ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

 
123 
 
par-paltarını  yığışdırıb  Cəmilgilin  evlərinə  gəldi,  –  “Qov-
sanız  da  gedib  tövlənizin  axurunda  yatacağam  –  dedi.  Mən 
Cəmildən  başqa  heç  kimə  ərə  gedə  bilmərəm,  mən  bu  evin 
gəlini olacağım günü gözləyirdim. Cəmil məni bu evin gəlini 
görmək  istəyirdi.  Onun  qayıdacağı  günü  ömrümün  axırı-
nadək gözləyəcəyəm. Məni gəlininiz kimi qəbul edin, yoxsa, 
özümü “Həcər qalası”ndan atmaqdan başqa çarəm yoxdur”. 
Cəmilin ata-anası onu bağrına basıb  öz doğma balaları kimi 
qəbul  elədilər.  Qızın  atası  bir  neçə  gün  yeri-göyü  bir-birinə 
qatdı.  Amma  o  vaxt  ağsaqqal  sözündən  heç  kim  çıxa  bil-
məzdi.  Kəndin  ağsaqqalı  Həmzə  kişi  araya  girib  məsələni 
yoluna  qoydu  –  Zibeydə  Cəmilgildə  gəlin  kimi  qəbul  olun-
du. Amma Zibeydənin valideynləri qızlarının bu hərəkətinə 
tab  gətirmədilər.  Aralarında  bir  il  də  çəkmədi,  birinci  atası, 
sonra  isə  anası  rəhmətə  getdi.  Aradan  aylar  ötdü,  bir  gün 
məlum  oldu  ki,  Cəmili  sən  demə  meşədə  ermənilər  qətlə 
yetirib doğramış və meşədəcə torpağa basdırıbmışlar. Bunu, 
qatillərdən  biri  içkili  vaxtı  Gorusun  yeməkxanalarından 
birində  ağzından  qaçırmışdı.  Bizə  yaxın  erməni  kirvələrdən 
biri bu xəbəri bizə çatdıranda, Həmzə kişinin başına toplaş-
dıq, – “Nə etməliyik, de, əmrini gözləyirik...” – soruşduq.  O, 
–  “Neçə  ildir  sevdiyinin  yolunu  gözləyərək  göz  yaşı  axıdan 
Zibeydənin  hər  göz  damlası  qədər  o  qatildən  kiçik  tikələr 
kəsin!  Zibeydə  göz  yaşlarının  halallığını  bu  torpağa  ver-
məyincə, analarınızın südü, atalarınızın əməyi burnunuzdan 
gəlsin!  Bu  gündən  Xırnazın  namusunu  Zibeydənin  namusu 
bilin!  Zibeydənin  üzü  gülməyincə,  xırnazlılara  başını  dik 
tutmağı, ərlərin arvadına yaxınlaşmasını haram və zina bilin! 
Namusumuz  təmizlənməyincə  başına  papaq  qoyub  özünü 
kişi  hesab  edənə  min  lənət!  Belə  kişini  ər  kimi  qəbul  edən 


 
124 
 
arvada toqi lənət! Gedin Zibeydənin göz yaşlarıyla qüsllənin, 
sonra  qisasınızı  alıb  onun  sevinc  göz  yaşlarıyla  nəşələnin  – 
halallığınıza,  kişiliyinizə  qovuşun!”.  O  gündən  dağlara-
dərələrə  səpələnib  qatili  tutmağa  yollandıq.  Ermənilər  də 
bizim  ova  çıxdığımızdan  xəbər  tutub  ehtiyat  görmüşdülər. 
Ancaq, Abısəmədin atası rəhmətlik Əliş gecəykən qatili – adı 
Zalo  idi  –  yatdığı  yerdəcə  qol-budaq  edib  çiynindəcə  bizim 
meşəyə  gətirdi.  Ermənilər  Zalonun  oğurlandığını  biləndə 
silahlanıb bizim kəndə basqın elədilər. Ancaq bizim cavanlar 
onların yaxın gəlməsinə imkan vermədilər. 8 saat atışmadan 
sonra  ermənilər  Zalodan  əlini  üzüb  geri  çəkildilər.  Həmin 
gecə  kəndin  bütün  camaatı  əlində  bir  bıçaq  “Örən”ə  yı-
ğışdılar. O vaxt “Örən” düzü kəndin ayağındaydı. Böyük bir 
tonqal  qalanmışdı.  Zalonu  soyundurub  bir  ağaca  sarıdılar. 
Zalo Cəmili üç nəfər erməniylə öldürdüklərini boynuna aldı. 
Sən  demə  şərəfsizlər  uşağı  ağaca  sarıyıb  təhqir  etmiş,  elə 
ağaca  sarılı  vəziyyətdəcə  baltalayıb  şaqqalamış,  sonra  da 
torpağa  basdırmışlar.  Həmzə  kişi  Zalonun  dediklərini  eşi-
dəndə hiddətindən huşunu itirib dizüstə yerə çökdü. Özünə 
gələndə isə dəli kimi bağırdı, – “Hər kəs bir tikə kəssin, hər 
tikə  qulağından  böyük  olmasın!”  Birinci  özü  irəliləyib  er-
məninin  sağ  qulağını  kəsib  cibinə  qoydu.  İkinci  qulağı 
Zibeydə kəsdi. Sonra ağlıkəsən hər bir kəs hərəyə bir tikə ət 
kəsdilər  Zalodan.  Yarım  saatın  içində  erməninin  sümükləri 
çılpaq  qalmışdı.  Artıq  iç  orqanlarını  da  parça-parça  doğ-
ramışdılar. Bax bu Qəniş ağagil o vaxt uşaq olardılar, amma 
hamısı “uf” demədən böyüklərin elədiklərini edirdilər. Zalo-
nun ürəyini dibindən qoparıb Zibeydəyə verdilər. Çiy ət gə-
mirən insanı birinci dəfə idi görürdüm – Zibeydə dişiylə Za-
lonun hələ də isti olan ürəyini gəmirib parşa-parça edib gah 


 
125 
 
udur,  gah  da  tüpürürdü.  Qızın  sir-sifəti  al  qanın  içindəydi. 
Axırda  ağacdan  quruca  skleti  açıb  itlərə  atdıq.  İtlər  də  sü-
müklərdən  əti  tam  söküb  yedikdən  sonra  skleti  “Vəl  dü-
zü”ndəki  “Erməni  quyusu”  dediyimiz  çalaya  atıb  torpaqla-
dıq. Həmzə kişi hamını yenidən yığıb bu sirri açacaq adamı 
ölüm  gözlədiyini  bildirdi,  –  “Bu  sirri  yayan,  ağzından  qa-
çıran  adamın  qanını  halal  edirəm!  Biz  namusumuzu  təmiz-
lədik! İndi kişilər papaqlarını geyə, arvadlar ərlərini kişi kimi 
qəbul edə bilərlər! Zibeydənin və Xərnizin qısası alındı!” 
– Xərniz nədir İsgəndər baba? 
–  Bu  kəndin  əvvəlki  adı  Xərniz  idi.  Nuru  paşa  bura-
lardan keçəndə bura “xırsız” – yəni oğru-quldur yuvası qoy-
muşdu. Elə o vaxtdan da “xırsız” dönüb Xırnaz oldu. 
– Bəs Zibeydə necə oldu? 
–  Qayınatası  və  qayınanası  dünyalarını  dəyişdikdən 
sonra da deyiklisinin evini tərk etmədi. Qız qarıdı. Dərddən 
çərləyəndə isə vəsiyyət etdi ki, onu dədə yurdunun yanında 
dəfn etsinlər – evin çölündə. Çünki, ata evinə qayıdan gəlin 
olmaq istəmədi – eşikdə öz deyiklisini gözləməyi üstün tut-
du  –  həmişə  gözlədiyi  iri  daşın  yanında.  “Cəmil  qayıdanda 
deyin ki, mən hələ də onun yolunu səbirsizliklə gözləyirəm. 
Atam  evindən  ağ  gəlinlikdə  çıxmaq  istəmişdim,  qoy  bu  gə-
linlik kəfənim olsun. Mən sevdiyimi dədə yurdumda gözlə-
yəcəyəm”. Bax bu daş sonralar pir oldu. Hər kəs burda dilək 
tutar, tanrıya əl açıb imdad dilər, gözü yolda qalan, ürəyində 
xəlvəti sevdiyi olan öz dərdini Zibeydəyə danışmağa gələrdi. 
Bax belə Turan balam, Dostəli balam... Xırnaz elə-belə Xırnaz 
olmayıb.  Bura  kişilər,  ərənlər  məskənidir.  Burada  xəyanəti 
bağışlamırlar və qisası sonraya saxlamırlar. Namusu və qey-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə