Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə36/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   32   33   34   35   36   37   38   39   ...   101

 
76 
ürəkbulandırıcı  tüstüsü  kəsilmədi.  Gözəl  yorğanı  eşiyə  atdı,  ərinin  üstünə 
ayrı mitil saldı. 
Alo yenidən yatağına uzanıb ümidsiz halda zarımağa başladı: 
-
 
Ay  arvad,  çırağımız  daha  sönüb,  özü  də  fələkdən  sönüb  bəndənin 
yandırmağından nə çıxar! Qoy ölürəm ölüm, dedim ki, özünə əziyyət vermə. 
Eh,  bu  Nəbi  harda  qaldı?  Bəs  deyirdin  İrandan  addayıb?!  Addasaydı,  indi 
çoxdan gəlmişdi. Məni niyə aldadırsan? 
-
 
A kişi, bayaq dedim ki, oğlunu Ərzəqayada görüblər. Indi harda olsa gəlib 
çıxar,  darıxma.  Sən  elə  bir  az  kəmhövsələsən.  Yadındadır,  bir  dəfə  dağa 
köçəndə  Xanalının  dağal  öküzü  səni  necə  hirsləndirdi?..  Adam  bir  az 
təmkinli olar. 
-
 
Eh... sən də bilmirəm nə danışırsan?! Xanalı... öhö... öhö... ölürəm... inanan 
yoxdur. 
Gözəl çırağı yandırdı: 
-
 
qorxub eləmə, ölməzsən səndən indi qan alaram azar canından çıxar.- Gözəl 
doluxsundu,-Məgər  mən  yazıq  deyiləm?!  Belə  ağır  gündə  külfətin 
qarğaşasını  kimin  üstünə  tökmək  istəyirsən,  m  ənim?  Görüm  o  Topalın-
Əbilinin yəhəri taxçada qalsın. 
Gözəl  hisli  küpələri  bir-bir  ərinin  kürəyinə  döşədi.  Iri  ağır  küpələr  Alonun 
qabırğalarını  örtən  dərini  zəli  kimi  sordu,  elə  bil  xəstənin  ciyərlərini  də  çəkib 
çıxaracaqdı. 
-
 
Vay, qopart küpəni, canım çıxdı! 
-
 
Bir az döz, bu saat qan alacağam! 
-
 
A Gözəl, səndə insaf var?! Sən Nəbinin canı tez ol küpələri çək! 
Gözəl küpələri xəstənin kürəyindən güclə qopardı. Küpələrin yeri kömür kimi 
qaralmışdı. O, ülgüclə küpə qoyduğu şişkin yerləri çərtməyə başladı. Nə qədər 
dərin ülgüclədisə də, qan çıxmadı. Ülgücün yeri sarı su ilə doldu. Yazığın qanı 
da yoxdur! Gözəl bu dəfə həcməti işə saldı. Qapqara qan kəl buynuzunun içinə 
doldu. 
Gecə alma kimi yarıya bölünmüşdü. Birdən bayırda səs eşidildi. 
-
 
Bu xarabanın qapısı hardandır? 
-
 
Budur tapdım, bəri gəl. 
Bayaqdan qulağı səsdə olan Alo  sevindi: 
-
 
Ay arvad, deyəsən Nəbi gəlir! 
Bu  vaxt  qapının  dabanı  cırıldadı.  Gözəl  yaşmağını  qaldırıb  çənəsindəki  çapığı 
pərdələdi və dodağını dişləyib ərinə him elədi: 
-
 
Susss!... 
Xəncərli  iki  adam  öskürə-öskürə  içəri  soxuldu.  Bunların  biri  koxa  Ala  Mahmud 
bəy, o biri isə Kərbəlayı Cəfər idi. Hər ikisi əlində şallaq xəstənin başının üstündə 
cəllad kimi dayandı. Koxa şeşə bığını eşib döşünü qabağa verdi: 
-
 
Mənə  keçəl  deyən,  mənə  əl  qaldıran  bu  çaqqalın  oğludur?  Hm...  mən  indi 
onun..- Koxa şallağın sapı ilə mitili qaldırdı. 
Gözəl  ərinin  yastığının  yanında  oturub  qəzəb  dolu  gözlərini  gah  Topalın,  gah  da 
koxanın üzündə gəzdirirdi: 
-
 
Siz allah, kişi xəstədi. 


 
77 
Kərbəlayı əfi ilan kimi onun üstünə fısıldadı: 
-
 
Bu  xəstədir?!  Qorxma,  ölən  itə  oxşamır.  Yazıda  oğlanlarına  qoşulub  bizi 
gülləyə  tutanda  da  xəstə  idi?!  Vasqanı  öyrədib  yerimi  ölçdürəndə  də  xəstə 
idi?!  O  gorbagor  olmuş  İsmayılla  birləşib  ata-baba  torpağımı  əkdirəndə  də 
xətə  idi?!-  Topal  Alonun  başına  bir  şallaq  ilişdirdi-Bu  başın  haqqı  Alo 
qubernatorun  yanında  rus  gədəsinin  puçunu  elə  burmuşam  ki...  Mənə  də 
Kərbəlayı Cəfər deyərlər! Kimin hünəridir  mənim ata-baba torpağımı kəsib 
versin  ölüyə!  Müstəntiq  Beçarov  bu  gün-sabah  gəlib  əzrayıl  təki  çökəcək 
sinənizə.  Görək  ona  nə  cavab  verəcəksunuz.  Hələ  general  Skalona  da 
teleqram vurmuşam... 
Gözəl,  xəstənin  qurumuş  dodaqlarına  su  damızdırdı:  “Vallah,  bilmirəm 
yaradana  nə  pislik    eləmişik;  dünyanın  bütün  əzab-əziyyətini  bizə  verib.  Bu 
azğınlar hardan gəlib çıxdılar!...” 
Kərbəlayı  ocaqdan  bir  köz  götürüb  demisinə  saldı  və  əyilib  tüstüsünü  Alonun 
üzünə püskürdü: 
-
 
Gözünü  aç  görək!  Koxa,  bu  faqqının  Nəbisi  qan  çanağıdır,  coşanda  allah 
adamınada  əl  atır.  Bir  dəfə  heç  bilirsən  Nəbi  İran  dərvişlərinin  başına  nə 
oyun  açdı?  Hamısını  döyüb  yığmışdı  mal  tövlsinə.  Gedib  buraxmışam. 
Çovuş  Kərbəlayı  Pirverdi  də  o  il  bizim  kəndə  zavvar  aparmağa  gəlmişdi. 
Durub-oturub çovuşun əmmaməsinə sataşırdı. 
-
 
Kərbəlayı,  mən  Alo  uşağını  yaxşı  tanıyıram.  Yazıda  görmədin  nə  oyun 
çıxardırdılar?! 
Alo  öz  canının  hayında  idi.  Gözəl  isə  bilmirdi  nə  etsin,  nitqi  tutulmuşdu.  Bu 
azğınların  tənəli  sözləri  onun  qəlbini  didib  parçalıyırdı.  O,  ərinin  qanlı  kürəyini 
yorğanla örtdü. 
-
 
Siz  allah,  bu  nə  sözdür  deyirsiniz?  Kişi  ölür,  siz  də  başlamısınız  ağzınıza 
gələni  çərənləməyə!  Oğlanlarını  didərgin  saldınız  bəs  deyil?!  Bizdən  nə 
istəyirsiniz? 
Xəstə  özünə  gəldi.  O,  əlinin  dalı  ilə  dumanlı  gözlərini  ovuşdurdu.  Çırağın  zəif 
işığında  Ala  Mahmud  bəyi  də  Kərbəlayı  Cəfəridə  güclə  tanıdı.  Istədi  dirsəklənib 
otursun,  ancaq  öskürək  onu  tutdu.  Gözəl  ərinin  başını  yastığa  qoydu.  Qalxıb 
məfrəşin  üstündəki  əsgini  götürdü,  onu  ocaqda  yandırdı,  əsginin  külünü  isti-isti 
ərinin  yaralarına  basıb  qanını  quruladı.  Xəstə  böyrü  üstə  çevrildi.  Sözlərini  bir-
birinin ucuna güclə çalayıb ürəyini boşaltdı: 
-
 
Adınızı  da  allah  adamı  qoymusunuz,  amma  nə  tanrıdan  qorxunuz  var,  nə 
bəndədən.  Mən  biyardan  boyun  qaçırıram?!  Kim  ilin-günün  bu  vaxtı 
külfətini ac qoyub yıxılar yorğan-döşəyə! 
Alonun ciyərinin xışıltısı eşidilirdi. Öskürək onun sözünü boğazında qoydu. 
Ala Mahmud bəy dodaqlarını büzüb xəstəni yamsıladı. 
Alo artıq, tüklü əllərini qəzəblə göyə qaldırdı: 
-
 
Ay allah, hardasan? 
Topal xəstənin başına bir çallaq ilişdirdi: 
-
 
Qalx, qalx, qoca çaqqal, allaha əl aparma, dəli inək balasını ayaqlayan kimi 
səni  ayaqlayaram!  Tez  ol  geyin,  naçalnik  Səlim  bəy  indi    bizim  kəndə 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə