ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   13   14   15   16   17   18   19   20   ...   88

 
66 
 
işıq, köhnə divan, qabaq stolu və iki stul var idi. Qab-qacaq 
alıb  yeni  evi  səliqəyə  saldıq.  Notariusa  gedib  maşınımızın 
pulunu  ödəyib  götürdük.  “İj”  İsmilin  çox  xoşuna  gəlmişdi. 
Maşınla kəndimizə – “Mollaburan dərəsi”nədək gəldik. Bura 
maşın  yolunun  dirəndiyi  son  dalan  idi.  Maşını  kənar  bir 
düzəngahda  saxlayıb,  qalan  yolu  yoxuşboyu  dırmandıq. 
Kəndə girəndə uşaqlar bizi ötüb maşına baxmağa qaçırdılar 
–  yarğanın  burnundan  bizi  görübmüşlər.  İndi  kəndin  xeyir-
şər maşını da var idi...  
İsmil  sanki  hərbi  xidmətdən  qayıtmışdı,  ya  da  ali 
məktəbi bitirib və kəndə qayıdıb – hamı onu göydən gəlmiş 
adam  kimi  qarşılayırdı.  İndi  bütün  kəndin  işıqlı  gələcəyi 
onun əlindəydi. Həmyaşıd qızların onu nəvazişlə süzməyin-
dən,    –  “Görəsən  bu  yaraşıqlı  və  oxumuş  oğlan  hansımızın 
qismətinə düşəcək..?” – fikrini aydınca sezirdim. 
Bax  beləcə,  Xırnaz  kəndi  İsmilin  təhsili  və  yeni  alver 
üçün qollarını yenidən çırmaladılar. İndi hər kəs siyahı üzrə 
təhvil  verdiyindən  göy-göyərti  olaraq  10  qom,  giləmeyvə 
olaraq  1  kq,  yumurta  olaraq  10  ədəd  artıq  qoyurdular  –  bu 
maşının  yanacaq haqqı  idi.  Bunun  üstünə  bir qara  qəpik  də 
qoymadan  Fəyyaza  satdıqlarının  ikiqat  ucuzuna  Qəmər 
xalaya təhvil verir, yanacaq pulundan artıq qalanı isə İsmilə 
cibxərcliyi  verirdim.  İlk  günlər  kirayəyə  öyrəşmədiyindən 
elə mənimlə səhər ertədən məktəbə gəlir, mənimlə də kəndə 
qayıdırdı.  Lakin  özünə  sinif  yoldaşlarından  dost  tapdıqdan 
sonra rayonda yaşamağa uyğunlaşdı. Qısa vaxt ərzində dərs-
lərində  uğur  qazandı  –  yeganə  şikayəti  xəttinin  pis  olma-
ğında idi. Xüsusən fizika müəllimi ondan çox razılıq edirdi.  
Beləcə günlər, aylar ötdü. Xırnaz kəndi öz dinc həyatını 
sürürdü.  İndi  radiostansiyamıza  batareya  ilə  işləyən  radio 


 
67 
 
almışdım.  Hər  gün  gecə  saat  22.30-da axşam konsertinə  qu-
laq  asırdıq.  Hamı  konsertədək  qoyun-inək  sağınını  qurtarıb 
tövlədən  çıxmağa  tələsirdi.  Konsert,  sabahkı  kəndarası  söh-
bətin  əsas  mövzusu  olurdu.  Oxuyanın  adını  unudanda  isə 
ərinmədən dəstəylə mənim evimə gəlirdilər: 
–  Dostu,  axşam  üçüncü  mahnını  oxuyan  arvadın  adı 
nəydi..? 
– Sara Qədimova – deyirdim. 
–  Ay  sağ  ol,  İrana  da  mənlə  höcətləşir  ki,  Mahrux 
Muradovadır, – Dilbər xala sevincək geri dönürdü. 
Səxavət  Məmmədov,  Fatma  Mehrəliyeva,  Şövkət  Ələk-
bərova,  Əlibaba  Məmmədov,  Qəndab  Quliyeva,  Habil  Əli-
yev, Şahmalı  Kürdoğlunun  dəlisiydi xırnazlılar.  Kəndə  yeni 
bir nəfəs verə bildiyim üçün çöx xoşbəxtiydim və istəyirdim 
ki, yeniliklərin sayını artırım. 
Buldozerlə  danışdıq.  Güc-bəlayla  yolu  düz  kənd  mərkə-
zinədək  səhmana  saldıq.  İndi  maşını  öz  həyətimdə  saxla-
yırdım.  Hərdən  təmir  üçün  aldığım  detalların,  yağların  qiy-
mətini  fərqinə  varmadan  ağzımdan  qaçırdığım  üçün,  sən 
demə  hər  ev  öz  qazancından  yığıb  saxlamaq  üçün  Qəniş 
ağaya hər ay 10 manat pul verirmişlər. Günlərin birində Qəniş 
ağa  mənə  yaxınlaşıb  dedi  ki,  –  “Nəzərə  al  ki,  sənin  məndə 
1500 manat pulun var. Təzə maşın almaq, ya da təmir üçün nə 
vaxt  istəsən  götürə  bilərsən”.  Kimi  görürdümsə,  pul  yığımı 
biabırçılığına  son  qoymalarını  tələb  edirdim.  Amma  sonra 
başa  düşdüm  ki,  bununla  onların  xətrinə  dəyə  bilərəm  və 
sonda  susdum.  Sonra  isə  özümdə  qalan  puldan  da  götürüb 
Qəniş  ağadakı  pulun  üstünə  qoydum,  “İj”i  də  satıb  təptəzə 
“Qazel”  yük  maşını  aldım.  İndi  camaatın  həm  otunu  daşı-
yırdım, həm də bazara qoyun-keçi aparırdım. 


 
68 
 
* * * 
 
İsmil  rayona  köçəndən  sonra  xeyli  kişiləşmişdi.  Doğma 
balamdan doymadığım sevgimi İsmildə  tapmışdım, ona öz 
balam  kimi  mehr  salmışdım.  Aramızda  bir  sirrimizin  oldu-
ğunu  sanmırdım,  lakin,  bizi  kövrək  və  sirli  bir  körpü  ayı-
rırdı. Geyim-kecimindəki səliqə-səhmandan xoşum gəlsə də, 
çoxdandır ki, bir sual mənim içimi gəmirirdi, – “Axı mənim 
verdiyim  pul,  belə  kostyum,  köynək,  ayaqqabı  almağa  yet-
məzdi...”.  O  qədər  tərbiyəli  və  çəkingən  idi  ki,  aramızdakı 
pərdəni cırıb dərinə gedə bilmirdim. Məktəbi bitirməyinə bir 
aydan da az vaxt qalmışdı. İmtahanlara hazırlaşır, Bakı Döv-
lət Universitetinə sənəd toplayırdı. “Tətbiqi riyaziyyat”ı seç-
mişdi. Hərdən onunla danışanda özüm də utanırdım – mən 
onu  uşaq  sansam  da,  hərdən  elə  kişi-kişi,  məntiqli  fikir 
söyləyirdi ki, özüm məəttəl qalırdım.  
Və gözlənilən gün gəlib çatdı. Bütün kənd əhli kiçikdən-
böyüyəcən  hamı  bizim  həyətə  yığışıb  İsmillə  məni  Bakıya 
yola  salırdılar.  Kəndin  bütün  arvadları  əlində  bir  parç
25
  su 
hazır durmuşdular. Hər  evin  ağsaqqalı cibimizə  pul  dürtür, 
bizə  uğurlar  arzulayırdı.  Arvadların  gözündən  axan  yaşı 
durduran  yox  idi.  Hamı  Samaya  xalaya  toxtaqlıq  verirdi,  – 
“Buy  başıma  xeyir!  Elə  bil  uşağı  davaya  yola  salır.  Bırdanja 
bıra  Bakıdı  dayna.  Allah  qoysa,  inistutaja  girib  gələjəhdi!..” 
Samaya  xala  isə  üzünü  cırıb  qanadırdı.  Əsli  xala,  –  “Allah 
sən  saxla,  ağız  oğlun  ölüf,  niyə  xuduruja  yerə  özünə  sitəm 
eliyirsən!”  –  desə  də,  Samaya  kirimək  bilmirdi.  Fədail  arva-
dının  yanından  keçəndə,  onun  böyrünə  xəlvəti  bir  dürtmək 
                                                           
25
 Dəmir stəkan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə