ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   9   10   11   12   13   14   15   16   ...   88

 
51 
 
ləri  demişkən,  –  “İlmüdamın  yeddi  ayı  bu  dağların  sırsıralı 
cığırları,  sazaqlı  havası  bu  kəndin  bəlasıdır”.  Amma  bu 
insanların  ürəyini  oxuyan  olsaydı,  inanın  ki,  hər  biri  bir 
mələkdi.  Bicliyin,  haramın,  tənbəlliyin  nə  olduğunu  bilmə-
yən  xırnazlılar  öz  dar  dünyalarından  –  Xırnazdan  kənara 
çıxmağa  çox  meyl  eləməzdilər  –  başqa  dünyanın  gözəlliklə-
rini  görməkdən  qorxardılar.  Qızlarını  bir-birinə  verib-almaq 
zərurətdən doğan çarəsizlik idi. Öz gözəl şivələrində həmişə 
aşağı  kəndlərin  qadınlarına  giley-güzar  edərdilər,  –  “Sizinjə 
qızlar  irayonaja  yaxındılarja,  görüb,  bəyənib  alırlar.  Amma 
bizim  alma  yanaqlı  qızlarımızıja  özümüzünkülərdən  başqa 
heç  kim  görmür.  Allah  uzaq  eləsin,  bir  azdan  sonra  qardaş 
bacınıja  alajax...”.  Xırnazlıların  bu  dərdi  çox  ağır  dərdiydi. 
Amma Xırnazın qaxı
22
, muxəşəri
23
 rayonda dillər əzbəriydi – 
aş  bişirirsənsə,  mütləq  xırnaz  muxəşəri  istifadə  etməliydin. 
Bu rayon isə aş növləriylə ətrafda məşhur idi. 
Bu kəndin ən əsas atributu isə rayonda dillər əzbəriydi – 
Xırnazın öz radiosu vardı. Bu, respublika radiosuyla heç bir 
əlaqəsi  olmayan  sadəcə  kənd  radiosuydu.  Bu  “radiostan-
siya”nın isə maraqlı bir tarixçəsi vardı... 
 
* * * 
 
Günlərin  birində  kəndə  səs  yayıldı  ki,  –  “Bakıdan  kən-
dimizə  quyuqazanlar  gəlib”.  Bütün  kənd  –  qocalı-cavanlı 
bakılılara baxmağa yollandı. Kəndin mal meydanında “Qaz-
69” markalı maşınla gəlmiş iki şlyapalı kişi və sürücü rayon 
mərkəzindəki adamlardan çox da fərqlənmirdilər. Ancaq on-
                                                           
22
  
Meyvə qaxacı 
23
 Zoğal qurusu
 


 
52 
 
ların  maşından  düşürdükləri  alət  və  cihazları  hamının  diq-
qətini cəlb etmişdi. Sanki, Kolumbun ekspedisiyası Amerika 
sahillərinə  ilk  dəfə  qədəm  qoyurdu.  Qonaqlar  isə  özündən-
razı  şəhərlilər  kimi  bu  yerlilərə  heç  yönlü-başlı  da  baxmır-
dılar. Elə bircə, – “Salam, xoş gördük” – deyib teodolit, neve-
lir, laboratoriya avadanlıqlarını maşından boşaldırdılar. On-
ların bu soyuqluğu xırnazlıları da üşütmüşdü. Çünki, başqa 
vaxt  çəkinmədən  bu  yükü  boşaltmağa  can-başla  yardım 
edərdilər. İndi isə bu dəmir-dümürün nəyə yaradığını düşü-
nür,  “görəsən  kömək  etsək  inciməzlər  ki...”  –  deyə  mat-
məəttəl  izləyirdilər.  Nəhayət  ki,  gələnlərdən  biri  üzünü  ca-
maata tutub dilləndi: 
–  Biz  geoloqlarıq,  Bakıdan  gəlmişik.  Sizin  bu  yerlərdə 
mərmər  dağı  tapmışıq.  Kəndinizə  işıq,  yollar  çəkiləcək, 
burada zavod, xəstəxana, məktəb tikiləcək... İndi isə bizə bir 
boş ev lazımdır – bu şey-şüyləri yığmağa və gecələməyə. Biz 
on gün burda qalacağıq. Bizi kəndinizə qonaq edərsinizmi?  
Kəndin ən sayılan ağsaqqalı Qəniş ağa qabağa yeridi: 
–  Qonaq  Allah  qonağıdır,  qadalarınızı  alım!  Bayaqdan 
hünduşka samalyota baxan kimi sizə baxırıq ki, – “Ay Allah 
bu  boşaltdıqları  nə  mənədir,  bombadımı,  raketdimi?”. 
Dediniz ki, nəçisiniz? 
– Geoloq. 
– O nə mənədir elə? 
–  Faydalı  qazıntıların  yerini  axtarırıq  –  qızıl,  dəmir, 
mərmər, bax belə şeyləri axtaranlara geoloq deyirlər. 
– Hə... Siz allah savadsızlığımızı bağışlayın. Bizdə qala-
caqsınız.  Ay  gədə,  kömək  edin  bu  şeyləri  bizim  dama  daşı-
yın.  Ehtiyatlı  olun,  salıb  sındırarsınız,  –  üzünü  yanındakı 
oğlan uşaqlarına tutub göstəriş verdi. 


 
53 
 
Axşam  bütün  kəndin  pəpə  yeyənindən-məmə  əməninə 
qədər  hamısı  Qəniş  ağagilin  evinə  toplaşıb  gözlərini  bu 
“yadplanetlilər”in ağzına zilləmişdilər. 
Yaşlı geoloq: 
–  Kəndinizdə  çox  böyük  mərmər  yatağı  aşkar  edilmiş-
dir.  İndi  çökmə  suxurların  analizini  aparacağıq  ki,  görək 
qneys,  mis  və  sair  qazıntıların  da  nişanələri  tapılacaqmı?       
3  günə  iri  yük  maşınlarıyla  radiostansiya  və  generatorlar, 
çadırlar, partlayıcı maddələr gətiriləcək. Dərhal kəndə maşın 
yolu  çəkiləcək.  Burda  işlər  qaydasına  düşəndən  sonra  isə 
kəndin bütün lazımi tikililəri salınacaq – məktəb, xəstəxana, 
poçt tikiləcək, hamınız işlə təmin olunacaqsınız. 
Qəniş ağa: 
– Demək hökumət axır ki, bizim kəndə də gəlib çıxmağı 
bacardı...  Biz  elə  bilirdik  ki,  yer  kürəsində  Xırnaz  adlı  yeri 
tanıyan bir nəfər də olsun yoxdu. Burda qaçaqların gizlətdiyi 
qızıl  küplərinin  olduğu  barədə  şaiyə  eşitmişdik,  amma, 
mərmərdən  xəbərimiz  yoxdu.  Gələn  ayaqlarınız  sayalı,  işlə-
riniz  uğurlu  olsun  bala.  Gözümüz  üstündə  yeriniz  var.  36 
evik, hər evdə 3-4 nəfər istədiyiniz qədər qala bilərsiniz. İndi 
ki bizi deyib gəlmisiniz, bizlik nə işiniz olsa, heç çəkinməyin, 
hər işinizin qulpundan yapışmağa hazırıq. 
–  Təşəkkür  edirik  ağsaqqal.  Cavanların  köməyinə  ehti-
yacımız  olacaqdır.  Alət  və  avadanlıqları  dağlarda  daşımağa 
kömək  etsələr  minnətdar  olarıq.  Bir  də  at-eşşək  lazım  ola-
caq... 
– Hamısı eşidir. Tapşırıram! Siz bizim qonaqlarımızsınız 
və  hər  işdə  sizə  kömək  edəcəklər!  –  az  qala  cavanları  hədə-
ləyirdi. 


 
54 
 
Geoloqluğun incəliklərindən, çölçülüyün sərgüzəştlərin-
dən xeyli söhbət etdilər, axşam yeməyini yeyib qonaqlara yer 
saldılar. 
Deyilən kimi də oldu. Bir həftədən sonra yük maşınları 
generatorlar  və  akkumulyatorlar  gətirdi.  Kənddə  şalbanlar-
dan  üçotaqlı  bir  barak  tikdilər  və  radiosytansiyanı  burada 
qurdular. Buradan “Qara qaya”ya radio xətləri çəkildi. Dağ-
larda  dinamitlə  partlatma  işləri  başladı.  Bu  partlayışlarda 
çoxlarının evində iri çatlar əmələ gəldi, çoxlu bitki və ağaclar 
məhv edildi. Bu partlayışların qorxusundan adamlar gündə-
lik  meşə  azuqəsi  yığımlarını  günlərlə  təxirə  salmalı  olur-
dular.  İtburnu,  mərmərə,  çiriş,  mərəvzə,  yemilik,  quzu-
qulağı,  qarellə,  çaqqala,  dağdağan,  xincilovuz,  çaşır,  baldır-
ğan, biyan, dombalan yığımı olmadan isə kənd adamlarının 
əli boşda qalırdı. Artıq bir neçə dəfə Fəyyaz kənddən əliboş 
qayıtmışdı. Xırnazlılar Fəyyazdan gündəlik tələbat mallarını 
ilk dəfə nisyə almışdılar – Fəyyaz xırnazlıları bir neçə günlük 
mülhaz
24
  etmişdi.  Bu,  geoloqları  narahat  etməyə  bilməzdi. 
Odur  ki,  hər  sabahkı  partlayış  barədə  bir  gün  əvvəldən 
kəndlilər  xəbərdar  edilir,  öz  işlərinə  isə  böyük  sürət  ver-
mişdilər. 
Amma  payızın  gəlişilə  geoloqlar  işlərinə  ara  verməli 
oldular. Kəndin 3 kilometrliyində yol çəkilişi dayandırıldı və 
texnikalar rayon mərkəzinə aparıldı. Daha sonra sovet höku-
məti  laxlamağa  başladı  və  Xırnaz  kəndi  yenidən  unuduldu. 
Kəndə  qalan  bircə  radiostansiya,  bir  də  ev  tikmək  üçün 
gərəkli  hazır  qaya  parçaları  oldu.  Kabellərin  çoxu  mal-
heyvana  ilişib  qırıldığından,  sahibsiz  əmlakın  yığışdırılıb 
                                                           
24
 Güzəşt etmək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə