ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   18   19   20   21   22   23   24   25   ...   88

 
85 
 
çalışın,  mən  çox  darıxıram,  onsuz  dözə  bilmirəm.  Rayonda 
özümə iş taparam. Əsgərliyimi başa vurub, təhsilimi davam 
etdirərəm.  Rayonda  görüşüb  ətraflı  söhbət  edərik.  Xırnaza 
salam deyin. Hörmətlə İsmil”. 
Çox  narahat  idim.  Bir  kəndin  ümidlərini  yerə  vuracaq 
qədər məsuliyyətsiz deyildi mənim İsmilim. Amma sevginin 
də böyük qüvvə olduğunu dərk edirdim. Bilmirəm, sevgimi 
insanı dəli edir, yoxsa təkcə dəlilərmi aşiq olur? 
 Məktub  yazdım  ki,  –  “Dəlilik  eləmə,  bütün  el  içində 
özünü  rüsvay  edərsən.  Əgər  istədiyin  qız  səni  ürəkdən 
sevirsə,  niyə  darıxırsan  ki?  Papağını  fırladacaqsan  5  il  gəlib 
yel  kimi  ötüb  keçəcəkdir”.  Bir  sözlə  onu  bu  divanəlikdən 
döndərmək  üçün  nə  lazımdısa  yazdım.  Fikirləşirdim  ki,  10 
günə  özüm  Bakıya  yollanıb  üzbə-üz  İsmillə  söhbət  edərəm. 
Lakin  işlərə  başım  elə  qarışdı  ki  (həm  də  məktub  yazma-
dığından,  düşündüm  ki  fikrindən  vaz  keçib  yəqin),  aradan 
15-20 gün keçməmiş rayon bazarında qabağıma çıxdı. Canım 
qədər sevdiyim İsmil qucağıma tullanıb boynuma sarılmadı. 
Əməlli-başlı sınıxmış, kişiləşmişdi. Üzünü azca tük basmışdı. 
Qucaqlayıb balamı öpdüm, tükləri üzümü daladı. 
– Nə vaxt gəlmisən? – soruşdum. 
– Sırağagün axşam. 
– Bəs niyə dünən kəndə gəlməmisən? 
–  Dünən  Firəddini  göndərmişdin  deyə,  ondan  gizlən-
dim. 
– Gizlənəcək nə pis iş tutmusan ki... 
– Mən qiyabi şöbəyə keçdim... 
– Demək inadından dönmədin... Bəs harda gecələmisən 
bu iki gündə? 
– Qızgildə... 


 
86 
 
–  O  nə  qızdır  elə  səni  başından  çıxarıb  Bakıdan  bura-
laradək  gətirdir,  hələ  bu  azmış  kimi  öz  evlərində  saxlayır? 
Kimdir o qız, kimin qızıdır? 
–  Biz  bu  barədə  söhbət  etməliyik...  Ancaq  söz  ver  ki, 
məni axıradək və öz balan kimi dinləyəcəksən. Sənin məslə-
hətinə çox ehtiyacım var... Bilirsən ki, səndən başqa sirdaşım 
və məsləhət alacağım adam yoxdur. 
– Məni çatlatma, danış görək! 
–  Qəmər  xala  gözləyir,  yükü  təhvil  ver,  sonra  birlikdə 
bir yerdə oturaq... 
– Yaxşı... 
Torbaları Qəmər xalaya təhvil verənədək İsmilin başına 
gələ biləcək ən pis ehtimalları götür-qoy edirdim. Qızın evin-
də axı necə qala bilərdi? Bəs qızın ata-anası yoxdurmu, bura 
dağbaşıdırmı,  camaat  qızını  çöldənmi  tapıb?  Heç  bir  ağıllı 
şey beynimə girmirdi. Bir onu bilirdim ki, “İsmilin başı əldə 
deyil”. 
Maşına minib kəndə yol aldıq, yolboyu susub durduq – 
ikimiz  də  söhbəti  nədən  başlayacağımıza  qərar  verə  bilmir-
dik.  Kənddə  dedik  ki,  İsmil  tətilə  gəlib.  Gecə  bizdə  söhbət-
ləşəcəyimizi razılaşdıq. 
Axşam camaat evlərinə yığışandan sonra İsmil bizə gəl-
di.  Onun  arxasınca  Lələ  dayı  öz  ailəsiylə  birlikdə  mənə  baş 
çəkməyə  gəldilər.  İsmil  və  mən  əlinə  təklikdə  düşmüşdük 
deyə,  Lələ  dayı  ilə  söhbətimiz  gecəyarısınadək  uzandı.  Bir-
birimizə  gecənin  xeyirini  diləyib  Lələ  dayıgillə  ayrılandan 
sonra  yatağımızı  döşəmədə  yanaşı  saldıq.  İsmil  məndən 
çəkinmədən  şifonerdəki  zoğal  arağından  özünə  bir  çappa 
süzüb xəlvəti birnəfəsə içdi. Özümü görməməzliyə qoydum 
–  bilirdim  ki  məqsədi,  söhbəti  başlamaq  üçün  cürət  topla-


 
87 
 
maqdır.  Soyunub  yerimizə  uzandıq.  İsmil  işığı  söndürüb 
yorğanı üzünə çəkdi. Səsi yorğanın altından gəlirdi. 
– Mən birinə dəlilər kimi aşiq olmuşam. Adı Fərqanədir 
– məndən 14 yaş böyükdür və 4 yaşında bir qızı var... 
Qulaqlarıma  inana  bilmədim,  yastığa  dirsəklənib  göz-
lərimi döydüm. İsmil utandığından yorğanı başına çəkmişdi. 
–  Sən  məni  dolamısan!?  Nə  14  yaş!  Nə  uşaq?  Uşaq 
səndəndir? 
– Yox, əri türmədə vərəmdən ölüb. Mağaza müdiriymiş 
– yeyintiyə görə tutublar, 8 il iş veriblər, 6-cı ili ölüb. 
–  Necə  olub  o  qızın  cənginə  keçmisən,  danış  bağrım 
çatladı... 
–  Biz  dördüncü  ildir  ki  birlikdəyik.  Hələ  kənddən  ra-
yona köçəndə onunla tanış olmuşdum. 
– Aman Allah! Sən nə danışırsan!? 
– Bir gün Qəmər xalanın yanında durmuşdum, sən mal-
ları təzəcə boşaldıb getmişdin. Bir gəlin, qucağında da körpə 
uşağı  çiriş  almağa  gəldi.  4  kilo  çiriş  aldı.  Yükü  çox  ağır  idi, 
qucağında da körpəsi ağlayırdı. Qəmər xala dedi ki, – “əgər 
bekarsansa,  gəlinə  yükü  evlərinə  aparmağa  kömək  elə”. 
Mənimsə,  heç  bir  işim  yox  idi.  Çiriş  kisəsini  əlimə  götürüb 
Fərqanəgilədək apardım. Körpəsi sancılanmışdı, kirimək bil-
mirdi.  Pul  verdi,  kağıza  dərman  adı  yazıb  aptekdən  alma-
ğımı xahiş elədi. Alıb gətirdim. Dərmanı qarışdıranadək kör-
pəni  qucağımda  saxlayası  oldum.  Dərman  hazırlaya-hazır-
laya mənə suallar verirdi: 
– Hansı kənddənsən? 
– Xırnazdan. 
– Hə, o radiosu olan kənddən? 


 
88 
 
–  Hə,  həmin  radionu  yaradanlardan  biri  də  mənəm,  – 
dedim. 
– Adın nədir? 
– İsmil. 
– İdmanla məşğul olursan? 
–  Yox,  bizdə  bütün  cavanlar  belə  bequrum  –  yekə-
pərdirlər. 
– Bəs burda nə işin var? 
– Burda 10-cu sinifdə oxuyuram. 
– Bəs harda qalırsan? 
– Kirayədə. 
– Ayda nə qədər verirsən kirayəyə? 
– 15 manat. 
– Nə ucuzdu? 
– Bu pulu bütün kənd camaatı toplayıb ödəyir. 
Sonra kəndimizin adətləri, adamları barədə xeyli danış-
dım.  Hiss  edirdim  ki,  çox  mehriban  adamdır.  Mən  onlarda 
bir stəkan çay içdim. Uşaq indi kiriyib sakitcə yatmışdı. Ya-
şım,  ailəm  haqqında  suallar  verdi.  Qaldığım  evin  ünvanını 
öyrəndi. Ayrılanda məni həyətin darvazasınadək ötürdü.  
Aradan  bir  həftə  keçməmişdi  ki,  axşamüstü  qaldığım 
evin qapısı döyüldü. Qapını açdım – Fərqanəydi. 
– Xoş gəlmisiniz – dedim. 
– Sağ ol. Dedim görüm qaldığın yerin şəraiti necədir? 
–  Mənə  oxumağa  bir  yer  olsun  bəs  eliyir.  Dəbdəbə  ax-
taran vaxtım deyil. 
–  Gəlişimin  məqsədi  odur  ki,  istəyirəm  mənim  evimə 
köçəsən.  Bilirsən,  mən  də  təkəm,  qulağıbatmış  kimi  bütün 
günü evdə oturmaqdan az qalıram dəli olam. Uşağı kiminsə 
yanına  qoymağa  adamım  yoxdur  ki,  çıxıb  bazarlıq  eliyim. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə