ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   23   24   25   26   27   28   29   30   ...   88

 
104 
 
nəzarəti  artıq  bilmişdim.  Sən  qorxulu  bir  axına  düşmüsən, 
ondan  canını  qurtarmalısan.  Məhəbbətin  yuxu  gətirən  dal-
ğaları səni aldatmamalıdır. 
–  Mən  özümə  güc  gəlməyi  bacarmıram,  bədənimin  bü-
tün  hüceyrələri  onu  istəyir.  Ondan  ötrü  darıxıram,  onsuz 
yaşaya bilmirəm... 
İsmil inildəyib arxasını mənə çöndərdi. Anladım ki, daha 
söhbəti  davam  etdirmək  istəmir.  Mən  də  yatmağı  uyğun 
bildim. Gələn dəfəyədək bir qədər ara vermək lazım idi. Hə-
min gecə səhərədək gözlərimə yuxu getmədi. Hiss edirdim ki, 
İsmil  da  yatmır  –  Fərqanəsini  düşünür.  İndi  İsmil  hər  şeyi  – 
kəndini,  vicdanını,  dincliyini  öz  təmiz  sevgisinə  qurban  ver-
məyin  üsyanını  yaşayırdı.  Öz  çılğın  ehtirasını  boğmaq  uğ-
runda  ümidsiz  mübarizə  aparırdı.  Mən  isə  İsmilin  içindəki 
təlatümü  yatırmağın  dürüst  yolunu  bilmirdim.  Sevgisi  ona, 
olmazın dərd-ələm gətirmişdi. Bu sevgi ehtiras dolu, doymaq 
bilməyən məhəbbət idi. Hər şeyi isə onun taleyi və alın yazısı 
həll  edəcəkdi.  Onu  yolundan  məcburi  döndərmək  heç  də 
ağıllı  bir  üsul  deyildi.  Onu  vicdanı  və  hissləriylə  baş-başa 
buraxmaq ən düzgün yol idi. Səhərə yaxın yuxuya getdim... 
 
 
* * * 
 
Yuxudan  qalxanda,  İsmil  həyətdəki  kələm cızlarını  kət-
mənləyirdi. 
– Sabahın xeyir. 
–  Hər  vaxtın  xeyir,  şəhər  sənə  yer  kətmənləməyi  unut-
durmayıb görürəm... – dedim 


 
105 
 
–  Məni  on  il  islağa  qoysalar,  əlli  il  kisələsələr,  yetmiş  il 
zəncirləsələr də xırnazlığımı tərgizmərəm. Qurban olum eli-
min torpağına, zəhmətinə, halallığına. 
–  Bu  kəndin  ümid  çırağısan  –  ilk  ali  təhsilli  yetirməsi 
olacaqsan. Neçə-neçə gənc sənin uğurlarından ruhlanıb oxu-
yacaq, öz elinə, doğmalarına sevinc, başucalığı gətirəcək. Sən 
bu  kəndin  lideri  olmalısan.  Sənin  nöqsanlı  iş  tutmağın  yol-
verilməzdir... 
– Gəl səhər-səhər bu söhbətə qayıtmayaq. 
– Yox, mən axşamkı söhbətimizi nəzərdə tutmuram. İn-
di  sən  kənd  cavanlarına  nümunəsən,  hamı  səni  öz  övladına 
nümunə göstərir. O ki, qaldı axşamkı söhbətə, mən bir də o 
mövzuya qayıtmaq istəmirəm, çünki, ən doğru yolun  hansı 
olduğunu  özün  yaxşı  bilirsən  və  nə  qədər  ağrılı,  çətin  olsa 
da, bunu bacarmalısan, sənə göstərilən ümidləri doğrultma-
lısan, doğmalarının gözünün içinə dik baxmağa məcbursan. 
–  İstəyirsənsə,  bir  mərəvzə  çığırtması  bişirim?  Barmaq-
larını yalayacaqsan, hardadır  yumurtalar? 
–  Get  axurdan  götür,  bişir  görək  rayonlu  gözəlçən  sənə 
yemək bişirməyi necə öyrədib... 
– Lağ edirsən? 
–  Zırramasan  sən.  Heç  yemək  bişirən  xırnazlı  kişi  gör-
müsən? 
– Nə var ki bunda? 
– Bir xırnazlının qəşş edib güləcəyi hər şey. 
– Bəsdi sən allah, heç bişirmirəm! Baxıb öyrənmişəm, ilk 
dəfə bişirmək istəyirdim... 
–  Bişir,  bişir.  Görək  bizim  dağların  gül-çiçəyinin  xörə-
yinin rayondakı tamı necə olurmuş. 
– Nehrə yağımız var? 


 
106 
 
– Yox. Get Süsənbər xaladan al. 
– Yaxşı. Sən yuyunanadək mən yeməyi hazırlayacağam. 
Bu gülləri də suvararsan – gör siz tərəfin torpağıdır deyə ne-
cə  qol-budaq  atıb...  –  əzizlərimin  məzarlarından  götürdüyü 
torpaqla əkdiyi çobanyastığı kollarını əliylə sığalladı.  
O,  uşaq  kimi  tullana-tullana  Süsənbər    xalagilə  doğru 
yüyürdü.  Sanki  içindəki  sirri  açdığı  üçün  yüngülləşmişdi. 
Axşamdan  gözümdə  böyümüş  bu  cavan  hələ  də  ağzından 
süd iyi gələn köprə kimi saf idi. 
Yeməyimizi  yeyib  camaatın  yükünü  “Qazel”ə  doldur-
duq.  İsmilin  gözlərindən  onun  da  rayona  getmək  istədiyini 
oxudum. 
– Gedirsən, gəl gedib birlikdə qayıdarıq? 
–  Bəs  sənə  mərəvzə  çığırtmasını  havayı  yerə  yedirmi-
şəm? – bic-bic gülümsündü. 
–  Ax  səni  dəcəl  şeytan!  Gəl.  Hər  gün  o  çığırtmadan  bi-
şirməsən əllərini dağlayacağam. 
– Hələ o nədir ki, sənə bizim ot-əncərlərdən elə yemək-
lər bişirim ki, ömründə dadı damağından getməsin. 
–  “Hamı  gedib  quş  gətirir,  Şahqulu  bayquş  gətirir”,  – 
dedik  gedib  oxuyub  adam  olasan,  sən  isə  arvadlığı  öyrən-
misən. Sən öl bütün kəndə sənin aşbazlığından danışacağam. 
– Gör məni rüsvay edə bilirsənmi? 
–  Onsuz  da  rüsvay  olmağına,  daş-qalaq  edilib  kənddən 
qovulmağına az qalıb, arvadlığı öyrənməyin bunun yanında 
nədir ki. 
– Sür gedək, artıq özümdən iyrənməyə başlayıram. 
Rayonadək İsmili o ki var lağa qoydum. Yükləri Qəmər 
xalaya təhvil verənədək yerində sancılı adamlar kimi qurcu-
xurdu. 


 
107 
 
– Getmək istəyirsən? – soruşdum. 
– Olar sabah gələndə görüşək..? 
–  Niyə  olmur  ki.  Get,  amma  ağlını  başına  topla,  yavaş-
yavaş soyu ondan. 
– Yaxşı... Sağ ol. Evdə bir şeylər uydurarsan. 
–  Deyəcəyəm  ki,  –  “balaca  qızını  və  nənəsini  görməyə 
getdi”.   
Sevincək bazardan sivişdi. 
 
 
* * * 
 
İsmil həyətə girəndə Fərqanə Vəsilənin paltarlarını quru-
maq üçün məftilə asırdı. İsmili görcək əlindəkiləri plastik van-
naya  atıb  az  qala  qaça-qaça  İsmili  irəli  ötürüb  evə  girdilər, 
oradan  da  İsmilin  yatağının  üstünə  sərildilər.  Heç  bir  kəlmə 
kəsmədən, dodaq-dodağa, tələsə-tələsə bir-birinin paltarlarını 
soyundurub həsrətində olduqları istiliyə qovuşdular. 
...İsmil  Fərqanənin  çılpaq  belini  barmaqlarının  ucuyla 
oxşadıqca qız yerində gərilirdi. 
İsmil: 
– Məni çox sevirsən? 
– Dünyalar qədər, özümdən və sevdiyim hər şeydən də 
çox! Elə bil axırıncı dəfə səninlə min il bundan qabaq görüş-
müşük. Bəs sən?  
– Mən sənsiz qala bilmirən, ürəyim səninçün döyünür... 
Fərqanə  onu  öpüşlərə  qərq  edir,  çiynini,  kürəyini,  boy-
nunu əlinin isti təmasıyla oxşamaqdan doymurdu. 
– Sən o qədər güclü və ehtiraslısan ki, adam qucağında 
sənin  kimi  bir  gözəl  oğlanla  uzanmaqdan  necə  xoşbəxt  ol-
masın? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə