ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   11   12   13   14   15   16   17   18   ...   88

 
59 
 
qıfıllamışdım.  Günlərin  birində  bu  otağın  havasını  dəyişən-
də  radiostansiyanın  və  generatorun  istismarı  qaydalarına 
dair  təlimat  kitabları  əlimə  keçdi.  Bu  kitabları  bəlkə  də  50 
dəfə  oxudum.  Oxudum  və  radiostansiyanı  quraşdırmaq  qə-
rarına  gəldim.  Özümə  bir-iki  cavan  yardımçı  götürüb  ava-
danlıqları  və  cihazları  bayıra  çıxardım.  Otağı  səliqəyə  salıb 
təlimata uyğun olaraq stansiyanı yenidən quraşdırmağa baş-
ladım. Fəyyaz bizə dizel yanacağı gətirdi. Akkumulyatorları 
doldurmağa göndərdim və yenilərini aldırdım. İlk olaraq, ən 
çox  əziyyət  çəkənim  və  köməkçim  İsmilgilin  evinə  kabel 
çəkdik.  Məndən  25  yaş  kiçik  olmasına  baxmayaraq  İsmillə 
əməlli-başlı  simsarlaşmışdıq.  İndi  günün  istənilən  vaxtı  İs-
millə  sərbəstcə  danışa  bilirdik.  Bu  əsl  telefon  idi.  Xəttin  hər 
iki  ucunda  dinamik,  mikrofon  və  düymə  var  idi.  Düyməni 
açaraq  danışa  və  dinləyə  bilirdin.  Camaat  bizim  bu  ixtira-
mızdan  ildırım  sürətilə  xəbər  tutdu.  Hamı  bir-biriylə  tele-
fonla danışmaq üçün xəttin uclarındakı yerlərini dəyişirdilər. 
Kabellərin  çatdığı  qədər  5,  sonra  15,  daha  sonra  25  evə 
“radio” çəkdik. Yerdə qalan qırıq kabelləri calayıb, rayondan 
əlavə  kabellər  aldıq  və  kəndin  bütün  36  evinin  kabelləşmə-
sini  –  radiolaşdırılmasını  başa  çatdırdıq.  “Komutator”  ota-
ğımdakı  hər işıq düyməsinin altında telefonun o biri ucunun 
ünvanını  səliqəylə  yazmışdım.  İşıq  yanan  kimi  bilirdim  ki, 
“zəng”  vuran  hansı  evdəndir,  düyməni  basıb  onunla  aydın 
danışırdım.  Və  onun  sifarişini  asanlıqla  başqasına  çatdırır-
dım. Danışıqlarımız çox bəsit olurdu. Məsələn, Fədail dayı: – 
“Dostəli,  bala,  qadanı  alım,  Aşa  oğlu  Ələmdara  de,  sabah 
oğlu  Etibarı  mənə  versin  qaratikan  qırmağa  gedək”.  Ya  da, 
Çimnaz xala zəng vururdu, – “Başına dönüm, Süsənbərə de 
ertədən  tez  gəlsin,  sac  asacağam,  yuxa  salaq”.  Bu  radio 


 
60 
 
kəndin qüruruna çevrildi. Amma bir narahatlıq var idi, onu 
da Qəniş ağa yaman qabardırdı: 
–  Sizin  bu  radiodu,  telefondu  nədi,  bütün  kəndi  bir-
birindən  soyudub.  İnsanlar  tənbəlləşib,  daha  qonşu  qonşu-
nun  halını  radioyla  soruşur.  Bax  Əhməd,  sən  axırıncı  dəfə 
bizə nə vaxt gəlmisən. 
Əhməd: 
– Keçən həftə. 
Qəniş ağa: 
– Amma radio çıxmamışdan qabaq hər axşam ya siz bizə 
gələrdiniz, ya da biz sizə. Bəlkə düz demirəm? 
Əhməd: 
– Əşşi indi halını gündə yüz dəfə soruşuram, vallah belə 
daha rahatdır. 
Mən  Qəniş  ağanın  fikriylə  razılaşırdım.  Mənim  bu 
“icadım”  kəndin  əvvəlki  təbii  harmoniyasını  pozmaqdaydı. 
Elə özümdən götürürəm ki, evim əvvəlki kimi qonaqlı-qaralı 
deyildi  və  radionun  tablosu  arxasında  oturub  onu-buna, 
bunu-ona calamaqdan bezirdim.  
Tez-tez  rayona  düşüb  ATS-dən  bu  ministansiyanı  tək-
milləşdirmək  yollarını  arayırdım.  Öz  pulumdan  xərcləyib 
avtomatik  qoşulmanı  təmin  etdim.  İndi  hər  kəs  istədiyi  evi 
sərbəstcə yığıb telefonla danışa bilirdi. Lakin bir qüsur daha 
var  idi,  o  da,  cihazların  və  stansiyanın  elektrik  təchizatı  ilə 
etibarlı və fasiləsiz təminatı idi. Buna da əncam tapıldı – “Hi-
dayət” bulağının bütün arxlarını birləşdirib qıjnov düzəltdik 
və  üzərində  su  dəyirmanı  quraşdırdıq.  İndi  burda  həm 
elektrik istehsal  edir,  həm  də  un  üyüdürdük. Kəndin  bütün 
evlərini  elektriklə təchiz  etdik. Təəssüf  ki,  bu, ancaq  gecələr 
işıqlandırmaya  kifayət  edirdi  və  işıq  dayanmadan  əsib  ada-


 
61 
 
mı  hirsləndirirdi.  Nəticədə  kerosinə  və  dizelə  olan  tələbat 
xeyli  azalmışdı.  Kəndin  cavanları  qonşu  kəndlərdə  Xırnaz-
dan olduqları üçün ədəbazlıq edirdilər – axı onların kəndin-
də  un  dəyirmanı,  elektrik,  radio-telefon  vardı...  Ahıllar  isə 
kəndlərindəki  “kommunizm”i  ağızdolusu  tərifləyir,  hələ 
qaz,  televizor, tam  elektrikləşmənin  olacağını da  deyib  yan-
dıq  verirdilər.  Xırnaz  muzeyə  dönmüşdü.  Rayon  mərkə-
zindən  olan  qohum-əqraba,  tanış-biliş  “kommunizmin  bəh-
rələrini” görməyə həvəslə gəlirdilər. Ancaq görəndə ki, bun-
lar primitiv cihazlar və elektrik lampalarından başqa bir şey 
deyil,  onları  lağa  qoyub  gedirdilər. Ancaq  eyni  dərddə  olan 
qonşu  kəndlər,  sözün  həqiqi  mənasında  xırnazlılara  qibtə 
edirdilər. 
Mən isə yorulub-ərinmədən fizika dərsliklərini əldə edib 
elektrikə  aid  mövzuları  öyrənirdim.  Faradeyin  qanunlarını 
əzbərdən  bilirdim.  Peyin  və  digər  tullantıların  çürüntüsün-
dən yanacaq qazı almaq üçün baş sındırırdım. Bu işdə bütün 
kənd  arxamda  idi.  Simuzər  xala  hər  dəfə  məni  görəndə,  – 
“Ay oğul, bircə bu qaz məsələmizi də həll eləsəydin, bu me-
şələri  doğramaqdan,  odun  daşımaqdan  canımız  qurtarardı. 
Səni  verənə  şükür,  gör  neyləyə  bilirsən...”  –  deyirdi.  Bu  işi 
bacaracağıma  əminiydim,  başqa  yolum  da  yox  idi.  Çünki, 
bütün kəndin sözü-söhbəti mənim araşdırmalarımıydı. Bir el 
mənə  mənəvi  dəstək  göstərib,  –  “Qorxma  alınacaq,  mütləq 
alınacaq”  –  deyirdi.  Yenə  də  etibar  elədiyim,  elmdən  anla-
yan, ən yaxşı köməkçim İsmil idi. Artıq İsmil fizikayla əlaqəli 
elmləri  –  riyaziyyat  və  kimyanı  da  öyrənirdi.  Praktik  təcrü-
bələrimiz o qədər bəsit idi ki, bütün mövzuların mahiyyətini 
tam dərk edirdik. Sizi inandırım ki, mənim təhsil aldığım ən 
qabaqcıl  məktəb  olan  Xaldan  məktəbində  də  belə  laborato-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə