ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   2   3   4   5   6   7   8   9   ...   88

 
22 
 
qovsun.  Bu  kəndin  kişilərinin  içində  həya  eləmədiyimiz  bir 
kişi  varsa,  elə  o  da  Qoşəllədir.  Onu  qovar,  Qiceri  briqadir 
seçərik.  Amma,  Qicer  də,  Qoşəllədə  bax  bu  təs  kimi  eyni 
şeydilər,  –  yerdəki  köhnə  at  təsini  qaloşunun  yanı  ilə  ikiyə 
böldü. 
–  A  Kəklik, sən  allah  Qicerin  anası  yenə  Göyərçinə  göz 
verib-işıq vermir? 
Kəklik: 
–  Ağız  bu  Dalaverdinin  ki  nəsli  var  ha,  bunlarda  arvad 
saxlamaq  haram  sayılır.  Göyərçin  kimi  qıza  əl  qaldıranın 
görüm  əli  qurusun.  Vallah  elə  göyərçin  kimi  də  qızdı.  Gör 
adam da belə qızın yediyini-içdiyini zəhərə döndərərmi heç? 
–  Ay  Kəklik,  axı  qız  niyə  doğmur  ey,  canı  da  yumruq-
təpikdən qurtarsın. 
–  Başına  kül  töküm  sənin,  deyirəm  “qısıram”,  soru-
şursan ki, – “neçə uşağın var?”. Dogmur dayna, doğa bilmir 
– qısırdı. 
Simavər: 
– Düşükləmə sən allah, arvad da heç qısır olar?.. Amma, 
sən  demişkən,  bu  göy  daş,  bu  sahələrə  səpilən  zəhərlər 
çoxumuzu  qısır  qoyacaq.  Yazıq  qız,  uşağa  tamarzı  qalmaq 
yəqin ki pis şeydi.... 
– Sənin nə dərdin var ağız, sən ki yeddisini doğub Cüm-
şüdın  öhdəlik  planını  artıqlamasıyla  doldurmusan?  Uşaqla-
rın əlindən əlataş qalmısan. 
– Ağzına daş çalım sənin, bir nəmxuda de heç olmasa – 
uşaqlara  bir şey  olar...  Cümşüdın  boynu  sınsın,  gözü  doyur 
ki? Deyir, – “biz 12 uşaq olmuşuq, sən də on ikisini doğma-
lısan”. 
Kəklik: 


 
23 
 
–  Doğ  deyir,  doğ  da.  Səndən  nə  gedir.  Doğ,  qoy  canı 
çıxıb saxlasın. Onsuz da kalxozun işinə də yaramır. Qardaşı 
Xatayıra çəkib dayna. Deyir, dünən yenə vurub gedəsinin bi-
rinin qolunu qırıb. 
– O niyə ağız? 
–  Hər  dəfə  televizorda  futbol  göstərəndə  uşaqlarından 
birinin qol-qıçını vurub sındırır dayna. 
– Buy ayıb ola ağız..!, – Simavər şəhadət barmağını əyib 
üst dodağına qoydu. 
– Hə dayna, bu ayağı əyri Maşallah Əhmədov topu hər 
dəfə  qapıdan kənara vuranda birinin qolu mütləq sınmalıdır  
–  oyunçu topu “qola” vura bilməyəndə sizin bu Xatayır da 
ona-buna  şıllaq  atır.  Zalımın  gədəsi,  evin  ortasında  futbol-
çularla birlikdə stol-stulu, arvad-uşağı  təpikləyir. Neçə uşağı 
var ay qız o başıbatmışın?  
– 14-dü deyəsən... 
–  Pah  atonnan!  Ağız  yazıq  Bildirçin  indi  çaqqal  də-
məyinə
11
 dönüb ey. 
–  Abrını  örtüm  sənin!  Deyirsən  doğ,  ağız  doğmaqdan 
qarnım sallanıb topuğuma dəyir. 53 yaşım var, küpəgirən qa-
rılara oxşayıram, hıqqanıb doğmaqdan saçım da tökülüb ey. 
–  Ay  səni  yerə  soxum,  sənin  nə  yaşın  var  ki,  indidən 
saçın  tökülür?  Sənə  neçə  dəfə  demişəm  ki,  saçını  qıfşamış 
ayranla yu.  
– Simavər, vallah Cümşüd deyir ki, – “qıfşamış ayranın 
qoxusundan  sənə  yaxın  dura  bilmirəm”.  Yoxsa,  ayranla 
yuyanda saçım elə qəşəng daranır ki, nə sirkə düşür başıma, 
nə də saçım dolaşır. 
                                                           
11
 Çaqqal yuvası 


 
24 
 
– Durmur, durmasın. Sənə lap yaxşı, gecələr dalını çön-
dərib rahat yatarsan. 
– İy verib iylənim, o da getsin başqasına meyl salsın hı? 
–  Ay  avam,  kimdir  sənin  dırınqlet
12
  ərinə  mehr  salan, 
kənd  yerində  kimə mehr  salacaq  ağız.  Camaatın  qızı-arvadı 
o  qədər  namussuzdu  ki,  sənin  ipləmə  Cümşüdünə  göz-qaş 
eləsin!? 
– İpləmə niyə olur ağız! İpləmə sənin öz ərindi. 
– İpləmə dəyil nədi, dıra-dıraya
13
 oxşuyur.  
– Səninki də arıquşuna oxşuyur. 
–  Sayaqlama  ləçər,  indi  dolaşıq  saçını  biləyimə  dola-
yajam  yoxsa!  Deyəsən  maşın  səsi  gəlir,  qalx  qəlbiyə  gör  gə-
dələrdimi gələnlər? 
Simavər  əlini  alnına  qoyub  gözlərini  qıydı,  –  “Hə,  bir 
lapet oğlan-qızdır” – dedi. 
Kəklik: 
–  Ömrübudanmışlar  qoymurlar  ki,  gədələr  dərslərini 
oxusunlar. Vallah kitab oxuyan uşağı kitabdan ayırmaq, na-
mazdan adam durğuzmaq kimi günahdı. 
– Ağız onlar olmasa biz bu üzümlükdə it kimi gəbərərik. 
Görən o gün tırığa düşən uşağın axırı nətər oldu? 
– Qanmır ki, üzümə zəhər səpilib? Yeməyəydi! 
– Ağız yazıq acıymış dayna, tamahsınıb yəqin, neyləsin? 
–  Tamahsınıb,  sonra  da  yeyib  pəndəm  olub,  daha  ney-
ləyəcək?  A  bala  bura  gəlin!  –  Kəklik  maşından  yerə  tökü-
lüşən şagirdlərə səsləndi, – gəlin üzümlükdə eşələnin, sonra 
                                                           
12
 Sınıq-salxaq, əzik-üzük. 
13
 Yarğanlarda yuva quran alabəzək quşdur. 


 
25 
 
da evlənəndə gözünüzü döyün ki, – “görəsən niyə uşağımız 
olmur – niyə qısır qalmışıq?” 
–  Az  bəd  gətirmə,  allah  eləməsin  qısır  olalar.  Adam  bu 
uşaqlara baxanda cavanlaşmağı gəlir. 
– Sənin cavanlaşmağın qaldı qəbr evinə. 
–  Dilinə  qarayaman  çıxsın  sənin!  Deyəsən  sədrimiz 
Dursun qağadır – Şeşpər atın səsi gəlir. 
– Onu salamat durmasın heç! Sən allah belədən gəl, bizi 
görməsin. İndi yenə “şey-zad”layıb baş-beynimizi aparacaq. 
Ağız  vallah  ürəyim  yaman  bılanır,  get  gör  termosda  çayı 
olan varmı? 
– Nədi ağız, bəlkə yenə hamiləsən? 
– Sus ay qız! Ağzına qurğuşun əridim sənin, dilin quru-
sun  elə!  Sənin  ağzın  faldı,  ağlıma  salma,  yoxsa  uşağa  qala-
ram. Bəlkə də elədi. Nə bilim vallah. Bu Dursun çər dəymişlə 
söhbət edən adamın hamilə qalmağı gəlir... 
– Nədi az, yoxsa aranızda bir şey var? – söz atdı. 
–    A  gay,  elə  yox  ey,  qara  pişik  kimi  qabağıma  çıxanda 
işlərim düz gətirmir. Vallah ürəyim ağzıma gəlir, bu saat çul 
kimi  düşəcəyəm  yerə.  Sən  demiş,  deyəsən  zayıllamışam 
yenə... 
Kolxoz  sədri  şagirdləri  cızlara  paylayıb  Kəkliyə  yaxın-
laşdı: 
– Ay zad... 
Kəklik: 
– Zad yox, Kəklik. 
– Sizə ad qoyanın dernəyi dağılsın, şeyi görməmisən? 
Kəklik: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə