən  də 
çubuğu bir az yavaş zolla şeyinə, katibin zadı ağrıyır...”. Səs 
                                                           
20
 Diret, şığal, bir ağız - eyni mənadadır. 


 
41 
 
yenidən  ucalanda  üzümlüyün  cızlarından  arvadlar  gizlincə 
boylanırdılar  ki,  görsünlər  katib  də  oynayacaqmı.  Qoşəllə 
bayaqkı  yerində  mıxlanıb  qalmışdı.  Katib  ona  yaxınlaşıb  əl 
verəndə güclə özünə gəldi. Sədr onlara yaxınlaşıb briqadirini 
katibə təqdim etdi: 
–  Tavariş  katib,  bax  texnikom  qurtaran  oğlan  budur, 
bizim briqadirdir. Çox istedadlı, intizamlı işçidir. Adı Qoşəl-
lədir. 
Katib: 
– Nə! 
– Qoşəllə... 
– Bu nə addır ə..! 
Qoşəllənin əvəzindən sədr dilləndi: 
– Atası rəhmətliyin əlində qoşalülə tüfəngi partlayıb iç-
içalatını dağıtmışdı. Elə o gedən getdi. Yaman ovçuydu rəh-
mətlik.  Yatanda  da  zadın  əlindən,  –  tüfəngini  qucağından 
yerə  qoymazdı.  Anası  da  dirəşdi,  o  zadın  adın    qoydurdu 
buna...  
– Ha, ha, ha... Qəribə kəndsiniz ey. Elə bil orta əsrlərdə 
yaşayırsınız. Ada bax, – “Qoşalülə”! –  yox bir TOZ-8!  Niyə 
partlayıb ki tüfəng? 
Qoşəllə: 
– Əsgərlikdən avtomat patronları gətiribmiş. Avtomatın 
barıtını götürüb doldurub tüfəngin gilizlərinə. Normanı düz 
tutmadığına görə lülə partlayıb. 
– İnteresni ölümdür. Bəs sonra tutdular atanı? 
– Yox. Ona qədər ölmüşdü. 
–  Dursaydı  bir-iki  il  iş  verərdik  gedib  yatardı...  Zemlya 
poxam budet. 
– Sizinkilərə də.... 


 
42 
 
Katib: 
–  Axmaq-axmaq  danışma  ə..!  Tak,  Qoşalülə,  bax  o 
düzənlikdəki kol-kosu nemedlenna ubrat, zdes budet gavalı 
bağı! Ponyal!? 
– Tak toçna, tovariş Salimov! 
– Malades... Harda oxumusan ə rus dilini? 
– Sumqayıtda – texnikumda. 
–  Çox  malades.  Ə  Dursun,  bunu  partiyaya  keçirtmi-
sənmi? 
Dursun: 
– Yox hələ yoldaş katib, hələ şeyi zad olmayıbdır. 
–  Şey-zadı  özünə  saxla  əyə,  bir  kitabdan-zaddan  oxu, 
savadın artsın. Nə vaxtadək belə köntöy danışığınla camaatı 
özünə güldürəcəksən! Toje mne! 
– Oxuyuram yoldaş Səlimov. 
– Nə oxuyursan? 
– “Aldanmış kəvakib”i. 
– Kto napisal? Şto takoy kəvakib? 
– Ne znayu. Kto napisal eto toje yadımda deyil. 
–  Oxu.  Tovariş  Lenin  otliçno  skazal,  –  “Oxumaq,  oxu-
maq,  seravno  yenə  də  oxumaq”.  Acmağa  başlayıram,  uşaq-
lara de günortaya yemək hazırlasınlar. Canımı güclə götürüb 
qaçmışam  rayondan.  Bu  məhsul  yığımı  vaxtı  müxbirləri  iti 
zincirindən  açan  kimi  açıb  buraxırlar  rayonların  canına,  lap 
boğazım quruyub müsahibə verməkdən. 
Dursun: 
–  5-6-sını  gətirəydiniz  bura  biz  də  zad  verəydik  dayna. 
O qədər deyiləsi sözümüz, onlara veriləsi şeyimiz var... Heç 
olmazsa,  gəlib  5-10  vedrə  üzüm  yığaydılar.    Ə,  Qoşəllə,  fer-
maya  adam  göndər,  bir  toğlu  yendirsinlər  şeyin..,  –  bulağın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə