ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   17   18   19   20   21   22   23   24   ...   88

 
81 
 
Qəniş ağa hardan biləydi ki, cavanları bu kökə salan cır 
zoğal  arağıdır.  Bilsəydi,  vallah  hamını  kənddən  sürgün 
edərdi.  Amma  hirsli  olduğu  aydınca  görünürdü.  Dözməyib 
ayağa  durdu,  əlinin  işarəsiylə  zurnaçını  saxladı.  Üzünü  or-
tada dingildəyən cavanlara tutub: 
– Bura sizin göbək oynatmağınıza baxmağa gəlməmişik. 
Oturun yerinizə, bir az İsmil balamıza qulaq asaq. Görək nə 
gördü  Bakıda,  necə  verdi  imtahanını.  Dur  ayağa  görüm 
İsmil. Keç aşıqların yanına, danış, necə imtahan verdin, neçə 
aldın? 
İsmilin  da  yanaqları  qızarmışdı.  Özünü  dik  tutaraq 
göstərilən yerə çıxdı. Boğazını arıtlayıb sözə başladı. 
–  Suallar  çox  asan  oldu.  “Eloktrolitik  dissosasiya”  düş-
dü,  siz  bunu  bilməzsiniz.  Müəllimlər  düşdü  üstümə,  tut-
dular məni sual yağışına. Hardan dedilər, cavabını verdim.  
Yerdən səslər, alqışlar eşidilirdi, – “Əhsən sənə, əhsən!” 
–  Axırda  gombul  bir  kişi  dedi  ki,  –  “Get  oğul,  “4” 
alırsan”.  Gözlərimi  elə  bərəltdim  ki,  –  “Müəllim  siz  nə 
danışırsınız, Xırnaz kimi yerdən gəlmişəm Bakıya, nədi-nədi 
qotur  bir  “4”-dən  ötrü?!  Qəniş  ağa  məni  kənddən  qovar! 
İstədiyiniz qədər sual verin, mən sualdan qorxmuram və “5” 
almamış  ayağımı  burdan  çölə  qoyan  deyiləm”  –  dedim. 
Müəllim  soruşdu  ki,  –  “Sizin  kənddə  hələ  ağa,  bəy,  xan 
zəmanəsidir,  sizdə  sovet  hökuməti  yoxdur?”.  Dedim  ki,  – 
“Ağam  ağır  seyiddir,  məni  yola  salanda  dualayıb,  üzümə 
üfürüb,  siz  istəsəniz  də  “4”  yaza  bilməyəcəksiniz  –  ağamın 
cəddi  çox  güclüdür  –  sizi  tutar”.  Müəllim  dedi  ki,  –  “Düz 
deyirsən  oğul,  bayaqdan  sənə  “4”  yazmaq  istəyirəm,  amma 
əlim  gəlmir,  ürəyim  mənə  deyir  ki,  –  “insafsızlıq  eləmə”. 


 
82 
 
Sənə  halal  olsun,  “5”  yazıram.  Məndən  seyidə  çoxlu-çoxlu 
salam deyərsən”. 
Qəniş ağa qürurla: 
–  Salam  göndərən  də,  gətirən  də  var  olsun.  Allah  o 
kişidən  razı  olsun,  vicdanlı  adamıymış.  Amma  Allah  haqqı 
dualamışdım – duam afsanata düşüb
27

İsmil  birinin  üstünə  üçünü  də  qoyub  danışdıqca  cuşa 
gəlir,  dinləyicilər  də  ağızlarını  hayıl-mayıl  ayırıb  diqqətlə 
qulaq  asırdılar.  İsmilin  şövqlə  danışdıqlarını  eşitmirdim, 
mənim  ürəyimi  riqqətə  gətirən  bir  növcavanın  açdığı  ilk 
cığırın  dəyəriydi.  O  danışdıqca  gözümün  qarşısına  onu  se-
vən qızın nə qədər sevindiyini canlandırırdım. Mən bir baş-
qa cür sevinirdim – öz balasının mürvətini görən bir ata kimi 
sevinirdim... 
Məclis  gecə  saatlarınadək  davam  etdi.  İsmil  evlərində 
gecələyəsi  oldu.  Səhəri  dirigözlü  açdım  –  qoşa  başdaşından 
mənə  həsrətlə  zillənən  nisgilli  gözlər  həmin  gecə  məni  yat-
mağa qoymadı. 
 
 
* * * 
 
Bakıdan,  kənddə  işimə  yarayacaq  kitablar  almışdım. 
İndi quş peyininin qıcqırmasından alınan qazların yığılması 
və  yönləndirilməsi  üçün  balonun  cizgisi  əlimdəydi.  Payız 
gələnədək evlərin istiliklə təchiz edilməsini qarşıma məqsəd 
qoymuşdum. 
İlk əvvəl düz “Örən”in mərkəzinədək boru xətti çəkdik. 
Gecələr  yanan  mavi  məşəl  kəndimizin  qürur  mənbəyinə 
                                                           
27
 
Duam qəbul olunub 


 
83 
 
çevrilmişdi.  Adamlar  düşünəndə  ki,  bu  qazla  evdə  yemək 
bişirmək,  evi  qızdırmaq,  hamam  qalamaq  mümkün  olacaq, 
gündə  mənə  minlərcə  suallar  verir  və  məni  karıxdırırdılar. 
Qazın  tərkibində  zərərli  qarışıqlar  olduğundan  yananda 
kəskin  qoxu  yaranırdı.  Odur  ki,  bu  qazı  evlərə  çəkməkdən 
qorxurdum  –  adamları  zəhərləyə  bilərdim.  Lakin,  kəndin 
qırağında  arxa-arxaya  hər  üzündə  3  kabinet  olmaqla  – 
qadınlar bir üzdə, kişilər isə digər üzdə – hamam otaqlarının 
tikintisinə başlamışdıq. Hamamın qazanxanasında ayrıca bir 
su  çənini  qızdırıb  evlərə  isti  su  xətti  çəkdik.  Hər  evin  istilik 
radiatorlarının  yoxlanışını  başa  çatdırdıq.  Kəndin  ən  qiy-
mətli  başını  gəzdirdiyim  üçün  çox  xoşbəxtiydim.  Qəniş  ağa 
hər  mühüm  işdə  mənimlə  məsləhətləşməyi  vacib  sayırdı, 
mən  də  öz  növbəmdə  onun  verəcəyi  qərara  hörmətlə  yana-
şırdım. 
İsmil  artıq  Bakıda  təhsil  almaqdaydı.  İnstitutun  yataq-
xanasında  yaşayır,  zərbəçi    təqaüdü  alırdı.  Ayda  iki  dəfə 
kənd  camaatı  əlinə  düşəndən  pay-püş  düzəldib  İsmilə  gön-
dərirdilər.  Rayon  mərkəzi  poçtuna  tapşırmışdım  ki,  bizim 
kəndə gələn məktubu saxlasınlar – özüm gəlib götürəcəyəm. 
Onsuz da İsmildən başqa bizə məktub göndərən yox idi, ya 
da  ancaq  biz  ona  məktub,  bağlama  yollayırdıq.  Hər  dəfə 
məktub  aşağıdakı  quru  –  şablon  cümlələrlə  başlayardı,  – 
“Salam. Məlumunuz olsun ki, mən yaxşıyam. Sizin də sağ və 
salamat olmağınızı ulu Tanrının dərgahından arzu edirəm...” 
Bu  şablon,  o  zamankı  məktubların  standart  girişi  hesab 
edilirdi. Görünür  İsmil da bunu məktub yazmağın ənənəvi 
qaydası  kimi  qəbul  etmişdi.  Dərsləri  yaxşı  gedirdi,  kənd 
üçün çox darıxırdı. 


 
84 
 
İndi  kəndin  “axşam  konserti”nə  Fərzalı  nəzarət  edirdi. 
Hətta  günlük  radio  proqramında  maraqlı,  xüsusən  musiqi 
verilişi olanda “Örən”dəki reproduktoru canlı yayıma qoşur-
duq. Beləcə, camaat çöldə-bayırda da konserti dinləyə bilirdi. 
Bircə,  körpə  uşaqlı  analar  uşaqları  səs-küydən  yatıra  bil-
mədiklərindən şikayətçi idilər. Onların isə cavabını öz ərləri 
verirdi. 
 Bax  beləcə  Xırnaz  kəndi  özünün  “kommunizm”  gün-
lərini  yaşayırdı.  Artıq  kəndin  yol,  istilik,  hamam,  radio,  te-
lefon  problemi  həll  olunmuşdu.  Payız-qış  aylarında  “Qa-
zel”in təkərlərinə buzda-qarda sürüşməsin deyə zəncir dola-
yıb satılacaq malları rayon mərkəzinə aparırdım. Sürücü ki-
mi  məni  çox  vaxt  Firəddin  əvəz  edirdi.  Şaxta  düşəndə  me-
şəyə  getmək  mümkün  olmadığından  və  ya  məhsul  olma-
dığından əsasən quş və qoyun-keçi, ya da qurudulmuş ədva, 
dərman bitkilərini daha çox daşıyırdıq.  
 
 
* * * 
 
İsmil  ikinci  kursa  keçəndə  ondan  bir  məktub  aldım,  – 
“...Qağa  (hərdən  böyük  qardaşı  kimi  mənə  belə  müraciət 
edirdi),  artıq  Bakıda  qala  bilmirəm.  Heç  kimə  demə,  qiyabi 
şöbəyə  çevrilirəm.  Mən  rayona  qayıdıram.  Dekanla  danış-
mışam  –  hər  semestr  haqqını  verib  qiymətlərimi  yazdı-
racağam  –  təki  diplomum  olsun.  Mən,  sevgilim  yanımda 
olmadan  yaşaya  bilmirəm.  Bu  sirri  sizdən  başqa  heç  kim 
bilməsin. Sizə yalan danışa bilmirəm. Bilirəm ki, nəzərinizdə 
çox  yalnış  bir  iş  tuturam  –  ən  çox  da  sizin  əziyyətinizi  və 
etimadınızı yerə çırpmış oluram. Amma məni başa düşməyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə