ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   24   25   26   27   28   29   30   31   ...   88

 
108 
 
–  Özündən  cavanla  yatmaq,  yaşıdınla  yatmaqdan  çox 
fərqli şeydir ki? 
–  Əlbəttə,  hələ  sənin  kimi  qulunc  sındıran  cəngavərlə.., 
lap cənnət  həzzidir... 
– Bizim axırımız necə olacaq Fərqanə?  
– Necə olmalıdır ki.., yoxsa, məndən bezmisən artıq? 
İsmil: 
– Sən nə danışırsan, səndən heç doymaq olarmı! 
–  Onda  gəl  axırımız  barədə  fikirləşməyək.  Allah  hara 
qədər yazıbsa, o vaxta qədər, – “harda qırıla, qırıla”... 
–  Ömrümün  sonunadək  səninlə,  Vəsiləylə  birlikdə  ya-
şamaq  istəyirəm,  amma,  bilmirəm  özümdən  yaşlı  birini  – 
həm  də  uşaqlı  birini  adamlar  necə  qəbul  edər.  Lap  deyərik 
ki, Vəsilə öz uşağımızdır, ancaq... 
–  Əzizim  belə  şeylərlə  özünü  çox  üzmə.  Allahın  bəx-
timizə  yazdığı  taleni  yaşayırıq.  Alnımıza  nə  yazılıbsa,  o  da 
olacaq... 
– Deyirəm bəlkə köçüb tamam başqa rayonda yaşayaq... 
–  Mənim  saf  xırnaz  kəlim!  –  Fərqanə  yenə  onun  belinə 
sarılıb üstünə uzandı. 
 
* * * 
 
– Qəmər xala, bəs İsmil gəlməmişdi? 
– Yox ay Dostəli, elə dünən sənlə gördüyümdür... 
“Deməli kürsək qancığı hələ doymayıb. Yaxşı, mən sənə 
göstərərəm,  zalımın  qızı!  Nə  İsmilin  qanacağı  çatmır  ki,  – 
“Axı  söz  vermişəm,  bu  gün  kəndə  qayıtmalıyam”,  nə  də 
qızın vicdanı yoxdur ki deyə, –  “Evinizdən narahat olacaq-
lar, çıx get”. Qəmər xaladan dolayısıyla onun ən yaxşı müş-


 
109 
 
tərisi olan Fərqanənin ev ünvanını təxminən öyrənib, kəndə 
İsmilsiz  qayıtdım.  Mən  tanıdığım  İsmil  belə  etməməliydi. 
Məni Fərqanənin ayağına verdiyi üçün çox incidim. 
Sabah  bazarda  İsmil  məni  Qəmər  xalanın  yanında  göz-
ləyirdi. Salamlaşmamış, – “Bağışla, dünən yalançı çıxdım...” 
–  dedi,  mən  də  ürəyimdəki  kini  dərhal  unutdum.  Yükləri 
təhvil verib bazardan çıxdıq. 
– Hə, de görüm yenə də əvvəlki fikrindəsən, yoxsa, de-
diklərim barədə bir şey düşünmək istəyirsən? 
– Qağa, vallah özümlə bacarmıram. Əslinə qalsa, ona ya-
pışan mənəm. O da mənim dərdimdən dəli-divanədir, ancaq 
deyir ki, – “Hər şeyi zamana buraxaq, harda qırıla, qırıla...” 
–  Zamanı  yetişincə  iş-işdən  keçəcək  və  qucağında  iki 
uşaqla dədənin yanına qayıtmalı olacaqsan! 
– Bilmirəm nə edim, başımı lap itirmişəm... 
– Yaxşı, zamana burax deyir, qoy elə olsun. 
Amma  məndə  zamana  buraxmağa  hövsələ  hardaydı. 
Sabahı gün ertədən bazar işlərimi bitirib Fərqanənin yaşadığı 
ünvana yollandım. Darvazanı özü açdı. 
–  Salamun  əleyküm.  Adım  Dostəlidir,  Xırnazdanam  – 
İsmilin əmisi. 
– Xoş gəlmisiniz, buyurun, qapıda durmayın...  
Həyətə keçdim: 
–  Sizin  vaxtınızı  iki  dəqiqəlik  almağa  gəlmişəm.  İsmil 
barədə  bəzi  şeyləri  sizlə  məsləhətləşib  qərar  verməliyik... 
İsmil, düzünə qalsa mənim dostumdur və sizin sirrinizi hələ-
lik bilən bircə mənəm. 
Fərqanə  yəqin  ki,  utandığından  pörtüb  qızardı,  başını 
aşağı dikib susdu. Açığı qıza rəhmim gəldi, onun barəsində 
düşündüklərimə peşiman  olmağa  başlayırdım.  İsmilin  onda 


 
110 
 
aşiq ola biləcəyi üstünlükləri gözucu nəzərimdən keçirdim – 
qız özünəbaxan qızdı. 
– Baxıram, yaxşı insana oxşayırsınız. İsmil sizdən görün 
neçə yaş kiçikdir? O hələ uşaqdır, nəyin doğru, nəyin yalnış 
oluğunu  hələ  anlamır.  Sizin  münasibətlər  artıq  cızığından 
çıxır, bir azdan sizin adınıza söz-söhbət çıxacaqdır, bax onda 
çarəsizlik və töhmət sizi çıxılmaz vəziyyətə salacaqdır. Artıq 
İsmilin təhsilini  atıb  Bakıdan  geri  dönməsinə  sizin  səbəbkar 
olmağınızı yəqin ki deməyə ehtiyac yoxdur. Növbəti günah-
lardan qaçmaq üçün məncə ağlınızı başınıza toplayıb bu mə-
sələni  vaxtında  çürütməyiniz  hər  ikinizə  faydalı  olar.  Əgər 
bu səs-soraq kəndin qulağına çatsa, İsmili fəlakət gözləyir – o 
kənd sizi qəbul edə bilməz, onlar bunu bacarmazlar. İsmil o 
kəndin  gələcəyidir,  o,  təhsilini  başa  vurmalıdır,  qabaqda 
əsgərliyi  var  hələ.  Çox  xahiş  edirəm,  bu  məsələyə  ciddi  ya-
naşın və görüşməyə son qoyun... 
Fərqanə başını qaldırmadan: 
–  Evdə  qulağıbatmış  kimi  körpə  uşaqla  oturmaqdan 
bezmişdim.  Ərim  rəhmətə  gedəndən  sonra  ömrümü  necə 
başa  vuracağımı  çox  düşünürdüm.  Ancaq  bir  gün  tanrım 
qarşıma  İsmili  çıxardı.  Aramızdakı  münasibətin  sonu  olma-
yan  bir  keçəri  həvəs  olacağını  düşünürdüm,  lakin  İsmil  o 
qədər saf və sevimlidir ki, ona bağlandım, onsuz darıxmağa 
başladım. Sizə yalvarıram, mənim haqqımda əxlaqsızammış 
kimi düşünməyin. Həyatımda ərimdən və İsmildən başqa bir 
kişi  olmayıb.  Əslində  İsmillə  nə  qədər  böyük günaha  batdı-
ğımı gözəl anlayıram, ancaq özümüzlə bacarmadıq – həvəsi-
miz  daha  məlhəm  hisslərə  çevrildi.  Məni  düzgün  başa  dü-
şün,  mənim  kimi  birisi  üçün,  evində  gənc  oğlanın  olması 
yaxşı  şeydir  –  adamı  gənc  saxlayır,  insanı  paslanmağa  qoy-


 
111 
 
mur.  O,  qızımı  çox  sevir,  qızım  da  onun  adını  sayaqla-
maqdan məni lap bezdirib, ona “ata” deyir. Ondan Vəsiləyə 
yaxşı  ata  çıxardı.    İsmilin  ağlı-başı  yerindədir,  həm  də  artıq 
kifayət  qədər  yaşı  var,  özü  müstəqil  qərar  verə  bilər.  Onun 
bizdə  qalmasında  heç  bir  fəsad  görmürəm.  Yəqin  ki,  başqa-
sını sevdikdən sonra məndən də əl çəkər...  
–  Sizinlə  olduğu  müddətdə,  o  başqasını  sevə  bilməz 
axı...  Bir  bəhanəylə,  bir  əsasla  onu  özünüzdən  aralamağa  – 
soyutmağa çalışın... 
–  Onun  sevgisinə  layiq  olmadığımı  anlayıram.  Günah-
kar  tək  mənəm.  Di  gəl  ki,  İsmillə  münasibətlərimizi  soyut-
maq, ayrılamaq üçün ciddi əsasımız yoxdu hələ... 
–  İstədiklərini  eləmək  üçün  insana  əsas  yox,  bəhanə 
lazımdır. Dediklərimə görə üzr istəyirəm, inciməyin, onunla 
yatmağa davam etmək üçün sevgi ən yaxşı bəhanə idi. Odur 
ki,  sevgini  başqa  bir  şeyə  çevirin,  qoy  o,  yalnız  püskürən 
vulkanı söndürmək barədə düşünsün. 
–  Sizinlə  bu  mövzuda  söhbət  etmək  mənə  çox  əzabdır. 
Sizin narahatlığınızı başa düşürəm və söz verirəm ki, bacar-
dığımı edəcəyəm ki, İsmil mənsiz xoşbəxt olsun. 
–  Ümidvaram  ki,  sizin bu  sözünüz  öz  bəhrəsini  ən  qısa 
vaxtda  verəcəkdir...  Mən  gedim.  Narahat  etdiyim  üçün  üzr 
istəyirəm. 
– Salamat qalın. Bir daha bütün vicdanımla əzab çəkdiyimi 
bilməyinizi istəyirəm. Ancaq nəzərə alın ki, ürəyimi qoparıb at-
maq üçün mənə bir qədər vaxt lazım olacaqdır. Siz bu sirrimizi 
bilən  tək  insan  kimi,  bu  zamanı  bizim  əlimizdən  almayın.  Bir 
də,  məni  həyasızlığıma  görə  bağışlayın.  Söz  verirəm,  bu  gün-
dən etibarən İsmildən ayrılmaq barədə düşünəcəyəm. 
– Allah köməyiniz olsun. Sağ olun. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə