ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   2   3   4   5   6   7   8   9   ...   88

 
18 
 
Qonum-qonşuda  saçyolduya  çıxan  arvadların  ağzında 
barıt  kimi  partlayan,  zəhmli  kişilərin  qamçı  kimi  şaqqıldat-
dığı  yeddiqatdan  keçən  söyüşləri  azmı  eşitmişik...  Bəlkə 
bütün günü internetdə qurcalanan 16-18 yaşlı cavanların bu 
“vulqar”  sözləri  eşiməsi  elə  böyük  qüsurdur?  Kişi  vulqar 
danışar!  Qızbibi  kişidənsə,  belə  oğul  böyütməkdənsə,  keçəl 
qız  daha  yaxşıdır.  Məncə  xalq  dilindəki  ədəbi  qadağan  çər-
çivəsini çox ehmalca və  lap azca açmaq lazımdır – qoy xalq 
dilinin şirin mehi ədəbiyyatımızın kifini süpürsün bir az. 
Görəsən indi tanış olacağınız Dursun qağanın təmiz qəlblə 
dediyi  “zad”,  “şey”  nə  dərəcədə  Azərbaycan  ədəbiyyatındakı 
“vulqarizm”  formatına  sığır?  Ümumiyyətlə  bu  vulqarlıqdır, 
yoxsa  söz  qıtlığı  və  “mədəniyyət”  çərçivəsində  çaş-baş  qalmış 
sadə xalqın dili? Xalqın arasında yaranan və ədəbiyyatçılardan 
başqa əksəriyyətin göz yumduğu dil nə dərəcədə vulqar sayıla 
bilər?  Məgər  bu  ədəbiyyat  xalqın  deyil?  Yaxud,  xalqa  xidmət 
etmir?  Dolayısı  ilə,  “ütülü”  ədəbiyyat,  vulqarizm  və  xalq  dili 
arasındakı kəskin sərhəd harda yaranır?  
Çoxumuzun  çıxdığı  o  halal  kənd  çuxasının  gözəlliyini, 
təzək  qoxulu,  yuxa  salan  o  halal  qadın  əllərinin  hərdən  heç 
nə  üstündə  saç  yolduğu  zaman  ağızlarından  qaçırdığı,  kişi-
lərin  padaraf
7
  söyüşlərini  “ədəbi  qadağa”dan  azad  etmək 
olarmı?  
Əgər  bu  kitaba  pul  verib  almısansa,  demək  həddi-
buluğa çatmısan. Yaşın çatıbsa, internetin latayır saytlarında 
oxuyub-gördüklərinin yanında bu nədir ki – sadəcə, “çuşka” 
dediyimiz  üzümçü,  pambıqçı,  tütünçü  ana-bacılarımızın, 
zəhmətkeş  əkinçilərin  gündəlik  kənd  dilidir.  Hansınızın  ya-
                                                           
7
 Vulqar 


 
19 
 
xınlarınızdan  latayır  danışıqlı  biri  yoxdur  ki?  Qınını  bəyən-
məyən tısbağanı dalıqatta çevirənə eşq olsun! Mən də kənd-
də  doğulmuşam  və  heç  vaxt  qınımı  bəyənməmək  kimi  bir 
arzum  olmayıb.  Verənə  şükür,  nə  veribsə,  qabımda  və  ca-
nımdakı  da  odur.  Kənd  şəhərdən  min  dəfə  yaxşıdır  –  təkcə 
mal nobatı, müftə kolxoz işi, bir də ot biçməyi olmaya..!  
Digər məqsədim isə, nə gizlədim, səni yönsüz yazılarımı 
oxumağa  həvəsləndirmək,  səni  “şirəyə  çəkmək”dir.  Qoy, 
həm  də  qəmli  könlünə  (axı  bu  kitaba  verdiyin  pula  azı  beş 
ədəd  çörək  ala  bilərdin...),  yorulmuş  güzlərinə  bir  az  gülüş 
çöksün,  könlün  açılsın.  Elə  bil  ki,  buradakı  qəhrəmanların 
hamısı sizin qonum-qonşulardır və onlarsa, heç vaxt biədəb 
sözlər işlətməzlər. Bilsələr ki, gündəlik danışdıqları hər ifadə 
şəhər  yerində  və  kitaba  yazılsa  biədəblikdir,  toba  heç  ağız-
larını açıb kəlmə də kəsməzlər. Sadəcə, səmimi kənd dilinin 
bəzən vulqarlığın sərhəddinə yaxınlaşdığının fərqinə varmır-
lar – axı onlar biclik bilməyən kənd adamlarıdırlar... 
Lap  çoxdan  şahidi  olduğum  bir  səhnəni  təsvir  etməyə 
çalışacağam.  
Sovet  hökumətinin  ahıl  vaxtlarında  rayonlarda  bir  dəb 
düşmüşdü  –  tələbələri,  şagirdləri,  yolda-yolağada  bikar  gə-
zənləri zorla kolxozlarda üzüm, pambıq, tütün yığmağa apa-
rardılar.  Bir  gün  bizi  də  orta  məktəbdən  ucqar  bir  dağ  kən-
dinə üzüm yığmağa aparmışdılar. Bu hay-küylü hadisəni də 
elə  o  vaxtı  üzümlükdə  eşitmişdim.  Camaatımız,    indi  bunu 
dığğ
8
  eliyib  hamıya  yaydığımı  bilsələr,  yəqin  məni  üzüm 
pasinkasına
9
 sarıyıb dərimi diri-diri soyarlar. 
                                                           
8
 Hay-haray salmaq 
9
 Beton tənək dirəyi
 


 
20 
 
 Sənin də insafın olsun,  əgər qəlbiqara adam deyilsənsə, 
burada pis məna yozmayacaqsan – çünki, mən burada qəlbi-
qara niyyət güdməmişəm. Mən çıxdığım kəndin çuxasını öz-
ləmişəm... 
Çox şit alınıbsa, kıtabı “uf” demədən cır at – kitaba ver-
diyin pulu isə gedib kitabxanadan geri al. Amma lütfən, ar-
xamca söymə! Axı mən hələ yazmağı yenicə öyrənirəm... 
 
* * * 
 
Tənha kərkincək vələmir sahəsinin üstündə qanadlarını 
yelpik  kimi  elə  tez-tez  yelləyirdi  ki,  sanki,  üzümçü  qızların 
alnından  yanaqlarına,  oradan  isə  sinələrinə  süzülən  təri 
sərinlədə  biləcəkmiş.  Hərdən  manşırladığı  siçan  dəməyinə 
şığayır,  növbəti  uğursuz  cəhddən  sonra  yenə caynağıboş  öz 
yerinə  qayıdırdı  –  biz  tərəfin  dağ  siçanları  da  yaman  diri-
başdı.  Tənəklərin  arasında  eşələnən  üzümçülərin  isə  kimi 
dilinin  altında  zümzümə  edib  yorulmadan  gündəlik  nor-
masını  doldurmaq  uğrunda  əzabla  çarpışır,  kimi  kölgədə 
gizlənib  sərinləyir,  kimi  də  şirin  qeybətlərin  kələfini  yığıb 
yığışdıra  bilmirdi.  Amma  ucadan  danışan  iki  qadının  səsini 
aydınca eşitmək olurdu... 
– Ay qız Simavər, toba ağlım başımda gücəndi qaldı bu 
zəhrimar göydaşın iyindən. Görəsən bu hökumət niyə Azər-
baycana  göz  verib  işıq  vermir.  A  başına  dönüm,  neft  ifraz 
edirik, qaz ifraz edirik, gərək elə bu zəhərə qalmış çaxırı da 
biz  ifraz  edək?  Bu  zəhəri  də  ver  canı  çıxmış  erməniyə,  qoy 
onlar da bir kişi işinin qulpundan yapışsınlar dayna! Yeyib-
yatmaqdan  donuz  kimi  şişib  qızarıblar.  Çaxırı  içə  bilirlər, 
tənəyə baxa bilmirlər..? 


 
21 
 
– İfraz yox ey, külü qoyum  təpənə, ixrac... 
–  Aaz,  lap  ixlac  olsun!  Dursun  başına  daş  düşmüş  də 
şeşələnir ki, – “Rayonumuzun üzüm ifrazı planını vaxtından 
əvvəl  ödəməsəm  nə  deyirsiniz  deyin!”...  Bu  çər  dəymiş  gə-
dələr niyə gəlmədi görəsən?!  
– Hansı gədələr ağız? 
– Şagirdləri deyirəm dayna. 
– Hələ tezdir axı. 
– Səni başın get simavarı qala, bu zəhrimarın tozundan 
dilim-boğazım qurudu, dilim dişlərimə ilişir. 
– Ağız, Tovuza de, mənim cızıma
10
 hələ çox var. 
– Tovuz uşaq əmizdirir. 
Simavər: 
–  Buy  ayıb  ola  ağız!  Bunun  səyləri  qırılsın,  bu  qız  lap 
başını itirib ey. Qoşəllənin yanındamı əmizdirir? 
– Nə olsun ağız, Qoşəllə də onun qardaşı kimi bir şeydi 
dayna... 
–  Ay  qız  səyləmə  sən  allah!  Adam  qardaşının  yanında 
da  uşaq  əmizdirməz.  Vallah  Dursun  qağa  görsə,  bu  dəfə 
Qoşəlləni  iti  qovan  kimi  briqadirlikdən  qovacaq.  Görəsən 
Allah-təala hərdən belə kişiləri niyə yaradır? Bu kənd yerin-
də Qoşəllə kimi oğlan niyə belə qızbibi oldu? 
–  Aaz  şəhərdə  oxuyan  nə  təhər  olmalıydı  ki!  Boynu 
qırılsın uşağını şəhərə oxumağa göndərənin. Bir də hər şeyi 
Allahın boynuna yıxma – bu qədər yükdən Allahın da boynu 
qırılar. Allah neyləsin, boylu-buxunlu cavan gədədi, o qədər 
arvadların  yanında  oturub-durub  ki,  axırda  arvadlaşıb  day-
na...  Dursunu  da  heç  salamat  durmasın.  Qovur,  cəhənnəmə 
                                                           
10
 Üzüm cərgəsi, sıra, lək
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə