ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   2   3   4   5   6   7   8   9   ...   88

 
14 
 
düm səni..., ona görə hirsimi tökürdüm... Amma sənin də o 
erkəklərə yazığın gəlsin, adamın tükləri biz-biz olur. 
– Baş üstə Tubum... 
– Salantur.., deyirsən Naxışın başı ağrıyır? 
– Hə vallah... 
–  Onda  biraz  da  gözləyək  dayna,  görək  başımıza  nə  iş 
gəlir...  Di  get  eviŋa,  özüŋa  muğayat  ol,  yaman  düşkünləmi-
sən. Hara gedirdin belə sapoqlu-zaddı? 
–  Kövşənə  –  kişilərlə  arx  badlamağa
5
  gedirik.  Sənin  ya-
naqlarıŋa  uzaqdan  baxmaqdan  sınıxaram  da,  düşgünlüyə-
rəm də, kəklik yerişli Tubum mənim. Yaxşı, di salamat qal...   
–  Sağ  ol  ağrın  ürəyimə.  Özüŋa  korluq  vermə  sən  allah. 
Tez-tez  görsən,  yoxsa  təklikdən  bağrım  çatlar.  Səni  görmə-
səm  havalanaram.  İstəyirsən  günorta  gəl,  sənə  qaz  ətindən 
yaxşı bir soyutma hazırlayım...  
– Yox. Kənd yeridir – görüb eliyən olar, adıŋa söz çıxar. 
– Bu kənd dağılsın elə! Necə istəyirsən! Heç gəlmə! 
– Di küsmə yenə, yekə qızsan! 
–  Hə..,  yekə  qız...  –  52  yaşlı  qız...  Qız  Tubu!  Çıx  get  cə-
hənnəmıŋa, gözüm görməsin səni!...  
Salantur qızın könlünü almaq istədi: 
– Qısqanc Tubum! Mələk Tubum! Gözəl Tubum mənim! 
Biz qovuşacağıq, mütləq qovuşacağıq...  
Tubu: 
– Hə, qovuşacağıq. Ancaq, cəhənnəmdə! 
– Orda nə işimiz var? 
– Sən axtaladığın toğluların, mən də yolduğum qazların 
qarğışını, günahını ödəmək üçün...  
                                                           
5
 Bənd bərkitmək
 


 
15 
 
* * * 
 
...Di hı! Düzdür, şirin qarabağ şivəmi də qatıb bəzi ədə-
biyyat  qaydalarını  da  qəsdən  pozdum.  Ancaq,  onu  demək 
istəyirəm ki, biri qaydası üzrə kağıza yazsa ki, – “Başına daş 
düşsün..!”  –  hansı  ki,  qayda  elə  bu  cürdür  –  həmən  xirt-
dəyindən  yapışıb  sual  verərik,  –  “Kimin  başına  deyirsən?!”. 
Bu  yersiz  sualı  ona  görə  veririk  ki,  qarğışın  ünvanı,  yeyəsi 
dəqiq göstərilməmiş olur,  isimin hansısa halı (ya yeyəlik, ya 
da yönlük haldır deyəsən...) burda pozulub və şəxs əvəzliyi 
(şəxs əvəzliklərinin eyniləşməsi baş verir, bir söz iki şəxsə də 
şamil  edilə  bilir  –  “sənin  başına”,  “onun  başına”)  problemi 
yaranır.  Amma  deyəndə  ki,  –  “Başıŋa  daş  düşsün!”,  –  artıq 
bu zaman xirtdəyindən yapışmadan birbaşa yumruğu ovur-
duna vururuq. Burda, “sənin” sözünü yazmamaqla xeyli qə-
naət və ünvanı birbaşa ayırd etmiş oluruq. 
Digər  bir  məsələ  –  sağır  nunun  yoxluğundan  yaranan 
şivələrə nəzər salaq... Misal, – “Sənin öləninin göru çatlasın!” 
qarğışı.  “Öləninin”  sözündəkı  “-ninin”  hissəsi  dilə  dolaşır  – 
pəltək  effekti  yaradır,  fonetikamızda  türklərin  “gəliyorum” 
sözündəki “-liyorum” dolaşıqlığı kimi ağız orqanlarını əzib-
büzür. Odur ki, Kürdəmir tərəfdə “öləninin” əvəzinə “ölənu-
un”,  Göyçay  tərəflərdə  “ölənuyun”,  Bakı  tərəfdə  “ölənü-
vün”,  Qarabağda  “ölənıqın”,  el  arasında  isə  “öləniin”  və  s. 
şivələr  yaranır.  Amma,  fikrimcə  bu  sözün  ütülü  deyilişi 
“öləniŋın” şəklində daha münasibdir. 
Mənimki bura qədərdir, qalanı dilçilərin insafına qalır... 
Qarğışlarımıza baxın: “Adın qalsın!”, “Səsin batsın!”... “Sağır 
nun”un adı batıb, səsi qalıb. Bir hərf neçə illərdir ki, doğma 
dilindən didərgin salınıb.  Bu səsin dalınca düşən olsaydı, 20 


 
16 
 
illik didərginliyimdə bir şeyə yaradığımdan rahat nəfəs alar-
dım – son nəfəsini vermək üzrə olan bir hərfi yenidən dün-
yaya gətirməyin sevincini yaşayardım...  
Əgər  həddimi  lap  aşmışamsa,  bağışlayın  –  günahımı 
yazın  “söz  azadlığının”  ayağına.    Hamı  müğənni  ola  bilər, 
mən yaza bilmərəm?! “Sağır nun”a süni tənəffüs vermək is-
tədim. Süni tənəffüs qaydalarını isə hər kəs bilməlidir – mü-
həndis də, filoloq da...  
Nənəmin,  ən  çox  lağa  qoyduğum  bu  deyimini,  – 
“Uşaqda sikəpərdiliyə
6
 bax ey sən allah! Ay bala birjə hovur 
dıŋ-dincəl  dayna!  Bıy  ayıb  ola  ağız,  -  şitənmə  dedikcə  gədə 
ərəmşiyir ey! Səs-küyündən “tilvizor”da oxuyanı da aŋışdıra 
bilmirəm!” – elə orijinal deyimindəki kimi yazmaq mümkün 
deyilsə, ya da ədəbiyyatın duzsuz “ənlik-kirşanıyla” bəzəyib 
yazmalıyamsa, onda heç nə yazmamağım daha məsləhətdir.  
Əminəm  ki,  “sağır  nun”  hərfinə  qovuşsaydıq,  bu  əsrin 
ən böyük divanını yazanlardan biri də mən olardım. Qurana 
and olsun ki, ondan sonra bir dastanlar yazardım ki, gəl gö-
rəsən!   
 Cəhənnəmdə,  ya  cənnətdə  “sağır  nun”un  hüzurunda 
görüşərik inşallah! 
 
24 oktyabr 2012-ci il (gecə saat 3.47-4.33) 
 
 
 
 
 
 
                                                           
6
 
Yekəbaşlıq, tərbiyəsizlik 


 
17 
 
 
 
 
 
 
Türkün məsəli 
 
 
 
Ə
gər “sağır nun”dan bir şey təməsiyanlamadınızsa, on-
da ürəkli yaza bilməməyimin başqa bir dərdini də deyim.  
Kim  deyirsə  ki,  –  “ədəbi  dilimiz  çox  zəgindir”,  –  mən 
bununla razı deyiləm. Mətləbimi açıqlayım. 
...“Ulu  sözünə  baxmayan  ulaya-ulaya  gəzər”  –  deyiblər 
ağsaqqallar. Ağsaqqal da var birdən elə zayıllayır ki, adamın 
dəymişi  dura  dura,  kalı  tökülür.  Ancaq,  rəhmətlik  Misirxan 
kişi  hamıya,  –  “Ay  xalası  göyçək<”lə  başlayıb  elə  köntöy 
sözlər deyirdi ki, adamın qeyrətində şallaq kimi zoqquldasa 
da,  ürəyə  yağ  kimi  yayılırdı.  Hərdən  ədəbi  yazılarımızdakı 
elə  “mədəni  vulqarizm”lə  rastlaşırsan  ki,  süniliyi,  sönük-
lüyü,  ya  da  çılpaqlığı  adamın  lap  ətini  tökür.  Nozəmbillah, 
demirəm  ha  söyüşü  elə  olduğu  kimi  zoplayasan  kitabın 
vərəqlərinə  –  onda  da  şitini  çıxarmış  olarsan.  Ancaq,  dili-
mizdə  ərəb-fars  mənşəli  olmayan  5-6  doğma  söz  qalmışdı, 
onları  da  işlədəndə  ya  “türkün  məsəli”  deməlisən,  ya  da 
qəliz  avropa  sinonimi  ilə  “vulqarlığını”  ört-basdır  etməyə 
məcbursan. Danışığımızda mədəni sinonim tapa bilməyəndə 
isə “zad”, “şey”lə başımızı girləyib dururuq.   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə