ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   21   22   23   24   25   26   27   28   ...   88

 
97 
 
inadkarlıq  edəndə,  kişilər  ondan  yaxa  qurtarmaq  üçün  ya-
lanlar,  fəndlər  düşünməyə  başlayırlar.  Odur  ki,  bir  müddət 
öz  dünyasının  qapılarını  İsmil  üçün  taybatay  açsa  da,  bəzi 
məhdudiyyətlər  və  qısqanclıq  hissi  oyatmağı  düşünürdü. 
Lakin,  risklərdən  qorxurdu.  Çünki  İsmil  onun  aldığı  nəfəs-
dən  də  qiymətli,  həyatından  da  şirin  idi  –  onu  itirmək  qor-
xusu  şeytan  vəsvəsəsi  kimi  içini  gəmirir,  özü  onu  qısqan-
mağa  başlayırdı.  Fərqanə  hərdən  keçmiş  ərinə  dair  İsmilin 
suallarına  könülsüz  cavab  verirdi,  –  “Keçmişi  unudaq.  Heç 
gələcəyi  də  düşünməyək,  əlimizdəki  anı  yaşayaq.  Həyat 
yaşamaq üçün verilib. Həyatı isə sevərək yaşamaq lazımdır, 
yaşamaq  çox  gözəldir.  Sizin  kəndin  sadə  həyat  tərzində 
yaşamaq  üçün  hər  şey  var.  Lakin  şəhər,  rayon  yerində  ya-
şamaq eşqini itirən insan, ölsə daha yaxşıdır” – deyirdi. 
Lakin, İsmilin də onu sevdiyini görəndə, məşuquna olan 
davranışları  bir  qədər  dəyişdi.  Elə  bil  utancaq  oldu,  onunla 
tək qalanda susmağı üstün tuturdu, – “Lənət şeytana, adam 
bu  gözlərin  sehrindən  bilmir  harda  gizlənsin.  Görəsən  bə-
karətini  mənimlə  pozmaqdan  da  qürur  duyurmu,  məni  öz 
qiymətli xəzinəsi kimi qəbul edirmi...”  
 
 
* * * 
 
Yerimdə rahat uzana bilmirdim – qan beynimə vurmuş-
du.  Yerimdə  oturdum.  Əlimdə  əlacım  olsaydı  İsmilə  bu 
danabaşlığına görə yağlı bir sillə ilişdirərdim. Amma o hələ 
də yorğanın altında üzünü gizlədirdi. 
–  Axı  sən  uşaqlı  birinə  necə  aşiq  ola  bilərsən,  sən  axı 
mən bildiyim qədəri.., hər şeyi ölçüb-biçəniydin? 


 
98 
 
İsmil: 
–  “Sevənin  gözləri  kor  olur”  –    deyirlər,  bu  düzmüş. 
Mən Fərqanəyə dəlicəsinə aşiq oldum, onun körpəsini öz ba-
lam kimi sevdim. 
–  Hım,  özün  körpə  olduğun  halda,  birini  övlad  kimi 
necə sevmək olar axı..! 
–  Bu  hiss  sizə  bəlkə  də  yaddır,  ancaq  bunun  belə  ol-
duğuna  inanın.  İndi  mən  onlarsız  yeç  yerdə  qərar  tuta  bil-
mirəm. 
–  Bu  hiss  mənə  yad  deyil.  Övladımı  torpağa  verəndən 
sonra  övlad  mehrimi  sənə  salmışam.  Səni  öz  övladım  kimi 
sevirəm.  Ancaq  məndən  gizlin  bir  sirrinin  olduğunu  heç 
ağlıma gətirməzdim. Mən elə bilirdim ki, hamı kimi bir qızla 
ilk məhəbbətin  şirin  günlərini  yaşayırsan.  Amma  sən  demə, 
yanıbalalı birinə, həm də anan yaşında  olan birinə vurulub-
sanmış... 
–  Bir  şeyi  qəbul  elə  ki,  mən  onu  sevirəm,  ondan  vaz 
keçməyəcəyəm və mənə çıxış yolu göstərməyə çalış... 
–  Çıxış  yolu!?  Hə  də,  məsləhətim  budur  ki,  sabah  get 
sevgilini götür gəl Qəniş ağanın yanına, de ki, – “Ağa, anama 
ikinci əl gəlin gətirmişəm, xahiş edirəm atamla danış onu öz 
gəlini kimi qəbul eləsin. Kəbinimizi də özün kəs..!”. 
– Elə məni düşündürən maneə də bax budur... 
– Bəs qız necə, anana gəlin olmağa razıdır? 
– Bu barədə fikrini soruşmamışam, ancaq məni ürəkdən 
sevdiyinə əminəm. 
–  Yox,  bir  sevməsin!  Sənin  kimi  dağ  kəli  –  pəzəvəngi 
əlinə keçirmiş dul hələ bir sevinməsin? Başa düş, “məhəbbət 
hər şey demək deyil, o deyildiyi kimi böyük şey də deyil, o 
müəyyən  dövr  və  yaş  üçün  qüdrətlidir”.  Kefini  çəkib  doy-


 
99 
 
duqdan  sonra  ondan  soyuyacaqsan.  Azacıq  abrın  qalıbsa, 
onu öz həyatının yoldaşı etmək fikrini ağlından çıxar. Zaman 
özü hər şeyi yoluna qoyacaq... 
–  İlahi,  Dostəli  əmi  mən  abır-həyamı  çoxdan  itirmişəm, 
mən ona vurulmuşam! 
– Sənə təzə kostyumu, köynək, ayaqqabıları o qız alırdı? 
–  Hə.  O,  mənə  hədiyyə  almaqdan  həzz  alır.  Əgər  al-
dıqlarını  bir  gün  başıma  qaxmağa  cəhd  etdiyini  sezsəydim 
qəbul etməzdim... 
– Sən dərk eləmirsən ki, o səni “saxlayır”? 
– Mən daha heç kimi sevə bilmərəm. 
–  Bu  sevgin  uzun  çəkməyəcək,  nə  qədər  ki,  imkan  var 
münasibətini soyutmağa çalış. 
– Mənim sevgim günbəgün daha da artır... 
– Ay Xırnaz öküzü, başa düş ki, bu sevdan bütün kəndin 
dağılmasına səbəb ola bilər! 
–  Buna  görə  də  sənin  məsləhətinə,  köməyinə  ehtiyacım 
var... 
–  Kəndi  bir-birinə  vurdurub,  hamının  dinc  həyatını 
zəhərə  döndərməkdə  kömək  edim  sənə!?  Yox,  mən  canım 
qədər  sevdiyim  əlli  dənə  İsmilimi,  heç  gözümü  qırpmadan 
kəndimizin bu dincliyinə qurban verərəm. Başa düş ki, o qız 
sənə  vurulub  eləməyib,  o,  səninlə  bir  yataqda  gün  keçir-
məkdən  qürur  duyur,  səni  bir  alət  kimi  yatağında  oynadır. 
Onun kimi qadınların bir məqsədi var – dayanmadan seviş-
mək. Sən isə bu yaşda ən münasib məşuqsan. 
–  Biz  bir-birimizdən  doymuruq,  o  deyir  ki,  mənimlə 
yaşamaq  onu  20  il  cavanlaşdırıb.  İş  orasındadır  ki,  aramız-
dakı  yaş  fərqini  heç  hiss  etməmişəm,  biz  birlikdə  çox  xoş-
bəxtik. 


 
100 
 
– Sən onun əsirisən, sən özünü ələ alıb hisslərinə hakim 
olmalısan – özün özünə sahib olmalısan. Onda o qız gözün-
də kiçiləcək, onun artistliyini, üzündəki maskanı görəcəksən. 
Bəlkə də öz evində səni pulsuz kirayənişin kimi saxlayıb, öz 
bədənini  sənə  qurban  verməsinə  görə  özünü  ona  borclu  sa-
yırsan. Amma o, səndən istədiyinin əvəzini minqat çıxıbdır. 
Əgər  səni,  ailəni,  gələcəyini  və  nəhayət  Xırnazın  dincliyini 
dağıtmaqda  israrlıdırsa,  demək  onun  kürsəyə  gələn  qancıq-
dan heç bir fərqi yoxdur. 
– Xahiş edirəm... 
–  Kəs  səsini!  Səni  rayonda  oxutmaq,  adam  olmağını  is-
təmək mənim başımın altından çıxıbsa, demək yediyin zibilə 
görə  mən  də  səninlə  birlikdə  cavabdehəm.  Səni  ürəyimdən 
söküb  atmaq  bəlkə  də  çətin  olar,  ancaq,  ömrümün  sonuna-
dək  borclu  olduğum  xırnazlıların  etibarına,  ümidlərinə  heç 
vaxt xəyanət etmərəm. Sənə rayona qayıtmağı, o qadının ya-
nına getməyi qəti qadağan edirəm! Mənim icazəm olmadan, 
heç bir hərəkət etməyə ixtiyarın yoxdur! Bildin!? 
– Axı mənim evim ordadır... 
Özümü  saxlaya  bilmədim,  yağlı  sillənin  əsl  vaxtıydı  və 
mən  də  bunu  ondan  əsirgəmədim.  O,  heç  ağrıdan  yanan 
üzünü  tutmadı  da.  Bax  mənim  İsmilim  belə  də  dözümlü 
olmalıdır. O cıqqırını da çıxarmadı – bu, hər bir xırnazlı gən-
cin abır-həyasının tələbi idi – “böyüyün üzünə qayıtmaq, sö-
zünü döndərmək tərbiyəsizlikdir”. Tanrı axı niyə insanı sev-
giylə  birgə  yaradıb?  Nədədir  axı  bu  sevginin  gücü,  niyə  se-
vənlər burnunun ucundan aralını görmür... Hiss edirdim ki, 
İsmil  əzab  çəkir.  O,  özündənrazı  insan  olsa  da,  başqasını 
sevindirəndə  bu  xeyirxahlığından  özü  də  sevinir.  O,  paxıl-
lığın  nə  olduğunu  anlamır,  qəti  kinli  insan  deyil.  İsmili 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə