ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   14   15   16   17   18   19   20   21   ...   88

 
69 
 
vurub, – “Üzündə istahat qalmadı, nə sitəm edirsən özünə!”.  
Samaya:  
– İsmilsiz mən neyniyəjəm bəs... 
Fədail dayı: 
–  Mən  el  içində  hürdürmə!  Dılğır  bir  gədə  doğmusan, 
oxudub  adam  eləmək  istəyirik  dayna!  Həkət  çıxartma...  – 
deyib  üstünə  çımxırandan  sonra  arvad  bir  az  özünü  topar-
ladı. Amma nə təsəlliyə, nə toxdaqlığa baxan yox idi, biz tər-
pənəndə arvadlar da Samaya xalaya qoşulub hönkür-hönkür 
ağlaşırdılar.  Ta,  “Mollaburan”a  çatanadək  “Yal  məhlə”də 
qaralan adamların əl yelləməsinə dönüb baxırdıq.  
“Həkəri”  dəmiryolu  stansiyasına  çatanda  İsmil  hər  şü-
mal küknar ağacına da möcüzə kimi baxırdı. Zavallı uşaq öz 
rayonlarından  ilk  dəfəydi  ki  kənara  çıxırdı.  Hələ  yük  qatar-
larını, vaqonları görəndə az qalırdı sinəmə qısıla – möcüzəyə 
valeh  olduğunu  gizlədə  bilmirdi.  Axır  ki,  bizim  qatar  da 
gəlib  parronda  dayandı.  Öz  vaqonumuzu  tapıb  kupedəki 
yerlərimizi  tutduq.  Bilmirəm,  ya  həyəcandan,  ya  da  xoşuna 
gəldiyindənmi, – hər 10 dəqiqədən bir durub qatardakı ayaq-
yoluna gedirdi. 
– Ürəyin bulanır? – soruşdum. 
– Yox. 
– Başın gicəllənmir ki..?  
–  Yox,  birinci  dəfədir  qatara  minirəm  axı...  O  biri  va-
qonları  gəzirdim.  Bilirsiniz,  vaqonların  birində  yeməkxana 
da var ey... 
–  Bilirəm.  Acmısansa  çantada  toyuq,  yumurta  soyut-
ması-zad var, açım yeyək. 
– Yox, mən vaqon-yeməkxanada istəyirəm. Amma, əgər 
məsləhət bilirsinizsə... 


 
70 
 
– Əlbəttə. Gedək. 
Bilirdim  ki,  vaqonda  yeməyi  “odu  bahası”na  verirlər, 
odur ki, toyuq soyutmasını da özümlə götürdüm. 2 limonad 
sifariş  verdim.  İsmil  limonad  şüşəsinin  üstündəki  etiketi 
səliqə ilə isladıb qopardı və qatlayıb cibinə qoydu. Bütün ye-
məkboyu pərdəni çəkib pəncərədən çölə boylandı. Hələ İran 
sərhəddi  boyunca  keçəndə,  biləndə  ki,  İranın  5-10  kilometr-
liyindəyik, ağzı açıla qalmışdı. Bir toyuğun yarısını harasına 
yedi,  onu  bir  Allah  bilir.  Hər  şeylə  maraqlanıb  suallar  yağ-
dırırdı  –  qatar  necə  gedir,  relslərin  vəzifəsi,  teplovoz  necə 
idarə  olunur,  şpallar  nə  üçündür,  yolayrıcılar  necə  işləyir, 
işıqforlar  necə  idarə  olunur...  –  çoxusunun  cavabını  isə  heç 
özüm də bilmirdim. 
– Oxuyarsan, hamısını da özün öyrənərsən, – deyirdim. 
Bakıya  çatanda  hava  hələ  qaranlıq  idi.  Taksi  saxladıb 
“Bakı”  mehmanxanasına  sürdürdük.  Qatardan  o  qədər  çölü 
izləmişdi ki, indi Bakıya valeh olacaq halda deyildi – gözləri 
yorulmuşdu. Otağa daxil olan kimi yük çantalarını bir yana 
tullayıb  özünü  yatağa  daş  kimi  atdı  və  həmən  şirin  yuxuya 
getdi. 
Qaranlıq  gecə  öz  növbəsini  işıqlı  sabaha  təhvil  verəndə 
vanna  otağından  gələn  su  səsinə  gözlərimi  hövkələdim.  İs-
mil əl-üzünü yuyub balkona açılan qapıya yaxınlaşdı: 
– Sabahın xeyir Dostəli əmi. 
– Sabahın xeyir qaqa. Necə yatmısan? 
– Daş kimi. 
– Şəhəri bəyənirsən, çıxıb balkondan baxsana. 
– Hündürlükdən qorxuram, balkon uçub eliyər... 
Güldüm.  Xırnaz  kimi  yüksəkdə  yaşamış  bir  gənc  4-cü 
mərtəbənin yüksəkliyindən qorxur. Şəhərə, səs-küyə, maşın-


 
71 
 
lara, küçədə qaynaşan adamlara elə həsədlə diqqət kəsilmiş-
di  ki,  bomba  atsaydın  da  ayılmazdı.  Durub  mən  də  duş 
qəbul edib paltarlarımı geyindim. Yeməkxananın yarıbişmiş 
qayğanağıyla  səhər  yeməyimizi  yedik.  İlk  işimiz  İsmilin  sə-
nədlərini  qəbul  komissiyasına  təhvil  vermək  oldu.  İmtahan 
vaxtını  və  yerini  öyrənib  şəhərə  gəzməyə  çıxdıq.  İsmil  Ba-
kıya, onun tarixi tikililərinə valeh olmuşdu. 
–  Mən  elə  bilirdim  ki,  Azərbaycan  təkcə  Xırnazdan,  bir 
də  bizim  rayondan  ibarətdir.  Amma  gör  nə  böyük ərazimiz 
varmış. Müğənnilər Bakıda yaşayırlar, eləmi? 
– Hə, Xırnaz radiosuyla eşitdiyin bütün müğənnilər bax 
bu qoca şəhərdə yaşayırlar. 
–  Görəsən  Fərzalı  radionu  qoşa  bilirmi?  Kəndimizdən 
ötrü darıxıram... 
–  Nə  tez!  Təhsilini  başa  vurandan  sonra  Qəniş  ağa 
demişkən, qorxuram Xırnazı bəyənməyəsən. 
–  Şəhərin  hamamına  söz  ola  bilməz,  amma  anamın 
dəmir vannada isti suyu ilə mal tövləsində çimməyin ləzzəti 
bir başqadır. 
– Kəndçisən ki, kəndçi... 
–  Dostəli  əmi,  sizcə  peyin  çürüntüsündən  yanacaq  qazı 
almaq planımız baş tutacaq? 
–  Məntiqlə  alınmalıdır,  lakin  bu  işdən  başı  çıxan  birin-
dən məsləhət almalıyıq. 
– Deyirəm alınsa, ilk olaraq kənddə bir hamam tikərik. 
–  Hamam  da  tikəcəyik,  hələ  evlərə  istilik  sistemləri  də 
quraşdıracağıq. 
– Allah, sən arzumuzu ürəyimizdə qoyma! Meşələrin də 
canı  qurtarar  bizim  əlimizdən.  Kəndimiz  kommunizmə  dö-
nər hə..? 


 
72 
 
– Kommunizmə yox, cənnətə... 
–  Qoy  bu  instituta  bir  girim,  sizinlə  Xırnazı  cənnətə 
döndərməsək, atamın çörəyi burnumdan gəlsin. 
– Gedək, sənə dağüstü parkı və zooparkı göstərəcəyəm. 
– Siz Bakını yaxşı tanıyırsınız? 
–  Mən  5  il  burda  oxumuşam,  sonra  da  3  il  işləmişəm, 
deyirsən tanımayım?  
– Bəs nə yaxşı bizim Xırnazda qalmağa səbriniz çatdı? 
– Mən Xırnazı dünyanın heç bir yerinə dəyişmərəm. 
– Heç öz kəndiniz yadınıza düşmürmü? 
– Düşməzmi heç, əlbəttə düşür. 
–  Kəndə  qayıdanda  sizin  doğulduğunuz  rayona  dönə-
rik. Yolumuzun üstündədirmi? 
– Yox, tam başqa səmtdədir. 
–  Xahiş  edirəm,  gedərik,  olarmı?  Siz  neçə  ildir  ki  öz 
yurdunuza getmirsiniz? 
– Artıq 3-cü ildir... 
– Darıxmırsınızmı..? 
–  Orda  məni  qarşılayan  acı  xatirələr,  məzarlardan  qa-
çıram... 
–  Adam  sevdiklərindən  aralı  qaldıqca,  yanğısı  daha  da 
artır axı... 
–  Düzdü,  amma  nə  etməli,  görünür  qorxaq  adamam, 
dərddən qorxuram... 
–  Elə  dərdlər  var  ki,  adamı  həyata  bağlayır.  Oğlunuzu, 
həyat  yoldaşınızı  unuda  bildiyinizə  inanmıram.  Sizdə  gecə-
ləyəndə  neçə  dəfə  yuxuda  onların  adını  sayaqladığınızı 
özüm  eşitmişəm.  Səsinizə  yuxudan  diksinib  oyanmışam. 
Məncə  siz,  itirdiklərinizin  yerini  tam  doldurmamısınız.  Heç 
yenidən ailə qurmaq barədə düşünmüsünüzmü? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə