Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə35/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   31   32   33   34   35   36   37   38   ...   101

 
74 
Alo  başını  yastıqdan  güclə  qaldırdı.    Gözəl  dərhal  onun  söykəyinə  girdi.  Kişi 
elə bil nəfəsini çiynindən alırdı. Kal öskürək onu tutdu: 
-
 
Öhö... öhö... eh, ay arvad görmürsən canım çıxır. Bu sən deyən naxoşluqdan 
deyil,  yaman  sətəlcəm  olmuşam.  Tez  ol  Nəbiyə  adam  göndər,  gəlsin, 
halallaşaq. 
Alonun  qırışlı  alnını  soyuq  tər  basmışdı.  Alma  qaxı  təki  qurumuş  dodaqları 
əsirdi.  Işığı  solmuş  gözlərində ümüdsüzlük duyulurdu. Sifətinə  elə  bil  zəfəran 
çəkmişdilər. 
Gözəl  ərinin  başındakı  ağ  dəsmalı  açdı.  Dəsmalla  onun  sir-sifətinin  tərini 
qurulayıb,  ehtiyatla  yatağına  uzatdı.  Yorğanı  xəstənin  üstünə  çəkib  o  tərəf-bu 
tərəfini  basdırdı.    Alo  cadar-cadar  olmuş  qabarlı  əlini  güclə  qaldırıb  Gözəlin 
çiyninə qoydu və başını incik halda tərpətdi: 
-
 
A Gözəl, sən allah, söz dedim axı... Xanalının qızı Nəbinin yerini bilməmiş 
olmaz. 
Gözəl həyəcanını boğub soyuqqanlıqla ərini sakitləşdirməyə başladı: 
-
 
A kişi, özünü bir az ələ  al, Həcərə demişəm. Lətifi göndərib dalınca. Harda 
olsa tapıb gətirəcək.  Deyirlər, Nəbi Ərzaqaya tərəfdədir. 
Alo  daha  dillənmədi.  Taqətdən  düşmüş  əli  ilə  alnını  ovuşdurur,  arabir  zarıyıb 
güclə  o  tərəf-bu  tərəfə  çevrildi.  Gözəl  də  onun  kürəyindən  qan  almaq  üçün 
hazırlıq görürdü: əski parçasının içinə kül yığıb boğmalı armuda bənzər piltələr 
hazırlayırdı.  Evin  küncündən  dörd  iri  küpə  və  kəl  buynuzundan  qayrılmış  bir 
həcəmət  gətirdi.  His  basmış  qara  küpələrin  içində  hörümçəklər  tor  qurmuşdu. 
Gözəl küpələri də, həcəməti də silib piltələrin yanına qoydu. Ərinin yastığının 
altından  ağac  saplı,  enliağız  bir  ülgüc  çıxartdı.  Ülgücü  bir  neçə  dəfə  ocağın 
qırağındakı qulpu sınıq qara aftafanın lüləyinə çəkib itilədi. Aftafanı isə su ilə 
doldurub sacayağının üstünə qoydu. Ocağa bir-iki kərmə atdı. 
Çırağın  nefti  qurtarmışdı,  az  qalırdı  canı  çıxsın.  “İşığın  göz  yaşları”  qara 
muncuğa dönüb piltəni dövrələdikcə qaranlıq güclənirdi. 
Gözəl çöplə “işığın gözünü” təmizləyib, çırağı neftlə doldurdu: “Allah Həcərin 
dadına çatsın. Neft gətirməsəydi, qalmışdıq qaranlıqda”. 
Alo gözlərini güclə açıb zənlə kasıb daxmasına nəzər saldı. Ləmədə güzgü kimi 
işıldayan məcməyi vaxdı ilə qalayçı Osmanın dediyi sözləri yadına saldı: “Bu 
igiddir!...  Təvəqqe  edirəm  onun  adını  Hacımurad  qoyun.  Mən  bunu 
istədiyimdən  deyirəm.  İşdi,  böyüyəndə  soruşsa,  deyərsiniz  ki,  sənin  adını 
dağıstanlı Osman adlı ləzgi qoyub!” Bəs indi hanı mənim o igidim! Bircə gəlib 
çıxsaydı... Ona deyiləsi o qədər sözüm var ki...” 
Dirəyə  söykədiyin  ağac  saplı  dəhrəsi,  nizəburun  düsəri,  üçqulaq  yabası,  pas  
atmış kavahını sahibinə yazıdakı dəhşətli günləri xatırladırdı. Elə bil  bu cansız 
alətlər dilə gəlmişdi. Ağzını toyuq yağı ilə yağlayıb pərvandan asdığı çini, orağı 
bir anda onu biçim dövrünə apardı. “cavanlıqda hər gün Topala beş-altı pencə  
taxıl biçərdim. Zalım balası  mənə hər pencədən bircə dərz də verməzdi”. Bir 
yay  uzunu   elədiyim  biçimçiliyə  yüz  dərz verərdi:  “Apar, bəsindir”  ,-  deyərdi. 
Eh, keçdi o günlər! Küncə söykədiyi şanası, kürəyi, baltası sanki Aloya deyirdi: 
“Bəs  bizi  səndən  sonra  kim  işlədəcək”?  Dirəkdən  sallanan  xəlbir,  şadara, 
küncdə lal  olmuş köhnə cəhrə, daraq, kirkid, həvə, ağlı-bozlu yumaqlar, səbətin 


 
75 
yanındakı  bomboş  naxır  mis  qablar  da,  su  ilə  dolu  sarı  mis  cəhəng  də  onun 
gözlərinin  qabağında  dayanmışdı.  Hərdən  Alo  nəzərini  yastı  daşın  üstündəki 
deşilmiş  körüyə  bənzəyən  qara  dağarcığlara  dikirdi.  Onların  birinin  dibində 
arpa, o birində isə darı unu vardı. Ailənin azuqəsi elə bunlar idi. 
Evdə  hər  şey  öz  yerindəydi,  yalnız  həmişə  dirəkdən  asılan,  Alonun  babasının 
yadıgarı gümüş  qınlı xəncər gözə dəymirdi. Uşaqları körpə olarkən bu xəncərin 
parıltısı  onları    o  qədər  oynadar,  o  qədər  əyləndirirdi  ki...  Alo  həmin  xəncəri 
Nəbi quzuya gedən gün dirəkdən alıb onun belinə bağlamışdı. 
Küncdə  cinnənmiş,  qırxayağa  bənzər  quru  qaratikan  kötükləri  də  Alonun 
baxışlarından  yayınmırdı.  “Yazıq  Gözəl”,  odunu  da  qənaətlə  işlədir.  Çırpı 
odundur ki!.. Qov kimi şeydi, bir anda alışıb yox olur. Eh, Gözəl neynəsin, bilir 
ki,  daha    mən  yorğan-  döşəkdən  qalxan  deyiləm.  Ilan  ilanlıqıynan  torpağı 
qənaətlə  yeyir.  Həmişə,  qış  aylarında  on  evin  odunun  mən  verərdim.  Bu 
sinimdə  beş-  on  evin  bağ-bağatını  mən  çəpərləyirdim.  Həftələrlə  dingin 
üstündən  düşməzdim.  Kündə  üç    kəviz  düyü  döyərdim...  Keçən  payız 
həyətimizdəki quru iydə ağacını istədim kəsəm, dəyişəm arpaya. On eşşək yükü 
rahat  odunu  olardı.  Neyləyim,  Gözəl  qoymadı,  dedi,  dibindən  kom-kom  şiv 
çıxır, əzərsən. Vallah, bizim arvadın da bir cür xasiyyəti var. Bəlkə gözləyir ki, 
kötükdən  təzə  iydə  ağacı  əmələ  gələcək,  həyətimizə  kölgə  salacaq.  Eh,  hanı 
bizdə  o  bəxt!  Rəhmətlik  atam  deyərdi:  “Oğul,  arvadın  sözünü  eşit,  ama  əməl  
eləmə.  Indi  iydənin  odununu  satsaydım,  dağarcığın  ikisi  də  arpa  unu  ilə  dolu 
olardı. Nə isə keçib, görək bu qışdan necə çıxacağıq. Naxoşdamamışdan iki gün 
qabaq  istədim  həyətdəki  o  qarağac  kötüyünü  çilikləyəm,  baltamın  ağzı  sındı. 
Dursam, gərək baltanı ovxarladam.” 
Ailənin  yatağı  da,  heyvanların  tövləsi də bu  damda  idi. Nəhəng dam  dirəyinin 
arxasında  gövşək  çalan  ala  keçilər  arabir  qışqırışırdı.  Ailənin  diriliyi  bu  iki 
keçidən asılı idi. Bu davarları Alo döydüyü çəltik haqqından almışdı. 
Dirəyin  böyründəki  iri  axurlar  bomboş  qalmışdı.  Nəbi  qaçaq  düşən  kimi 
Kərbəlayı  Cəfər  gəlib  Alonun  yanıbalalı  üç  qoyununu  aparmışdı:  “Oğlun 
mənim  sürümdən  başına  daş  saldığı  erkəkləri  qaytaranda  heyvanını  verərəm. 
Mən  heç  kəsə  malımı  ehsan  deməmişəm!”  Qızıl  düyənin  mıxı  da  boş  idi. 
Kərbəlayı  Cəfər  düyəni  vurub  öldürmüşdü:  “Bundan  sonra  mənim  zəmimə 
heyvan nədi, adam belə ayağını bassa güllələyəcəm!” 
Xəstə,  evdəki  hər  şeyi  bir  daha  gözünün  qabağına  gətirib  öz-özünə  fikirləşdi: 
“Əgər mənim başıma bir iş gəlsə bəs onda bu külfəti kim saxlayacaq? Evimizdə 
bir həftəlik ruzu da yoxdur. Külfətin öhdəsindən Gözəl necə gələ bilər!” 
-
 
A kişi, üzü quylu uzan görüm, bax belə tərpənmə... 
-
 
Gözəl  vallah,  can  candan  ayrıdır,  özünü  incitmə,  ölürəm.  Gözəl  ərinin 
üstündəki mitili götürdü. Onun nimdaş qara sətin arxalığını boynuna qədər 
sivirdi.  Boğmalı  armud  boyda  piltələrin  üçünü  çıraqdakı  neftə  batırıb 
xəstənin    qabırğaları  səyrişən  kürəyinə  düzdü,  kösövlə  alışdırdı.  Alonun 
belinə  qığılcım  səpələndi:  “Vay,  kürəyim!”  Xəstə  yerində  qovrularkən 
çırağa  toxundu.  Çıraq  çöndü!  Yorğan  od  aldı.  Gözəl  özünü  itirdi.  O, 
səhəngin  suyunu  yanan    mitilin  üstünə  boşaltdısa  da  onun  boğucu, 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə