ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   20   21   22   23   24   25   26   27   ...   88

 
93 
 
–  Allah  haqqı  sən  bu  hədiyyənlə  məni  dəli  elədin!  Olar 
səni öpüm? 
İsmil  susdu.  O,  çevik düşünməyi  bacarmırdı  və  bu tək-
lifi  qiymətləndirmək  üçün  ona  vaxt  lazım  idi.  Lakin  bunu 
Fərqanə  ondan  da  yaxşı  bilirdi.  Yenidən hönkürüb  qollarını 
İsmilin  boynuna  dolayıb  onu  sinəsinə  sıxdı,  yanaqlarından 
bir  neçə  dəfə  öpüb  onun  gözlərindəki  reaksiyanı  yoxladı. 
İsmil  əllərini  yanına  sallayıb  Fərqanəni  sevindirdiyinə  görə 
dəcəl-dəcəl gülümsünürdü. 
Fərqanə: 
– Bir az özümə gəldim... Sən elə şirinsən ki, səndən heç 
kim yan keçə bilməz. Mən əziz bir insandan nə vaxt hədiyyə 
aldığımı heç xatırlamıram. Xahiş edirəm məni də sən özünə 
bir  əzizin  kimi  qəbul  elə,  –  deyib  yenidən  İsmilin  sinəsinə 
qısıldı. 
– Səni əziz bilməsəydim, hədiyyə almazdım. 
Fərqanə onun çiyinlərindən tutub özündən araladı. 
–  Amma,  axı  sənin  gözəlliyini  görüb  sənə  vurulmamaq 
mümkün deyil... Sənə aşiq olmamaq səfehlikdir. 
Fərqanə  onun  boynunu,  yanaqlarını  alovlu  öpüşlərə 
qərq elədi. 
Ancaq  İsmil  bu  öpüşlərdəki  ehtirası  görəcək  qədər  gö-
züaçıq da deyildi. 
– Yaxşı daha, bilsəydim bir cüt corab səni bu qədər ağla-
dacaq, başqa şey hədiyyə edərdim. Acından ölürəm, yeməyə 
nəyin var... – artıq qıza çoxdan “sən” deyə müraciət edirdi. 
Zavallı  Fərqanə  isə  artıq  bütün  ürəyindəkiləri  açıb  tök-
düyünə,  oğlanı  qandırdığına  inanmışdı...  Göz  yaşlarını  silə-
silə mərəvzə çığırtmasını stola çəkdi. 


 
94 
 
Fərqanənin  oxu  yaydan  çıxmışdı  artıq.  Yan  otaqda  alt 
paltarda  yatan  İsmilin  görüntüsü  qızın  ağlını  çoxdan  başın-
dan  çıxarmışdı.  Gecə  düşəndə  yuxusu  ərşə  çəkilirdi,  özünü 
İsmilin  qucağına  salmaqdan  güclə  saxlayırdı.  Min  bəhanə 
düşünüb yatağında kitab oxuyan İsmilin sinəsini, yorğandan 
bayırda  qalmış  baldırlarını  görmək  üçün  qəfil  yan  otağa 
keçir və gördüklərindən bir qədər də yanıb-yaxılırdı. Hər an 
hər şeyi gözə alıb onun yatağına soxulmağa razıydı – yeganə 
qorxusu  İsmili  birdəfəlik  itirmək,  onda  ikrah  oyatmaq, 
özündən  iyrəndirmək  qorxusuydu.  Yalnız  səhərə  yaxın  – 
İsmili  dərsə  yola  saldıqdan  sonra  onun  yatağında  1-2  saat 
yuxuya  gedə  bilirdi.  Hər  səhər  sevdiyinin  paltarlarını  qay-
daya  salmaqdan,  onun  acgözlüklə  günorta  yeməyini  ağzına 
təpməyinə baxmaqdan ləzzət alırdı. 
...Qışın  oğlan  çağıydı  –  xırnazlılar  buna  “əzgilin  xö-
rəlləyən vaxtı” deyirdilər. Şaxta elə güclüydü ki, müəllim və 
şagirdlərin çoxu dərsə gəlməmişdilər. Dərsləri boş keçdiyin-
dən  İsmilgili  evə  buraxmışdılar.  İsmil  evə  girəndə  onu  qar-
şılayan  olmadı,  sazaqdan  təntimişdi.  Vəsilə  öz  beşiyində 
mışıl-mışıl  yatırdı.  Öz  yataq  otağını  açanda  gözlərinə  inan-
madı – Fərqanə onun yatağında  uzanmışdı. İsmil kitablarını 
kamodun üstünə qoyanda qız gözlərini açdı. 
– Oy..! Bağışla, yuxuya qalmışam. Dedim görüm yatağın 
rahatdırmı, yatıb qalmışam – yorğanı sinəsinə çəkdi. 
– Necədi, rahatdırmı? 
–  İyindən  yuxu  məni  apardı.  Yatağından  sənin  qoxun 
gəlir... Nə tez qayıtmısan, üşümüsən? 
– Bir az. Əllərim donub, yaman sazaq var. Dərs olmadı 
bu gün. 
– Gəl yanıma... 


 
95 
 
İsmil  itaətkarcasına  yatağa  yaxınlaşdı.  Fərqanə  əlini  ona 
uzatdı. İsmil onun əlini ovcuna aldı – həqiqətən İsmilin əlləri 
buz  kimiydi.  Bir  neçə  dəfə  əllərini  növbə  ilə  ovucuna  alıb 
ovdu,  sonra  nəfəsiylə  isitməyə  çalışdı.  Əllərini  öpməkdən 
özünü saxlaya bilmədi. Qız İsmilin biləyindən tutub ehmalca 
özünə  doğru  çəkdi.  İsmil  yatağın  kənarında  oturdu.  Fərqanə 
də  yerində  dikəldi.  Qızın  döşləri  görünürdü.  Onun  boynuna 
sarılıb  yatağa  uzatdı,  yorğanla  üstlərini  örtdü.  Dodaqlarını 
İsmilin  dodaqlarına  yapışdırdı.  Fərqanəni  qarşısıalınmaz  bir 
hiss bürümüşdü. İsmil onu itələməkdən özünü güclə saxlayır-
dı. İsmilin sütül bədəni, gül-çiçək qoxuyan dodaqları ona qar-
şı  çox  soyuq  idi.  Ancaq  Fərqanə  bu  qoxunu  acgözlüklə  içinə 
çəkirdi.  İsmil  mənasız  yerə,  könülsüz  və  müəmmalı  dirəniş 
göstərirdi.  Fərqanənin  cazibəsinə  düşmüşdü  artıq.  Fərqanə 
başa  düşürdü  ki,  qızlıq  təravətini  çoxdan  itirib  və  artıq  39 
yaşlı bir qadına çevrilib. O, İsmildəki soyuqluqdan özündə ani 
ürəkbulanması  hiss  elədi,  lakin,  öz  yanğısına  qalib  gələ 
bilmədi,  yorğanla  başını  örtüb  ancaq  qabağa  doğru  getməyi 
qərara  aldı.  İstədiyi  bircə  o  idi  ki,  öz  yanğısını  tez  söndürüb 
rahatlansın, bu qoxudan doysun və o biri yanıüstə uzanıb yu-
xuya getsin. Fərqanə çaşqınlıq içində idi. Ürəyi sıxılırdı, bilirdi 
ki,  bu  döğma  hissi  ona  baha  başa  otura  bilər  və  sevdiyini 
biryolluq  itirə  bilər.  Bilirdi  ki,  İsmil  onun  istədiyi  hissdən 
bixəbərdir.  Özünə  yazığı  gəldi,  ağlamaq  istədi,  ancaq  özün-
dən qisas almaq üçün daha da irəlilədi. Hər cür təhqir və rə-
zilliyə  hazır  idi.  İndi  yorğanın  altında  İsmilin  açıq  sinəsini, 
onun  buz  kimi  əllərini  öz  sinəsində,  çiyinlərində  gəzdirirdi. 
İsmil  instinktiv  olaraq  əlini  onun  kürəyinə,  çiyninə  qoyub 
gəriləndə  Fərqanənin  gözündə  ümid  çırağı  alovlandı.  Bütün 
qadınlıq  şücaətini  səfərbər  edib,  İsmili  vəcdə  gətirməyə 


 
96 
 
girişdi. İndi həsrətində olduğu o sütül cavan, özündən 20 yaş 
böyük  dul  gəlinin  yumşaq  döşləri  altında  inildəyirdi.  İsmil 
artıq  öz  üzərindəki  hakimiyyəti  könüllü  olaraq  Fərqanəyə 
vermişdi. Fərqanə, yorğanın qaranlığında  onunla öz arasında 
qaratikan  kimi  bitmiş  ismət  pərdəsini  götürməyi  bacarmışdı. 
İndi hər ikisi bir yaşda, tumançaq və bir yataqdaydılar. İsmilə 
ayaqları ilə sarınıb gərnəşdi, – “Aman Allah, nə yaxşı şeymiş 
insanın öz-özünə sahib olmağı...” – düşündü. 
Həmin  gündən  sonra  İsmil  o  qədər  məhrəm,  gülərüz, 
dostcul davranışıyla mehriban olmuşdu ki, onsuz Fərqanə bir 
saat  da  qala  bilmirdi.  O,  dərsdən  gələnə  qədər  yanıb-yaxılır, 
körpəsini  yuxuya  verib  ətirlənir,  həsrətlə  sevgilisini  gözlə-
yirdi. İsmil evədək az qala qaça-qaça gəlirdi.  İçəri girən  kimi 
kitabları  bir  tərəfə  tullayıb  yataq  otağında  onu  gözləyən  Fər-
qanənin qucağına təpilirdi. Fərqanə, Xırnaz kəndinin müdhiş 
qüdrətini daşıyan İsmilin altında inildəməkdən doymurdu. 
Fərqanə  ona  xoş  gəlmək  üçün  hər  şey  edirdi  –  geyimi, 
ətiri, xörəkləri, yataqdakı ustalığı, mehriban davranışıyla İs-
milin ağlını axtarıb başdan çıxarmaqda ustalaşmışdı. Hər də-
fə  İsmili  bir  kişi  kimi  tərifləyib  göylərə  qaldıranda,  oğlanın 
gözlərində  yanan  işığı  görüb  gülümsünürdü.  Fərqanə  fikir-
ləşəndə ki, onu özü belə öyrədib, sevindiyindən özü də uçur-
du.  İsmil  tərifsiz  qala  bilmirdi  –  Fərqanə  Axillisin  zəif  da-
marını  tapmışdı.  İsmilin  gözlərinin  içinə  baxaraq,  onun  mi-
silsiz  yaraşıqlı  və  ehtiraslı  biri  olduğunu  demək  kifayət  idi 
ki, qızı yatağına çəkib aramsız ləzzətlər dənizində boğsun.  
Fərqanə,  əri  bu  dünyadan  köçəndən  isti  kişi  nəfəsinə 
həsrət qalmışdı. İndi əldə etdiyi bu qiymətli məşuqu itirmə-
mək üçün bir qayğısı qalmışdı – istəyirdi ki, İsmil onunla qü-
rur  duysun,  ona  bağlansın.  Fərqanə  bilirdi  ki,  qadınlar  çox 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə