ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   10   11   12   13   14   15   16   17   ...   88

 
55 
 
taxta  baraka  yığılması qərara  alındı.  Barakın  açarı  isə  Qəniş 
ağanın  qoltuq  cibində  bir  qiymətli  əmanət  kimi  düz  iki  il 
qaldı. Ta ki, mən Xırnaza gedənədək... 
 
* * * 
 
Bəndənizin  adı  Dostəlidir.  43  yaşın  içindəyəm.  Əslən 
Yevlaxdanam, amma indi özümü xırnazlı sayıram.  Xırnazda 
mərmər  yatağı  tapılanda,  qırmadaş  karxanası  qurmaq  üçün 
mənə də bu cənnət yeri bir dəfə görmək nəsib olmuşdu. Ta, o 
vaxtdan  bu  kəndin  adamlarının  mehribanlığı,  təbiətinin 
gözəlliyi  xəyallarımdan  çıxmırdı.  Tale  elə  gətirdi  ki,  oğlum 
və  arvadımla  birlikdə  avtomobil  qəzasına  düşdüm.  Hər 
ikisini itirdim. Bu itkidən sonra şəkər xəstəliyi mənə dinclik 
vermədi.  Əlimdə  olub-qalanı  çarəsiz  dərdimin  müalicəsinə 
xərclədim.  Həkimlər  israrla  həyatımı  yenidən  başlamağımı, 
istirahət  etməyimi,  həyatdan  zövq  almağımı  tövsiyyə  edir-
dilər. Ancaq bu unudulan itkiydimi ki... Ağlımdan çıxmayan 
Xırnazın  cazibəsiydi.  İxtisasca  texnoloqam  –  inşaat  mate-
riallarının  istehsalı  üzrə  mühəndis-texnoloq.  Yayın  cansıxıcı 
istilərinin  Xaldanda  cövlan  elədiyi  bir  vaxtda  Xırnaza  baş 
çəkməyə  gəldim.  Adamlar  burda  pencəkdə  gəzirdilər  –  ha-
vanın temperaturu avqust  ayında 18-22 dərəcə arasında də-
yişirdi.  Kəndin  tanıdığım  ağsaqqalları  bir-bir,  növbəylə  hər 
gün məni öz evinə qonaq aparırdı. Ayrılmaq vaxtı yetişəndə 
Qəniş ağa məni daldaya çəkdi: 
– Camaatımızın hamısı səni namuslu adam kimi tanıyır. 
Yığış gəl bizim kəndə. Onsuz da tək-tənhasan, heç olmazsa, 
xəstəliyinin şəfasını bu dağlarda tapmış olarsan. 


 
56 
 
–  Ağa,  ürəyim  istəyir,  amma  qərar  verə  bilmirəm.  Bu-
ralar  çox  ürəyimcədir.  Hər  birinizi  o  qədər  çox  istiyirəm  ki, 
elə bil mənə çoxdan doğmasınız – dedim. 
–  Onda  vaxt  itirmədən  tez  köç  gəl.  Ev  tikməyə  kömək 
edərik. Həyatını burda yenidən qurarsan. 
– Allah sizdən razı olsun. Bilirəm ki, burda dinclik tapa 
bilərəm. Ancaq ata yurdumdan ayrılmağın... 
–  Ata  yurdunda  nəyin  qalıb  ki.  Hamını  itirmisən.  Mə-
zarlara keşik çəkməklə isə ömrünü yelə verirsən oğul. Mən-
dən məsləhət verməkdir, seçim özünündür. 
Öz evimə qayıdandan sonra özümü çox yaxşı hiss etmə-
yə  başladım.  Gümrahlaşmışdım.  Həkimə  getdim.  Şəkərimi 
yoxlatdıranda, həkimdən eşitdiyim məni mat qoydu, – “Sən-
də  şəkərdən  əsər-əlamət  də  yoxdur”.  Demək  mən  depres-
siyadan  çıxmalı,  təbiətin  gözəllikləri  içində  öz  dərdimi  ərit-
məliydim. Heç bir ay qalmadım, Bakıya – əvvəllər işlədiyim 
baş  idarəyə  yollandım.  Köhnə  heyətdən  kimsə  qalmamışdı. 
Xırnaz  kəndindəki  taxta  radiostansiya  binasının  yaşamaq 
üçün mənə verilməsini xahiş etdim. Bir qəpik də rüşvət-zad 
vermədən üçotaqlı taxta barakı öz adıma keçirdib rayona qa-
yıtdım. Əzizlərimin məzarlarını son dəfə ziyarət etdim. Mə-
zarlarından  azca  torpaq  götürüb,  ev-eşiyimi,  bağımı,  mebe-
limi, mal-qaramı – hər şeyimi satıb biryolluq Xırnaza doğru 
üz tutdum.  
Xırnazlılar  məni  sevinclə  qarşıladılar.  Barakı  elliklə  yu-
yub  təmizlədik.  Hərə  bir  şey pay  verdi  –  biri yorğan-döşək, 
biri  yastıq,  qab-qacaq,  kerosin,  soba  –  kimin  imkanı  nəyə 
çatırdısa, nəyi artıq idisə mənə pay verdilər. Hətta, köhnəni 
özlərinə  saxlayıb  təzəsini  mənə  verirdilər.  Elə  ilk  gündən 
özümü  xırnazlılara  borclu  hesab  elədim.  Evim  hər  gün  qo-


 
57 
 
naqlarla dolub-boşalırdı. Bir ailə gedir, digəri gəlirdi. Çayda-
nımın  qaynağı,  dəmi  əskik  olmurdu.  Hətta,  bəzən  yorğun-
luqdan  yuxuya  gedirdim,  ancaq  qonaqlarım  özlərini  öz 
evlərindəki  kimi  hiss  edir,  xörək  bişirir,  yeyir,  qab-qacağı 
yuyur,  qazanda  isə mənim  payımı  saxlayır,  lampanı söndü-
rür,  sobanı  qalayıb,  qapını  da  bağlayıb  evlərinə  gedərdilər. 
Bu  səmimilik  mənə  olmazın  ləzzət  verirdi.  Düzü  əvvəllər 
kiməsə  qonaq  getməyə  utanardım,  ancaq  sonra  kəndin  hər 
bir  evində  məni  öz  balaları,  qardaşları,  əmi-dayıları  kimi 
gözləyənlərin  gözlərini  yolda  qoymaqdan  utanmağa  başla-
dım.  Altı  aydan  sonra  artıq  öz  doğma  əzizlərimin  dərdini, 
yüzlərlə  yeni  əzizlərimə  olan  sevgim  unutdura  bildi.  Çox 
gümrah  və  sağlam  idim.  Tez-tez təzyiqimi  ölçmə  vərdişimi, 
gəzdirdiyim dərmanları evin bir küncünə tulladım. İndi mən 
də meşədən giləmeyvələr, bulaqlardan acıpencər (buna, həm 
də acıqıjı deyirlər burda), göbələk yığır, Fəyyaza verib Allah 
verəndən  başımı  dolandırırdım.  Öz  pullarıma  toxunmağa 
ehtiyac yox idi. 46 toyuğum vardı, 4-ü xoruz idi, 58 dənə də 
hinduşkam.  Yumurtalar  səhər  yeməyim  idi  –  hər  səhər  5-6 
yumurtanı  qayğanaq  bişirirdim.  Axşam  gələn  daimi  qonaq-
larıma  da  yumurtam  artıqlamasıyla  bəs  edirdi.  Hinduşka 
yumurtalarını kürt toyuğun altına yığmaq üçün toplayırdım. 
Mənim hinduşka kababım kənddə çox məşhur idi. Rayonda 
özümə  manqal  və  şiş  düzəltdirmişdim.  Soyuq  düşən  kimi 
birinci öz hinduşkalarımı kababa çəkirdim. Quş azalanda, bir 
neçəsini  damazlıq  saxlayırdım,  sonra  isə  hamı  özüylə  hün-
duşka  gətirər,  şişə  çəkib  yeyib-içərdik.  İçərdik  dedim,  ya-
dıma  Qəniş  ağa  düşdü.  Qəniş  ağa  içkinin  düşməniydi.  Bil-
səydi  ki,  hərdən  kəndin  mənlə  həmyaşıd,  ya  da  daha  ca-
vanlarıyla arada tut, zoğal, göyəm arağı gillədirik, inanın ki, 


 
58 
 
hamımızı  kənddən  köçürərdi.  Amma  xoşbəxtlikdən  spirtli 
içki,  sərxoşluq  barədə  biliyi  olduqca  az  idi.  Hətta  içkidən 
qusan birini görəndə elə bilirdi ki, yazığın soyuqdəyməsi var 
və  dərhal  qayğıkeşliklə  hansı  dəmləmələr  içməyin  lazım 
olduğunu  xatırladardı.  Qəniş  ağa,  bu  bölgənin  ən  ağır  se-
yidlərindən  olan  Çələbi  ağanın  oğlu  idi.  Atasına  hörmət 
əlaməti olaraq onu da “ağa” deyə çağırardılar. Və bu ona çox 
xoş  gələrdi.  Orucunu, namazını  heç  qaçırmaz,  iman  və  küfr 
məsələlərinə,  ürf-adətlərə  çox  bağlı  biriydi.  63  yaşı  vardı, 
ancaq  qıvraqlığını  heç  itirməmişdi.  25  yaşlı  gənc  nəyi  baca-
rırdısa, Qəniş ağa da ondan geri qalmazdı. 
Hər  gün  səhər  saat  4-də,  5-də  meşəyə  yollanır,  saat  10-
dək  yığdıqlarımızı  Fəyyazın  “Moskviç”inin  gələ  biləcəyi 
yola qədər düşürüb ona təhvil verir, əvəzində lazımı şeyləri 
ondan alır və yenidən evlərimizə doğru yoxuşları üzüyuxarı 
dırmanardıq.  Nəticədə,  günortadan  sonra  işsiz  qalırdım. 
Odur ki, ya əkin-biçin, tövlə işlərində həmkəndlilərimə yar-
dım  edir,  ya  da  toyuq-cücəylə  başımı  qatırdım.  Boş  vaxtla-
rımda isə gündəliyimə yeni qeydlərimi yazırdım. 
Otaqlarımın birini qonaq otağı kimi ayırmışdım. Burada 
taxta  döşəmənin  üstünə  qədimi,  lakin  təzə  görsənən  kilim 
sərmişdim.  Bu  kilimi  mənə  Süsənbər  xala  pay  vermişdi. 
Kilimin üstündə, onun toxunma vaxtı və onu toxuyanın adı 
yazılmışdı – “Dilbər -1936-cı il”. Buralarda divan-kreslo, stol-
stul  deyilən  şeylərə  ehtiyac  yoxdu.  Telefon,  radio-televizor-
dan, elektrik, qazdan isə söhbət belə gedə bilməzdi. Qədim-
də  olduğu  kimi  odun sobaları,  kerosin  lampaları,  sac  çörəyi 
əvəzedilməz  daimi  keçinəcəkləriydi.  İkinci  otaqda  yerdə 
salınma  yatağım  idi.  Digər  ən  iri  otağı  isə  radiostansiya 
avadanlıqları,  cihazlar  və  kabellərlə  təpili  doldurub  ağzını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə